Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,89 Mb.
Pdf görüntüsü
səhifə11/11
tarix31.10.2018
ölçüsü4,89 Mb.
#76895
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

30 

Mətbuatda keçən ay




31

 



32 

Sizdən gələnlər



Kimlər yada saldı,  

 

    kimlər unutdu...

Bağbanam çəkirəm bağlar həsrətin,

Çıxanda dağlara düzlər həsrətin,

Görəsən ilk dəfə sevgi həsrətin,

Kimlər yada saldı, kimlər unutdu...

Mən bir bağban kimi bağı dolandım,

Sevgi həsrətiylə dağı dolandım,

Leyli, Məcnun tək düzü dolandım,

Kimlər yada saldı, kimlər unutdu...

Güllərin ətrini duyanda bildim,

Çəkdiyim zəhməti görəndə bildim,

Vaxt gedir ömürdən deyəndə bildim,

Kimlər yada saldı, kimlər unutdu...

Ağayam çəkirəm hər bir nazını,

Oxuyan bülbül tək xoş avazını,

Çəkdiyim zəhməti illər uzunu,

Kimlər yada saldı, kimlər unutdu...

Yavaş-yavaş qocalıram

Azərsunla öyünürük,

Ürəklərdə döyünürük.

Qəm, qüssəni atmışam mən,

Muradıma çatmışam mən.

Doslarımdan bac alıram,

Əməyimlə ucalıram.

Azərsundan güc alıram,

Yavaş-yavaş qocalıram.

Səhər tezdən oyanıram,

Bağ-bağçanı dolanıram.

Gül-çiçəyi qoxlayıram,

El-obanı yoxlayıram.

Yaradana üz tuturam,

Ürəyimi düz tuturam.

Şeiriyyatdan zövq alıram,

Yavaş-yavaş qocalıram.

Bütün gücünü qoydu ortaya, 

Tarixi zəfər qazandı “Qarabağ”. 

Qoşulub otuz iki komandaya

Avropaya səda saldı “Qarabağ”. 

Əzmkar xalqın çılğın dəstəyindən,

Bunu da qeyd etməliyik fəxrnən. 

Ölkə rəhbərinin diqqətindən,

Əvəzsiz bir stimul aldı “Qarabağ”.

Təsadüfi deyil uğurları, 

Baxımlı oyunu, gözəl qolları. 

Neçə- neçə ölkələrdə klubları, 

Mərhələdən dayandırdı “Qarabağ”. 

Çempionlar Liqası, himnin səsi,

“Atletiko Madrid”, “Roma” və “Çelsi”,

Artıq xəyal deyil bu gözəl hissi,

Bizə bəxş etdi, yaşatdı “Qarabağ”.

Böyük cəsarət, hünər göstərərək, 

Xalqımızı bu cür sevindirərək. 

Ən güclülər dəstəsinə düşərək, 

Düşmənləri əcəb yandırdı “Qarabağ”. 

Zəfər vardır, harada olsa həqiqət,

Azərsunda olan qayğı, məhəbbət. 

Bu uğur da buna sübutdur əlbət,

Yeni bir tarixin yazdı “Qarabağ”.

Ramil Hüseynov

Biləsuvar Konserv Zavodu,

operator

Ağamalı İsmayılov

Gümüş Plaza,

bağban

Tarixi zəfər



33

 



34 

Fotoxəbər




35

 

Səhifəni hazırladı: Elman Yusifov




36 

İdman


Çempionlar  Liqasında  pley-off  mərhələsinin 

cavab  oyunları  bitdi.  Tarixində  ilk  dəfə  bu 

mərhələdə təmsil olunan son Azərbaycan çempi-

onu “Qarabağ”ımız meydana çıxdı. 

Komandamız  səfərdə  Danimarkanın  “Kopen-

hagen”  klubunun  qonağı  olub.  Paytaxt  klubuna 

öz meydanında 1:0 hesabı ilə qalib gələn “atlılar” 

üstünlüyünü qorumağa çalışıb. 

Qarşılaşma  meydan  sahiblərinin  2:1  hesab-

lı qələbəsi ilə başa çatıb. “Qarabağ” məğlub olsa 

da,  iki  oyunun  nəticəsinə  görə  qrup  mərhələsinə 

vəsiqə qazanaraq Azərbaycan futbolunda yeni ta-

rix yazıb.

  22:45.  “Kopenhagen”  (Danimarka)  -  “Qara-

bağ” (Azərbaycan) - 2:1

Qollar:  Federiko  Santander,  45,  Verbiç,  67,  

Dino Ndlovu, 63

Baş  məşqçimiz  Qurban  Qurbanov  tarixi  uğur 

haqda öz fikirlərini bölüşüb:

“Bütün  Azərbaycan  xalqını,  azarkeşlərimizi, 

hər  kəsi  təbrik  edirəm.  Sevinirik  ki,  ölkəmizi 

sevindirə  bildik.  Belə  turnirlərdə  çıxış  etmək  fut-

bolumuz  üçün  çox  önəmlidir.  Belə  turnirin  qrup 

mərhələsində  oynamaq  həm  bizim,  həm  də 

ölkəmiz üçün faydalı olacaq”.

Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimi ke-

çirilib. Azərbaycan futbolunda yeni tarix yazaraq qitənin ən ali tur-

nirinin qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” IV səbətdə yer 

alıb.  Komandamız  C  qrupunda  mübarizə  aparacaq  və  İngiltərənin 

“Çelsi”, İspaniyanın “Atletiko” və İtaliyanın “Roma” klubları ilə qar-

şılaşacaq. 

Baş məşqçimiz Qurban Qurbanov püşkü belə dəyərləndirib: 

“Hər üç rəqibimiz “TOP-5” ölkələrinin təmsilçisidir. Azarkeşlər və 

bizim üçün bu turnir bir təcrübə olacaq, hər üç komanda ilə bizi 

maraqlı qarşılaşmalar gözləyir. Rəqiblərimiz ən güclü çempionatla-

rın təmsilçiləridir. Bu turnirdə təcrübə qazanıb əlimizdən gələnin ən 

yaxşısını etməyə çalışacağıq”. 

“Qarabağ” Azərbaycan futbolunda 

yeni tarix yazdı

“Qarabağ”ımız “Çelsi”, “Atletiko” və “Roma” 

ilə eyni qrupda 

“Qarabağ”ın 

Çem-

pionlar  Liqasının  qrup 



mərhələsindəki  oyunları-

nın  vaxtı  müəyyənləşib. 

Komandamız  ilk  oyununu 

sentyabrın  12-də  səfərdə 

İngiltərənin  “Çelsi”  klubu-

na qarşı keçirəcək.

12 sentyabr

“Çelsi” – “Qarabağ”

27 sentyabr

“Qarabağ” – “Roma”

18 oktyabr

“Qarabağ” – “Atletiko”

31 oktyabr

“Atletiko” – “Qarabağ”

22 noyabr

“Qarabağ”  - “Çelsi”

5 dekabr

“Roma” – “Qarabağ”



Çempionlar Liqası: “Qarabağ”ın oyunlarının 

vaxtı açıqlandı


37

 

“Qarabağ”ımız  Çempionlar  Liqasının  qrup 



mər hələsinə  yüksəlməklə  bir  ilkə  imza  atıb.  Hələ 

bu  turnirin  pley-off  mərhələsinin  Bakıda  keçiril-

miş oyununda stadionu tam dolduran “Qarabağ” 

azar keşləri  kluba  olan  sevgisini  və  inamını 

nü mayiş  etdirib.  Bu  uğurlu  çıxışdan  sonra 

oyuna gəlmək istəyən azarkeşlərin çoxluğunu 

nəzərə  alan  komandamız  ev  oyunlarını  daha 

çox  azarkeş  tutumuna  malik  olan  stadionda 

-  Bakı  Olimpiya  Stadionunda  (68500  yerlik) 

keçirməklə  bağlı  UEFA-ya  müraciət  edib.  Bu 

gün UEFA tərəfindən “Qarabağ”ın sorğusuna 

cavab  gəlib.  Qitənin  ali  futbol  qurumu  ko-

mandamızın bu müraciətini təsdiqləyib.

“Qarabağ”ımız sentyabr ayının 27-də Çem-

pionlar Liqasının II turu çərçivəsində “Roma”nı 

Bakı Olimpiya Stadionunda qəbul edə cək. Matç 

Bakı vaxtı ilə 20:00-da başlayacaq.

“Qarabağ” ÇL-də ev oyunlarını BOS-da 

keçirəcək

“Qarabağ”ımız  bu  mövsüm  üçün  transfer  çalışmalarını 

yekunlaşdırmaq  üzrədir.  Komandamız  millimizin  futbolçusu 

Ramil Şeydayevi heyətinə qatıb. Müqavilə ilə “Trabzonspor”a 

məxsus  olan  hücumçu  2017/18-ci  illər  mövsümünü  icarə 

əsasında  “Qarabağ”da  keçirəcək.  Şeydayev  komandamızda 

“90” nömrəli formayla mübarizə aparacaq. 

21  yaşlı  hücumçu  “Zenit”  futbol  klubunun  yetirməsi 

olub  və  peşəkar  karyerasına  bu  klubda  başlayıb.  Ötən  yay 

“Trabzonspor”a transfer olunan Şeydayev, qışda icarə əsasında 

Slovakiyanın “Jilina” klubuna keçib.

Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında 

keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.

Ramil Şeydayev rəsmən “Qarabağ”da

Azərbaycan Premyer Liqasında 2017/18-ci illər 

mövsümünə  start  verilib.  Komandamız  ilk  tur-

da  səfərdə  “Neftçi”nin  qonağı  olub.  Qarşılaşma-

ya  sürətli  başlayan  komandamız  14-cü  dəqiqədə 

hesabı açıb. Əfran İsmayılovun cinah ötürməsində 

Mahir Mədətov başla dəqiq oynayıb. Hücumlarını 

artıran  “Qarabağ”  matçın  40-cı  dəqiqəsində  he-

sab arasında fərqi ikiyə çatdırıb. Dino Ndlovunun 

yerlə  ötürməsini  Mədətov  tamamlayıb.  İlk  hissə 

komandamızın 2:0 hesablı qələbəsiylə başa çatıb. 

İkinci hissəyə də sürətli başlayan komandamız 60-

cı  dəqiqədə  üçüncü  dəfə  fərqlənib.  Mədətovun 

ötürməsini  Dino  Ndlovu  qarşısıalınmaz  zərbəylə 

tamamlayıb.  Matçın  son  dəqiqəsində  “Neftçi” 

hesabı  müəyyən  edən  qolu  vurub.  Komandamız 

səfərdə 3:1 hesablı qələbə qazanıb.

“Qarabağ”    ikinci  turda  “Azərsun  Arena”da 

“İnter”i qəbul edib. Əfran İsmaylovun matçın 89-

cu dəqiqəsində vurduğu qol komandamıza 1:0 he-

sablı qələbə qazandırıb.

  Komandamız  III  turda  “Azərsun  Arena”da 

“Qəbələ”ni qəbul edib. Mahir Mədətov və Miçelin 

bu qarşılaşmada vurduğu qollar komandamıza 2:1 

hesablı qələbə qazandırıb. 

“Qarabağ” Premyer Liqada 3 turdan sonra 9 xal 

toplayaraq maksimum nəticə göstərib. 

Azərbaycan Premyer Liqası: 3 oyun, 3 qələbə



38 

İdman


“Qarabağ”  yay  transfer  pəncərəsinin  son 

günündə  üçüncü,  ümumilikdə  isə  yeddinci 

transferini  edib.  Komandamız  Norveç  mil-

lisinin  üzvü  Tarik  Elyunussini  heyətinə  qa-

tıb.  Yunanıstanın  “Olimpiakos”  klubuna 

məxsus  yarımmüdafiəçi  bu  mövsümü  icarə 

əsasında  “Qarabağ”da  keçirəcək.  Əsasən 

yarımmüdafiənin sol cinahında oynayan Elyu-

nussi sağ cinah və hücum arxası mövqelərində 

də çıxış edir. 28 yaşlı futbolçu peşəkar karye-

rasına  Norveçin  “Fredrikştad”  klubunda  baş-

layıb, daha sonra Hollandiyanın “Hereneven”, 

Norveçin  “Lillström”  və  “Rosenborq”,  Alma-

niyanın  “Hoffenhaym”  kimi  klublarında  çıxış 

edib. Ötən ilin yayında isə futbolçu “Olimpi-

akos”  klubuna  transfer  olunub.  Norveç  milli 

komandasıyla  43  oyuna  çıxan  Tarik  Elyunussi  9 

qolla yadda qalıb.

“Azərbaycanın ən güclü komandasına gəldiyim 

üçün xoşbəxtəm. Bu komandadan təklif gələndə 

təəccüblənmədim. Hətta “Qarabağ” “Rosenborq”u 

məğlub etdiyi vaxtdan yadımda qalmışdır.

Bu  mövsüm  Azərbaycan  futbol  tarixində  ilk 

dəfə  Çempionlar  Liqasında  mübarizə  aparacaq 

“Qarabağ”ın  gücü  bəllidir,  güclü  qrupda  yer  al-

mışıq. Amma buna baxmayaraq, əlimizdən gələni 

edəcəyik  ki,  “Qarabağ”ı  layiqincə  təmsil  edək. 

Buna da inanıram. Komandanın son günlərdə hü-

cuma  meylli  futbolçular  transfer  etdiyini  bilirəm. 

Bu  rəqabət  ancaq  komandanın  xeyrinə  ola-

caq,  keyfiyyətin  artmasına  kömək  edəcək.  Mən 

də  “Qarabağ”ın  uğur  qazanması  üçün  əlimdən 

gələnin ən yaxşısını etməyə çalışacağam”.

Tarik Elyunussi: “Azərbaycanın ən güclü 

komandasına gəldiyim üçün xoşbəxtəm”

Yay  transfer  pəncərəsinin  son  günündə 

“Qarabağ”ımız  növbəti  transferini  həyata  keçirib. 

Yunanıstanın  PAOK  klubunda  çıxış  edən  Pedro 

Enrike  bu  mövsümü  icarə  əsasında  “Qarabağ”da 

keçirəcək.  27  yaşlı  futbolçu  həm  sol  cinah 

yarımmüdafiəçisi, həm də hücumçu kimi çıxış edir. 

Pedro Enrike komandamızda “10” nömrəli forma 

geyinəcək.

Qeyd  edək  ki,  daha  öncə  İsveçrənin  “Sürix” 

klubunda  da  oynamış  braziliyalı  vinger  2016-cı 

ildə  Fransanın  “Renn”  klubundan  PAOK-a  keçib. 

Braziliyalı  oyunçu  Saloniki  klubunda  23  oyunda 

6 qol vurub.

Yeni transferimiz “Qarabağ”a keçidi haqda öz 

fikirlərini bildirib: 

“Qarabağ”a  gəlməmişdən  əvvəl  komandanın 

uğurları və hədəfləri haqda maraqlandım. Koman-

da, azarkeşlər və Bakı haqda artıq məlumatım var. 

Bakı olduqca gözəl şəhərdir. Klubun bazasıyla ta-

nış  oldum,  burada  futbolçu  üçün  hər  cür  şərait 

yaradılıb.  Bakıya  gəlməmişdən  bir  gün  əvvəl  də 

Riçard  Almeydayla  danışdım,  o  da  kifayət  qədər 

məlumat verdi.

“Qarabağ”ın sabiq komandam PAOK-la oyna-

dığı haqda da məlumatım var idi. Həmin ilin qışın-

da Yunanıstan klubuna keçdim.

“Qarabağ” Azərbaycan futbol tarixində Çempi-

onlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan 

ilk klubdur. Mən də bura öz oyunumla komandama 

kömək  etməyə  gəlmişəm.  Yarımmüdafiənin  həm 

sağ, həm də sol cinahında oynaya bilirəm. Koman-

dada rəqabətin olması hamımızın xeyrinədir. “Qa-

rabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə 

çalışacağam”.  

Pedro Enrike: “Qarabağ” üçün əlimdən 

gələnin ən yaxşısını etməyə çalışacağam”



39

 



40 

Yüklə 4,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə