AZƏRBAYCAN
Hər çeşməndən su içmişəm,
Yollarından çox keçmişəm,
Səni də ana seçmişəm,
Azərbaycan, Azərbaycan!
Düşünməsəm səni əgər,
Saf ürəyim xəstə gəzər,
Zülmət olar mənə hər yer,
Azərbaycan, Azərbaycan!
Töhmətinə can deyərəm,
Tək qarşına baş eyərəm.
Səni canım tək sevirəm,
Azərbaycan, Azərbaycan!
Saç ağarmış, yox qara dən,
Olsam əgər can üstə mən.
Səni deyib güləcəyəm,
Səni deyib öləcəyəm.
Azərbaycan, Azərbaycan!
1960
10
Mən bu şeiri mühacirətdə yaşayan
azərbaycanlılara və dostlarına həsr etmişəm
GÖZƏL BAKI-MƏHƏBBƏTİM
AZƏRBAYCAN
Azərbaycan torpağının səxavətli balasısan,
Könülləri şadlandıran övladların anasısan,
Ürəyimin guşəsində həmişəlik qalasısan,
Sizdən uzaq yaşasam da düşünürəm sizi hər an,
Gözəl Bakı-məhəbbətim Azərbaycan, Azərbaycan!
Göy Xəzərin bərəkətli, qara qızıl mə”dənidir,
Oğlun-qızın sədaqətli, mərhəmətli, mədənidir,
Arxayın ol, bir canım var, lazım olsa o sənindir,
Sizdən uzaq yaşasam da, düşünürəm sizi hər an,
Gözəl Bakı-söz-söhbətim Azərbaycan, Azərbaycan!
Uca dağlar zirvəsindən ucasan sən ana vətən,
Şe”r-sənət
.
dünyasından
.
qocasan
.
sən
.
yaşa
.
vətən,
Qoy həmişə arzuların başa yetsin, başa vətən,
Sizdən uzaq yaşasam da düşünürəm sizi hər an,
Gözəl Bakı-şan- şöhrətim Azərbaycan, Azərbaycan!
2006
11
VƏTƏN HƏSRƏTİ
Tale məni ayrı saldı Vətəndən,
Dəniz –dəniz uzaqlara düşmüşəm.
Könlüm ancaq ilham alır Vətəndən
Həsrət yüklü bu çaqlara düşmüşəm.
Uzun yolun dərd yükümü ayrılıq?
Həqiqətmi, bir yuxumu ayrılıq?
Kədər məni həm yandırır, həm yaxır,
Bir ocağam tüstü, duman içində.
Yad diyarda ürək yaman darıxır,
Yaşayıram neçə güman içində.
Uzun yolun dərd yükümü ayrılıq?
Həqiqətmi, bir yoxumu ayrılıq?
Ümid ilə yaşayıram hər zaman,
Vətən eşqi qəlbimdədir əbədi.
Övladınam sənin ey Azərbaycan,
Sənsən mənim ürəyimin məbədi.
Ayrılığın müvəqqəti adı var,
Anasına qovuşandır övladlar.
1996
12
AZƏRBAYCAN BAYRAĞI
Nyu Yorkda ucaldılır Azərbaycan bayrağı,
Yaxın, uzaq ölkələrdən gəlir onun sorağı,
Ruhumuzu təzələyir al-qırmızı yanağı,
Azadlığın saf rəmzidir Azerbaycan bayrağı!
Ədalətin məskənidir onun ana torpağı!
Biz baxdıqca dalqalanan bu üç rəngli bayrağa,
Fərəh hissi keçiririk, ürəymiz dönür dağa,
Sən vətənə eşq duyarsan, nəzər sal sola sağa
Azadlığın saf rəmzidir, Azərbaycan bayrağı!
Qətiyyətin məskənidir onun ana torpağı!
Şən musigi sədaları yayılmışdır hər yerə,
Hər oxunan mahnı səsi ləzzət verir şəhərə,
Zövqün artır baxa-baxa, bu gözəl mənzərəyə
Azadlığın saf rəmzidir Azərbaycan bayrağı!
Məhəbbətin məskənidir onun ana torpağı!
2013
13
Azərbaycan xalqının milli lideri Heydər Əlirza oğlu
Əliyevin nurlu xatirəsinə Ithaf edirəm.
QƏLBLƏRDƏ YAŞAYIRSAN
Bürüdü dünyanı qara bir xəbər,
Bir dahi dəyişdi öz dünyasını.
Üzlərə baxırsan qonmuş qəm, kədər,
Tutub Azərbaycan oğul yasını.
Baxırsan günəş də saralıb, solub,
Onun da canında bir üşütmə var.
Xəzərin göz yaşı dalğalar olub,
Göylər bu mətami qəlbində yazar.
Təbiət başını əyibdir bu gün,
O böyük insanın məzarı üstə.
Dünya öz sözünü deyibdir bu gün,
Ellər vidalaşır, qəlblərdə qüssə.
Müstəqil bir dövlət yaradan oğul!
Vətəni canından artıq istəmiş.
Milləti birliyə çağıran oğul!
Elləri xətadan qurtara bilmiş.
Arzusu olmuşdu Azərbaycanı,
Çevirsin bir güllü bağçaya, bağa.
Göylərə qaldırıb onun şanını,
Çatdırsın səmaya, ulduza, aya.
14
Dostları ilə paylaş: |