181
e.ə. III əsrin əvvəllərində Ptolomey I Soterin vaxtında bö-
yük elm ocağı – Muzey (Muzalar evi) yaradılmışdı. Mər-
kəz o dövrdə indiki elmi-tədqiqat institutlarının yerinə
yetirdiyi funksiyanı həyata keçirirdi. Ellinizm dünyası
Makedoniyalı İskəndərin işğalçı yürüşlərindən sonra
Şərqə və Qərbə doğru xeyli genişləndiyindən, yeni ərazi-
lərdən imperiyanın mərkəzi şəhərlərinə yalnız maddi
sərvət deyil, eyni zamanda zəngin elmi-mədəni ənənə
köçüb gəlirdi. Muzeyin nəzdində yerləşən kitabxanada
ən müxtəlif ərazilərdən gətirilmiş milyonlarla əlyazma
nüsxələri saxlanılırdı. Belə böyük sayda materialı sistem-
ləşdirmək, saxlamaq və ardıcıl olaraq üzünü köçürmək
tələb olunurdu (papirusa yazılmış qədim əlyazmalar vaxt
ötdükcə keyfiyyətini itirirdi). Əlbəttə, milyonlarla əlyaz-
manı bir-bir yenidən köçürmək mümkün deyildi və ona
görə təbii olaraq, onların ən dəyərlilərini seçib ayırmaq
zərurəti meydana gəlirdi. Belə bir seçki işi isə öz növbə-
sində əsərlərin tədqiqini və onların qiymətləndirilməsini
tələb edirdi. Bununla da filologiya xüsusi elm sahəsi kimi
dövrün zəruri ehtiyacı olaraq inkişaf etməyə başlamışdı.
Kitabxana nəzdində fəaliyyət göstərən filoloqlar ara-
sında Kallimax (e.ə. 310-240) və onun tələbəsi Eratosfen
elm aləminə daha çox tanışdır. Bəzi mənbələrdə Kallima-
xın 800-ə yaxın əsəri olduğu göstərilir. Lakin bunlardan
bizə qədər yalnız “Siyahılar” gəlib çatmışdır. Nə vaxtsa
110 kitabdan ibarət olan bu əsərin yalnız 30-a yaxın
fraqmenti qorunub saxlanmışdır. Saxlanmış parçalardan
aydın olur ki, “Siyahılar” antik dünyanın ilk biblioqrafik
182
əsəridir. Orada İskəndəriyyə kitabxanasında saxlanan
kitabların siyahısı, hər kitabın ilk sözü və müəllifi
haqqında qısa məlumat verilir. Eratosfendə isə əsas
fəaliyyət sahəsi coğrafiya olsa da o, tarixə, etikaya,
fəlsəfəyə və ədəbiyyatşünaslığa dair bir neçə əsər də
yazmışdır. Onun dövrümüzə qədər gəlib çatmayan və 12
kitabdan ibarət “Qədim komediya haqqında” traktatı
adından da göründüyü kimi, antik komediya janrı
haqqında güman ki, öz dövrünün ən müfəssəl filoloji
tədqiqat işi olmuşdur.
Muzeydə tədqiqat işləri ilə məşğul olan filoloqlar
dövlət hesabına yaşayır və əmək haqqı alırdılar. Lakin o
dövrün bir sıra müstəqil fəaliyyət göstərən filoloqları da
olmuşdu ki, onlardan üçü daha çox məşhur idi – Bizanslı
Aristofan, Samofrakiyalı Aristarx və Dadim. Bizanslı
Aristofan Homerin, Hesiodun, lirik şairlərin əsərlərini
tədqiq və şərh etmiş, eyni zamanda klassik dövrün
faciələrinə “Ön söz”lər yazmışdır (Sofoklun “Çar Edip” və
“Antiqona”, Evripidin “Medeya”, “Res”, “Finikiyalı qadın-
lar” faciələrindəki ön sözlərin müəllifliyi ona aiddir).
Samofrakiyalı Aristarxın adı sonrakı dövrlərin filoloqları
tərəfindən ədalətli tənqidçiliyin sinonimi kimi işlənirdi.
Dadim isə Homeri, faciənəvislərin əsərlərini tədqiq və
şərh etməklə məşğul olurdu. Lakin bu alimlərin əsər-
lərindən dövrümüzə qədər çox cüzi parçalar qorunub
saxlanmışdır. Onların həyat və fəaliyyətləri haqqında biz
daha çox sonrakı dövrlərin alimlərindən öyrənirik.
183
Bu dövrdə ədəbiyyatşünaslıqla daha çox peşəkar filo-
loqların məşğul olması o demək deyil ki, bu sahə bütün-
lükdə filoloqların inhisarına keçmişdi. Ellinizm dövrünün
iki ən böyük fəlsəfi məktəbi – stoiklər və epikürçülər an-
tik ədəbiyyatşünaslıq tarixinə öz töhfələrini vermişlər.
Filoloji ənənə stoik Zenonun 5 kitabdan ibarət “Homer
sualları” və “Poeziyanın dinlənməsi haqqında” traktatla-
rını, Kleanfın “Şair haqqında” (böyük ehtimalla Homer
haqqında tədqiqat), Xrisippin “Şeirlər haqqında” və iki
kitabdan ibarət “Poeziyanı dinləmək üsulları haqqında”
əsərlərinin adlarını qoruyub saxlamışdır. Stoiklərin əsər-
lərindən konkret parçalar isə sonrakı alimlərin əsərlərin-
də onlardan gətirilmiş sitatlar şəklində dövrümüzə qədər
gəlib çatmışdır. Həmin sitatlardan aydınlaşır ki, stoiklər
kütlə qarşısında bu və ya digər məsələ ətrafında çixiş
edərkən, fikrilərini sübuta yetirmək üçün yunan lirikləri
Alkmandan,
Arxiloxdan,
Stesixordan,
Pindardan,
Feoqniddən, Tirteydən, həmçinin Homerdən, Hesioddan
və Evripiddən konkret misallar gətirmişlər. Epikürçülük
məktəbində isə ədəbi-tənqidi fikir söyləyənlər bu cərə-
yanın əsas nümayəndələri Epikür (e.ə. 341-271), e.ə. I
əsrdə yaşayıb-yaratmış Filodem və Lukresi olmuşlar.
Epikür “Homeri tənqid edənlər” qrupuna mənsub idi. O,
Homer poemalarının mifoloji əsasını tənqid edir və epos-
ların idraki, tərbiyəvi əhəmiyyətini qəbul etmirdi. Filode-
min “Şeirlər haqqında” və Lukresinin “Əşyaların təbiəti
haqqında” traktatlarında isə müəlliflər Homer poemala-
rının mifoloji əsasına Epikür kimi sərt mənfi münasibət
184
bəsləmirdilər. Lukresi qeyd edirdi ki, əsərdə dini görüş-
lərə ləkə vurmamaq şərti ilə mifoloji obrazlardan istifadə
etmək mümkündür. Hər iki epikürçü alim öz əsərində
ədəbi norma kimi üç vəhdət (zaman, məkan, hərəkət)
prinsipinin zəruriliyni vurğulamışlar.
Ellinizm dövründə meydana gələn ədəbiyyatşünaslıq
və bütünlükdə estetik fikrin ümumi səviyyəsini özündən
əvvəlki klassik dövrlə müqayisə etsək, bu səviyyənin ki-
fayət qədər aşağı düşməsini müşahidə edərik. Bu mərhə-
lədə xüsusi mərkəzlərdə peşəkar filoloqlar meydana gə-
lir və onlar ədəbiyyatın daha çox formal problemlərinə
toxunurdular (bədii əsərlərin dili, durğu işarələri və s.) .
Ellinizm filoloqları nəzəri-estetik fikirlərin müxtəlifliyi-
nə, qaldırılan problemlərin dərinliyinə və aktuallığına, bu
problemlərin müəyyən fəlsəfi sistemlə əlaqələndirilməsi-
nə görə klassik dövrün filosoflarından (xüsusilə, Platon
və Aristoteldən) çox geri qalırdılar, Təsadüfi deyil ki, təd-
qiqatçılar bu dövrün sonlarını və yunan ədəbiyyatının
Roma dövrünü “tənəzzül dövrü” kimi qiymətləndirirlər.
I əsrin sonlarına yaxın bütün imperiya ərazisində, o
cümlədən qədim Yunanıstanda da iqtisadi-siyası sabitlik
bərqərar olmuş və bunu nəticəsi kimi ədəbi həyat
yenidən canlanmağa başlamışdı. Bu canlanma bütün II
əsri və III əsrin ilk onilliklərini əhatə edir ki, həmin dövr
elmi ədəbiyyatda “Ellinizm intibahı” kimi adlandırılır.
Roma dövrü yunan ədəbiyyatşünaslığı tarixinin 3 ən
görkəmli nümayəndəsi – Halikarnaslı Dionisi, Dion
Xrisostom və Plutarxın fəaliyyət illəri məhz bu dövrə tə-
Dostları ilə paylaş: |