Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə10/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   ...   6   7   8   9   10   11   12   13   ...   20

 
 
     TAPMASAYIDIN SƏN O GÖVHƏRİ 
 
Mən eşq dəriyasında üzəndən bəri, 
Ona məftun olub , oldum sərsəri. 
Üzdüm bu dənizdə mən yana-yana, 
Dalğalar  söylədi sən ey divana. 
Mirvari üçünmü gəlmişsən bura, 
Onu tapmaq üçün düş uzaq  yola. 
Dənizin üstündə axtarma, yeri,  
Dənizin dibindən tap o gövhəri. 
Deyib bu sözləri çıxıb getdilər, 
Bir göz qırpımında gözdən itdilər. 
Mən dərələr enib, təpələr aşdım, 
Xeyrə yoldaş olub, şərlə savaşdım. 
Dənizin dibinə çatan kimi mən,  
Tapdım mirvarını bir düzənlikdən. 
Söylədim gəlmişəm otağındayam, 
Neçə vaxtdır sənin sorağındayam. 
Dedi: “Xoş gəlmişsən başımın tacı, 
Sənsiz həyat mənə acıdır-acı. 
Bu incə qəlbimə sən şəfəq saçdın, 
Pərdəni arayıb, qapımı açdın. 
Ömürümü bağladım sənə bu gündən, 
Xuda ayırmasın səni heç məndən!” 
Raşbil, nə edərdin ağlı, hünəri, 
Əgər tapmasayıdın sən o gövhəri! 
 
                                  1961 
 
                  
                     
 
  
 
 46 
                                             
 


 
 
         İLAN VƏ DOVŞAN 
 
    Bir gün, bir ilan keçərkən düzü, 
    Ona bir dovşan rast gəlir düzü. 
    İlan baş eyir, dovşana haman, 
    Danışıb, deyir özündən yaman. 
    Deyir: “Tanıyırsan məni yaxşı sən, 
    Həmişə yaxşılıq gəlmiş əlimdən.  
    Heç kəsə  bir pislik etməmişəm mən. 
    Ancaq bilməyirəm nədənsə hamı, 
    Soruşub bilməyir mənim halımı. 
    Məndən üz döndərib qaçma sən uzaq, 
    Gəl bir-birimizlə qardaş, dost olaq. 
    Yaxşı süzdü onu ağıllı dovşan, 
    Bildi ki, bu sözlər tələdir ancaq. 
    İlandan heç ona dost olmayacaq. 
    Dost olaq, dostdan da mehriban olaq, 
    Dedi bu sözləri gülərək dovşan. 
    Mənim bir şərtim var hörmətli ilan. 
    Bu uzanan yolu düz gedib, gəlsən, 
    Sən mənim ən yaxın dostum olarsan. 
    Yaxşı deyib ilan, çıxdı düz yola,  
    Gah sağa buruldu, gah da ki, sola. 
    Dovşan görüb onun tənbəlliyini,  
    Görüb onun əyri-üyrü yolunu. 
    Çığırıb uzaqdan dedi: “ A qardaş, 
    Lazım deyil mənə sən tək bir adaş. 
    Aparmazsan məni,  sən düz yollara, 
    Axırda salarsan uçurumlara”. 
                                1964 
  
                                          
 
    47 
                                             
 


 
 
                    VURĞUNAM 
 
Gündən-günə çiçək açan, gül açan, 
Vətənimin baharına vurğunam. 
Qəhraman tək məğrur-məğrur dayanan, 
Şah dağının vüqarına vurğunam. 
                                                                     + 
Dağlarının zirvəsini örtür qar, 
Bağlarının min cürə meyvəsı var. 
Şənlikləri canlandıran qış-bahar 
Qubanın şən qızlarına vurğunam. 
 
Yaxınlarda, uzaqlarda yaşayan, 
Ürəyində arzu-dilək daşayan, 
Gündən-günə gələcəyə nur saçan, 
Cavanların əhvalına vurğunam.    
 
Arzuları ulduz kimi parlayan, 
Gözəlliyi ay, günəşdən pay alan, 
Eşq-məhəbbət dünyasında qocalan, 
Anaların  laylasına vurğunam.    
 
Çöldə, düzdə çiçəklənən nə güləm, 
Nə laləyə vurulan bir sümbüləm. 
Qürbət eldə həsrət çəkən Raşbiləm. 
Azərbaycan diyarına vurğunam.. 
 
                         1997 
 
 
                                          
       
48 
                                             
 


 
 
   DİLLƏRDƏ QIZ 
 
Mən axıram bulaq kimi, 
Vüqarlıyam bir dağ kimi, 
Utanıram uşaq kimi, 
Görüşünə gələndə qız. 
 
Nur tökülür gözlərindən, 
Səni qəlbən sevirəm mən, 
Oyanıram sözlərindən, 
Danışdıqca, güləndə qız. 
 
Yanaqların can alandır, 
Dodaqların şəkər, baldır, 
Eşqimizi göyə qaldır, 
Qoy yayılsın dillərdə qız.  
 
1960 
 
 
 
 
 
 
 
 
 
 
 
                                          
 
    49 
                                             
 


 
 
NƏ ÜÇÜN TƏLƏSMƏYİRSƏN 
 
    Gördüm səni sən eyvana çıxanda, 
    Baxışların dönüb mənə baxanda 
    Elə bil üşütmə düşdü canıma, 
    Ala gözlər işıq saçdı qanıma. 
 
  Nəqarat 
İnan mənim qismətimsən, 
Məhəbbətim, ismətimsən. 
Könül sənə bənd olubdur, 
   
Sən varımsan, dövlətimsən. 
 
    Ətir iyi gəlir güldən çiçəkdən,,  
    Doymaq olarmı heç sən tək göyçəkdən? 
    Budur eşqin məni salıb odlara, 
    İnsaf et gəl çəkmə məni min dara. 
 
  Nəqarat 
 
    Gecə-gündüz fikrim-xəyalım sənsən, 
    Şad xəbər ver bu könlümü güldür sən, 
    Bilirəm sevirsən məni qəlbən sən, 
    Söylə, bəs nə üçün tələsməyirsən? 
 
  Nəqarat 
 
1960 
 
                                          
 
     50 
                                              
 


 
 
  SƏN GÜLƏ-GÜLƏ 
 
     Məhəbbətim sənə çoxdan bəllıdır, 
     Üzünə baxdıqca könül dəlidir, 
     Yanağında xalın qara zəlidir, 
     Məndən uzaq olma sən gülə-gülə! 
     Məni oda salma sən gülə-gülə! 
 
  Nəqarat 
     Ay gülə-gülə, gülə-gülə, gülə, 
     Can gülə-gülə, gülə-gülə, gülə. 
 
     Bahar çiçəyi tək açılan gülsən, 
     Sən güllər içində solmayan gülsən, 
     Sən yandıran gülsən, sən yanan gülsən, 
     Gəl könlümə dəymə sən gülə-gülə! 
     Gəl başımı əymə sən gülə-gülə! 
 
  Nəqarat 
 
     Vurğunu olmuşam sənin gözəlim,  
     Adına bağlıdır şe”rim, qəzəlim, 
     Deyəndəki, sənsən mənim əzəlim, 
     Keçirsən yolumdan sən gülə-gülə! 
     Tutursan qolumdan sən gülə-gülə! 
 
  Nəqarat 
 
    1960 
 
  
                                                51 
                                              
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə