Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,89 Mb.
Pdf görüntüsü
səhifə4/11
tarix31.10.2018
ölçüsü4,89 Mb.
#76895
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

9

 

turnirdə  iştirak  edirlər.  Onların  hər  birinin  Bakıya 



gəlmək  şansı  var.  Mən  çox  şadam  ki,  Siz  futbola, 

ümumiyyətlə,  idmana  bu  cür  dəstək  göstərirsiniz. 

İstəyirsiniz  ki,  bizim  futbolumuz  daha  da  inkişaf 

etsin. O klubların buraya gəlməsinə və belə bir bö-

yük turnirdə Azərbaycanın adının çəkilməsinə görə 

çox  şadam.  Azarkeşlərimiz,  bütün  qarabağlılar, 

köçkünlərimiz - dünən şəhərdə hər şey o dərəcədə 

idi  ki,  bu,  bizim  məsuliyyətimizi  daha  da  artırdı. 

Düşünürəm ki, biz bundan sonra daha çox çalışma-

lıyıq, daha məsuliyyətli olmalıyıq. Biz bacardığımız 

qədər,  hətta  bacardığımızdan  da  artıq  çalışacağıq 

ki, başda Siz olmaqla futbolumuz ildən-ilə daha da 

irəli getsin. Bir daha Sizə təşəkkür edirəm. Hər şeyə 

görə çox sağ olun. Dəvətinizə görə sağ olun.

“Qarabağ”  komandasının  kapitanı  Rəşad  Sadı-

qov göstərilən diqqət və qayğıya görə dövlət başçı-

sına minnətdarlığını bildirib:

-Cənab  Prezident,  Sizə  dərin  təşəkkürümü 

bildirirəm.  Mən  daim  futbolçuların  içərisindəyəm. 

Burada millimizin də üzvləri çoxdur. Amma bir çox 

hissəsi  burada  deyil.  Biz  futbolçular  göstərdiyiniz 

diqqətə,  qayğıya  görə  Sizə  minnətdarlığımızı 

bildirmək istəyirik. Biz bu diqqət və qayğını daim 

hiss edirik. O qədər olur, oyundan qayıdanda ara-

mızda söhbət edirik ki, görəsən bu qələbədən son-

ra  cənab  Prezidentin  dıqqətini  cəlb  edə  bildikmi? 

Sizinlə görüşmək bizim üçün bir stimuldur. Çox sağ 

olun ki, bizi qəbul etdiniz.

“İnter”ə məğlub olandan sonra Sizin bizi qəbul 

etməyiniz həqiqətən də bizim üçün bir stimul idi. 

Biz  o  təcrübə  ilə,  belə  məğlubiyyətlə  ilk  dəfə  idi 

qarşılaşırdıq, bir növ sınmışdıq. Amma Sizinlə görüş 

bizim üçün böyük ruh yüksəkliyi oldu və qayıtdıq, 

üç  gün  sonra  çempionatda  vacib  oyunda  qələbə 

qazandıq,  həmin  il  yenə  çempion  olduq,  Avroliqa 

qrupuna düşdük. Həmin qələbə bu yolda irəli atılan 

addımlardan biri oldu.

Biz Sizə dərin minnətdarlığımızı bildiririk. Fikri-

mi sözlərlə tam çatdıra bilmirəm. Təşəkkür edirəm.

Prezident  İlham  Əliyev:  Təşəkkür  edirəm,  çox 

sağ ol. Xahiş edirəm ki, mənim salamlarımı bu gün 

burada iştirak etməyən futbolçulara da çatdırasınız, 

həm  yığma  komandanın  üzvlərinə,  həm  də  digər 

komandanın üzvlərinə. Bilin ki, mən sizin oyunla-

rınızı imkan daxilində izləyirəm. Əgər Bakıdayam-

sa mütləq izləyirəm. Dünənki oyunu da izləmişəm. 

“Kopenhagen”lə birinci oyunu da izləmişəm. Ondan 

əvvəl Moldova komandası ilə oyunu da izləmişəm 

və  görürəm  ki,  nəinki  nəticə  var,  gözəl  oyun  var. 

Oyun  olan  yerdə,  iradə  olan  yerdə  mütləq  nəticə 

də  olacaq.  Qayıdıram  sənin  dediyin  o  məsələyə. 

Məhz bu iradə və ləyaqət hesabına siz o ədalətsiz 

qərardan sonra daha da möhkəm oldunuz. Yəni, bu, 

sizi daha da ruhlandırdı, sizi yeni qələbələrə apardı.

Tahir Gözəl: Cənab Prezident, Sizin dəstəyiniz 

bizim üçün çox böyük stimul oldu.

Prezident  İlham  Əliyev:  Mən  də  görürdüm  ki, 

siz doğrudan da bu işə çox ürəklə yanaşırsınız. Biri 

var hansısa işə formal yanaşasan, biri də var ürəklə. 

Siz indi nəinki qələbə qazanmaq istəyirsiniz, - hər 

bir  insan,  hər  bir  oyunçu,  idmançı  qələbə  qazan-

maq istəyir, - siz xalqı sevindirmək istəyirsiniz. Bax, 

mən sizdə bunu görürəm. Siz qələbəyə sevinəndə 

elə  bil  ki,  xalqımızı  sevindirmək  üçün  sevinirsiniz. 

Ona görə, mən bunu çox yüksək qiymətləndirirəm, 

səni də oyunçu kimi çox qiymətləndirirəm. Sən hələ 

çox  oynamalısan.  Mən  bilirəm  ki,  sən  veteransan, 

amma sən bütün “Qarabağ”a da, milli komandaya 

da güc verirsən, onu bil. Sən çox gözəl oyunçusan. 

Sən demək olar ki, səhv buraxmırsan. Sağ ol Rəşad, 

çox sağ ol.

Tahir Gözəl: Cənab Prezident, biz keçən Avropa 

Liqasında olanda o, tarixi bir gün idi. İndi bu gün 

yeni bir tarix yazılıb. Bu gün Sizə üzərində Çempi-

onlar Liqasının loqosu olan formanı təqdim etmək 

istəyirik. Siz bu klubun mənəvi rəhbərisiniz. Siz ol-

masaydınız, bunların heç biri olmayacaqdı. Çempi-

onlar Liqasının imzalanmış topunu da Sizə təqdim 

edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Onun-



cu nömrə vermisiniz? Çox yaxşı, çox sağ olun.

Sonda  “Qarabağ” futbol komandasının üzvləri 

ölkə başçısı ilə xatirə şəkli çəkdiriblər.



10 

Xəbər


İmişli  Şəkər  Zavodunda  2017-ci  il  çuğundur 

qəbulu  kampaniyasına  müəssisədə  təşkil  olunan 

tədbirlə start verilib. Çoxsaylı qonaqların, əkinçi və 

fermerlərin  iştirak  etdiyi  tədbir  zavodun  direktoru 

Ceyhun Salmanov və AŞİB AQRO və Süd məhsulları 

istehsal qrup direktoru Ferhat Tuğalın çıxışı ilə baş-

layıb. 

Ferhat  Tuğal  çıxışında  şəkər  çuğunduru 



əkinçiliyinin ölkədə geniş vüsət alması istiqamətində 

görülən işlərdən danışıb. Qeyd edib ki, 2017-ci ildə 

şəkər  çuğunduru  əkinçiliyi  sahəsində  AŞİB  AQRO 

28  rayon  üzrə  368  kənddə  3468  mülkiyyətçi 

ilə  müqavilə  bağlayaraq  bölgələrdə  14044  hek-

tar  sahədə  şəkər  çuğunduru  əkininin  həyata 

keçirilməsinə nail olub. 

“Bu il ilk olaraq Qazax, Ağstafa, Tovuz, Göygöl, 

Qəbələ, Siyəzən və s. digər rayonların ərazilərində 

şəkər çuğunduru əkinləri aparılıb. Həmçinin gələcək 

illər üçün şəkər çuğunduru əkinçiliyinin ölkədə ge-

niş vüsət alması məqsədilə Gəncə-Qazax bölgəsində 

yerli  fermerlərlə  geniş  təbliğat  işləri  aparılıb,  bu 

sahənin üstünlükləri onların diqqətinə çatdırılıb”, - 

deyə vurğulayıb. 

F.Tuğal  mülkiyyətçilərdən  qəbul  olunan  məh-

sulun  dəyərinin  ödənilməsi  məsələsinə  də  toxu-

nub.  Bildirib  ki,  şəkər  çuğundurunun  qəbulunda 

mülkiyyətçilərdən  qəbul  olunan  məh-

sulun də yə rinin ödənilməsi, çuğundurun 

şəkərlilik  faizinə  əsasən  hesablanma-

sı  qərara  alınıb.  Belə  ki,  bu  mövsümdə 

şəkərlilik  faizi  14  olan  çuğundurun  hər 

tonuna  58  AZN,  şəkərlilik  faizi  14-dən 

yuxarı  olan  məhsulun  hər  bir  faizinə 

isə 2 AZN əlavə pul ödənilməklə həyata 

keçiriləcək.  Yəni  mülkiyyətçinin  təhvil 

verdiyi məhsulun şəkərliliyi 16 faiz olar-

sa,  hər  ton  üçün  ödəniləcək  məbləğ  62 

AZN təşkil edəcəkdir. Həmçinin şəkərlilik 

faizindən asılı olmayaraq, mülkiyyətçinin 

təhvil  verdiyi  məhsulun  hər  tonu  üçün  dövlət 

tərəfindən 4 AZN subsidiya verilməsi nəzərdə tutu-

lub ki, bu da mülkiyyətçilərin qazancının daha da 

artması deməkdir. 

Müəssisənin direktoru Ceyhun Salmanov müəs-

sisədə görülmüş işlərdən və yeniliklərdən söz açıb. 

Qeyd  edib  ki,  AŞİB-də  çuğundur  əkin  sahələrinin 

genişləndirilməsi və məhsuldarlığın artırılması məq-

sədilə həyata keçirilən layihə çərçivəsində çuğundur 

boşaltma sahəsinin texniki imkanlarının yaxşılaşdı-

rılması istiqamətində mühüm işlər görülüb. 

“Çuğundur  silolarının  tutumunun  geniş lən-

dirilməsi  və  silolara  xidmət  edən  avadanlıqların 

artırılması  görülən  tədbirlərdəndir.  Tutumu  5000 

ton  olan  2  ədəd  çuğundur  silosunun  sahəsinin 

genişləndirilməsi  məqsədilə  inşaat  işləri  aparılıb. 

Nəticədə siloların uzunluğu 20 metr artırılaraq 100 

metrə çatdırılıb. Bununla yanaşı, paralel olaraq yeni 

sabit çuğundur boşaltma qurğusu inşa edilib. Yeni 

qurğunun texniki imkanları gün ərzində 5000 ton 

çuğunduru boşaltmağa imkan verir. Həmçinin yeni 

qurğunun mövcud səyyar boşaltma avadanlıqların-

dan üstünlüyü, sabit infrastrukturda yerləşdirilməsi 

və sürətli idaretmə mexanizimlərinə malik olması-

dır”, - deyə C.Salmanov bildirib. 



İmişli Şəkər Zavodu çuğundur  

qəbuluna başladı


Yüklə 4,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə