Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,89 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix31.10.2018
ölçüsü4,89 Mb.
#76895
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

5

 

Baş redaktordan...



Əziz “Azərsun” ailəsi, hər gün yeni nailiyyətlərin qazanılması ölkənin 

inkişafına tövhə vermək və bu istiqamətdə “Azərsun” adının çəkilməsi hər birimizi 

qürurlandırır. Azərbaycanın futbol tarixində böyük uğur qazanan “Qarabağ” futbol 

klubumuzun Çempionlar Liqasının qrup mərhələsinə düşməsi ölkə futbol tarixində 

bir ilk oldu. Bu nailiyyətin qazanılması heç də asan olmadı. Uğura gedən yola 

baxsaq çəkilən zəhmətlər, gərgin məşqlər və oyunlarda qazanılan təcrübələr işin 

görünən tərəfidir. Bu işin görünməyən tərəfi isə komandanın idarə olunmasında 

mütəvazi və “Azərsun” fəlsəfəsinə bağlı olan çalışma əxlaqının bariz nümunəsini 

görmüş olarıq. “Qarabağ” adı “Azərsun”un dünya arenalarında daşıdığı müqəddəs 

əmanət kimi daim yüksəlir, daim yüksəklərə qaldırılır. Komandamızın “Qarabağ”–

Azərbaycan adı ilə Avropada iştirakı Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə 

çatdırılmasına da çox mühüm tövhə hesab oluna bilər. Yüz milyonlarla insanın 

izlədiyi bu oyunlar zamanı rəqib qarşısına çıxan “Qarabağ” futbol klubu, təbii 

ki,  komandanın tarixi ilə maraqlanan insanlara da Qarabağ həqiqətlərinin təbliği 

baxımından son dərəcə əhəmiyyətlidir. “Qarabağ” futbol klubunun həyatına baxsaq, 

tarixinə baxsaq heç bir zaman komandamızın indiki qədər stabil xətlə inkişaf 

yolunu tutmayıbdır. Bu stabilliyin əldə olunmasının əsas səbəblərini araşdırsaq 

hörmətli Abdolbari Goozal bəyin söylədiyi çox dəyərli bir fikirlə qarşılaşarıq: “Əgər 

nailiyyət əldə etmək istəyirsənsə diqqət etməli olduğun amil - təmərküzləşmə, 

təmərküzləşmə, təmərküzləşmə. Gördüyün işə diqətinin cəlb olunması ən mühüm 

amillərdən biridir. Gördüyün işin, gedəcəyin hədəfə doğru olan yolun düzgün təhlil 

olunması və çatışmazlıqların ortadan qaldırılaraq produktiv fəaliyyətin göstərilməsi 

üçün mütləq təmərküzləşmə olmalıdır. Bu kəlam da “Qarbağ”ın uğur açarıdır 

desəm, bəlkə də yanılmaram. 

Dəyərli həmkarlarım, “Qarabağ” futbol klubunun əldə etdiyi nəticə Azərbaycan 

xalqına ən sevincli anları yaşatmaqla bərabər, eyni zamanda, dövlət başçımızın da 

son dərəcə böyük diqqət və qayğısı ilə müşayiət olundu. Klubun rəhbərliyini, bütün 

komandanı qəbul edən prezident İlham Əliyev görüşdə hər bir oyunçu haqqında 

fikirlərini bildirərək bir daha göstərdi ki, o “Qarabağ” futbol klubunun oyunçularının 

hətta fərdi məsələləri ilə də dərindən maraqlanır və məlumatlıdır. Bu məsələdə 

öz dəyərli tövsiyyələrini verdi və fikirlərini bildirdi. Açığı belə bir böyük çempionat 

öncəsi cənab prezidentin komanda ilə görüşü həm də komandaya bir stimul oldu. 

Azərbaycan dövləti öz idmanı, öz mədəniyyəti, öz iqtisadiyyatı ilə günbəgün 

qazandığı yeni nailiyyətlərlə dünyanı hələ çox təəccübləndirəcəkdir. 

Əziz “Azərsun”lular, qeyd etmək istədiyim məsələlərdən biri də, Azərbaycanın 

Mərkəzi Aran bölgəsinin böyük həyəcana səbəb olan və yüzminlərlə insanın 

məşğulluğuna və onların rifah halının yaxşılaşmasına təkan verən layihələrdən biri 

İmişli Şəkər Zavodunda çuğundur mövsümünün başlanmasıdır. 

Mərkəzi Aran bölgələrinə getsək şahidi olarıq ki, Azərbaycanın 30-dan çox 

rayonunda becərilən məhsul iritonnajlı maşınlarla zavodumuza daşınmaqdadır. 

Orada olan hərəkətlilik, dinamika, təbii ki, bölgə insanı tərəfindən böyük həyəcan və 

sevinclə qarşılanmaqdadır. Ərzaq təhlükəsizliyinin təmin olunması, xarici xammal 

asılılığının azaldılması istiqamətində şirkətimizin həyata keçirdiyi layihələr özünü 

doğrultmaqdadır. Bu il qeyd etməliyəm ki,  14 min hektar ərazidə əkilən şəkər 

çuğunduru artıq toplanmağa başlayıb. Məhsul qəbulu prosesi yüksək dinamika ilə 

davam etməkdədir. 

Əziz “Azərsun”lular toxunmaq istədiyim məsələlərdən biri də, şirkətimizin 

daim yeni layihələrlə əhalini xalqımızı sevindirməsidir ki, bu hadisələrə biz 

Gəncədə fəaliyyətə başlayan növbəti ikinci “Bazarstore”u qeyd etmək istəyirik. 

Müasir pərakəndəçiliyin uğurlu nümunəsi olan və keyfiyyətli xidməti ilə daim 

seçilən “Bazarstore” mağazalar şəbəkəsi çox böyük bir ərazidə və Gəncə şəhərinin 

mərkəzində yeni mağazasını açmaqla Gəncə əhalisini də sevindirmiş oldu. Eyni 

zamanda, Eksport departamentimizin fəaliyyəti təqdirə layiqdir. Artıq xaricdə 

yaşayan azərbaycanlılar və ya xaricə səfər edən həmvətənlərimiz olduqları ölkələrdə 

Azərbaycan məhsullarını orada fəaliyyət göstərən mağazalarla rahatlıqla əldə 

etmək imkanına sahibdirlər. 

Bu sevindirici hadisələrdən biri Həcc ziyarətindən əvvəl artıq müqəddəs Məkkə 

şəhərində “Azərsun Holdinq” məhsullarının satışının təşkilidir. Bu hadisə hər bir 

azərbaycanlını qürurlandırdı və sevincinə səbəb oldu. Fəaliyyətini bu dinamik 

həyat tempi ilə davam edən “Azərsun Holdinq” hər bir azərbaycanlının və “Made in 

Azerbaijan” adının uğurla təmsil olunmasında yorulmadan zəruri addımmlar atır. 

Və bu sayımızda bu fəaliyyətləri əks etdirən məlumatları siz dəyərli oxucularımızın 

diqqətinə çatdırırq.

Maraqla oxumanız ümidi ilə.  



Afiq Səfərov

İctimaiyyətlə Əlaqələr və  

Biznesin İnkişafına Dəstək  

Departamentinin müdiri


UEFA  Çempionlar  Liqasının  qrup  mərhələsinə 

vəsiqə  qazanaraq  Azərbaycanın  idman  tarixində 

növbəti ilkə imza atan “Qarabağ” futbol klubunun 

bu  uğuru  dövlət  başçısı  cənab  İlham  Əliyevin  də 

diqqətindən  kənarda  qalmayıb.  Azərbaycan  Prezi-

denti komandamızı qəbul edərək öz fikirlərini bö-

lüşüb.


Görüş zamanı futbolçuları salamlayan Prezident 

İlham  Əliyev  “Qarabağ”lı  idmançıların  ölkəmizi 

beynəlxalq arenalarda ləyaqətlə təmsil etdiyini de-

yib:


-  Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi 

açılmışdır. “Qarabağ” futbol klubu UEFA Çempion-

lar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. 

Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən 

təbrik  edirəm.  Siz  Azərbaycan  xalqına  qələbə  se-

vinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha 

göstərdiniz  ki,  Azərbaycan  idmançısı,  Azərbaycan 

vətəndaşı  öz  xalqına,  dövlətinə  bağlıdır,  güclü-

dür,  peşəkardır  və  ölkəmizi  beynəlxalq  müstəvidə 

ləyaqətlə təmsil edir.

Bu  tarixi  qələbə,  eyni  zamanda,  ona  görə 

önəmlidir  ki,  bu  qələbəni  hamımız  üçün  doğma 

və  əziz  olan  “Qarabağ”  komandası  qazanıb.  “Qa-

rabağ”  komandası  Qarabağın  adını  daşıyır.  “Qara-

bağ” komandası işğal altında olan Ağdam şəhərini 

təmsil edir. Ona görə sizin qələbənizin çox böyük 

əhəmiyyəti,  mənası  var.  Bu,  sadəcə  olaraq,  id-

man  qələbəsi  deyil,  bu,  dövlətimizin,  Azərbaycan 

gəncliyinin,  vətənpərvər  insanların  qələbəsidir.  Biz 

döyüş  meydanlarında  da,  idman  meydançaların-

da da qələbələr qazanırıq. Necə ki, keçən ilin ap-

rel  ayında  qəhrəman  Azərbaycan  hərbçiləri  şücaət 

göstərərək  torpaqlarımızın  bir  hissəsini  işğalçılar-

dan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. 

Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayı-

dıblar,  indi  orada  yaşayırlar,  qururlar,  yaradırlar.  O 

torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.

Siz  də  dünən  Azərbaycan  bayrağını  futbol 

sahəsində yüksəklərə qaldırmısınız. Əminəm ki, hər 

bir  vətənpərvər  Azərbaycan  vətəndaşı  və  xaricdə 

yaşayan  milyonlarla  azərbaycanlı  sizin  qələbənizə 

ürəkdən  sevinirdi,  fəxr  edirdi  ki,  Azərbaycan  ko-

mandası, xüsusilə “Qarabağ” adını daşıyan koman-

da bu gün dünyanın, Avropanın ən güclü koman-

daları arasında yer tutub.

Bu  qələbə,  eyni  zamanda,  Azərbaycanda  fut-

bolun  inkişafının  təzahürüdür.  Mən  çox  şadam 

ki,  dünyanın  ən  populyar  idman  növü  –  futbol 

Azərbaycanda  inkişaf  edir.  Biz  bu  inkişafı  çox-

dan  gözləyirdik.  Futbolçularımızın  qələbələrini 

səbirsizliklə  gözləyirdik.  Bu  gün  hesab  edirəm  ki, 

bunun şahidiyik. Çünki həm klublar, həm milli yığ-

ma  komandamız  yaxşı  nəticələr,  ləyaqətli  oyun, 

əzmkarlıq, iradə və vətənpərvərlik göstərir. Ona görə 

mən hesab edirəm ki, Azərbaycan futbolu gələcəkdə 

daha  da  sürətlə  inkişaf  edəcək,  həm  klublar,  eyni 

zamanda,  yığma  komandamız  ölkəmizi  ləyaqətlə 

təmsil edəcək.

Əlbəttə ki, bu qələbə son illər ərzində ölkəmizdə 

idman  sahəsində  görülən  işlərin  nəticəsidir.  Çün-

ki idman Azərbaycanda dövlət siyasətidir. Bu gün 

Azərbaycan dünya miqyasında idman dövləti kimi 

tanınır.  İstər  Avropa  və  dünya  çempionatlarında, 

istərsə  də  Olimpiya  Oyunlarında  idmançılarımız 

yüksək  nəticələr  göstərirlər.  Bakıda  keçirilmiş  Bi-

rinci  Avropa  və  IV  İslam  Həmrəyliyi  Oyunları  bir 

daha  Azərbaycan  idmançılarının  gücünü  göstərdi. 

Biz komanda hesabında Avropa Oyunlarında ikinci, 

İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq 

İlham Əliyev “Qarabağ” futbol klubunun 

heyətini qəbul etdi

Qapaq



Yüklə 4,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə