Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə47/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   62
    Bu səhifədəki naviqasiya:
  • Teatr

193 
 
kimi) və s. bu kimi məsələlər həm ədəbi-nəzəri xarakterli 
traktatların, həm də gündəlik ədəbi-tənqidlə məşğul olan 
filoloqların diqqət mərkəzində idi.  
Ədəbiyyatşünaslığa  dair  fikirlər  forma  cəhətdən  də 
ən  müxtəlif  tərzdə  təqdim  edilirdi.  Bədii  əsər,  fəlsəfi 
dialoq,  ədəbi-nəzəri  traktat,  nitq,  məktub,  klassik  mətn-
lərə yazılmış ön sözlər və s. antik ədəbiyyatşünaslığın ən 
geniş istifadə etdiyi formalardır. Antik filologiyanın əsas 
xüsusiyyətlərindən biri də ən parlaq nümunələrində ya-
randığı dövrün müəyyən fəlsəfi sistemi ilə bağlılığını aş-
karlamasıdır.  Məs.,  Platonun  estetik  və  ədəbiyyatşünas-
lıq  görüşlərini  onun  obyektiv  idealist  fəlsəfi  məktəbin-
dən  kənarda  təsəvvür  etmək  mümkün  deyil.  Həmçinin 
Aristotelin  ədəbi-nəzəri,  eləcə  də  ədəbi-tənqidi  fikirləri 
bütünlükdə  fəlsəfi  sistemi  kimi  özünün  sinkretikliyi  ilə 
fərqlənir. Bununla bərabər, bəzən antik ədəbiyyatşünas-
ların elmlə məşğul olmaq əvəzinə sırf didaktikaya meyl-
lənmə  kimi  özəlliyi  də  vardır.  Onlar  çox  zaman  özlərini 
sanki  şair  və  yazıçıların  müəllimləri  mövqeyində  görür 
və buradan çıxış edərək, yeri gəldi-gəlmədi müxtəlif məs-
ləhətləri ilə elmi işlərini həddən artıq ağırlaşdırırlar. Biz 
buna daha çox İskəndəriyyə filoloqlarında və Qədim Ro-
ma  ədəbiyyatşünaslığında  müşahidə  edə  bilərik.  Lakin 
bir daha qeyd etmək istərdik ki, sadalanan xüsusiyyətləri 
ilə birlikdə antik ədəbiyyatşünaslıq bütünlükdə filologiya 
tarixində elmi əsaslarla yaradılmış ilk sistemli ədəbiyyat-
şünaslıq  olmaqla,  gələcək  İntibah  və  Yeni  dövr  ədəbiy-
yatşünaslığının meydana gəlməsində müstəsna rol oyna-


194 
 
mış,  hələ  eradan  əvvəl  qaldırdığı  problemlər  sonrakı 
dövrlərdə  də  ədəbiyyat  elmini  məşğul  edən  əsas  prob-
lemlər olmuşdur. Başqa sözlə, müasir filoloji elm özünün 
nəzəri-fəlsəfi əsasları, forma xüsusiyyətləri, terminologi-
ya bazası və digər nailiyyətləri ilə, fikrimizcə, ilk növbədə 
məhz antik ədəbiyyatşünaslığa təşəkkür etməlidir.    
 
 


195 
 
ANTİK DRAMATURGİYA: İDEYA VƏ OBRAZ 
 
 
 
 
 
Antik  dram  bütövlükdə  antik  ədəbiyyat  kimi  bir  tə-
rəfdən məzmun etibarilə şifahi xalq yaradıcılığına (mifo-
logiyaya)  borcludur,  digər  tərəfdən  formaca  bilavasitə 
xalq  yaradıcılığının  tərkib  hissəsi  olaraq  meydana  gəl-
mişdir. Qədim yunan filosofu və eyni zamanda ilk ədəbiy-
yat nəzəriyyəçilərindən biri Aristotel hesab edirdi ki, yu-
nan dramının ən erkən janrı “tragedia” öz başlanğıcını tə-
biətin yaradıcı qüvvələrinin, üzümçülük, şərabçılıq allahı 
Dionisinin  şərəfinə  keçirilən  dini  bayramlarda  oxunan 
difiramblardan,  “komedia”  isə  eyni  bayramların  fallik 
nəğmələrindən almışdır (“Poetika”, IV fəsil). Bu fikri hər 
iki  sözün  mənşəyi  də  sübut  edir,  belə  ki,  “tragedia”  yu-
nanca  “tragos”-  keçi  və  “ode”–  nəğmə  (“keçi  nəğməsi”), 
“komediya” isə yunanca “kommos” - əyləncəli kütləvi yü-
rüş və “ode” sözlərinin birləşməsindən (“əyləncəli yürüş 
nəğməsi”) ibarətdir. Mərasimlərdə ifa olunan nəğmələrin 
gedişində  bir  çox  hallarda  xorun  əsas  müğənnisi  (kori-
fey) xorla dialoqa girir, bu zaman bəzi teatr elementlərini 
(mim  elementləri,  jestlər)  nümayiş  etdirir,  beləliklə  rü-
şeym halında ilk səhnələşdirilmiş tamaşalar meydana gə-
lirdi.  


196 
 
       
 
                                   Teatr 
E.ə.  VII-VI  əsrlərdə  Dionisi  dininin  geniş  şəkildə  Yu-
nanıstan ərazisinə yayılması, bir çox şəhər və qəsəbələr-
də  bu  kulta  həsr  olunmuş  mərasimlərin  geniş  vüsət  al-
ması  antik  dramın  təşəkkülünə  təkan  verən  amillərdən 
idi. Mifə görə, Dionisi (Vakx) Zevsin və fivalı qadın Seme-
lanın oğludur və o, Olimp allahları panteonuna nisbətən 
gec  daxil  edilmişdir.  Özünün  bəzən  “ehtiraslı”,  bəzən 
“əzabkeş”,  bəzən  də  “əyləncəli”  səciyyəsi  ilə  yunan  cə-
miyyətində  baş  verməkdə  olan  dəyişikliklərə  daha  çox 
cavab  verdiyindən,  “Böyük  Dionisi”  baryamları  Afina 
hökmdarı Pisistrat dövründən rəsmi dövlət səviyyəsində 
keçiriliməyə  başlanmışdır.  Mart-aprel  aylarının  ayrıcına 
təsadüf edən bu bayramlar 6 gün ərzində davam edir və 
özünün  kütləviliyi  ilə  getdikcə  daha  çox  xalq  bayramı 
keyfiyyəti  qazanırdı  (bu  mənada  Novruz  bayramına  çox 
bənzəyir). Belə ki, yoxsul təbəqədən olan azad vətəndaş-
ların  bayramlarda  iştirakını  təmin  etmək  məqsədilə  on-


197 
 
lara dövlət tərəfindən bir günlük giriş haqqı məbləğində 
vəsait ödənirdi (bayram keçirilən məkana giriş pullu idi). 
Bayramların  son  3  günü  bütünlükdə  antik  tamaşaların 
nümayişinə həsr olunurdu. Faciələr e.ə. VI əsrin sonların-
dan,  komediyalar  isə  e.ə.  V  əsrin  əvvəllərindən  etibarən 
mütəmadi olaraq göstərilirdi.  
Antik mənbələrin verdiyi məlumata görə, ilk antik fa-
ciə  müəllifi  Fespid,  ilk  tamaşanın  səhnələşdirildiyi  tarix 
isə e.ə. 534-cü il olmuşdur. Fespidin heç bir əsəri dövrü-
müzədək qorunub saxlanmasa da, antik faciə zamanı xor-
dan başqa daha bir aktyordan istifadə olunması onun adı 
ilə əlaqələndirilir. Xordan fərqli olaraq, aktyor öz sözləri-
ni nəğmə kimi oxumur, şeir kimi intonasiya ilə deklama-
siya edirdi. O, xor kimi bir yerdə durmayıb, səhnə boyun-
ca hərəkət edir, bəzən səhnə arxasına gedib yenidən qa-
yıdır, tamaşa boyu daşıdığı maskanı (antik teatr maska-
lar  teatrı  idi)  bir  neçə  dəfə  dəyişə  bilirdi.  Beləliklə,  xor-
dan müstəqil olan personajın tətbiq edilməsi ilk növbədə 
antik drama dinamika gətirdi, onu daha canlı və emosio-
nal etdi.  
İlk faciələrdə xor partiyaları daha böyük olsa da, son-
rakı  dövrlərdə  məhz  aktyor  partiyalarının  böyüməsi  və 
eyni  zamanda  aktyorların  sayca  çoxalması  hesabına  an-
tik dram getdikcə inkişaf etməyə başladı. Faciənin forma-
ca  təkmilləşməsi  onun  məzmunca  da  dolğunlaşmasına, 
rəngarənqliyinə  səbəb  oldu.  Belə  ki,  ilk  əsərlər  yalnız 
Dionisi, onun başına gələn əhvalatlar, iztirablar haqqında 
olurdusa, daha sonralar digər mifoloji personajlar, tarixi 


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə