193
kimi) və s. bu kimi məsələlər həm ədəbi-nəzəri xarakterli
traktatların, həm də gündəlik ədəbi-tənqidlə məşğul olan
filoloqların diqqət mərkəzində idi.
Ədəbiyyatşünaslığa dair fikirlər forma cəhətdən də
ən müxtəlif tərzdə təqdim edilirdi. Bədii əsər, fəlsəfi
dialoq, ədəbi-nəzəri traktat, nitq, məktub, klassik mətn-
lərə yazılmış ön sözlər və s. antik ədəbiyyatşünaslığın ən
geniş istifadə etdiyi formalardır. Antik filologiyanın əsas
xüsusiyyətlərindən biri də ən parlaq nümunələrində ya-
randığı dövrün müəyyən fəlsəfi sistemi ilə bağlılığını aş-
karlamasıdır. Məs., Platonun estetik və ədəbiyyatşünas-
lıq görüşlərini onun obyektiv idealist fəlsəfi məktəbin-
dən kənarda təsəvvür etmək mümkün deyil. Həmçinin
Aristotelin ədəbi-nəzəri, eləcə də ədəbi-tənqidi fikirləri
bütünlükdə fəlsəfi sistemi kimi özünün sinkretikliyi ilə
fərqlənir. Bununla bərabər, bəzən antik ədəbiyyatşünas-
ların elmlə məşğul olmaq əvəzinə sırf didaktikaya meyl-
lənmə kimi özəlliyi də vardır. Onlar çox zaman özlərini
sanki şair və yazıçıların müəllimləri mövqeyində görür
və buradan çıxış edərək, yeri gəldi-gəlmədi müxtəlif məs-
ləhətləri ilə elmi işlərini həddən artıq ağırlaşdırırlar. Biz
buna daha çox İskəndəriyyə filoloqlarında və Qədim Ro-
ma ədəbiyyatşünaslığında müşahidə edə bilərik. Lakin
bir daha qeyd etmək istərdik ki, sadalanan xüsusiyyətləri
ilə birlikdə antik ədəbiyyatşünaslıq bütünlükdə filologiya
tarixində elmi əsaslarla yaradılmış ilk sistemli ədəbiyyat-
şünaslıq olmaqla, gələcək İntibah və Yeni dövr ədəbiy-
yatşünaslığının meydana gəlməsində müstəsna rol oyna-
194
mış, hələ eradan əvvəl qaldırdığı problemlər sonrakı
dövrlərdə də ədəbiyyat elmini məşğul edən əsas prob-
lemlər olmuşdur. Başqa sözlə, müasir filoloji elm özünün
nəzəri-fəlsəfi əsasları, forma xüsusiyyətləri, terminologi-
ya bazası və digər nailiyyətləri ilə, fikrimizcə, ilk növbədə
məhz antik ədəbiyyatşünaslığa təşəkkür etməlidir.
195
ANTİK DRAMATURGİYA: İDEYA VƏ OBRAZ
Antik dram bütövlükdə antik ədəbiyyat kimi bir tə-
rəfdən məzmun etibarilə şifahi xalq yaradıcılığına (mifo-
logiyaya) borcludur, digər tərəfdən formaca bilavasitə
xalq yaradıcılığının tərkib hissəsi olaraq meydana gəl-
mişdir. Qədim yunan filosofu və eyni zamanda ilk ədəbiy-
yat nəzəriyyəçilərindən biri Aristotel hesab edirdi ki, yu-
nan dramının ən erkən janrı “tragedia” öz başlanğıcını tə-
biətin yaradıcı qüvvələrinin, üzümçülük, şərabçılıq allahı
Dionisinin şərəfinə keçirilən dini bayramlarda oxunan
difiramblardan, “komedia” isə eyni bayramların fallik
nəğmələrindən almışdır (“Poetika”, IV fəsil). Bu fikri hər
iki sözün mənşəyi də sübut edir, belə ki, “tragedia” yu-
nanca “tragos”- keçi və “ode”– nəğmə (“keçi nəğməsi”),
“komediya” isə yunanca “kommos” - əyləncəli kütləvi yü-
rüş və “ode” sözlərinin birləşməsindən (“əyləncəli yürüş
nəğməsi”) ibarətdir. Mərasimlərdə ifa olunan nəğmələrin
gedişində bir çox hallarda xorun əsas müğənnisi (kori-
fey) xorla dialoqa girir, bu zaman bəzi teatr elementlərini
(mim elementləri, jestlər) nümayiş etdirir, beləliklə rü-
şeym halında ilk səhnələşdirilmiş tamaşalar meydana gə-
lirdi.
196
Teatr
E.ə. VII-VI əsrlərdə Dionisi dininin geniş şəkildə Yu-
nanıstan ərazisinə yayılması, bir çox şəhər və qəsəbələr-
də bu kulta həsr olunmuş mərasimlərin geniş vüsət al-
ması antik dramın təşəkkülünə təkan verən amillərdən
idi. Mifə görə, Dionisi (Vakx) Zevsin və fivalı qadın Seme-
lanın oğludur və o, Olimp allahları panteonuna nisbətən
gec daxil edilmişdir. Özünün bəzən “ehtiraslı”, bəzən
“əzabkeş”, bəzən də “əyləncəli” səciyyəsi ilə yunan cə-
miyyətində baş verməkdə olan dəyişikliklərə daha çox
cavab verdiyindən, “Böyük Dionisi” baryamları Afina
hökmdarı Pisistrat dövründən rəsmi dövlət səviyyəsində
keçiriliməyə başlanmışdır. Mart-aprel aylarının ayrıcına
təsadüf edən bu bayramlar 6 gün ərzində davam edir və
özünün kütləviliyi ilə getdikcə daha çox xalq bayramı
keyfiyyəti qazanırdı (bu mənada Novruz bayramına çox
bənzəyir). Belə ki, yoxsul təbəqədən olan azad vətəndaş-
ların bayramlarda iştirakını təmin etmək məqsədilə on-
197
lara dövlət tərəfindən bir günlük giriş haqqı məbləğində
vəsait ödənirdi (bayram keçirilən məkana giriş pullu idi).
Bayramların son 3 günü bütünlükdə antik tamaşaların
nümayişinə həsr olunurdu. Faciələr e.ə. VI əsrin sonların-
dan, komediyalar isə e.ə. V əsrin əvvəllərindən etibarən
mütəmadi olaraq göstərilirdi.
Antik mənbələrin verdiyi məlumata görə, ilk antik fa-
ciə müəllifi Fespid, ilk tamaşanın səhnələşdirildiyi tarix
isə e.ə. 534-cü il olmuşdur. Fespidin heç bir əsəri dövrü-
müzədək qorunub saxlanmasa da, antik faciə zamanı xor-
dan başqa daha bir aktyordan istifadə olunması onun adı
ilə əlaqələndirilir. Xordan fərqli olaraq, aktyor öz sözləri-
ni nəğmə kimi oxumur, şeir kimi intonasiya ilə deklama-
siya edirdi. O, xor kimi bir yerdə durmayıb, səhnə boyun-
ca hərəkət edir, bəzən səhnə arxasına gedib yenidən qa-
yıdır, tamaşa boyu daşıdığı maskanı (antik teatr maska-
lar teatrı idi) bir neçə dəfə dəyişə bilirdi. Beləliklə, xor-
dan müstəqil olan personajın tətbiq edilməsi ilk növbədə
antik drama dinamika gətirdi, onu daha canlı və emosio-
nal etdi.
İlk faciələrdə xor partiyaları daha böyük olsa da, son-
rakı dövrlərdə məhz aktyor partiyalarının böyüməsi və
eyni zamanda aktyorların sayca çoxalması hesabına an-
tik dram getdikcə inkişaf etməyə başladı. Faciənin forma-
ca təkmilləşməsi onun məzmunca da dolğunlaşmasına,
rəngarənqliyinə səbəb oldu. Belə ki, ilk əsərlər yalnız
Dionisi, onun başına gələn əhvalatlar, iztirablar haqqında
olurdusa, daha sonralar digər mifoloji personajlar, tarixi
Dostları ilə paylaş: |