Yaşasam da



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix17.06.2018
ölçüsü0,56 Mb.
#49224
1   2   3   4   5   6   7   8   9   10   ...   20

 
      
 
   Əvvəl sinəm üstdə gəzdirdim bir az, 
 
   Şerlər kitabını, məktubunu mən. 
 
   Çalındı qəlbimdə yer tutmuş o saz, 
 
   Telləri söz açdı ana vətəndən. 
 
 
   Oxudum zöbq ilə, məhəbbət ilə, 
 
   Dünyanı bəxş etdi mənə hər cümlən. 
 
   Allah evi olan saf ürəyində, 
 
   Gördüm insanları ağlayan, gülən. 
 
 
   Gördüm doğma yurdun bəlasını mən, 
 
   Gözəl Qarabağı ahlar içində, 
 
   Məskəni dağılmış anasını mən, 
 
   Dumanlar içində, çənlər içində. 
 
 
   Gördüm o yerlərin təbiətini, 
 
   Arılar qonublar, çiçəklər üstə. 
 
   Bülbül coşa gəlib məhəbbətini
 
   Açır qızılgülə qəlbində qüssə. 
 
  Sordum: “Dünyamızı bəzəyən allah, 
 
  Nə üçün haqsızlar yadından çıxır? 
 
  Taxsırı olmayan bir zavallını, 
 
  Dərd, möhnət, ayrılıq dörd yandan sıxır” 
 
 
  Bu sirri açmağa acizdır hamı, 
 
  İnan açılacaq bağlanmış döyün. 
 
  Haqq yerin taparaq zəhərli camı. 
 
  Tökər haqsızların başına bir gün. 
  
                  
                     
       
31                    2009   
                                             
 


 
  
     Mən bu şe”ri şair dostum SİMAX ŞEYDANİN 
       anadan olmasının 70 illiyinə həsr etmişəm. 
 
 
 
AD GÜNÜN MÜBARƏK 
 
 
    Salam şair dostum mehriban insan, 
 
    Səninçün ürəyim darıxır yaman. 
 
    Körmək istəyirəm nurlu çöhrəni, 
 
    Bağrıma basaraq öpürəm səni. 
 
 
    Təbrik eyləyirəm yetmiş yaşını, 
 
    Yetmiş baharını, yetmiş qışını. 
 
    Yazdığın şeirlər var-dövlətindir, 
 
    Xalqa məhəbbətin, sədaqətindir. 
 
  
    Yaz, yaz sən böyüklər, uşaqlar üçün, 
 
    Bəxtəvər boy atan qoçaqlar üçün. 
 
    Düşsün qəzəllərin dildən-dillərə, 
 
    Neçə obalara, neçə ellərə. 
 
 
    Gəl keçən günləri salmayaq saya, 
 
    Tufandan, leysandan qorxmaz dağ, qaya. 
 
    Vətəni, xalqını sevən bir ürək, 
 
    Yaratmaq eşqi ilə döyünsün gərək. 
 
 
    Simax! Mübarəkdir sənin ad günün, 
 
    Daha da çox olsun görüm şad günün. 
 
    Ayları. Illəri bir-bir vur başa, 
 
    Yetmiş il nədir ki, qardaş YÜZ yaşa. 
  
 
                                     2006 
  
                                          
       
32 
                                             
 


 
  
Mən bu şe”ri,  Ney Yorkda nəşr olunan  “Yeni 
Üfüqlər”qazetının baş redaktoru şair, yazıçı rəssam 
və jurnalist dostum Nobert Yevdayevin anadan 
olmasının 85 illik yubileyin həsr etmişəm.  
  
  AD GÜNÜN MÜBARƏK 
 
Mən sənə dost deyim, qardaşmı deyim, 
Çiyin-çiynə gedən sirdaşmı deyim! 
 
Keçdiyin enişli-yoxuşlu yollar, 
Ayaq izlərini qəlbə salıblar. 
Sənlə addımlayan dostlar-tanışlar,  
Bugünki gününü alqışlayırlar. 
 
Bir payız fəslində dünyaya gəldin, 
Xəzər dalqalandı, göy guruldadı. 
Bu cahan mülkünə dürdanə gəldin, 
Yer tez bu xəbəri göylərə yaydı. 
 
Sənin gəlişini  alqışlayaraq, 
Bakı küləkləri başladı rəqsə. 
Ata-anasına olacaq dayaq, 
Allah bağışlayıb bu gün vərəsə. 
 
Şad oldu qohumlar, yaxın adamlar, 
Qonşular həyətdə məclis qurdular. 
Salama qarışdı bu gün salamlar, 
Sənin sağlığına şanpan vurdular. 
 
                                               
 
33 
                                              
 


 
 
Uşaqlıq illərin məzəli keçdi, 
Artıq buy-buxunlu bir cavan oldun. 
Eşqin, məhəbbətin bir gözəl seçdi, 
Onun camalına sən tez vuruldun. 
 
Həyatın nəbzindən möhkəm yapışdın, 
Halal zəhmətinlə sən ad qazandın. 
Bə”zən dalğalandın, lap aşıb-daşdın, 
Təmiz yaşamağı sən şərəf sandın. 
 
Yaddan çıxarmadın David Burlyuki, 
Yaydın kimliyini elə, obaya, 
Götürdün boynuna bu böyük yüki, 
Çatdırdın sorağın günəşə, aya. 
 
Ölkədən, ölkəyə səyahət edib, 
Girdin şəhərlərin arxivlərinə. 
Tokio, Moskva, Nyu-Yorkdan tapib, 
Hörmətlə yanaşdın əsərlərinə. 
 
Yazdın David Burlyuk haqqında əsər, 
Dedin qoy milyonlar tanısın onu, 
Yorulmaz zəhmətin getmədi hədər, 
Şad etdin, yaşatdın şair ruhunu. 
 
Gün o gün olsun ki, yuz yaşın olsun, 
Pis olmaz yüzü də adlasan əgər. 
Həmişə qoy qaynar ilhamın olsun, 
Yazib-yaradasan gözəl əsərlər. 
                                
 
2010 
 
                                          
       
34 
                                             
 


 
 
     Dostum Milix Yevdayevin 60 illik yubileyinə 
 
O keçən günləri qaytarmaq olmaz, 
İllər, illər üstə gəlsin birbəbir. 
Yaşamaq eşqi ilə yaşayan solmaz, 
İnsan həyatının məğzi belədir. 
 
Qoy sənin həyatın axsın çaylar tək, 
Səndən uzaq olsun hər cür qəm-qüssə. 
Biz səni həmişə şad, xürrəm görək, 
Umidlə, məhəbbət yar olsun sizə. 
 
Çox mübarək olsun ad günün qadaş, 
Şirin arzuların qoy yetsin başa. 
Çox cüzi görünür mənə  60  yaş, 
Diləyim odur ki, sən 100 il yaşa! 
 
           
                                     2006 
 
 
 
 
 
 
 
 
 
                                          
       
35 
                                             
 


Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə