Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə34/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   30   31   32   33   34   35   36   37   ...   100

Motivasiya
Müəllim: – Hər bir insan nəyə isə nail olmaq üçün zəhmət çəkir. Siz uşaq olsanız da, zəhmət
çəkir, dərs oxuyursunuz. Bu zəhmətlə siz nəyə nail olmaq istəyirsiniz? “Elm dünyanın uzaq
ölkəsində olsa da, ona yiyələnmək üçün yola çıxmaqdan çəkinməyin”. Məhəmməd
peyğəmbərin bu kəlamını necə başa düşürsünüz?
Şagirdlər öz fikirlərini söyləyirlər.
Oxu
Şagirdlər müəyyən vaxt ərzində səssiz oxuyub mətnin məzmunu ilə (dərslik, səh. 76-77)
tanış olurlar. Müəllim şifahi sual-cavab yolu ilə mətnin oxunub qavranıldığına əmin olur. 
Dərsliyin 77-ci səhifəsindəki 1-3-cü  tapşırıqlar yerinə yetirilir.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 50-ci səhifəsindəki çalışmalardan istifadə oluna bilər.
Mətndə verilmiş “vali” sözünün mənası araşdırılır. 
(vilayət hakimi, ölkənin bir hissəsinə
başçılıq edən adam)
Yazı
Şagirdlər mətnin qısa məzmununu yazırlar. Yazıda gəncin xəzinəni əldə edənədək hansı
peşələri öyrəndiyi qeyd olunmalıdır. 
Dil qaydaları
4-5-ci tapşırıqlar yerinə yetirilir. 
Müəllimin nəzərinə: Çünki – cümlələri bir-birinə bağlayır; üçün – səbəb mənasını bildirir;
ancaq – cümlələri bir-birinə bağlayır; isə  – cümlə üzvləri arasında əlaqə yaradır; ən –
sözün təsir gücünü artırır. 
5-ci tapşırıq. 1-ci cümlədə “kimi” sözü məsafə, ikinci cümlədə zaman, üçüncü cümlədə isə
bənzətmə bildirir.
QiymətləndirməMüşahidə, yazı işləri, dil qaydaları üzrə sual və tapşırıqlar əsasında
təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Dərs 30. İLK DƏRS (4 saat)
Motivasiya
Müəllim: – “Yerin nuru günəşdir, insanın nuru elm” atalar sözündən hansı nəticəni çıxarmaq
olar?
Məzmun standartları
Təlim məqsədləri
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə
fikirlərini əsaslandırır.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətndəki obrazların nitqini onların
xarakterinə və emosional vəziyyətinə görə
səsləndirir.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir
və obrazları sadə şəkildə səciyyələndirir.
Oxuduğu əsərdəki obrazlar barədə fikir
yürüdür.
2.2.5. Mətnin məzmununu genişlən diril -
miş formada yaradıcı nəql edir.
Oxuduğu mətni təxəyyülünə uyğun
davam etdirir.
3.1.1. Hüsnxət normalarına riayət etməklə
sürətlə yazır.
Mətni müəyyən edilmiş vaxt ərzində hüsnxət
və orfoqrafiya normalarına uyğun yazır.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Verilmiş mövzu üzrə dialoji mətn qurur.
4.1.5. Köməkçi nitq hissələrini tanıyır, onların
əsas nitq hissələrindən fərqini izah edir. 
Cümlədə köməkçi nitq hissələrini digər
nitq hissələrindən fərqləndirir.
82
3
Çap üçün deyil


Şagirdlər cavab variantlarını söyləyirlər.
Müəllim: – Elm haqqında çoxlu hikmətli kəlam olduğu halda nə üçün bəzi uşaqlar elmin
sirlərinə yiyələnməyə can atır, bəziləri isə bu yolda tənbəllik edirlər?
Şagirdlər müəllimin sualını başa düşdükləri tərzdə cavablandırırlar. Cavablar içərisində
“məqsəd” sözü səsləndikdən sonra müəllim uşaqları bu istiqamətə yönəldir. “Məqsədə çatmağa
inam və istək varsa, məqsədə doğru getməyə dəyər”.
Oxu
(proqnozlaşdırma)
1-ci addım. “İlk dərs” mətni (dərslik, səh. 78-79) əvvəlcə “Müdrik qoca başını aşağı salıb heç
nə demir” cümləsinə qədər oxunur. 
Sual: – Sizcə, nə üçün müəllim gənci şagirdliyə götürmək istəmir? (dərslik, səh. 79, tap. 1)
Şagirdlərin cavab variantları dinlənildikdən sonra müəllim təklif edir ki, mətnin davamı ilə bağlı
öz versiyalarını söyləsinlər. 
2-ci addım. Mətnin davamı “Oğlan başını sudan çıxarıb dərindən nəfəs almağa başlayır”
cümləsinədək oxunur və şagirdlərin dedikləri ilə müqayisə olunur. 
Sual: – Sizcə, müəllim nə üçün gəncə belə əzab verirdi?
3-cü addım. Mətndəki son dialoq (qoca və oğlan) iki şagird tərəfindən səhnələşdirilmiş oxu
şəklində təqdim olunur.
Müəllim dərslikdən 2-ci sualı səsləndirir:
– Sizcə, bundan sonra  gəncin xarakterində hansı dəyişiklik ola bilər?
Şagirdlər öz ehtimallarını söyləyirlər.
Mətnlə bağlı iş dəftərinin 51-ci səhifəsindəki sual və tapşırıqlardan istifadə oluna bilər. 
Danışma
(debat)  
Dərsliyin 79-cu səhifəsindəki 2-ci tapşırıq debat şəklində yerinə yetirilir.
1-ci qrup: – Müəllimin dərsindən sonra gənc bilik öyrənməyi qarşısına məqsəd qoyacaq.
2-ci qrup: – Müəllimin dərsindən sonra gənc bilikli olmaq arzusuna son qoyacaq.
Söz ehtiyatı 
3-cü tapşırıq. Cavab: müəllimə müraciət olunur.  
Bu tapşırığın icrasından sonra xitab haqqında məlumat verilir və qayda oxunur. 
4-cü tapşırıq.
Müəllim, mən bilikli olmaq istəyirəm. 
Yadında saxla, oğlum, doğrudan da, bilikli olmaq üçün biliyi də bax belə
istəməlisən.
Tətbiqi çalışmalar üçün iş dəftərinin 51-ci səhifəsindəki xitaba aid tapşırıqlar yerinə yetirilə
bilər.
Yazı 
5-ci tapşırıq yerinə yetirilir.
Dil qaydaları
6-cı tapşırıq. Heç, da, bəs, -la, doğrudan da, üçün, də, bax, belə 
QiymətləndirməMüşahidə, yazı işləri, danışma, dil qaydaları üzrə sual və tapşırıqlar
əsasında təlim məqsədinin nə dərəcədə reallaşdığı qiymətləndirilir.
Məzmun xətləri üzrə qiymətləndirmə
Oxu üzrə qiymətləndirmə
(İş dəftərinin 52-ci səhifəsində də verilmişdir.) 
PUL
Bir zamanlar pulu çox sevən insanların yaşadığı bir ölkə varmış. Bu insanlar həmişə
daha çox pul qazanmaq istəyirmişlər.
Bir gün xalqı çox sevindirən bir hadisə baş verir. Göydən pul yağmağa başlayır. İn-
83
ƏMƏKSEVƏRLİK
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə