202
Esxil yaradıcılığı bir sıra yaddaqalan obrazlarla
məşhur olsa da, ona süjet xəttinin nisbətən ləng inkişafı,
zəif dinamiklik, təntənəli pafos və buna uyğun gələn ağır
dil də xas idi. Antik dramaturgiyanın ikinci böyük nüma-
yəndəsi Sofoklda (e.ə. 496 – e.ə. 406) isə biz artıq
faciənin bədii-sənətkarlıq cəhətdən daha yüksək səviy-
yəsinə şahid oluruq. Əsərlər həm ideyaca, həm də obraz-
ların xaraktersitikaları baxımından daha da zənginləşir,
mürəkkəbləşir. Bu da təsadüfi sayılmamalıdır, belə ki,
Sofokl ictimai-siyasi hadisələr baxımından daha zəngin
dövrdə - tədqiqatçıların “Perikl əsri” kimi adlandırdıqları
Afina demokratiyasının ən yüksək inkişaf etdiyi zamanda
yaşayıb yaratmışdır. Artıq bir sıra sahələrdə yeni
cərəyanlar yaranır, köhnələrlə ideya mübarizəsində
hətta qalib gəlirdilər ki, bu da bütövlükdə demokratik
sistemin böhranına doğru aparırdı. Əsərlərindən aydın
olur ki, Sofokl mühafizəkar görüşlü, ənənəyə sadiq olan
bir şəxsiyyət idi. Hər halda, biz onda Prometey kimi
inqilabçı obrazlara rast gəlmirik. Ənənəvi polis dininə və
mənəvi-əxlaqi dəyərlərinə böyük hörmətlə yanaşan
Sofokl eyni zamanda insanın fərdi, intellektual qabiliy-
yətinə də böyük inam bəsləyirdi. Afina demokratiyası
şəraitində məhz öz qüvvələrinə, bilik və bacarığına
güvənən şəxslər uğur qazana bilərdi və Sofokl da yarat-
dığı obrazlar vasitəsilə məhz bu cür insani məziyyətləri
önə çəkirdi.
Antik filoloji ənənə Sofoklun 123 dram əsərinin
müəllifi olduğunu bildirir ki, bunlardan dövrümüzədək
203
yalnız 7 faciə tam həcmdə qorunub saxlanmışdır və
bunların da arasında “Antiqona” bir sıra cəhətləri ilə
Sofokl yaradıcılığının tipik nümunəsi kimi maraq
doğurur. Əsərin mövzusu “Fiva silsiləsi” miflərindən
götürülmüşdür. İki qardaş Eteokl və Polinik arasında
Fivanın başçısı olmaq uğrunda mübarizə gedir. Polinik
ordu ilə şəhərə qarşı gəlir və döyüş zamanı hər iki
qardaş ölür. Şəhərin yeni başçısı Kreont Eteoklu bütün
dini qaydalara uyğun olaraq basdırdığı halda, Polinikin
cəsədini dəfn etmir və kimsənin də bunu etməsinə qada-
ğa qoyur. Buna baxmayaraq, hər iki qardaşın bacısı
Antiqona bütün təhlükəni göz önünə alır, Poliniki dəfn
edir və buna görə cəzalandırılaraq, daş hücrəyə salınır.
Lakin öncəgörən kahin Tiresi gələcək haqqında çox pis
xəbərlər verir: allahlar Kreonta qəzəblənmişlər və onu
bədbəxtlik gözləyir. Bundan qorxuya düşən Kreont
qərarını dəyişmək məcburiyyətində qalır: Poliniki dəfn
etdirir və Antiqonanı azad etməyə gedir. Amma gecdir.
Antiqona daş sərdabədə özünü asmış, onun nişanlısı və
həm də Kreontun oğlu olan Qemon isə buna dözməyib
intihar etmişdir. Kreontun başına gələn bədbəxtlik
bununla bitmir, arvadı Evridika da oğlunun intiharına
dözmür, ərini lənətləyərək özünü öldürür.
Göründüyü kimi, əsər istər məzmunca, istər formaca
erkən dövr antik faciələrindən xeyli fərqlənir. İlk növbə-
də qeyd etmək lazımdır ki, Esxilin dram tamaşasındakı
aktyorların sayını ikiyə çatdırmasından sonra, Sofokl bir
qədər də irəli getdi və onların sayını üçə çatdırdı. Bu da
204
heç şübhəsiz əsərdəki dialoqların artması, gərgin
konfliktlərin yaranması, dinamikliyin yüksəlməsi ilə
nəticələndi və beləliklə antik faciə formaca özünün son
görkəmini aldı. Bundan əlavə, Esxildən fərqli olaraq,
Sofoklu hansısa qəhrəmanın bütöv nəsli deyil, onun özü,
xarakteri, mənəvi-əxlaqi keyfiyyətləri, dəyərlər sistemi
maraqlandırırdı və buna görə də, bir-birinə süjetcə bağılı
olan trilogiyalar deyil, bütün daxili bədii-sənətkaqlıq
keyfiyyətləri, ideyalar kompleksi ilə tamamlanmış
müstəqil əsərlər yaradırdı. Sofokl yaradıcılığının spesifik
əlamətlərindən biri olan dolğun xarakterlərin əsərdə
başlıca hərəkətverici amilə çevrilməsi “Antiqona”da da
özünü parlaq göstərir. Burada allahların iradəsi mini-
muma endirilmişdir. Əsas konflikt polis (dövlət) maraq-
larının – yazılı qanunların təmsilçisi olan Kreontla,
mənəvi-əxlaqi dəyərlərin – yazılmamış qanunların təm-
silçisi olan Antiqona arasında arasında gedir. Bu
mübarizədə hər iki tərəfin bədbəxtliyə düçar olması
vaxtilə belə bir fikrin yaranmasına səbəb olmuşdu ki,
Sofokl hər iki tərəfi – Kreontu “yazılmamış qanunlar”a,
Antiqonanı isə yazılı qanunlara etinasızlıqda günahkar
bilirdi. Lakin fikrimizcə, müəllif bu konfliktə mənəvi-
əxlaqi dəyərlərin, yəni Antiqonanın tərəfindədir və
Kreontun bədbəxtliyi məhz Antiqonanın faciəvi ölümü-
nün cəzasıdır. Buna görə, əsərdə Antiqona obrazına,
onun xarakterinin açılmasına xüsusi diqqət yetirilmişdir.
Antiqona ilə bacısı İsmenanın, yaxud Antiqona ilə nişan-
lısı Qemonun münasibətləri obrazın daha dolğun təsviri-
205
nə xidmət göstərir. Antiqonanı antik dramaturgiyanın
bütövlükdə antik ədəbiyyat xəzinəsinə verdiyi növbəti
parlaq töhfə kimi qiymətləndirmək mümkündür və onun
qadın obrazı olması fikrimizcə töhfənin qiymətini daha
da artırır.
Sofoklun yalnız antik ədəbiyyat
deyil, bütünlükdə dünya ədəbiyyatının
ən yaddaqalan nümunələrindən biri
sayılan növbəti əsəri “Tiran Edip”dir
(bəzi mənbələrdə “Çar Edip” adlandırı-
lır). Faciə bir sıra cəhətləri ilə Sofokl
yaradıcılığı üçün tipikdir. İlk növbədə, əsər gərgin
dramatizmə malikdir. Mövzusu “Fiva mifləri” silsiləsin-
dən götürülmüşdür və əsasında “atılmış və sonradan
tapılan uşaq” süjeti durur. Edip öz atası olan Fiva
hökmdarı Lay tərəfindən atılmışdır, çünki öncəgörən
kahin ona oğlu tərəfindən öldürüləcəyi xəbərini ver-
mişdir. Lakin qonşu Korinf çarı Polibin çobanı Kiferon
dağının ətəklərində uşağı götürüb çara verir və o da
uşağı oğulluğa qəbul edir. Edip bir müddət heç nədən
xəbərsiz böyüyür, ancaq bir gün sərxoş korinflilərdən
biri ona Polibinin həqiqi oğlu olmadığını deyir. Edip
həqiqəti Delf kahinindən öyrənmək istəsə də, buna nail
olmur. Kahin yalnız bunu deyir ki, onun taleyinə atasını
öldürmək və anası ilə evlənmək yazılmışdır. Bu öncəgör-
mənin reallaşmaması üçün Edip Korinfi tərk edərək,
Fivaya gedir. Amma yolda tanımadığı bir qoca ilə mü-
bahisəyə girişir və onu öz atası Lay olduğunu bilmədən
Sofokl
Dostları ilə paylaş: |