Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,89 Mb.
Pdf görüntüsü
səhifə7/11
tarix31.10.2018
ölçüsü4,89 Mb.
#76895
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

19

 

Şəmkir, Tovuz  



və 

Ağstafa 


Distributor-

luğunun  satış 

t ə ms i l ç i l ə r i 

əldə  ediblər. 

Belə  ki,  may 

ayı  üzrə  1-ci 

yerə 

Gəncə 


Distributor-

luğundan  Ruslan  Verdiyev,  2-ci  yerə  Elnur  Mus-

tafayev  layiq  görülüb.  May  ayının  digər  qalibləri 

Şəmkir Distributorluğundan Amil Həsənov, Tovuz 

Distributorluğundan  Pərvin  Məmmədov  və  Ağs-

tafa  Distributorluğundan  Elvin  Mustafayev  olub. 

Həmçinin Gəncədə vitrin tərtibatçıları arasında  ən 

yüksək nəticə göstərən Günel İbrahimova də mü-

kafatla təltif edilib.

İyun  ayı  üzrə  1-ci  yerə  Gəncə  Distributorlu-

ğundan Vüsal Rəsulov, 2-ci yerə Zahid Ələsgərov 

layiq görülüb. Habelə Şəmkir Distributorluğundan 

Anar Verdiyev, Tovuz Distributorluğundan Neymət 

Yusifov,  Ağstafa  Distributorluğundan  Elvin  Mus-

tafayev  qalib  adını  qazanıb.  Gəncə  Distributor-

luğundan vitrin tərtibatçıları arasında  ən yüksək 

nəticə göstərən Aytən Tağıyeva da mükafata layiq 

görülüb. 

Bakı Satış Departamentindən vitrin tərtibatçıları 

arasında  ən yüksək nəticə göstərən Elnurə Əliyeva, 

Zemfira  Cərullayeva  və  Ülviyyə  Rəhimova  müka-

fatlandırılıb.

İyul  ayı  üzrə  Şəmkir  Distributorluğundan  

Anar  Verdiyev,  Bərdə  Distributorluğundan  Vüsal 

Həsənov və Emin Aslanov, Ağdaş Distributorluğun-

dan Elnur Yolçuyev qalib adını qazanıblar. Gəncə 

Distributorluğundan  vitrin  tərtibatçıları  arasında  

ən yüksək nəticə göstərən Sevda Məmmədova da 

mükafata layiq görülüb. 

Bakı Satış Departamentindən satış təmsilçiləri 

arasında    ən  yüksək  nəticəni  Fərhad  Hənifəyev, 

Elvin Rəsulov və Həsən Zeynalov qazanıb.  Vitrin 

tərtibatçıları  arasında  ən  yüksək  nəticə  göstərən 

Turanə Mehdiyeva, Səidə Seyidova və Adilə Bağı-

rova mükafatlandırılıb.

Qaliblərə mükafatı aidiyyatı şöbənin rəhbərləri 

təqdim ediblər. 



20 

Satış


Fəaliyyət  sahələrini  getdikcə  daha  da  geniş-

lən dirən  “Azərsun  Holdinq”in  inkişafında  Satış 

Təş kilatının  mühüm  əhəmiyyətə  malik  rolu  var. 

Belə  ki,  yüksək  satış  nəticəsi  əldə  etmək  uğrunda 

daim mübarizə aparan Satış Təşkilatı liderliyə yük-

səlməkdə  davam etməklə yanaşı, həm də bu lider-

liyi qorumaqda israrlıdır. 

Bu uğurlarda Satış Təşkilatının  əməkdaşlarının 

xüsusi payı var. Şirkət rəhbərliyi isə öz növbəsində 

yüksək  nailiyyət  əldə  etmiş  hər  bir  əməkdaşın 

zəhmətinə  layiqincə  qiymət  verir  və  onları  müka-

fatlandırır. 

Belə ki, 2016-cı ilin yanvar ayının 1-dən start 

verilən, 2016-cı ilin dekabr ayının 31-də bitən sa-

tış  yarışmasında  fərqlənmiş    “Endustriel  və  Hore-

ca”  Satış  Direktorluğu,  həmçinin  Satış  Direktorlu-

ğunun Bakı  və Bölgələr Satış Departamentlərinin 

əməkdaşları    göstərdikləri  səy  və  əzmkarlığa  görə 

mükafata layiq görülüblər. 

“Endustriel və Horeca” Satış Direktorluğundan 1 

nəfər satış müdirinə ailəsi ilə birlikdə, 1 nəfər satış 

bölmə rəisinə və 1 nəfər satış təmsilçisinə, Bakı Satış 

Departamentindən 1 nəfər satış müdirinə ailəsi ilə 

birlikdə, 1 nəfər satış bölmə rəisinə, 1 nəfər baş satış 

təmsilçisinə  və  1  nəfər  satış  təmsilçisinə,  Bölgələr 

Satış Departamentindən isə 1 nəfər satış müdirinə 

ailəsi ilə birlikdə, 3 nəfər satış bölmə rəisinə və 7 

nəfər satış təmsilçisinə Türkiyənin Antalya şəhərinə, 

1 həftəlik tətil paketi təqdim edilib.

Antalya  şəhərində  gözəl  istirahət  etmiş  əmək-

daşlarımız  onlar  üçün  yaradılmış  bu  şəraitə  görə 

şirkət rəhbərliyinə dərin təşəkkürlərini bildiriblər.



Tətil qazanan əməkdaşlarımız Antalyada...


21

 



22 

Avqustun 

7-də 

YUNESKO-nun  hi ma-



yəsi  altında  Astrono-

miya  üzrə  Beynəlxalq 

Təlim  Mərkəzi  və  Ta-

iland    Milli  Astrono-

miya  Tədqiqat  İnsti-

tutunun    təşkilatçılığı 

ilə  Banqkok şəhərində  

beynəlxalq 

təlimə 

start  verilib.    Plane-



tariumlarda  populyar  

mühazirələrin  oxun-

ması  üzrə  həyata  keçirilən  bu  beynəlxalq    təlim, 

kosmik sənayenin inkişafına xidmət  etməklə ya-

naşı, həm də gənc nəslin astronomiya elminə ma-

rağını artırmaq məqsədi daşıyır. 

Tədbirdə dünya ölkələrindən seçilmiş 100-dən 

artıq iştirakçı arasında Azərbaycan nümayəndəsinin 

də olması xüsusi qürurvericidir.  Bu sahə üzrə se-

çilib  dəvət  olunanlar  üçün    təlimlər  astronomiya 

üzrə  tanınmış  mütəxəssislər  tərəfindən  keçirilib.  

Tədbirdə  Tailandın  təhsil  naziri,  Beynəlxalq  Ast-

ronomiya  İttifaqının  prezidenti,  YUNESKO-nun 

Tailanddakı  nümayəndəsi    və  digər  rəsmi  şəxslər 

iştirak edib.

Park Bulvar

Park  Bulvar  AVM-in  kollektivi  “Qarabağ”ın 

Çempionlar  Liqasında  play-off oyunu öncəsi əsl 

fan klub üzvləri kimi əllərində bayraqlarla  sevimli 

komandasına dəstək mesajı göndərdi.  Qələbəsi ilə 

bütün  Azərbaycanı  sevindirən  doğma  komanda-

mızı  təbrik  məqsədilə  isə  Park  Bulvar  AVM-də  3 

gün  “Qarabağ”ın  və  UEFA  Çempionlar  Liqasının 

rəsmi himni səsləndi.



Qürurumuz “Qarabağ”! 

“Tusi-Bohm Planetarium” daha bir 

beynəlxalq tədbirə qatıldı


Yüklə 4,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə