Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə4/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   62

15 
 
şərh üsulunu Platon qəbul etmir, ona görə də Homeri öz 
ideal dövlətindən kənarda saxlayırdı. Platon antik dünya-
da Homer irsinə tənqidi münasibət bəsləyən ən böyük fi-
losof  olmuşdur.  Onun  dialoqlarında  ən  müxtəlif  ədəbi-
tənqidi  və  estetik  prinsiplər  öz  əksini  tapmışdır.  Filosof 
əsərlərində  poeziyanın  təsnifatına,  ədəbiyyatın  estetik 
təsir gücünə, bədii ilhamın xarakteri və mənbəyi məsələ-
lərinə toxunmuş, Homer və Hesioddan tutmuş öz dövrü-
nə  qədər  çox  sayda  şairlərin  yaradıcılığını  təhlil  etmiş, 
onlardan ayrı-ayrı sitatlar gətirərək şərhlər vermişdir
2

Ellinizməqədərki estetik və ədəbi-tənqidi fikir tarixi-
nin  mərkəzi  siması  isə,  əlbəttə,  Aristoteldir.  Ədəbiyyata 
dair düşüncələrini filosof iki böyük traktatda – dövrümü-
zə qədər tam gəlib çatmayan “Poetika” və tamamlanmış 
“Ritorika” traktatlarında cəmləmişdir. Aristotel də Platon 
kimi  bədii  ədəbiyyata  “təqlid”  sənəti  kimi  yanaşır,  lakin 
ondan fərqli olaraq, ədəbiyyatı həqiqətdən uzaqlaşdıran 
yox,  ona  yaxınlaşdıran  sənət  hesab  edir.  Ədəbiyyat  real 
mövcud  olan  dünyanın  təqlidi  olduğu  üçün  idraki  əhə-
miyyəti əvəzsizdir. Eyni zamanda, tərbiyə məsələlərində 
onun  qədər  xeyirli  fəaliyyət  sahəsi  tapmaq  çətindir.  Sə-
nətin ayrı-ayrı növləri isə təqlidin müxtəlif üsullarla baş 
verməsindən meydana gəlir. Ədəbiyyatın emosional təsir 
gücündən  danışarkən,  Aristotel  bədii  əsərin  quruluşunu 
xüsusilə  əhəmiyyətli  hesab  edir:  hər  əsər  bir-birinə 
                                                           
2
 Платон. Избранные диалоги., М., 1965, səh. 121-22.  
 


16 
 
həcmcə uyğun gələn hissələrin cəmindən təşkil olunma-
lıdır və bu əsərin ümumi həcmi oxucunun, yaxud tamaşa-
çının  rahat  şəkildə  qavraya  biləcəyi  həcmdən  böyük  ol-
mamalıdır.  Aristotel  bədii  əsərdən  alınmış  mənəvi  həzz 
hissini  sıx  şəkildə  əsərin  tərbiyəvi  əhəmiyyəti  ilə  əlaqə-
ləndirir və qeyd edir ki, əsərin hər bir həzz verən cəhəti 
eyni zamanda onun tərbiyəvi cəhəti olmalıdır (“Katarsis” 
nəzəriyyəsi). Filosofun ədəbiyyatşünaslıq elminə verdiyi 
töhfələrdən  biri  də  termin  yaradıcılığı  sahəsi  idi.  Məs., 
“poetika”nı  o,  yalnız  nəzm  əsərlərinin  nəzəri  norma  və 
qaydaları kimi deyil, bütün bədii yaradıcılığın nəzəriyyə-
sini bildirən termin kimi işlətmişdir.   
Aristotel “Poetika”sının bizə gəlib çatan hissələrində 
estetikanın ümumi prinsipləri ilə yanaşı, epos və faciənin 
konkret nəzəri normaları haqqında da geniş məlumatlar 
verilmiş (“Poetika”nın saxlanmamış digər iki hissəsi liri-
kaya və komediyaya həsr olunmuşdu), eposun ən böyük 
nümayəndəsi kimi Homerin nüfuzunu bərpa etmiş, faciə-
də isə daha çox Sofokla rəğbət bəsləmişdi. Bununla yana-
şı, Aristotel Evripidin yaradıcılığını da yüksək qiymətlən-
dirmiş, onu “ən faciəvi şair” adlandırmışdı. Evripidə qarşı 
amansız tənqidlərin səsləndiyi dövrdə onun yaradıcılığı-
nı  yüksək  qiymətləndirmək  filosofun  cəsarətindən  və 
ədəbiyyatda daim yenilik tərəfdarı olmasından xəbər ve-
rirdi.  Aristotelin  ədəbi-tənqidi  irsi  bütün  dövrlərin  ədə-
biyyatşünasları,  estetik-filosofları,  həmçinin  digər  elm 
sahələri  (folklorçular,  dilçilər  və  b.)  ilə  məşğul  olanlar 
üçün zəngin bilik mənbəyi olmuş, “Poetika”nın normaları 


17 
 
Avropada  uzun  müddət  dəyişməz  qanunlar  kimi  qəbul 
edilmişdir. 
Antik dövrün ellinizm mərhələsində (e.ə. III-I əsrlər) 
meydana  gələn  filoloji  tədqiqatların  səciyyəvi  əlaməti 
onların  sırf  peşəkar  filoloq-alimlər  tərəfindən  yazılması 
olmuşdur.  Kallimax,  onun  tələbəsi  Eratosfen,  Bizanslı 
Aristofan,  Samofrakiyalı  Aristarx  və  Dadim  bu  dövrün 
elm  aləminə  daha  çox  tanınan  filoloqları  idi.  Bizanslı 
Aristofan  Homerin,  Hesiodun,  lirik  şairlərin  əsərlərini 
tədqiq və şərh etmiş, Attik dövrün faciələrinə “ön söz”lər 
yazmışdı (Sofoklun “Tiran Edip” və “Antiqona”, Evripidin 
“Medeya”, “Res”, “Finikiyalı qadınlar” faciələrinə ön söz-
lər).  Lakin  bu  alimlərin  əsərlərindən  dövrümüzə  qədər 
çox cüzi parçalar qorunub saxlanmışdır. Onların həyat və 
fəaliyyətləri  haqqında  biz  daha  çox  sonrakı  dövrlərin 
alimlərindən  öyrənirik.  Ellinizm  dövründə  meydana  gə-
lən  ədəbi-tənqidi,  estetik  fikrin  ümumi  səviyyəsi  özün-
dən əvvəlki dövrlə müqayisədə xeyli aşağıdır. Bu mərhə-
lədə meydana gələn xüsusi peşəkar filoloqlar qrupu ədə-
biyyatın ikinci dərəcəli problemlərinə toxunurdular (bə-
dii əsərlərin dili, durğu işarələri və s.). Ellinizm filoloqları 
nəzəri-estetik  fikirlərin  müxtəlifliyinə,  qaldırılan  prob-
lemlərin aktuallığına və bu problemlərin müəyyən fəlsəfi 
sistemlə əlaqələndirilməsinə görə klassik dövrün filosof-
larından  çox  geri  qalırdılar  və  bu  dövr,  eləcə  də  yunan 
mədəniyyətinin  Roma  dövrü  antik  ədəbiyyatın  tədqiqi 
baxımından tənəzzül dövrü kimi qiymətləndirilə bilər. 


18 
 
Roma  dövrü  yunan  ədəbi-tənqidi  fikir  tarixinin  ən 
görkəmli  nümayəndələri  Halikarnaslı  Dionisi,  Dion      
Xrisostom  və  Plutarxdır.  B.e.  I  əsrində  yaşayıb-yaratmış 
tarixçi, ritorika nəzəriyyəçisi və filoloq-alim Halikarnaslı 
Dionisinin ədəb-tənqidi görüşləri müxtəlif əsərlərinə sə-
pələnmişdir.  Onlardan  “Təqlid  haqqında”,  “Dinarx  haq-
qında”,  “Fukidid  haqqında”,  “Qədim  natiqlər  haqqında” 
traktatları dövrümüzə qədər gəlib çatmışdır. Bu əsərlər-
də əsas diqqət natiqlik sənətinin nəzəri prinsiplərinə yö-
nəldilsə  də,  orada  Homer,  faciənəvislər  və  lirik  şairlər 
haqqında da maraqlı tənqidi fikirlərə rast gəlmək müm-
kündür. Dövrün digər görkəmli natiqi Dion Xrisostom da 
öz tənqidi mülahizələrini ayrı-ayrı nitqlərində söyləyirdi. 
O,  bir  neçə  nitqində  (məs.,  “Troya  nitqi”)  Homerin  poe-
malarındakı  tarixilik,  onların  həqiqətə  uyğunluğu  məsə-
lələrinə toxunmuş, gənclərə Homeri öyrənməyi məsləhət 
görmüşdür  (Dionun  Sofokla  həsr  olunmuş  nitqləri  də 
mövcuddur).  
Qədim  yunan  ədəbi-tənqidi  fikir  tarixinin  son  gör-
kəmli  nümayəndəsi  isə  Plutarxdır.  Ədəbiyyat  onu  ilk 
növbədə insanlara tərbiyəvi təsir vasitəsi kimi maraqlan-
dırmış,  “Yeniyetmə  poetik  əsərləri  necə  dinləməlidir?” 
traktatı məhz bu mövzuya həsr  olunmuşdur. Plutarx ət-
raf  aləmin  həqiqətəuyğun  təsvirini  hər  sənət  növünün 
əsası  hesab  edir  və  ona  görə  bədii  əsərdə  yeniyetməni 
çaşdıra  bilən,  aldadan,  hisslərini,  ağlını  səhv  istiqamətə 
yönəldə  bilən  hər  nə  varsa  onları  yolverilməz  sayırdı. 
“Aristofanla Menandrın müqayisəsi” adlı digər traktatın-


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə