Yazıçı, publisist, filologiya üzrə fəlsəfə doktoru Tofiq Qəhrəmanovun əziz xatirəsinə ithaf olunur



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə6/62
tarix17.11.2018
ölçüsü5,13 Mb.
#80461
növüYazı
1   2   3   4   5   6   7   8   9   ...   62

23 
 
tatı, Feodor Metohitin Plutarx haqqında oçerki və s.) özü-
nün dayazlığı və nəzəri primitivliyi ilə fərqlənirlər. 
                                                 
                                               ***  
 
Antik  mədəniyyətə  bütün  Orta  əsrlər  boyunca  düş-
məkdə olan maraq yalnız İntibah dövründə yenidən bər-
pa oldu. XIV əsrdə İtaliyada humanizm hərəkatı kimi baş-
layan  İntibah  mədəniyyəti  diqqətini  antik  dünyaya  yö-
nəltməklə  “qaranlıq  dövr”ə  son  qoydu.  Lakin  qədim  yu-
nan və Roma mədəniyyətinə yüksələn maraq, bu sahə ilə 
əlaqədar bir çox əsərlərin meydana gəlməsi hələ klassik 
filologiyanın  ayrıca  fənn  kimi  yaranması  demək  deyildi. 
Bu iş bir qədər sonra, XVIII əsrdə baş verəcəkdi. İntibah 
dövründə  antik  ədəbiyyata  daha  çox  həvəskar  baxış 
hökm  sürürdü.  Bir  çox  ədiblər  antik  ədəbiyyata,  onun 
görkəmli  nümayəndələrinə  öz  sevgilərini  izhar  edir,  or-
todoksal xristian ideologiyasının ayıq-sayıq keşikçiləri ilə 
polemikalara  girir,  qədim  ədəbiyyatı  müdafiə  edirdilər. 
Intibah  dövründə  xüsusən  İtaliyada  yaranan  ədəbiyyat 
nəzəriyyələrinin  çoxluğunu  ədəbi-tənqidi  görüşlərin  in-
kişafı kimi qələmə vermək, fikrimizcə, doğru olmazdı. Lui 
Sezar  Skaliqer,  Antonio  Minturno,  Lüdoviko  Kastavetro, 
Filipp Sidni, Con Drayden, Jan de la Tar, Martin Opits, Ni-
kola  Bualo-Depreron  və  b.-nın  “Poetika”larında  klassi-
sizm ədəbi metodunun normativ əsasları işlənirdi. Ayrı-
ayrılıqda  bu  müəlliflərin  hər  biri  Aristotelin,  Horasinin 
“Poetika” larından bəhrələnsələr də, heç biri nə Aristotel 


24 
 
və  Horasi,  nə  də  antik  dövrün  digər  görkəmli  ədəbiyyat 
xadimləri, onların ədəbi irsi haqqında hər hansı diqqətə-
layiq  tənqidi  mülahizələr  söyləmişlər.  XIV-XVI  əsrlərin 
İntibahı  və  XVII  əsrin  Klassisizmində  meydana  gələn 
“Poetika”lar  sırf  ədəbiyyat  nəzəriyyəsinin  məhsulu  idi. 
Antik incəsənət və ədəbiyyat haqqında İntibah dövrünün 
ədəbi-tənqidi fikirlərinə daha çox həmin dövrün görkəm-
li ədiblərinin əsərlərində rast gəlirik. XIV əsr İtaliya inti-
bahının ilk nümayəndələri Françeska Petrarka və Covani 
Bokkaçonun ədəbi irsi bu mənada böyük maraq doğurur.  
Petrarka “Özümün və başqasının nadanlığı haqqında” 
traktatında,  Covani  Bokkaço  “Bütpərəst  allahların  şəcə-
rəsi”  əsərində  “Qaranlıq  dövr”dən  sonra  ilk  dəfə  olaraq 
antik  ədəbi  irsin  müdafiəsinə  qalxırdılar.  XV  əsrdə  gör-
kəmli  Florensiya  humanisti  Koluçço  Salutati  humanizm 
hərəkatının  xristian  xarakterə  malik  olduğunu  vurğula-
yaraq,  məhz  bu  mövqedən  antik  ədəbi  irsi  dövrünün 
“müqəddəs  nadanlar”ından  (oxu:  kilsə  xadimlərindən) 
qoruyurdu. Salutati keşişləri latın qrammatikasını bilmə-
məkdə və ona görə də müqəddəs İncilin mənasını dərin-
dən anlamamaqda günahlandırırdı. Görkəmli humanistin 
fikrincə, dini kitablar və bütpərəst poeziya öz ruhu etiba-
rilə bir-birinə çox yaxındırlar. Onlar arasında heç bir zid-
diyyət  yoxdur,  bir-birilərini  tamamlayır  və  hər  ikisi  in-
sanların həqiqətə yaxınlaşmasına yardım edirlər.  
XV  əsrdə  İtaliyanın  görkəmli  mütəfəkkirlərindən 
Leonardo Bruni orta əsrlərin xristian mütəfəkkiri Kesari-
yalı  Vasilinin  “Yeniyetmələrin  bütpərəst  kitablarından 


25 
 
necə xeyir əldə etmələri haqqında” traktatını italyan dili-
nə  tərcümə  və  şərh  etmiş,  antik  ədəbi  irsin  təbliği  ilə 
məşğul  olmuşdur.  L.  Bruni  antik  müəlliflərdən  Aristote-
lin,  Platonun,  Plutarxın  əsərlərini,  Demosfenin,  Esxinin 
nitqlərini  də  italyan  dilinə  çevirmişdir.  XVII  əsr  Fransa 
klassisizminin dahi nümayəndələri Kornel, Rasin və Mol-
yer  də  öz  əsərlərinə  yazdıqları  müqəddimələrdə  antik 
dramaturgiya  haqqında,  onun  tanınmış  nümayəndələri-
nin  yaradıcılıq  xüsusiyyətləri  haqqında  ədəbi-tənqidi  fi-
kirlər bildirmişlər (bu fikirlər daha çox izahedici xarakte-
ri daşıyır). Lakin bu yazılar da “subyektiv müəllif mövqe-
yi” səviyyəsindən yüksəyə qalxa bilmirdi
3

 
                                            *** 
XVIII  əsrdən  başlayaraq  antik  ədəbiyyatın  və 
incəsənətin  tədqiqi  Almaniyada  xüsusilə  böyük  vüsət 
aldı. Dünya estetik fikir tarixinə daxil olmuş üç görkəmli 
alman  mütəfəkkirinin  fəaliyyəti  məhz  bu  dövrə  aiddir. 
Bu  şəxsiyyətlər  öz  yaradıcılıqları  ilə  alman  klassik 
ədəbiyyatı  (Höte,  Şiller)  üçün  münbit  zəmin  hazırlamış, 
onların  ideya  sələfləri  olmuşlar.  Dünya  mədəniyyəti 
tarixinə  həm  də  arxeologiyanın  yaradıcısı  kimi  daxil 
olmuş İ.İ. Vinkelmanın (1717-1768) elmi-ədəbi fəaliyyəti 
klassik  filologiyanın  uzun  əsrlik  inkişafı  tarixində, 
fikrimizcə,  özünəməxsus  dönüş  nöqtəsidir.  Məhz  bu 
                                                           
3
 Античное наследие в культуре Возрождения. М., 1984.  
 


26 
 
görkəmli  alimin  antik  incəsənət  və  onun  tədqiqi 
sahəsində  yazdığı  əsərlərlə  Qərb  dünyasında  klassik 
filologiya  fənni  ilk  dəfə  olaraq  elmi  əsaslar  üzərinə  qo-
yuldu.  1764-cü  ildə  Vinkelman  “Qədim  incəsənət  tarixi” 
traktatını  yazdı  və  bununla  Avropa  elmində  antik 
dünyaya  həvəskar  baxışlara  demək  olar  son  qoyuldu. 
Alim  keçmiş  dövrlərin  tədqiqatçıları  kimi  qədim  yunan 
abidələrinə  heyranlığını  ifadə  etməklə,  onlar  haqqında 
müxtəlif  məlumatlar  toplamaq  və  müasirlərinə  həmin 
əsərlərin  gözəlliklərini,  cəmiyyət  üçün  müsbət  cəhət-
lərini  göstərməklə  kifayətlənmirdi.  Vinkelman  antik 
gözəlliyin  mahiyyətini  başa  düşməyə,  başlıca  xüsusiy-
yətlərini  aşkarlamağa,  bu  gözəlliyi  doğuran  səbəbləri 
aydınlaşdırmağa  çalışırdı.  Bu  isə  artıq  yeni  elmin  ilk 
əlamətləri  idi.  O,  antik  incəsənətin  yaratdığı  obrazları 
ideallaşdırır, bu obrazların başlıca xüsusiyyətini “onların 
nəcib  sadələyində  və  sakit  böyüklüyü”ndə  görürdü
4

Vinkelmana  görə,  antik  müəlliflər  öz  əsərlərini  yaradar-
kən ilk növbədə gözəllik qanunlarını əsas tuturdular. Ona 
görə  də  bu  obrazlar  insani  ehtiraslardan,  əzab-əziyyət 
hisslərindən  yüksəkdə  durur,  hətta  həyatın  ən  ağrılı 
məqamlarında  belə  gözəllik  cizgilərini  itirmirdilər.  Bu 
zaman  alim  misal  kimi  mifoloji  Laokon  obrazını  göstə-
rirdi.  Antik  heykəltaraşlar  bu  qəhrəmanı  ağır  mənəvi 
əzablar  çəkdiyi  məqamda  canlandırmışlar:  onun  gözləri 
qarşısında  oğulları  məhv  olur,  lakin  Laokon  əzablara 
                                                           
4
 Вопросы классической литературы., М.. 1965, səh. 71.  


Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə