Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri


Məzmun xətləri üzrə qiymətləndirmə



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə37/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   33   34   35   36   37   38   39   40   ...   100

Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə 
(İş dəftərinin 55-ci səhifəsində də verilmişdir.) 
BAL
1. Mətndə hansı məlumat yoxdur?
A) Arılar ləçəklərdən şirə çəkir.
B) Arılar mumdan şan düzəldir.
C) Bal pətəklərə yığılır.
2. Hansı rənglə verilmiş söz səhv yazılıb?
A) mavi B) yaşıl 
C) qırmızı
3. Uyğun variantı seç.
A) gül
B) düz 
C) bal
1. Ad, əlamət və hərəkət bildirən söz kimi işlənir.           
A
B
C
2. Ad və hərəkət bildirən söz kimi işlənir.                       
A
B
C
3. Ad bildirən söz kimi müxtəlif mənalarda işlənir.        
A
B

4. Hansı cümlədə “düz” sözü leksik mənaya malik deyil?
A) Yaşlı adam gəlib düz evin qabağında dayandı.
B) Düz söz başucalığıdır.
C) İlk qarın yağması ilə düzlər ağ paltara büründü.
Yazı 
üzrə qiymətləndirmə (inşa)
Mövzu: “Halva-halva deməklə ağız şirin olmaz”.
Dil qaydaları 
üzrə qiymətləndirmə  
1. Hansı sıra yalnız köməkçi nitq hissələrindən ibarətdir?
A) və, axı, bəlkə
B) kim, rəng, yol
C) sən, sifət, sual
2. Altından xətt çəkilmiş hansı söz köməkçi nitq hissəsidir?
A) Səhrada tək ağac bitmişdi.
B) Hadisənin şahidi tək sənsən.
C) Bu cür ağır işin öhdəsindən tək gəldi.
3. “..., hamı, ... üçyaşlı Lalə bu şeiri bilir, ... sən bilmirsən” cümləsində nöqtələrin yerində
hansı sözlər yazılmalıdır?
A) hətta, beləliklə, təkcə
B) təkcə, hətta, beləliklə
C) beləliklə, hətta, təkcə 
4. O yalnız istirahət günlərində gəzməyə gedə bilirdi, çünki ancaq həmin günlərdə onun
boş vaxtı olurdu” cümləsində leksik mənaya malik olmayan sözləri seç.
A) yalnız, çünki, ancaq     
B) yalnız, həmin, boş
C) çünki, ancaq, vaxt
5. Hansı cümlədə “sarı” sözü heç bir suala cavab vermir?
A) Tibb bacısı yaralının əlini sarıdı.
B) Uşaq qollarını açıb anasına sarı qaçdı.
C) Çimnaz gəlinciyin sarı saçlarını darayıb hördü.
6. “Davud əynini qalın geyindi, çünki bayırda hava çox soyuq idi” cümləsində altından xətt
çəkilmiş sözü hansı sözlə əvəz etmək olar?
A) lakin
B) ona görə ki
C) ancaq
Çiçəylənir
ağaclar,
Çöllər, düzlər, yamaclar
Hər il gələndə bahar.
Uçur çəmənə, çölə,
Qonub 
çiçəyə
, gülə,
Şirə çəkir arılar.
Çiçəklərin
şirəsi,
Ləçəklərin şirəsi
Şirin bal deyil hələ.
Dönüb bal olur şirə,
Yığılır pətəklərə
Arının zəhmətilə.
Hüseyn Abbaszadə
88
3
Çap üçün deyil


89
Dərs 33. HÖKMDAR QARDAŞLAR (6 saat) 
Motivasiya 
(“Əqli hücum”)
Müəllim: – “Məsuliyyət” sözünü necə başa düşürsünüz?
Şagirdlər həyatdan misallar gətirməklə bu sözü izah etməyə çalışırlar.
Əlavə suallar:
1. Sizcə, hansı atalar sözü məsuliyyətli olmağa çağırır?
A) Tək əldən səs çıxmaz.
B) Bu günün işini sabaha qoyma.
C) İlanın ağına da lənət, qarasına da.
2. Əgər dövlət başçısı məsuliyyətsiz olsa, xalqın aqibəti necə olar?
Şagirdlər bu suallar ətrafında öz fikirlərini söyləyirlər.
Oxu
(proqnozlaşdırma)
Dərslikdən mətnin 1-ci hissəsi (səh. 84) oxunur və müəllim soruşur: 
– Sizcə, bundan sonra hadisələr necə cərəyan edəcək?
Sual: – Atası Səmədə bütün ərazinin hansı hissəsini vəsiyyət etdi?
(Cavab variantlarını müəllim lövhədə yazır)
A)  ½                           B) ¼                       C) ¾
Danışma_(debat)_Dünyasını_dəyişən_padşahın_vəsiyyətinə_münasibətinizi_bildirin._I_qrup'>Danışma
(debat)  
Dünyasını dəyişən padşahın vəsiyyətinə münasibətinizi bildirin.
I qrup: – Padşahın vəsiyyəti düzgün və ədalətli idi.
(Əsas arqument: padşah öz oğulları üçün bərabər imkanlar yaratmaq istəyirdi)
II qrup: – Padşahın vəsiyyəti yanlış və ədalətsiz idi.
(Əsas arqument: padşah oğullarından birinin məsuliyyətsiz olduğunu bildiyi halda ölkənin
yarısını ona verməklə dövlətin taleyini zərbə altında qoydu)
Oxu
(proqnozlaşdırma)  
Mətnin 2-ci hissəsi (səh. 84-85) oxunur və şagirdlərin dedikləri ilə müqayisə olunur. Şagirdlər
3-cü hissə ilə bağlı versiyalarını irəli sürürlər.
Dərsliyin 85-ci səhifəsindəki 1-ci sual oxunur və cavab variantları dinlənilir. 
Danışma
(debat)  
Teymurun qardaşına göstərdiyi “mərhəmət”ə münasibətinizi bildirin.
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə
fikirlərini əsaslandırır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Oxuduğu mətndəki məlumatları
mənimsəyir və nəticə çıxarır.
2.2.3. Verilmiş mətni genişləndirmək və da -
vam etdirmək məqsədi ilə yaradıcı plan tu tur.
Mətnin bir hissəsini oxuduqdan sonra
davamını təxmin edir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərdəki qəhrəmanların
hərəkətinə münasibət bildirir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş for-
mada yaradıcı nəql edir.
Oxuduğu əsərin məntiqi sonluğunu
düşünüb təqdim edir.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş mövzunu şəxsi həyatı ilə
əlaqələndirərək inşa yazır.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, on la rın
əsas nitq hissələrindən fərqini izah edir. 
Bəzi köməkçi nitq hissələ rinin cümlədəki
rolunu müəyyənləşdirir.
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə