185
sadüf edir. B.e. I əsrində yaşayıb-yaratmış tarixçi,
ritorika
nəzəriyyəçisi və eyni zamanda filoloq-alim Halikarnaslı
Dionisinin ədəbiyyatşünaslıq görüşləri müxtəlif əsərləri-
nə səpələniş haldadır. Bu əsərlər içərisində “Təqlid haq-
qında”, “Dinarx haqqında”, “Fukidid haqqında”, “Qədim
natiqlər haqqında” traktatları dövrümüzə qədər gəlib
çatmışdır. Bu əsərlərdə əsas diqqət natiqlik sənətinin nə-
zəri prinsiplərinə yönəldilsə də, orada Homer, faciənə-
vislər və lirik şairlər haqqında maraqlı ədəbi-tənqidi fi-
kirlərə rast gəlmək mümkündür. Dövrün digər görkəmli
natiqi Dion Xrisostom da öz tənqidi görüşlərini ayrı-ayrı
nitqlərində söyləyirdi. Bu mülahizələrindən çıxış edərək
onu “Homerçilər” dəstəsinə aid etmək mümkündür. Belə
ki, Dion bir neçə nitqində (məs., “Troya nitqi”) Homerin
poemalarındakı tarixilik, onların həqiqətə uyğunluğu
məsələlərinə toxunmuş, gənclərə Homeri öyrənməyi
məsləhət görmüşdür (Dionun Sofokla həsr olunmuş nitq-
ləri də mövcuddur).
Bütünlükdə qədim yunan ədəbiyyatının, o cümlədən
ədəbiyyatşünaslığının son görkəmli nümayəndəsi
Plutarxdır. Plutarx əsərlərinin antik siyahısında 227 əsə-
rin adı göstərlimişdir ki, bunlardan da 150-dən çoxu döv-
rümüzə gəlib çatmamışdır. Alimin ədəbi-nəzəri, estetik
görüşləri əsərlərinin “Əxlaqi traktatlar” bölməsində top-
lanmışdır. Burada “əxlaqi” sözü mövzunu bir qədər doğ-
ru ehtiva etmir, belə ki, Plutarx həmin əsərlərdə ən müx-
təlif mövzular – din, fəlsəfə, pedaqogika, siyasət, gigiye-
na, musiqi, ədəbiyyat və hətta heyvanların psixologiyası