Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə24/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

72 


Məlumdur ki, kitabın müqəddiməsində

*

 və kitabın sonundakı 



izahlarında da göstərildiyi kimi, bütün bunlar Hənəfi Zeynallının 

şəxsi ziddiyyətləri kimi deyil, iyirminci illərin  ədəbi prosesinin, 

xüsusən o zamankı ədəbi tənqidin məlum ziddiyyətlərindən doğan 

bir haldır.  

Hənəfi Zeynallının məqalələrinin yazı üslubu da bu gün üçün 

köhnəlmişdir. Ancaq bunlara baxmayaraq 58 il bundan əvvəl 

yazılmış bu məqalələrin Cavid irsinin öyrənilməsində müəyyən 

tarixi əhəmiyyəti vardır. Çünki müasir oxucu bu məqalələrlə tanış 

olduqda iyirminci illərin  ədəbi-bədii fikrinin səviyyəsi və o za-

mankı  tənqidin Cavid yaradıcılığına münasibəti haqqında müəy-

yən təsəvvür qazana biləcəkdir. Aydındır ki, bu da hər hansı bir 

sənətkarın yaradıcılıq yolunu tənqid edib öyrənərkən vacib olan 

elmi  şərtlərdən biridir. Əgər bu şərt nəzərə alınmazsa sənətkarın 

yaradıcılıq yolu haqqındakı  təsəvvür tam təsir bağışlaya bilməz. 

Elə buna görə  də onların kitaba daxil edilməsi məqsədə uyğun 

hesab edilmişdir.  

Müasir müəlliflərimizin kitaba daxil edilən məqalələri bir 

tərəfdən tənqidimizin inkişafı haqqında xoş təsir bağışlayır, digər 

tərəfdən Cavidin ayrı-ayrı əsərləri, Cavid teatrının tarixçəsi, inki-

şaf yolları haqqında oxucuda düzgün təsəvvür yaradır. Əlbəttə, bu 

da oxuculara təqdim edilən kitabın məziyyətlərindən biridir.  

Kitabda verilən xatirələr də maraqlıdır. Bu xatirələrdə oxucu 

Cavidin həyatı, məişəti, pedaqoji fəaliyyəti,  şəxsiyyəti, sənət və 

ədəbiyyat qarşısındakı  vəzifəsini yerinə yetirərkən göstərdiyi 

mətanət, əzm və prinsipiallıq haqqında qiymətli epizodlarla tanış 

olacaq, Cavidin obrazı haqqında təsəvvürü daha da geniş-

lənəcəkdir. 

Cavidin anadan olmasının 100 illik yubileyi münasibəti ilə 

nəşr edilən bu kitab oxuculara gözəl hədiyyədir. 

 

                                                 

*

 Ön sözündə. İ.A. 




Úàâèäè õàòûðëàðêÿí 

73 


 

̠ߠàÀ Ë ß Ë ß Ð  

 

Hənəfi Zeynallı 

Ùöñåéí Úàâèäèí éàçäûüû “Ïåéüÿì-

áÿð” ùàããûíäà ìöëàùèçÿëÿðèì

 *

 

 

BAŞLAMAZDAN ƏVVƏL 

 

əlum ki, qüvvətli  ədib və 



şairlərin meydana gəlməsi 

müqtədir qələmli tənqidçilərin də vü-

cuda gəlməsini istilzam etdiyi kimi, öv-

raqi-ədəbiyyələrin kəskin bir surətdə 

ədəbiyyat həvəskarları tərəfindən tənqid 

və  təqriz edilməsi də  məharətli bir 

mühərririn, mədid-əlbəsər bir münəqqi-

din və yüksək zövqlü və  şümullu, gör-

külü bir şairin də doğmasına xadim 

olur.  Şimdilik isə bizdə tamamilə  ədə-

biyyat namını daşımağa  əsərlər olmadığı kimi bənim göstər-

diklərim dəxi bir tənqidçi nəzəriyyələri olmağa qabil deyildir. 

Bunlar bəlkə adi bir lisan və  ədəbiyyat müəllimlərinin gözlərinə 

çarpan nöqtələrdən daha zəif, daha bəlirsiz cəhətlər sayıla bilər. 

Məəttəəssüf övraqi-ədəbiyyəmizin layiqli bir müntəqidi füqdanı 

dolasıyilə ədəbiyyatda ixtisas kəsb etmədən belə Cavid kibi ümu-

min sevgilisi olan bir şairimizin hələ mürəkkəbi qurumamış 

“Peyğəmbər”i haqqında tənqidçilər misalı mülahizələr yürüt-

                                                 

*

 1923-cü ildə “Peyğəmbər”in təb edilməsi münasibətilə yoldaş Zeynallının 



Maarif evində aprelin sonunda verdiyi məruzəsinin eynidir. İDARƏ. 




Úàâèäè õàòûðëàðêÿí 

74 


məyə cəsarət etməyə məcbur olduq, zatən bən əvvəlcədən bu 

fikirdə deyildim. Bəlkə böylə iqdamata məcbur edildim. Fərq 

etməz; bizlər həpmiz sağlam bir gələcəyin təməl quranlarından 

olsaq da şükürlər edəriz. 

 

HƏQİQİ ƏDƏBİYYAT 

 

Hər hansı bir elin və ölkənin ədəbiyyatı və lisanı araşdırılsa o 



millətin və məmlkətin tərəqqi və inhitat dövrlərini görmək elm və 

fənn nöqteyi-nəzərindən çox da güc deyildir. Hətta bir millətin 

digər bir millətə az-çox icra edə bildiyi nüfuzu, onun lisan və 

ədəbiyyatından seçmək qabildir (Netəkim ruslarda türk sözləri, 

farslarda  ərəb və biz azərbaycanlılarda bir çox rusca ləfz və 

kəlmələrin mövcud olması kibi). Lisan və  ədəbiyyat yekdigərin-

dən ayrılmadığı kibi, tarix və ədəbiyyat dəxi toəm olataq getmək-

dədir. Yunan ədəbiyyatının isgəndəriyyə dövrilə Homerus

1

 za-


manları; Fransa və Almaniyanın XVII-XIX əsrləri ədəbiyyatı ilə 

ondan daha əvvəlki dövrlərin hankısını götürmüş olsaq ədəbiy-

yatın tarix kölgəsində gəzdiyini, bəzən bir inqilabın barometrosu, 

bəzən  əksinqilab təranələrilə malamal olaraq qaldığı görülür; 

ölkənin tərəqqisinə yüksələn və tədənni etməsilə düşən ədəbiyyat 

tamamilə hyati-ictimaiyyə güzgüsü olmamış nə ola bilər. İştə bu 

ədəbiyyatın hər hankı millət içində olsa onun təsvirləri, tərkibləri, 

təşbihləri, istiarələri, tamamilə o millətin, o cəmiyyətin malı ola-

cağı bədihidir. Yalnız bu zaman, o ədəbiyyat həqiqi bir ədəbiyyat 

namını almağa müstəid olur. 

Həqiqi ədəbiyyat; mövzunu əksər ovqat təsvir etmək istədiyi 

cəmiyyətin ruhunu tamamilə  kəndində inikas edəcək, o cəmiy-

yətin hər bir əzasi yaşadığı mühiti büsbütün bu əsərdə görmüş 

olduğu için hər bir tip ola biləcək fərdi  digərindən təşxis və təfriq 

edə bilər. 

İştə ona görədir ki, həqiqi ədəbiyyat tərəfdarları bir əsəri hə-

yat və həqiqət nöqteyi-nəzərindən araşdırmaq istədikdə onda gös-

tərilmiş zaman və məkan cəhətlərindən başlıca tipləri öyrənməyə 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə