Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə23/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

69 


asfalt döşənmiş hamar yol deyildir ki, hamı onu birbaşa keçsin. 

Bədii yaradıcılıq elə bir mürəkkəb prosesdir ki, onu hərə bir cür 

keçir.  Əgər Sabir XX əsrin mürəkkəb  şəraitindən ustalıqla baş 

çıxarıb, bu prosesi, ümumən, müstəqil yol ilə keçmişsə, yaxşını 

pisdən, gözəlliyi çirkinlikdən həssaslıqla ayırd edə bilmişdirsə, 

Hadi bu yolu dolanbac keçmiş, bəzən ziddiyyətlər içində boğula-

raq, yaxşını pisdən seçməkdə  çətinlik çəkmiş,  öz şəxsi arzula-

rından asılı olmayaraq fikri böhranlar keçirmiş, bəzən ideya 

büdrəmələrinə  məruz qalmışdır. Yaxud,  inqilabdan sonra Cəfər 

Cabbarlı sürətlə yenidən qurulub, sovet platforması tərəfinə daha 

tez keçdiyi halda, Cavid yaradıcılığının məfkurəcə yenidən-

qurulma prosesi tədriclə inkişaf etmiş, o, bu yolu Cabbarlıdan bir 

az sonra başa vurmuşdur. 

Əlbəttə, Hüseyn Cavidin yaradıcılığının müəyyən mərhələ-

lərində yazıçının məlum ziddiyyətləri də olmuşdur. Lakin bunu 

ancaq Cavidin şəxsi ziddiyyətləri kimi izah etmək səhv olardı. Bu 

ziddiyyətləri konkret ictima-siyasi şəraitin mürəkkəbliyindən 

doğan bir hal kimi qiymətləndirmək lazımdır. 

H.Cavid mənalı  həyat və yaradıcılıq yolu keçmiş, insanpər-

vərlik, həqiqət, ədalət, sədaqət, mərdlik, gözəllik kimi nəcib yük-

sək bəşəri keyfiyyətlər tərənnüm edən, istismar dünyasına, dini 

xurafata sonsuz nifrət bəsləyən görkəmli söz ustadıdır, ədəbiyya-

tımıza gözəl səhnə  əsərləri, möhtəşəm faciələr bəxş edən böyük 

humanist sənətkardır. O, inqilabdan sonrakı illərdə marksizm-

leninizm ideologiyasının təsiri altında inkişaf edərək sovet yazı-

çısı olmuşdur. H.Cavid sosializm quruculuğunu alqışlayan, bey-

nəlxalq imperializmi, faşizmi, istila məqsədi güdən müharibələri 

ifşa edən böyük şair və dramaturqdur. Azərbaycan  ədəbiyyatı, 

Azərbaycan teatrı tarixində H.Cavidin özünəməxsus fəxri yeri 

vardır.  

İndi partiya və hökumətin atalıq qayğısı  nəticəsində Hüseyn 

Cavid artıq öz həqiqi qiymətini almışdır. Vaxtilə onun haqsız 

tənqid edilən əsərləri indi böyük tirajlarla nəşr edilib yayılır, biz 

onları maraqla oxuyur, böyük sənətkarı daha dərin, daha çoşğun 

məhəbbətlə sevirik. 



Úàâèäè õàòûðëàðêÿí 

70 


 

 

Íÿøðèééàòäàí



 *

 

 

u kitabda toplanılan məqalələrin böyük əksəriyyəti, xati-



rələrin isə hamısı partiyanın XX qurultayından sonrakı 

dövrdə qələmə alınmışdır.  

Hüseyn Cavidin sağlığında onun yaradıcılığı haqqında uzun 

illər boyu mətbuatda çıxan külli miqdarda ədəbi-tənqidi məqa-

lələrin, demək olar ki, çoxu Cavidi ədalətsiz tənqidlərdən, yersiz 

ittihamlardan ibarət olmuşdur. Buna görə kitabın müqəddimə-

sində də deyildiyi kimi, indi də onları ortalığa çıxartmaq qətiyyən 

mümkün deyildir. Ona görə ki, bu məqalələrdə Cavidin yaradı-

cılığı, onun ayrı-ayrı  əsərləri, pyeslərinin səhnə  təcəssümü birtə-

rəfli  şərh olunmuşdur. Bu, bir tərəfdən vulqar sosiologiyanın 

hökm sürdüyü, meydan suladığı dövrün ziddiyyətləri ilə bağlıdır-

sa, digər tərəfdən, tənqidin özünün zamanın təlbləri ilə ayaqlaşa 

bilməməsi ilə əlaqədardır. Buna görə şairin sağlığında onun yara-

dıcılığı haqqında yazılan məqalələrin çoxunu, yuxarıda deyildiyi 

kimi, kitaba daxil etmək mümkün olmadı. 

Beləliklə, 1920-30-cu illərdə Hüseyn Cavidin şeirləri, dram 

əsərləri, pyeslərinin səhnə taleyi haqqında tənqid tərəfindən deyi-

lən fikirlərin, demək olar ki, hamısı kitabdan kənarda qalmışdır. 

Əlbəttə, bütün böyük söz sənətkarları kimi, Cavidin də hər bir 

yeni əsəri, öz zəmanəsində mübahisələrə, müzakirələrə səbəb ol-

muş, onların haqqında mətbuatda bir-birinə zidd fikirlər söylən-

mişdir. Ancaq təəssüflə qeyd edilməlidir ki, söylənilən tənqidi 

fikirlərin böyük əksəriyyətində Cavid sənəti layiqincə qiymət-

ləndirilməmişdir, hətta bir çoxları açıqdan-açığa qərəzli mahiy-

yətdə olmuşdur. 

                                                 

*

 1982-ci ildə kitabı nəşr etmiş “Gənclik” nəşriyyatı nəzərdə tutulur. – Tərtibçi. 






Úàâèäè õàòûðëàðêÿí 

71 


Nəticə etibarilə  şairin yazıb-yaratdığı dövrün tənqidi fikri, 

Cavid sənətinin sirlərini aça bilməmişdir. Lakin o zaman Cavid 

yaradıcılığını düzgün şərh etməyə, müasir dövrlə  və tarixlə 

əlaqələndirib, elmi-metodoloji cəhətdən düzgün qiymətləndirmə-

yə can atan münəqqidlər də olmuşdur. Belələrindən – Abdulla 

Şaiqin və nisbətən Hənəfi Zeynallının adını  çəkmək olar. Məhz 

buna görə  tərtibçi və redaktorlar Cavidin müasirlərinin tənqidlə-

rindən nümunə olaraq Abdulla Şaiqin “Cavidin “İblis” nam hailə-

si haqqında duyğularım” (1925), Hənəfi Zeynallının “Hüseyn 

Cavidin yazdığı “Peyğəmbər” haqqında mülahizələrim” (1926), 

“Şeyx Sənan” haqqında mülahizələrim” (1926) adlı  məqalələrini 

kitaba daxil etməyi lazım bilmişlər. 

Məlumdur ki, bu məqalələr müasirlərinin Cavidə münasibəti, 

həmçinin o zamankı  tənqidin sviyyəsi haqqında oxucularda 

müəyyən təsəvvür doğuracaqdır. Məsələn, Cavidin “İblis” faciəsi 

haqqında görkəmli ədib Abdulla Şaiqin  kitabda verilən məqalə-

sində  “İblis” təhlil edilmiş, faciə haqqında maraqlı elmi fikirlər 

söylənilmişdir.  Şəksiz ki, oxucular bu məqalə ilə tanış olarkən 

əsərin məziyyətləri, sənətkarlıq xüsusiyyətləri haqqında müəyyən 

məlumat əxz edəcəklər. 

Lakin eyni sözləri Hənəfi Zeynallının yuxarıda adları çəkilən 

məqalələri haqqında demək çətindir. Doğrudur, iyirminci illərin 

nüfuzlu tənqidçilərindən olan Hənəfi Zeynallının bu məqalələrini 

oxuyarkən inanırsan ki, o, bədii yaradıcılıqda tarixilik və müasir-

lik problemini nisbətən düzgün başa düşür, Cavid yaradıcılığının 

mahiyyətini, ideya-bədii  əsaslarını açmaq üçün maraqlı müqa-

yisələr aparır, bəzən inandırıcı elmi fikirlər söyləməyə can atır, 

fəqət buna həmişə müvəffəq ola bilmir, dolaşıqlığa, bir-birinə 

zidd mülahizələrə yol verir, bəzən Cavidin əsərlərindən süni nəti-

cələr çıxarır,  əsassız, tənqidi fikirlər söyləyir. Məsələn, onun 

“Aktiv, passiv millətçilik” haqqındakı anlayışları tamamilə yan-

lışdır. O, bəzən  əllaməliyə keçərək Cavid yaradıcılığına dair 

düzgün olmayan fikirlər uydurur, lakin öz təhlilləri və sübutları 

ilə oxucunu heç də qənaətləndirə bilmir. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə