Yazı və foto işləri: Cəmilə Bəndəliyeva Müxbir: Rza Məmmədov Korrektor: Zöhrə Rəhimova



Yüklə 4,89 Mb.
Pdf görüntüsü
səhifə6/11
tarix31.10.2018
ölçüsü4,89 Mb.
#76895
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   11

15

 



16 

Bazarstore

Ötən  il  Binə  qəsəbə  sakinlərinin  istifadəsinə 

verilmiş “Bazarstore” mağazası bu il 1 yaşını, Su-

raxanı  rayonunun  Əmircan  qəsəbəsində  fəaliyyət 

göstərən “Bazarstore” mağazası isə 2 yaşını qeyd 

etdi.  Mağazalarımız  üçün  əlamətdar  olan  26-29 

avqust tarixlərində endirimli, hədiyyəli məhsullarla 

bol olan ad günü kampaniyaları keçirildi. Şən klo-

unlar  balacalara  hədiyyələr  payladı.  “Azerçay”, 

“Bizim  Tarla”,  “Shokki  Mokki”,  “Sun  Bakery” 

və  s.  digər  bir  çox  markaların  təşkil  edilmiş  da-

dım mərasimləri bayram əhval-ruhiyyəsinə xüsusi 

ləzzət qatdı. 

18 avqust tarixində 2-ci mağazamız Sumqayıt 

şəhər  sakinlərinin  ixtiyarına  verildi.  Bütün  sum-

qayıtlılar, onların etimadını qazanan ilk mağaza-

mızdan  sonra  “Bazarstore”un  ikinci  mağazasının 

açılışını səbirsizliklə gözləyirdi. Yüzlərlə şəhər sa-

kini açılış münasibətilə yeni “Bazarstore”un önünə 

toplaşaraq qırmızı lentin kəsilməsi anını gözləyirdi. 

Bu  vaxt  ərzində  müştərilərimizə 

“Bazarstore” bonus və endirim kar-

tımız  olan  “Super  Kart”ın  istifadə 

qaydaları,  üstünlükləri  haqqında 

məlumat verildi.

Nəhayət  “Azərsun  Holdinq”in 

baş  direktoru  Savaş  Uzan,  “Ba-

zarstore”  mağazalar  şəbəkəsinin 

direktoru  Mahmut  Okçu  və  “Ba-

zarstore”  direktor  müavini  Emin 

İsmayılov  tərəfindən  mağazanın 

açılışını bildirən qırmızı lent kəsildi. 

Açılışda müştərilər tərəfindən böyük 

izdiham  yaşandı.  1620  m

2

-lik  satış 



sahəsi,  bol  məhsul  çeşidi  və  avtomobillər  üçün 

geniş  dayanacağı  ilə  fərqlənən  yeni  mağazamız 

müştərilərin tam ürəyincə oldu.

Sumqayıt  şəhəri,  44-cü  məhəllə  (keçmiş 

Mətanət  şadlıq  sarayı)  ünvanında  yerləşən  yeni 

mağazamız  keyfiyyətli  məhsulları  və  yüksək 

xidməti ilə sizləri gözləyir.

Binə və Suraxanı “Bazarstore”larda ad günü 

kampaniyaları

Sumqayıt şəhərində 2-ci “Bazarstore” açıldı



17

 

“Bazarstore”  mağazalar  şəbəkəsi  Gəncə 



şəhərində  ikinci  mağazasını  istehlakçıların 

istifadəsinə  verib.  Müasir  standartlara  cavab 

verən  və  şəhərin  Nizami  Gəncəvi  prospektində 

yerləşən supermarket iki mərtəbədən ibarətdir. Bi-

rinci  mərtəbədə  müxtəlif  növdə  və  çeşiddə  olan 

qida  məhsulları,  ikinci  mərtəbədə  isə  qeyri-qida 

məhsullarının  satışı  həyata  keçirilir.  Yeni  avadan-

lıqlarla  təmin  olunan  mağazanın  ümumi  sahəsi 

1500  m

2

-dir.  Ölkədə  işsizliyin  aradan  qaldırılma-



sında  öz  töhfəsini  verən  “Bazarstore”  mağazalar 

şəbəkəsinin yeni filialında 50 nəfərdən çox xüsusi 

tədris  keçmiş  işçilər  müxtəlif  işlərlə  təmin  edilib. 

Yeni filialın açılışı münasibəti ilə avqust ayının 13-

dək  davam  edən  müxtəlif  bonus  kampaniyaları 

və  endirimlər  isə  istehlakçıların  məmnunluğuna 

səbəb olub. Təntənəli açılış mərasimində istehlak-

çılara  gigiyenik  tələblərə  cavab  verən  30  mindən 

çox müxtəlif çeşidli məhsullar təqdim edilib. Qeyd 

edək  ki,  bu  cür  aksiyalar  “Bazarstore”  mağazalar 

şəbəkəsinə daxil olan bütün filiallarda ilboyu ke-

çirilir.


Bakı  sakinləri  və  şəhərimizin  qonaqlarının  

ən  sevilən  alış-veriş  məkanı  -  Xətai  “Bazarstore” 

avqust  ayında  müştərilərinin  qarşısına  yeni  bir  

görkəmdə  çıxdı.  Mağazanın  sahəsi  çox  qısa  bir 

müddət  ərzində  400  m

2

  artırıldı.  Əsasən  meyvə-



tərəvəz, qastronomiya, ət, balıq məhsulları, çərəz 

və digər qida şöbələrində dəzgahlar, vitrinlər, kas-

salar yeniləndi.  Mağaza yalnız daxildən deyil, çöl 

tərəfdən də görünüşünü dəyişdi və avqustun 26-

da  müştərilərini  gözəl  bir  sürprizlə  qarşıladı.  Bu 

münasibətlə  hər  zaman  olduğu  kimi,  endirim  və 

hədiyyə kampaniyası da təşkil edildi. 

Gəncədə 2-ci “Bazarstore” fəaliyyətə başladı

Xətai “Bazarstore” yeniləndi 



18 

Satış


Yeni  satış  yarışmasının  şərtlərinə  uyğun  Satış 

Direktorluğunun həm Bakı Satış Departamentində, 

həm də Bölgələr Satış Departamentində qaliblərin 

mükafatlandırılması məqsədilə toplantılar keçirilib. 

Toplantılarda cari ilin may, iyun və iyul  aylarının 

satış nəticələri müzakirə edilib, istehsal edilən yeni 

məhsullar  haqqında  tədbir  iştirakçılarına  ətraflı 

məlumat  verilib.  Sonra  isə  satış  müdirlikləri  üzrə 

ən  yüksək  nəticə  əldə  edən  satış  təmsilçilərinin 

adları açıqlanıb, qaliblər təşəkkürnamə və dəyərli 

hədiyyələrlə təltif ediliblər. 

Beləliklə, İkinci Bölgə Satış Müdirliyi üzrə may 

ayında  satış  təmsilçiləri  arasında  ən  yüksək  satış 

hədəfi  reallaşdıran  Maştağa  Distributorluğunun 

satış  təmsilçiləri  Elgün  İsgəndərov  və  Eldəniz  İs-

mayılov 1-ci yerə layiq görülüblər. 

Bakı Satış Departamentindən vitrin tərtibatçıları 

arasında    ən  yüksək  nəticə  göstərən  Emilya 

Yəhyayeva, Vüsalə Ağayeva və İlahə Həbibova mü-

kafatlandırılıb.

Üçüncü  Bölgə  Satış  Müdirliyi  üzrə  may,  iyun 

və iyul aylarında ən yüksək satış nəticəsini Gəncə, 



Satış direktorluğunda qaliblərin adı açıqlandı


Yüklə 4,89 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə