Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,89 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix31.10.2018
ölçüsü4,89 Mb.
#76895
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

7

 

görüldük. Bu, tarixi qələbədir. Eyni zamanda, keçən 



il Rio Yay Olimpiya Oyunlarında Azərbaycan idman-

çıları  18  medal  qazanmışlar  və  medalların  sayına 

görə dünya miqyasında 14-cü yeri tutmuşlar.

Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir. 

Çox şadam və bir daha qeyd etmək istəyirəm ki, ən 

məşhur,  ən  populyar  idman  növü  olan  futbol  da 

Azərbaycanda inkişaf edir. Yeni stadionlar yaradılır, 

bizim tarixi Tofiq Bəhramov adına stadionumuz bir 

neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Dün-

yanın ən gözəl stadionlarından biri olan, təxminən 

70  min  tamaşaçı  tutan  Bakı  Olimpiya  Stadionu 

tikilmişdir.  Digər  stadionlar,  bölgələrdə  stadion-

lar, idman qurğuları tikilir. Çünki idmanın inkişafı, 

əlbəttə,  idman  infrastrukturunun  mövcudluğuna 

bağlıdır. Bu istiqamətdə həm bölgələrdə, həm Ba-

kıda ən müasir idman infrastrukturu yaradılmışdır.

Əminəm  ki,  bu  qələbədən  sonra  futbol 

bölmələrinə  uşaqların  axını  daha  da  güclənəcək, 

futbolçu  olmaq,  sizə  oxşamaq  istəyənlərin  sayı 

artacaq.  Əlbəttə  ki,  bu,  sizin  üzərinizə  əlavə 

məsuliyyət  qoyur.  Çünki  sizi  indi  Azərbaycanda 

demək olar ki, tanımayan yoxdur. Sizə diqqət ar-

tacaq və necə ki, siz bu günə qədər həm idman-

da,  həm  məişətdə  özünüzü  ləyaqətlə  aparmısınız, 

əminəm ki, gələcəkdə də gənclər, gənc idmançılar 

üçün nümunə olacaqsınız.

Onu da qeyd etmək istəyirəm ki, dünənki qələbə 

təsadüfi  qələbə  deyildi.  Siz  bu  qələbəyə  doğru 

neçə  ildir  ki,  gedirdiniz.  Həm  daxili  çempionatda 

bir neçə dəfə çempion olmusunuz, neçə il Avropa 

Liqasının qrup mərhələsində iştirak etmisiniz. Mən 

sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt haki-

min ədalətsizliyi ucbatından siz qələbədən məhrum 

edilmişdiniz.  Onu  da  xatırlayıram  ki,  -  o  vaxt  da 

mən  bunu  qeyd  etdim  -  ədalətsizliyə  baxmaya-

raq,  özünüzü  çox  ləyaqətlə,  təmkinlə  aparmısınız 

və ədalət öz yerini tapdı. Siz bu gərgin, çox açıq, 

ədalətli  mübarizədə  sübut  etdiniz  ki,  Azərbaycan 

futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. 

Ona görə sizin qələbəniz təbiidir və ədalətlidir.

Mən  bu  münasibətlə,  ilk  növbədə,  klubun 

rəhbərliyini  təbrik  etmək  istəyirəm,  xüsusilə,  klu-

bun  rəhbəri  Tahir  Gözəli.  Mən  bilirəm  ki,  Tahir 

bu  məsələyə  çox  böyük  sevgi  ilə,  ürəklə  yanaşır. 

Bəlkə də bu gün ən çox sevinən elə Tahirdir. Səni 

təbrik  edirəm,  Tahir.  Sənin  bütün  köməkçilərini, 

mütəxəssisləri  təbrik  edirəm.  Komandanın  baş 

məşqçisi Qurban Qurbanovu təbrik edirəm. Qurban 

Qurbanov  özünü  futbolda  həm  peşəkar  futbolçu, 

həm bilikli məşqçi, həm də vətənpərvər insan kimi 

təsdiqlədi.

Eyni zamanda - yəqin ki, tamaşaçılar da mənim 

fikrimə  şərik  olarlar  -  Qurban  Qurbanov  özünü 

oyunlar  zamanı  çox  ləyaqətlə  aparır.  Əminəm  ki, 

onun  davranışı,  əminliyi  və  təmkinliyi  futbolçula-

ra da əlavə güc verir. Əlbəttə ki, futbolçuları təbrik 

etmək istəyirəm. Çünki bu qələbəni futbolçular qa-

zanıblar. Futbolçu olmaq, idmançı olmaq çox böyük 

zəhmət, fədakarlıq tələb edir. Futbolçular, əfsuslar 

olsun  ki,  gənc  yaşlarından  zədələrlə  üzləşirlər, 

əməliyyat olunurlar. Ağır işdir, ağır peşədir. Futbol-

çular göstəriblər ki, onlar böyük qələbələr qazan-

mağa qadirdirlər.

Bu gün “Qarabağ” futbol klubu Avropanın apa-

rıcı klubları ilə yarışır və yarışacaq. İndi bütün xarici 

kütləvi  informasiya  vasitələrinin  xəbərlərində  artıq 

Azərbaycanın  “Qarabağ”  klubu  haqqında  verilişlər 

gedir.  Bu,  əlbəttə  ki,  ölkəmizin  təbliğində  çox 

önəmli  hadisədir.  Yenə  də  bütün  dünya  görür  ki, 

Qarabağ  Azərbaycan  torpağıdır.  Yenə  də  görürlər 

ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, an-

caq onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə 

də göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt 

barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda 

yaşayırıq və hamımız arzu ilə yaşayırıq ki, torpaq-

larımız işğaldan azad olunsun. Hər bir qələbə, hər 

bir uğurumuz, istənilən sahədə uğurumuz o günü 

yaxınlaşdırır.

Keçən  ilin  aprel  döyüşləri  onu  göstərdi  ki, 

Azərbaycan  istənilən  vaxtda  öz  ərazi  bütövlüyü-

nü  bərpa  edə  bilər.  Bu  gün  hərbi  potensialımız 



Qapaq


imkan verir ki, biz döyüş bölgəsində bütün 

vəziyyətə nəzarət edək və öz iradəmizi diktə 

edək. İdmanda da belədir və idman sevincini 

bizə idmançılar bəxş edir.

Mən  sizin  qələbənizi  çox  yüksək 

qiymətləndirirəm.  Bu,  tarixi  qələbədir.  Bu 

qələbə tarixə yazılıbdır və çox ədalətlidir ki, 

məhz  “Qarabağ”  klubu  bu  qələbəyə  imza 

atdı. Mən sizi bir daha təbrik edirəm, gələcək 

uğurlar  arzulayıram.  Əmin  olduğumu 

bildirmək istəyirəm ki, siz qrup mərhələsində 

də ölkəmizi layiqincə təmsil edəcəksiniz. Sağ 

olun.

Ölkə  başçısına  minnətdarlığını  bildirən 



“Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl çı-

xış  edərək  Azərbaycanda  idmana  göstərilən 

böyük qayğıdan danışıb:

-Cənab  Prezident,  bu  gün  bizi  qəbul 

etdiyinizə,  gözəl  sözlərinizə  və  dəstəyinizə 

görə Sizə minnətdarlığımı bildirmək istəyirəm.

Cənab  Prezident,  Azərbaycanda  bir 

şəhər,  bir  guşə  yoxdur  ki,  orada  Olimpiya 

İdman  Kompleksi  olmasın.  Dövlətimiz  Si-

zin  rəhbərliyinizlə  illərdir  idmana,  idman 

infrastrukturuna  çox  böyük  qayğı  göstərir. 

Bunun  nəticəsində  müxtəlif  idman  növlərində  - 

güləşdə, futbolda, intellektual oyunlarda, şahmatda 

Azərbaycan  doğrudan  da  Avropanın  və  dünyanın 

diqqətindədir.

Cənab Prezident, təkcə uğur qazananda yox, ən 

çətin günümüzdə də biz həmişə Sizin dəstəyinizi, 

Azərbaycan xalqının sevgisini hiss etdik. Doğrudan 

da “İnter”lə oyundan sonra ruh düşkünlüyü yaşa-

mışdıq, əhvalımız pis idi, haqsızlığa uğramışdıq. Sağ 

olun ki, Siz bizi dəvət etdiniz, bizə o şərəfi verdi-

niz. Dediniz ki, bu haqsızlıqdır, mən bunu görürəm, 

amma siz yolunuza davam edin. Cəsarətlə gedin və 

biz mütləq zəfərlər qazanacağıq.

Şükürlər  olsun,  cənab  Prezident,  dünənki 

qələbə ilə Avropada 650-700 klub arasında “Qara-

bağ” artıq ilk 32-liyə daxil oldu. Bu, doğrudan da 

böyük bir şərəfdir, böyük bir nailiyyətdir. Artıq biz 

ölkəmizdə ən böyük klubları gözləyirik. “Arsenal”, 

“Real Madrid”, “Tottenhem” gələ bilər, “Liverpul”, 

“Mançester Yunayted” - bunların hamısını Bakıda 

qonaq edəcəyik, inşallah.

Cənab  Prezident,  mən  bir  daha  Sizə  dərin 

minnətdarlığımı bildirmək istəyirəm. Biz Avropaya 

gedəndə oyunlar üçün Bakıya gələn klub rəhbərləri 

heyranlıqlarını gizlədə bilmirlər. Söhbətimizin ilk 20 

dəqiqəsi onların Bakıda gördükləri inkişaf olur. On-

lar deyirlər ki, necə ola bilər bir ölkə 20-25 il ərzində 

bu səviyyəyə gəlib çıxsın. Biz onlara qulaq asırıq. 

Sonra növbə bizə gələndə biz Qarabağın tarixindən, 

Azərbaycandan danışırıq və bu, möhtəşəm bir dia-

loq olur. Bizi həmişə böyük ehtiramla qarşılayırlar.

Cənab  Prezident,  bütün  bunlar  Sizin 

sayənizdədir.  Doğrudan  da  biz  Avropanın  ən  qa-

baqcıl ölkələrinin gördüyü hörməti görürük. Bizə, 

dünyada  mədəniyyətimizə,  xalqımıza  ancaq  mad-

di  resurslarımıza  görə  yox,  şəxsiyyətimizə  görə 

də, siyasətdə duruşumuza görə də hörmət edirlər. 

Cənab Prezident, yenə deyirəm, bunların hamısı Si-

zin sayənizdədir. Çox sağ olun. Allah Sizi başımızın 

üzərindən əskik etməsin.

“Qarabağ”  adını  daşımaq  bizlərə  böyük  bir 

şərəfdir. Biz də Sizin üçün, xalqımız üçün əlimizdən 

gələni əsirgəməyəcəyik. Çox sağ olun, çox təşəkkür 

edirəm.

Prezident İlham Əliyev: Sağ olun.



Daha  sonra  “Qarabağ”  komandasının  baş 

məşqçisi Qurban Qurbanov Prezident İlham Əliyevə 

təşəkkürünü bildirərək bu uğurun futbolun inkişa-

fına yeni bir təkan verəcəyinə inandığını söyləyib:

-Cənab Prezident, mən də Sizi bütün komanda-

nın adından salamlayıram. Çox şadıq ki, bu koman-

da ilə, bu kollektivlə ikinci dəfə Sizin görüşünüzdə 

olduq, bizi buraya dəvət etdiniz.

Həqiqətən keçən ilin aprel döyüşlərindən sonra 

bu komandada əlavə bir ruh yarandı. Bizim bütün 

legionerlərimiz  bir  daha  Qarabağı  daha  yaxından 

tanıdılar. Bu, həqiqətən futbolçular üçün böyük ruh 

yüksəkliyi  oldu.  Onlar  biz  azərbaycanlıların,  bizim 

dövlətimizin  mərdliyini  gördülər.  Düşünürəm  ki, 

bu, bizim builki uğurlarımızda çox böyük bir addım 

oldu.  Bizim  üzərimizə  düşən  budur.  Əsgərlərimiz 

gedib  cəbhədə  bizi  qoruyurlar.  Bizim  üzərimizə 

düşən vəzifə onlarınkından daha asandır. Biz də ça-

lışırıq ki, öz vəzifəmizi ləyaqətlə yerinə yetirək.

Əlbəttə,  qeyd  etdiyiniz  kimi,  idmanın  demək 

olar bütün növlərində bizim uğurlarımız var idi. Biz 

nə qədər desəydik ki, Avroliqada oynayırıq, bu, az 

idi. Amma Çempionlar Liqasının bu turniri çox bö-

yük turnirdir. Dünyanın ən güclü komandaları bu 




Yüklə 4,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə