11
sitat antik ədəbiyyatın bütün sonrakı dövrlər üçün əhə-
miyyətini fikrimizcə aydın şəkildə göstərir.
Azərbaycanda da antik ədəbiyyat tədqiqinin, bütöv-
lükdə antik ədəbiyyat tədrisinin və təbliğinin mühüm
əhəmiyyəti vardır. Belə ki, ölkəmizdə bu sahədə fəaliyyət
göstərmiş tədqiqatçı alimlərin fəaliyyəti yalnız filologiya
sahəsinə böyük töhvələr vermək baxımından deyil, eyni
zamanda gənc alimlərdə dünyagörüşün genişlənməsi,
nəzəri biliklərin artması, digər humanitar fənlərlə qarşı-
lıqlı əlaqələr cəhətindən də böyük maraq doğurur. Antik
ədəbiyyat hər zaman istər ədiblər, istərsə alimlər qarşı-
sında yeni-yeni üfüqlər açmış, bütün dövrlərdə tədqiqat-
çılar bu ədəbiyyatdan həmin dövrün elmi, mədəni, icti-
mai təlabatlarını ödəmək üçün müxtəlif səpkili mövzular
aşkarlamış və diqqət mərkəzinə çəkmişlər. Azərbaycan-
da antik ədəbiyyata marağın kökləri orta əsrlər Azərbay-
can filosoflarının yaradıcılığından (Ə. Bəhmənyar, Ş.
Marağayi, Ə. Xunəci, S. Urməvi, N. Tusi və b.) intişar tapsa
da, bu sahə ilə məhz filoloq-alimlərimiz nisbətən peşəkar
səviyyədə yalnız XX əsrdən etibarən məşğul olmağa baş-
lamışlar.
Ölkəmiz bir dövlət kimi keçmiş SSRİ tərkibinə daxil
olmaqla yalnız ümumi ictimai-siyasi, iqtisadi məkana de-
yil, həm də ümumi elmi, mədəni və təhsil məkanına daxil
oldu və bu da digər sahələrlə yanası, filoloji elmin inkişa-
fına da təsirsiz ötüşmədi. Bu təsirin konkret əlamətləri
aşağıdakı fəsillərdə göstəriləcək, lakin bir cəhət xüsusi
olaraq vurğulanmalıdır ki, sovet dövründə Azərbaycanda
12
antik ədəbiyyatın tədqiqi və tədrisi bütün çatışmazlıqla-
rına baxmayaraq, filologiya elminin inkişafına özünün
əhəmiyyətli töhvələrini vermiş, bu sahədə bir sıra ciddi
elmi araşdırmaların meydana gəlməsinə səbəb olmuş-
dur. Antik ədəbiyyat sahəsində fəaliyyət göstərmiş alim-
lərin (Ə. Ağayev, Ə. Sultanlı, A.M. Mudrov, A. Aslanov və
b.) elmi əsərləri və dərslikləri həmin dövrdə filologiyanın
digər sahələrində meydana gələn elmi işlərdən tədqiqat
dərinliyinə və nəzəri səviyyəsinə görə fərqlənirdi. Bu
alimlərin bir sıra tədqiqatları fəlsəfənin, folklorşünaslı-
ğın inkişafına da əhəmiyyətli təsir göstərmişdir.
§ 2. Qərbdə antik ədəbiyyatın tədqiqi tarixi.
Antik ədəbiyyatın tədqiqi, ümumilikdə antik ədəbi-
bədii və estetik düşüncə bu ədəbiyyatın özü qədər zəngin
tarixə malikdir. Homer və Hesiod yaradıcılığında (e.ə. VI-
II-VII əsrlər) ayrı-ayrı obrazların dilindən səsləndirilən
ədəbiyyat haqqında fikirlər, Heraklit, Demokrit, Platon
və Aristotel yaradıcılığında (e.ə. VI-IV əsrlər) ədəbiyyat
nəzəriyyəsi haqqında prinsipial ideyalar, Ellinizm dövrü
filoloqlarının (e.ə. III-II əsrlər) mətn şərhləri, Roma döv-
rü ritoriklərinin nitqlərindəki ədəbi-estetik mülahizələr,
İntibah və Klassisizm dövrü müəlliflərinin (XVI-XVII əsr-
lər) poetikaya dair əsərləri, Maarifçilik dövrü (XVIII əsr)
və XIX-XX əsrlər klassik filologiyasında antik ədəbiyyat
nümunələrinin fəlsəfi-estetik, tarixi-filoloji analizi bu in-
13
kişaf tarixinin ən maraqlı və yaddaqalan məqamların-
dandır.
Bu dövrlərin hər birində antik ədəbiyyatın tədqiqi və
təbliği eyni səviyyədə olmamış, forma və metod xüsusiy-
yətləri, irəli sürdüyü problemlərin müxtəlifliyi ilə bir-bi-
rindən fərqlənmişlər. İctimai-siyasi, mədəni şərait də bu
sahəyə ciddi təsirini göstərmişdir. Ona görə biz bu gün
Qərbdə antik ədəbiyyatın tədqiqi tarixinə nəzər salarkən,
orada inkişaf və tənəzzül dalğalarını aydın şəkildə müşa-
hidə edirik.
Antik ədəbi-tənqidi fikrin əsas xüsusiyyəti onun əv-
vəlcə bədii ədəbiyyatla (epos, lirika və komediya), sonra
isə fəlsəfə və ritorika ilə birlikdə, onların tərkib hissəsi
kimi təqdim olunmasıdır. Bu dövrün estetik fikir tarixi ilə
tanışlıq istər-istəməz ədəbiyyat, fəlsəfə və ritorika tarixi
ilə tanışlıqla nəticələnir. Bu mənada ibtidai-icma qurulu-
şunun dağılması, quldarlıq ictimai münasibətlərinin
meydana gəlməsi dövrünün ədəbi məhsulu olan “İllia-
da”da çar Alkinoyun Odissey nəğmələrinin məzmunu və
forma gözəlliyi haqqında söylədiklərini Avropanın ən er-
kən estetik düşüncə məhsulu kimi qəbul etmək müm-
kündür. Antik müəlliflərdən yaradıcılığında ədəbi-tənqi-
di fikirlərə ən böyük yer ayıran isə şübhəsiz Aristofan ol-
muşdur (“Buludlar”, “Qurbağalar”, “Fesmoforiya bayra-
mında qadınlar”). “Qurbağalar” komediyasında Esxillə
Evripidin qarşılaşması səhnəsi xüsusilə maraq doğurur.
Səhnədə bu günün ədəbiyyat nəzəriyyəsi və tənqidi üçün
də aktuallığını itirməyən suala cavab axtarılır: bədii əsə-
14
rə ilk növbədə hansı meyarlarla yanaşmaq lazımdır? Əsə-
rin bədii-sənətkarlıq xüsusiyyətlərinin, yaxud ideya-
məzmun cəhətinin daha mühüm olması mübahisəsində
ikinci qalib gəlir və əslində, Aristofan bu nöqteti-nəzəri
(tərbiyəvi məzmunun ön plana çəkilməsi) ilə bilavasitə
yaşadığı dövrün yaranmaqda olan yeni fəlsəfə məktəblə-
rinə (stoiklər, kiniklər, sofistlər) münasibətini açıqlayır-
dı.
Klassik antik dövr (e.ə. V-IV əsrlər) estetik fikir tari-
xinin ən böyük nailiyyətləri isə yunan fəlsəfəsinin iki gör-
kəmli nümayəndəsi – Platon və Aristotelin adları ilə bağ-
lıdır. Platonun sırf estetikaya, ədəbi-nəzəri norma və
qaydalara dair əsəri yoxdur. Lakin IV əsrdə hər hansı el-
mi biliyin başlıca ifadə forması olan fəlsəfi dialoqlarında
(“Fedr”, “İon”, “Dövlət”, “Qanunlar”, “Qorgi”, “Kratil”,
“Protaqor”, “Pir” və s.) filosofun geniş ədəbi-nəzəri fikir-
lərinə rast gəlmək mümkündür. Platonun ədəbiyyat haq-
qında söylədiyi düçüncələri onun ümumi idealist fəlsəfi
konsepsiyasına uyğun gəlir: maddi dünya ideyalar aləmi-
nin – həqiqi və əbədi dünyanın sönük inikası olduğun-
dan, belə maddi dünyanın özünü “təqlid” etmək “həqi-
qət”dən daha da uzaqlaşmaq deməkdir; həqiqətə yaxın-
laşdıran yeganə insan fəaliyyəti fəlsəfədir; “təqlid” sənəti
həm də insanların tərbiyəsinə və dövlətin ümumi nizam-
intizamına ciddi xələl gətirir; faciə və komediyalarda yal-
nız gözəllik deyil, eyni zamanda eybəcərlik, qəddarlıq,
yalan, çılğın ehtiraslar nümayiş etdirilir ki, bunlar da ide-
al dövlət daxilində yolverilməzdir. Homerin “alleqorik”
Dostları ilə paylaş: |