İNDİ DƏ GÖZƏLSƏN
Sevgilim, səninlə seyrə çıxanda,
Xoşuna gəldimi bizim çəmənlər?
Gah sağa, gah sola dönüb baxanda,
Yaddan çıxartdımı bizi düzənlər,
Xoşuna gəldimi bizim çəmənlər?
Ağac kölgəsində oturanda biz,
Söylə xəyalından keçirdi nələr?
Bəlkə düşünürdün bu gəncliyimiz,
Bir daha qayıtmaz keçdikcə illər,
Söylə xəyalından keçirdi nələr?
Ağacda qızaran qızıl alma tək,
Sənin yanaqların qırmızı idi.
Bir təzə gül idin, bir təzə çiçək,
O gözəl çaqların hardadır indi,
Sənin yanaqların qırmızı idi.
Gənclik günlərini gətirmə yada,
İndi də gözəlsən sən mənim üçün.
Əzizim, dəyişir hər şey həyatda,
Hər gün gözlərinlə görürsən özün,
İndi də gözəlsən sən mənim üçün.
2012
52
HALİM YAMANDIR
Aşiğına naz eyləyən gözəlim,
Səndən ayrılmayıb heç vaxt nəzərim,
İnan sənsən mənim axrım, əzəlim,
Dayan, uzaq olma, olma amandır,
Dərdindən ölürəm halım yamandır!
Sevdalı qəlbimin sən dastanısan,
Bu bağ, bu bağçanın gülüstanısan,
Könül qırmaq sənə gəlməsin asan,
Dayan, uzaq olma, olma amandır,
Dərdindən ölürəm halım yamandır!
Mən Raşbiləm məhəbbətim təmizdir,
Alovludur, dalğalı bir dənizdir,
Qadan alım məni incitmə bəsdir,
Dayan uzaq olma, olma amandır,
Dərdindən ölürəm halım yamandır!
1960
53
BAHAR
Novruz gülü çıxıb qarın altından,
Muştuluq gətirir o yer qatından.
Yazın gəldiyini tez xəbər verir,
Qar əriyib suya dönəcək deyir.
Günəş şüaları əridir qarı,
Pətəyindən çıxıb seyr edir arı.
Dağlar da başlayır don dəyişməyə,
Əriyir örpəyi axır dərəyə.
Gör necə çoxalır çayların suyu,
Təbiət xoşlayır belə oyunu.
Bə”zən coşub daşır bu çay suları,
Yolunda yaradır dağıntıları.
Torpaq yer altında hazırlıq görür,
Hər şeyi qanunla bərabər bölür.
Bahar yavaş-yavaş açır darvaza,
Böyük bir həvəslə qovuşur yaza.
Rəngli örpəyini sərdikcə yerə,
Yaşıla bürünür çəmən dağ, dərə.
Artır gündən-günə rənglərin sayı,
Bu səhnə şad edir günəşi, ayı.
Ağaclar başlayır çiçək açmağa,
Arandan tədriclə yeriyir dağa.
Budaqdan-budağa qonaraq quşlar,
Bahar nəğməsini oxuyur onlar.
Hamı ləzzət alır bu mənzərədən,
Ətir iyi gəlir şəhərdən, kənddən.
Dəyişir təbiət, dəyişir aləm,
Dost-dosta qovuşur salama, salam.
54
Billur bulaqlar da həvəsə gəlir,
Tədarük görərək qonaq gözləyir.
Dənizdə dalqalar vurhavurdadır,
Onun dəcəlliyi özü boydadır.
Bəlkə şadlığından rəqs edir dəniz,
Bahara eşqini bəxş edir dəniz.
Qarışqa ilk gündən başlayır işə,
Zəhməti özünə etmişdir peşə.
Qış üçün indidən tədarük görür,
Özündən də ağır o yük götürür.
Gül-çiçək bəzəyir bağı, çəməni,
Hamının əzəli olmuş səməni.
Bahar gül-çiçəkli, bahar naxışlı,
Bahar təbii bir xalça baxışlı.
Hamını tərpədir yerindən bahar,
Onda olan qüvvət söylə kimdə var?
O övladlarını düzür sıraya,
Hamı səcdə edir günəşə, aya.
Yasəmən ətrini yayır hər yana,
Sümbül də vurulur lalə xalına.
Külək bənövşənin telini hörür,
Nərgiz ona baxıb naz-nazı gülür.
Nərgiz öz-özünə vurğun mələkdir,
Məhəbbət çiçəyi bil əspərəkdir.
Qızılgül olubdur güllərin şahı,
Onu sevənlərin heç yoxdur sayı.
Bülbül də bu gülə təşrif gətirir,
Vurğun olduğunu nəğmə ilə deyir.
Dolanır başına o qızılgülün,
Beləcə keşirir o bütün günün.
55
Qızılgül solduqca, bülbül də solur,
Onun məhəbbəti belə məhv olur.
Bağçalar gözəli bir gül də vardır,
Ona aşiq olan könül də vardır.
Onun saçı burma, beli incədir
Sənin də, mənim də ürəyincədir.
Qərənfil gülüdür bu gülün adı,
Güllərin içində öz yeri vardır.
Bir bax o güllərə neçə rənglidir,
Hərəsi bir cürə söz ahənglidir.
Biri qırmızıdır, digəri sarı,
Hamının eşqindən məst olur arı.
Baxdıqca hər yana min sual çıxır,
Arı pətəyindən “dərman” bal çıxır.
Yenə bahar gəlir obaya, elə,
Öz səsi, öz isti nəfəsi ilə.
Bahar təbiətin doğma balası,
Bahar coşqun dəniz dağ şəlalası.
Bahar könül açan məhəbbət səsi,
Torpağa can verir onun nəfəsi.
Ceyranın qəlbini oxşayan bahar,
Həyatın qoynunda yaşayan bahar.
El üçün min ne”mət daşayan bahar.
Səndə olan qüdrət söylə kimdə var!
Sənə nəğmə qoşur aran da, dağ da,
Səndən ilham alır çəmən də, bağ da,
Sənə çox yaraşır sarı da, ağ da,
Fəsillər gözəli, ey gözəl bahar! 1974
56
Dostları ilə paylaş: |