Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə30/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

91 


İştə böyük təsvir edilən “ağız”ın kiçik və çocukca sözləri 

“parlaq vicdanlar”, “böyük duyğular” diyə göstərdikdə Peyğəm-

bər kəndini dəxi o zümrədən sayır və halbuki Üçüncü Rəis ona 

kəskin bir surətdə həddini göstərərək diyor: 

 

Səndən arif daha çoxlar var ikən, 

Səni seçmiş əcəba tanrı nədən?! 

 

Daha digərləri onu məsxərə  və istehza ilə “həddəsni” sözlə-



rində əlavə edirlər: 

Pək gözəl natiq imişsin, yahu! 

Bir masal söylə, beş-on ayət oxu. 

 

Bu da yetməzsə ona “dəlidir, bəlkə  də  sərsəm  şair...” deyə 



tərif etdikləri halda Peyğəmbər  əvvəlcə özünün “parlaq vicdan-

lar”dan olduğunu isbat etməli və sonra paraya satılmaz olduğunu, 

“böyük duyğular” pak və müqəddəs olacağını göstərə bilirdi. Bu 

isə məntiqdə qəbul edilməz bir məsələ olur. Peyğəmbərin Şəmsa-

ya qarşı qullandığı sözlərə diqqət edilsə  nə  qədər zəif və soğuq 

saçan yerləri var... 



Halbuki o qönçə bikri 

Hər gün binlərcə göz əmər. İlax. 

 

Yeri bir qadını bir qızdan daha yüksəklərə  çıxarmaq heç də 



şairanə olmasa gərək. 

Şəmsə ilə olan müsahibəyə aşağıda bir az daha ciddi yaxlaşı-

rız və Peyğəmbərin bütün zəifliklərini orada görəriz.  

 

ƏSƏRDƏN QAYƏ 

 

Cavid Peyğəmbər ilə öylə imanlı və qənaəti möhkəm bir tip 



yaratmaq istəmişdir ki, o adam öz fikrinə  və idealına bütün vic-

danilə inanmış və məqsuduna irmək için hər bir şeydən; məzmu-

nu olan gözəllərdən, eşqdən-məhəbbətdən, eyş-işrətdən və  hətta 



Úàâèäè õàòûðëàðêÿí 

92 


əziz canından belə keçmiş, yalnız sarıldığı  həqqi təbliğ etməkdə 

əzm və səbat göstərmiş olsun. Böylə bir tipi təsvir etməklə qalma-

yır, bəlkə Cavidin fikri bir az da inkişaf edir. O göstəriyor ki, yal-

nız böylə bir adam öz amalına vasil və nəticədə fəth və zəfərlərə 

nail ola bilir. 

 

PEYĞƏMBƏRİN SƏCİYYƏSİ (XARAKTERİ) 

 

Son dərəcə dəqiq və məharətli bir surətdə Peyğəmbər mühiti 



təsvir edilə bildiyini təslim etmədən iləri getməyəcəyəm. Bu 

mühiti apaçıq “Peyğəmbər” pyesində görmək mümkündür. O 

zamankı bütpərəst  ərəb dini və tanrı  məsələsinə yalnız  şəxsi 

mənfəət nöqteyi-nəzərindən yaxlaşırdı. Ona övlad vermiyən bütü 

təhqir etməkdə bir günah görməz. “Cibindən taxta bir bütü 

çıxarıb” yerə atan Topal birisi əvvəla büt yapanı: 

 

Səndən hər çeşit büt aldım, 

Uğursuz çıxdı, şaş qaldım. 

Oğul istədim qız verdi, 

Ah, çəkilməz bu qız dərdi! 

Və sonra da bütü: 

Hər kötülük iştə bundan, 

Şu bayquş bütdəndir inan. 

 

Deyə danlar. Dinə olan laqeydlik Baş Rəisin sözlərində daha 



açıq görüliyor. O, Peyğəmbərə beyət və yəni dini qəbul etməyi bir 

vicdan məsələsi saymayır, ona görə də: 

 

Kim inad etsə həmən məhv olacaq, 

Mal və övladına həsrət qalacaq... 

Çarə yox, çünki iş-işdən keçmiş 

Seyr edib gördüyüm aləm müdhiş... 

Çalışın, məsələ bitsin qansız... 

 

Və onu tənə edən qarısına küfr edərkən kəndi kəndinə dalğın 



bir surətdə diyor: 


Úàâèäè õàòûðëàðêÿí 

93 


“Ah, siyasət bunu icab etmiş... 

Bən onun dininə uydumsa, demək 

Bunda bir başqa səbəb olsa gərək... 

 

Böylə bir xəlqin içində vücuda gəlmiş Peyğəmbərin öhdəsinə 



düşmüş olan vəzifə iki tərəfdən çətinləşir. Birinci: yeni bir din 

gətirmiş olduğu için xəlqi  əski dindən ayırıb yenisinə uydurmalı 

və ikinci: böylə dinə laqeyd olan bir xəlqdə onların təsəvvüratına 

uyğun olmayan yeni bir həyata onları alışdırmalı və dinə hörmət 

kibi bir duyğu oyatmalı. Böylə bir adam dəxi sərt və əsəbi olmaq-

dan tamamilə uzaq, bəlkə bütün hərəkətlərində  kəndini xəlqə 

sevdirmək kibi səviyyəyə malik olmalıdır. 

Əcəba Peyğəmbərdə əsəbilik varmıdı? Cavidin Peyğəmbərin-

də helm və sükundan çox az əlamət vardır. Yalnız bir Şəmsaya 

qarşı və yaxud bir çox başqalarına qarşı əsəbilik göstərdiyi nöq-

tələr alınsa onda helmdən bir nümunə belə görülməz. Çocuqların 

istehza və daş atdıqlarına qarşı laqeyd qaldığını göstərənlər Pey-

ğəmbərin bu cəhətdən yalnız köməksiz olacağından dolayı iləri 

gələn bir halət olduğunu isbatdan başqa bir çarə bulmazlar. 

Pyesdəki qayədən bəhs edən Cavidin yaratdığı tip son dərəcə 

imanlı  və öz gücünə güvənmiş olmalıdır dedik. Öylə  səciyyəsi 

olmadıqda kimsə böyük bir inqilab dahisi olamaz. Lakin Şəmsaya 

qarşı Peyğəmbərin məfkurəçi olduğunu göstərmək istəyən Cavid 

onun Şəmsədan qaçdığını və qızın: 

 

Heç düşündürməzmi səni 



Vurğun könlüm, gözəlliyim. 

 

Kibi eşqin son pərdəsini açdığına qarşı: Əvət gözəl!.. 



 

Yıldızların sevdasından yaradılmış bir çiçəksin 

Gözəlliyin mənasından daha dilbər bir mələksin 

Fəqət bir tanrı ki, sana böylə gözəllik vermiş 

Nədən xor baxırsan, ona neçin etməzsin pərəstiş? 


Úàâèäè õàòûðëàðêÿí 

94 


Bütün bir kütləyə  rəhbərlik iddiasında bulunan bir Peyğəm-

bərin Şəmsa məntəqələrini qarşılaşdıralım: Peyğəmbərə vurulmuş 

qız, bir bəhanə bulub onun önünə keçir. O da qızdakı gözəlliyi 

təslim etməyə bilməz: 

 

Çəkil, ey haqq yoldan azan 

Vəhşi səhralar çiçəyi!.. 

Sözünə qız eşqinin sarsıdıcı pərdəsini açar: 

Bax gör bən kiməm, bən nəyim? 

Heç düşündürməzmi səni 

Vurğun könlüm, gözəlliyim. 

 

İfadəsilə başlanan eşq macərası müqəddəməsində ilk əvvəl 



Peyğəmbər  şaşırmış  və onda olan mənasız və deqadan təşbihlər 

ilə qızı mədh edər, fəqət birdən-birə özünün kim olduğu və nələr 

təlqin etdiyi xatirinə düşür, haman qızı tanrının varlığına inandır-

maq istər. Bu parça fəqət məntiqi soğuq qaçar. 

Burada Cavid Peyğəmbəri öylə  zəif göstərmək istəyor.  Şair 

təsvir etdiyini idealizə edərək onun heç bir gözəlliyə uymadığını 

və öz idealından başqa heç bir şeyi tanımayan (müsbət mənasilə) 

mütəəsib görmək istəyor. Şəmsa guya anlamayormuş kibi: 

 

Ah bilməm ki, şu qaranlıq 

Şu əngin boşluqda nə var? 

Və bir dərin heçlik artıq; 

Sağır heçlikdən nə çıxar?

1

 

Məsəli bir parça da ciddiləşir: 

Bən istərim qəlbindəki 

Tanrı eşqi unudulsun, 

Könlümdə çırpınan sevgi 

O eşqin yerinə dolsun. 

 

                                                 



1

 Bu  nöqtədə  şeiriyyətin də  zəfə  uğradığını  hətta bir bayağı müsihibədə olan 

incəlikdən ari olduğunu unutmayalım. – H.Z. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə