YAŞA QUBA
Dörd bir yanın gül-çiçəkdır,
Ətirlidir havan sənin.
Dalğalıdır, çox göyçəkdir,
Dərələrin, təpələrin.
Bir tərəfin Baba dağı,
Bir tərəfin Şah dağıdır.
Hər uzanan meyvə bağı,
Zəhmətinin çırağıdır.
İşıq saçan lampaların,
Mə”şəl kimi yanır səndə,
Onlar salam aparırlar,
Dağ döşündə olan kənddə.
Kəklik saçlı təpələr də,
Qanad çalır başın üstə.
Ceyranların dərələrdə,
Seyrə çıxır dəstə-dəstə.
Qudyal çayın cöşa-coşa,
Şah dağın da bir tamaşa.
Sən onlarla birgə qoşa,
Yaşa Qubam, yaşa-yaşa!
1960
21
Bu şeiri ölməz bəstəkar Üzeyir Hacıbəyovun
anadan olmasının 120 illik yubileyinə həsr etmişəm
ÜZƏYİRİN NƏFƏSİDİR O
Ötsə də yüz illər, neçə əsirlər,
Sən sevən qəlblərə yuva salarsan.
Hər vaxt yad edəcək səni nəsillər,
Ölməz əsərlərlə sən ucalarsan.
Leylini, Məcnunu dilə gətirdin,
Fizuli ruhunu şad etdin baba.
Elə bir şah əsər yaratdın ki, sən,
Eşitdı səsini dünya, el-oba.
Əlində arşın mal dalanbadalan,
Məhəbbət axtardı Arşın Mal Alan.
Tale qismətini bəxş etdi ona,
Arşının toruna düşdü mal alan.
Sevib-sevilməyin açdın sirrini,
Dedin qoy ləkəsiz yaşasın bu ad.
Köləlik daşına vurdun zərbəni,
Kölgələrdə qaldı Məşədi İbad
Dayan! Dinlə dostum bu musiqini,
Həyatın sönməyən gur səsidir o.
Dünyanı seyr edib, gəzən hər yeri,
Ölməz Üzeyrin nəfəsidir O!
22 2005
Azərbaycanin Milli Qəhramanı
Albert Aqarunova ithaf edirəm.
VƏTƏN MƏNSİZ YAŞAR,,,
MƏN VƏTƏNSİZ YOX!
Adın düşdü bu gün bütün dillərə,
Hünərin yayıldı bizim ellərə.
Sən ey vətənimin qəhraman oğlu,
Qəlbin məhəbbətlə, eşq ilə dolu.
Vətəni qorumaq borcumdur, dedin,
Qolumun qüvvəti, gücümdür, dedin.
Vətən mənsiz yaşar, mən vətənsiz yox,
Onun adı yüksək, mərifəti cox.
Vətən azadlıqdır, vətən çörəkdir,
Vətənsiz bir həyat kimə gərəkdir.
Bu canım vətəndir, suyum vətəndir,
İnsanlar dünyada gəlib-gedəndir.
Mənim ən qiymətli sözüm vətəndir,
Alovlu ürəyim, gözüm vətəndir.
Mən ilham almışam doğma vətəndən,
Meyvəli bağlardan, göy çəmənlərdən,
Göylərə ucalan uca dağlardan,
Ruhu təzələyən saf bulaqlardan.
O mənə güvənir, mən də ki, ona,
Onun arzusunu yetirsəm sona
Deyərəm, dünyada xoşbəxt mənəm, mən,
Ölsəm də adımı yaşadar vətən.
23
Sən ey vətənimin qəhrəman oğlu,
Qəlbi məhəbbətlə, eşq ilə dolu.
Könüllü yazıldın sən siyahıya,
And içdin vətənə, sən öz canına.
Dedin: “Qarabağı qorumaq üçün,
Keçərəm canımdan lazımsa bir gün!”
Döyüş meydanına girdin mərdana,
Hünərin yayıldı Azərbaycana.
Sən ölməzlər cərgəsinə qanla yazdın adını,
Qucağına aldı vətən öz doğma övladını!
2004
24
SÜLHƏ SƏSLƏYİR BİZİ
Həyatın min c ürə gözəlliyi var,
Dərələr, təpələr, hündür və hamar,
O meyvəli bağlar, o qarlı dağlar,
O rəngli çəmənlər, qaynar bulaqlar.
Sülhə, qardaşlığa səsləyir bizi,
Xoşbəxt günlər üçün bəsləyir bizi!
Heç axırı görünməyən meşələr,
Tarlalar gözəli, gül bənəvşələr,
Bizə həyat verən o günəş, o ay,
Ana təbiətin verdiyi hər pay,
Sülhə qardaşlığa səsləyir bizi,
Xoşbəxt günlər üçün bəsləyir bizi.
Çayların axını, o sakit sular,
O şirin xəyallar, ballı yuxular,
Qızılgül qoxulu təmiz havalar,
Bizi əzizləyən, əziz analar,
Sülhə, qardaşlığa səsləyir bizi,
Xoşbəxt günlər üçün bəsləyir bizi!
2012
25
Dostları ilə paylaş: |