Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə26/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   22   23   24   25   26   27   28   29   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

78 


Kəndini idarə etməkdən belə aciz olan ata-ana, bir qızın vü-

cuda gəlməsindən o qədər də  məmnun olmaz. Kim bilir, bu qız 

həddi-bülüğə  gələnə  qədər gözəlmi, çirkinmi olacaq, başına nə 

müsibətlər gələcək, təbiətin və ətraf ellərin hücum və axıntılarına 

qarşı durmaq, elinə-əqdabasına yardım edə biləcək yalnız oğlan, 

yenə  də  oğlan ola bilər: böylə isə bir qızın nə  əhəmiyyəti var, 

onun içindir ki, daima bir qızı ərə verəndə: 

 

“Yeddi oğlan istərəm 



Bircə dənə qız, gəlin!” 

 

diyorlar. İştə onun içindir ki, “Qız yükü, duz yükü” zərbül-məsəli 



mövcuddur. 

Böylə olan surətdə  qız və qadının mövqeyi iki nöqtədə 

duracaqdır: 

1 – Qadın bir oyuncaq. 

2 – Qadın bir ehtiras, bir şeytənət mənbəyi. 

İştə onun içindir ki: 

Həp cinayət!.. Qadın cinayatı! 

Həp qadın cürmi-ehtirasatı! 

Qadın insanı haqdan ayrı salır, 

Həm qadınlar başa bəla sayılır.

*

 

 



Kibi fikrini bir şeyxin ağzından eşidirsiz. Böylə bir zehniyyə-

tin qadına xor baxacağı aşkardır. Madam ki, insanın yeganə imid-

gahı tanrıdır. Qadın da insanı ondan ayrı salırmış, demək ki, o qa-

dına yaxlaşan, ona məczub olan zatdı. Ona görə də həqiqətə var-

maq istəyənlər, gözəl qadından qaçmalı, işvəkara aldanmamalıdır. 

Cəmiyyətin bundan başqa tələbləri də var: ailənini övladı 

oldu, cəsur, dilavər, cəngavər olsun. Qəhrəmanlıq, pəhləvanlıq ərz 

edən gənc cəmiyyətin  ən sevimli, ən möhtərəm bir fərdi sayıla-

caqdır.  Əksər ovqat böylə  gənclər az bir zamanda cəmiyyətin 

                                                 

*

 Şeir parçası “Şeyx Sənan” faciəsindəndir. İ.O. 




Úàâèäè õàòûðëàðêÿí 

79 


rüəsasına  əqraba ola bilər. Ona görə  də  gələcəyi  əmindir denilir 

(Avropada XI əsrdən əvvəldə tibqi böylə idi). 

Bir tərəfdən əşraf, rüəsa, üməra əlində (xan, sultan, padşah), 

digər tərəfdən də gündən-günə qüvvətlənməkdə olan ruhaniyyət 

əlində çarmıxa çəkilmiş  xəlq özünün talesizliyini layənşüur bir 

surətdə anlamağa başladıqca həyatda münfəil (Passiv) olur. 

Burasını eyni anlamış ruhanilər dəxi dünyanın faniliyindən axirət 

için çalışmaq lazım olduğundan bəhs edər və əvam xəlqi bir az da 

qəflətə daldırmağa səy və qeyrət edərlər. 

Müstəsna bir kitlə isə saraylar, xanədanlar  ətrafında eyş  və 

işrətlə gün keçirməkdən başqa bir şey bilməzlər. 

Bu ruh tamamilə dərəbəylik cəmiyyətinin ruhu və bu üsu-

li həyatdan hala çıxmamış Şərq millətlərinin həyati ruhudur

Məlum ki, böylə zamanlarda ən çox bəyənilən nəzm və yüksək 



üslublu  ədəbiyyat olmalıdır. Böylə olmazsa nə  şahanə böyük-

lərə, nə də kübaranə yaşayan müstəsna kütləyə yaxışmaz olur. 

Böylə bir əsrin fəlsəfəsi nə olmalıdır? Mütləqa  təsəvvüf – 

M i s t i s i z m. 

Bunun ardınca gələn  ədəbiyyat isə yuxarıda söylədiyim 

ədəbiyyati həqiqidən Reálité olur. 

Keçmiş  dərəbəylər  ədəbiyyatı  nəsil və  pədərlə  fəxr etməyi 

tərcih edərdisə, bu ədəbiyyat şəxsi qüdrət və istedada, qabiliyyətə, 

zəkavətə diqqət edər. İstiarələrdən, rəmzlərdən qaçar, həyatı sev-

məyə, dini şeylərdən uşaqlaşmağa çalışar. Sevgi və əşqi-ilahi bir 

şəkildə olmaz və onun nəhayəti Leyli və  Məcnunda olduğu kibi 

bir Zeydin uyqusilə aydınlaşmaz, bəlkə mübarizələrlə  aşiqlər 

məşuqələrinə vasil olurlar. Eşqi-bəşəri başlar. 

Bunun ardınca həyatda daha nə təbəddülat olur? İnsanlar daha 

fəal, daha uzaqları görmək və bilmək iştiyaqilə qalxar. Bu dəfə 

bütün civarını bir az daha günəşin yolu ilə gedərək hər tərəfi 

təsərrüfünə almaq istər. Bu zamanlarda dünya səyahətləri başlar. 

Mİllətlərin bir yerdən digər bir yerə köç nidası  eşidilər. Dinlərə 

rəxnə düşər; insanlar əski bütlərdən vaz keçməyə çalışar; özünün, 

bütün dünyaya hakim olmaq fikri, onun başı üzərində öylə  də 




Úàâèäè õàòûðëàðêÿí 

80 


böyük qüvvət bulunbduğunu təqdiq edər. Məbədlər bütlərdən xi-

las olmağa yol arar. Və üzərində gözə görünməyən və bütün-bü-

tünə bir qayə (ide) şəklinə girmiş tanrı istər. Təbiətə  qələbə çal-

mağa başladıqca, yenə də ruhaniyyət və tüccar təbəqələrinin sınfı 

zehniyyəti təsirində qalan geniş kütlələr tanrıya da inanmağa 

başlar. 


Buraya qədər ərz etdiyimiz mülahizələr ümum millətlərin ba-

şına gələn hallardır. Bizim ədəbiyyatımız isə bunların hərəsindən 

bir nəbzə göstərə bilmişdir. Dünya ədəbiyyatının ölməz nümunə-

lərinə diqqət edilmiş olsa hər böylə əsərlərdə təsvir edilə bilən əsr 

tamamilə inikas etdiyi kibi o əsrin bariz simalarının cəziyyələri – 

характерные черты – xarakter cizgiləri layəmut bir surətdə mey-

dana qoyulmuşdur. Məlum ki, müəyyən əsrə aid bir əsər yazmaq 

istəyən şair və ədib dəxi əvvəla mövcud olduğu mühitin qüvvətli 

nüfuzundan sonra mənsub olduğu məktəbin, cəmiyyətin və zeh-

niyyətin təsirlərindən xaricə bəzən çıxar, bəzən də çabalar, lakin 

çıxamaz. 

 

HÜSEYN CAVİD VƏ “PEYĞƏMBƏR”İ 

 

İştə biz də Hüseyn Cavidi tədqiq etdikdə  ərz edə bildiyim 



nöqtələrdə nə qədər müvəffəqiyyətli olduğunu öyrənmək istəriz. 

Hüseyn Cavid bir osmanlı ədəbiyyatı dəstpərvərdəsi, bir azər-

baycanlı balası olduğu için ədəbiyyatımızda göstərdiyimiz dairə 

xaricinə  çıxamamış qalmışdır. Kim bilir, bəlkə bu hal müvəqqət 

bir zaman içindir. Bəlkə də biz burada işbu sətirləri mütaliə edər-

kən möhtərəm  şairimiz nə kimi möhtəşəm və böyük bir mövzu 

düşünüb durur ki, birdən-birə parlasın və  əsrinin mafövqünə 

çıxmış olsun. 

Böyük mövzu dedik ya! İştə Cavidin ən zəif nöqtələrindən 

biri də böyük mövzuları alıb üzərində çox çalışmamasıdır. Ona 

görədir ki, ondan gözətlədiyimiz qədər meydana böyük bir  əsər 

atmaz. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə