189
qiq forma və üsluba malik komediyaya üstünlük verirdi.
Eyni zamanda, Terensi təkrarlanan, şablon xarakterlərin
(məs., qəzəbli qoca, hiyləgər qul, pulgir aradüzəldən və
b.) yaradılmasına qarşı çıxırdı.
Qədim Roma ədəbiyyatşünaslığı klassik mərhələsinin
əsas nümayəndələrindən biri də Siserondur (e.ə. 106-
43). Onun filologiya problemlərinə aid xüsusi əsəri
olmamışdır. Bununla belə, bir sıra nitqlərində (məs., şair
Arxinin müdafiəsi üçün), ritorikaya (“Natiq”) və esteti-
kaya (“Tuskulan söhbətləri”) dair traktatlarında Siseron
öz ədəbi-nəzəri görüşlərini ifadə etmişdir. Siseron ədəbi
janrlar arasında daha çox eposa və faciəyə üstünlük
verirdi. Komediyaya nisbətən az diqqət yetirir, lirikanı
isə heç xoşlamırdı. Siseronun janrlara münasibəti onun
bilavasitə ədəbiyyata ümumi baxışından irəli gəlirdi. O,
ədəbiyyata münasibətdə rasionalistdir, bədii əsərləri ilk
növbədə cəmiyyət üçün praktiki əhəmiyyətinə görə qiy-
mətləndirirdi. Bu mənada epos və faciə onun fikrincə in-
sanlara praktiki həyatda daha çox gərəkli olan janrlardır.
Siseron üçün əsərin məzmunu onun forma xüsusiyyətlə-
rindən daha vacibdir. O, hesab edir ki, hətta “pis şair belə
xeyirli ola bilər”. Burada “pis şair” deyərkən, Siseron bə-
dii cəhətdən zəif əsərin cəmiyyət üçün mütərəqqi məz-
munu öz daxilində ehtiva etməsini nəzərdə tuturdu.
Ümumilikdə demək olar ki, Siseronun bədii ədəbiyyata
münasibəti ölkəsini alovlu məhəbbətlə sevən vətənpər-
vər vətəndaş münasibəti id.
190
Roma ədəbiyyatşünaslığı tarixinin Son antik dövrü
Respublika quruluşunun sonu və imperiyanın başlanğıcı
(“Avqust əsri”) dövrünə təsadüf edir. Bu dövrün ən
tanınmış nümayəndəsi Kvint Horasi Flakkdır (e.ə. 65-8).
Horasinin “Pizonlara məktub”u Aristotelin “Poetika” sın-
dan sonra antik ədəbiyyat nəzəriyyəsinə aid yazılmış ən
böyük əsərdir. Lakin bu əsərlər keyfiyyət baxımından
heç də eyni pillədə durmurlar. Horasinin “Poetika”sı
(sonrakı dövrlərdə tədqiqatçılar “Pizonlara məktub”u
daha çox məhz belə adlandırırdılar) Aristotelin “Poeti-
ka”sından fərqli olaraq, heç bir dərin fəlsəfi-estetik
əsaslara malik deyil. Əsər daha çox “normativ” səciyyə
daşıyır. Belə ki, orada ədəbiyyat xadimləri üçün ehkam
xarakteri daşıyan bir sıra qaydalar göstərilmişdir (dra-
mın 5 pərdədən ibarət olması, “üç vəhdət” qanunu və s.).
Lakin Horasi bu normativ qanunları da özündən kəşf
etməmiş, daha əvvəlki filoloqların (İskəndəriyyə filoloq-
ları, Neoptolem və b.) əsərlərindən götürmüş və poetik
istedadı nəticəsində orijinal əsər kimi təqdim etmişdir.
Horasi “Poetika”sının estetikası – klassisizm estetika-
sıdır: əsər sadə, tamamlanmış, vəhdət halında olmalıdır.
Simmetriyanın pozulması, haşiyələr, bir əsər daxilində
müxtəlif üslub elementləri müəllifin fikrincə bədii əsərin
gözəlliyinə xələl gətirir. Bu mənada Horasi yunan ədəbiy-
yatını əlçatmaz zirvə hesab edir, öz dövrünün ədiblərinə
“gecə də, gündüz də yunan nümunələridən əl çəkmə-
məyi” məsləhət görürdü. İntibah dövründə Avropanın
ədəbiyyat klassikləri Horasinin “Pizonlara məktub”unu
191
Aristotelin “Poetika”sı kimi (hətta bir çox hallarda ondan
daha artıq) kanonik ədəbi qanunlar toplusu olaraq qəbul
etmişlər. Bualonun “Poeziya sənəti” traktatı bir çox
cəhətləri ilə Horasin əsərini təkrarlayırdı.
I əsrin ikinci yarısında Klavdilər sülaləsindən sonra
hakimiyyət başına gələn Flavilər dövründə Roma imperi-
yası bir dövlət kimi özünün ən qüdrətli inkişaf mərhələ-
sini yaşayırdı. “Avqust əsri”ndən sonra imperiya daxilin-
də hökm sürən siyası çəkişmələrə nəhayət ki, son qoyu-
lur, cəmiyyət tədricən sakit həyata qayıdırdı. Bu tenden-
siya özünü ədəbiyyat və o cümlədən filologiya sahəsində
də göstərirdi. Klassik ədəbiyyatı tənqid edən“yeni üs-
lub”a qarşı kəskin çıxışlar başlayırdı. Ədiblər poeziyada
yenə də Vergilini, nəsrdə isə Siseronu əlçatmaz zirvə he-
sab edirdilər. Yunan ədəbiyyatının nüfuzu daha da yük-
səlirdi. Ədəbiyyatşünaslıq sahəsində “yeni üslub”a qarşı
çıxanların ən başlıca nümayəndəsi Mark Fabi Kvintilian
(təqr. b.e. 30-96) olmuşdur. Kvintilian imperator
Vespasian tərəfindən Romada təşkil olunmuş natiqlik
məktəbində “Latın natiqliyi” kafedrasına rəhbərlik edir-
di. Işi ilə əlaqədar o, 12 kitabdan ibarət fundamental “Na-
tiqlik təhsili” traktatını yazmışdır. Bu əsərin bütün kitab-
ları natiqliyə yiyələnmək yollarının şərhinə həsr olun-
muşdur. Uşaqlıq çağlarında ev şəraitindəki tərbiyədən
tutmuş (I kitab), ideal-natiq obrazının başlıca keyfiy-
yətlərinə qədər (XII kitab) bütün məsələlər burda təfər-
rüatı ilə göstərilir. X kitabın birinci hissəsində isə natiqə
hansı bədii ədəbiyyat nümunələrini oxumaq lazım gəldi-
192
yi göstərilirdi. Məhz bu hissədə biz Kvintilianı öz dövrü-
nün ən görkəmli ədəbiyyatşünas alimi kimi tanıyırıq. Mü-
əllif yunan və Roma poeziyasının, nəsrinin icmalını verir,
hər janrda fəaliyyət göstərən görkəmli nümayəndələri
göstərir, onlar haqqında öz ədəbi-tənqidi fikirlərini söy-
ləyir. Yunan ədəbiyyatını qiymətləndirərkən, Kvintilian
daha çox filoloji ənənədə möhkəmlənmiş mülahizələri
səsləndirirdisə, Roma ədəbiyyatına münasibətdə o, ta-
mamilə müstəqil fikirlər irəli sürürdü. Kvintilian “yeni
üslub”a qarşı çıxdığına görə, mülahizələrində Siseron və
Vergili dövründən sonra yaranmış ədəbiyyat nümunələ-
rini kəskin tənqid atəşinə tuturdu. Kvintilandan sonra
Romada ədəbi-tənqidi fikrin inkişaf tarixinə bəzi ədiblər
öz töhvələrini versə də (Kiçik Plini, Marsial, Makrobi və
b.) onların bu sahədə fəaliyyətləri öz pərakəndəliyi və
dayazlığı ilə fərqlənirdi.
Beləliklə, antik ədəbiyyatşünaslığı iki böyük və bir sı-
ra hallarda fərqli hissədən ibarət, eyni zamanda vahid
proses kimi nəzərdən keçirsək, bəzi ümumi cəhətləri
müşahidə edə bilərik. Ilk növbədə, onun forma və məz-
mun etibarilə rəngarəngliyini qeyd etmək lazım gəlir. Qə-
tiyyətlə söyləmək mümkündür ki, antik ədiblər və filo-
loqlar müasir ədəbiyyatşünaslığın demək olar bütün
problemləri ilə ibtidai şəkildə olsa da, məşğul olmuşlar.
Ədəbiyyatın ideya-məzmun xüsusiyyətləri, estetik gözəl-
liyi, bədii sənətkarlıq xüsusiyyətləri, üslub özəllikləri, di-
li, tərcümə prinsipləri, durğu işarələrindən istifadə
(qrammatika problemi kimi deyil, üslub xüsusiyyəti
Dostları ilə paylaş: |