Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə19/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

57 


maturqun ayrı-ayrı əsərlərinin yazılışı və mətbuatda çap edilməsi 

tarixinin dəqiqləşdirilməsinə imkan verir.  

Hər hansı bir görkəmli  şəxsiyyətin həyatının daha dərindən 

öyrənilməsində xatirə ədəbiyyatının əhəmiyyəti böyükdür. Xatirə 

ədəbiyyatı yazıçının mükəmməl tərcümeyi-halını yaratmaqda, hə-

yatını yazmaqda əsas mənbələrdən biri sayılır. O yazıçının həyat 

və yaradıcılığını, bədii axtarışlarını öyrənməyə, başqa sözlə, mə-

nəvi aləmi və dünyagörüşü ilə daha yaxından tanış olmağa kömək 

edir. 

Azərbaycan KP MK-nın Hüseyn Cavid haqqında qərarı, res-



publikanın yaradıcı  təşkilatlarının və cavidşünasların apardıqları 

işlər müasir oxucuların, gənc nəslin görkəmli şair və dramaturqun 

həyat və yaradıcılığına marağını daha da artırır. Bu, təbiidir. 

Çünki Hüseyn Cavid klassik sənətkardır və onun bədii əsərlərində 

qaldırılan fəlsəfi və  əxlaqi-estetik problemlər bu gün müstəqil 

həyata qədəm qoyan gəncləri, ziyalıları, düşündürüb-daşındırır, 

həyatı yaxşı başa düşməkdə onlara kömək edir. 

Hüseyn Cavid haqqında yazılmış xatirələr vaxtilə dövri mət-

buatda, ayrı-ayrı kitab və jurnallarda çap edilmişdir. Lakin onlar 

pərakəndə haldadır. Həmin xatirələr oxuculara toplu şəkildə bu 

kitabda təqdim olunur. Kitaba Abdulla Şaiqin, Rza Təhmasibin, 

Mişkinaz Cavidin, Turan Cavidin, Mir Mehdi Seyidzadənin, 

Vahram Alazanın, Mehdi Məmmədovun, Camo Cəbrayılbəylinin 

və başqa maarif və mədəniyyət xadimlərinin çap edilmiş xatirələri 

ilə yanaşı, Rəsul Rzanın, Adil İsgəndərovun, Mehdi Məmmədo-

vun, Mirzə İbrahimovun, Şəmsi Bədəlbəylinin, Qulam Məmməd-

linin,  Əli Zeynalovun, Əziz  Şərifin, Kövkəb Səfərəliyevanın, 

Adilə Qasımovanın yeni xatirələri də daxil edilmişdir. Xatirələr 

götürülən kitab, qəzet və jurnalların mənbəyi göstərilir. Xatirə-

lərin sonunda onların yazıldığı tarix, əlbəttə, bizə  məlum olan 

tarixlər, qeyd edilir. 

Kitaba daxil edən xatirələrlə dramaturqun qızı Turan Cavid 

tanış olmuşdur. Biz bəzi müəlliflərin xatirələrindəki fakt və 

məlumatları dəqiqləşdirmiş, şübhəli, inandırıcı olmayan məlumat 




Úàâèäè õàòûðëàðêÿí 

58 


və fikirləri mətndən çıxarmışıq. Bəzi xatirələrin üzərində cüzi 

ixtisarlar aparmışıq. Kitaba Hüseyn Cavidin əldə olan şəkilləri, 

əlyazmalarından nümunələr daxil edilmişdir. 

 

*   *   *  

Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin ana-

dan olmasından 100 il, ölümündən 41 il keçir. Bu, əzəli, sonu 

görünməyən zamanın bir anıdır. Zaman Hüseyn Cavidi bizdən nə 

qədər uzaqlaşdırırsa, o, bizə bir o qədər yaxınlaşır, doğmalaşır, 

əzizləşir. Bu da təbiidir. Çünki Hüseyn Cavid klassik sənətkardır. 

Onun hər bir sanballı, tutumlu beyti altında bir fikir xəzinəsi yatır, 

ləl-cəvahir yatağı gizlənir. Hər bir ədəbi nəsil onun bədii irsindən 

təzə bir şey öyrədir, yeni bir inci tapır.  Şübhəsiz ki, yeni nəsil 

Hüseyn Cavidi bizdən daha yaxşı qavrayacaq, daha yaxşı sevə-

cək, daha yaxşı öyrənəcək, başqa xalqlara daha yaxşı tanıda-

caqdır. 

Azərbaycan KP MK-nın Hüseyn Cavidin anadan olmasının 

yüz illiyi haqqında qərarına uyğun olaraq dahi sənətkarın müa-

sirlərinin xatirələri, tənqidçi və  ədəbiyyatşünaslarımızın isə üç 

nəslinin məqalələri edilmiş bu kitab oxucular, cavidşünaslar, 

cavidsevərlər üçün gözəl bir hədiyyədir; bütün həyatını  və 

yaradıcılığını öz doğma xalqına, vətəninə, dünyanı  və  sənəti 

sevən insanlara, məhəbbət və gözəlliyə sərf edən, “Mənim tanrım 

gözəllikdir, sevgidir” deyən, onu özünün estetik idealına çevirən 

sənətkara böyük hörmət və ehtiramın əlamətidir. 



1980 

 

 



 

 

 




Úàâèäè õàòûðëàðêÿí 

59 


 

Abbas Zamanov 

Þí ñþç 


 

üseyn Cavid nə  sələflərinə, nə  də 

xələflərinə  bənzəyir. Onun sənət-

də öz səsi, öz nəfəsi, öz dəst-xətti vardır. 

Poeziyada da, dramaturgiyada da o, orijinal-

dır, heç kəsi təkrar etməmiş, heç kəsin təsiri-

nə qapılmamışdır. Yazıb yaratdıqlarının ha-

mısı öz istedadının məhsuludur. Nə yazmış-

dırsa öz vicdanının pıçıltısı ilə yazmışdır. 

Burada mərhum teatrşünas-tənqidçi Cəfər 

Cəfərovun aşağıdakı sözlərini xatırlamaq 

yerinə düşərdi: “Hüseyn Cavid heç bir vaxt 

sənətkar vicdanına xəyanət etməmişdir.” 

Bütün yaradıcılığı boyu Cavid nəyi tərənnüm etmiş, nəyi ax-

tarmışdır? Qoy bu suala yazıçının özü cavab versin: “Əsiri oldu-

ğum bir şey varsa, o da həqiqət və yenə həqiqətdir.” 

Şairin zəngin yaradıcılıq yolunun ümumi pafosu göstərir ki, 

bu etiraf, bu müddəa tamamilə doğrudur. Son dərəcə mürəkkəb 

bir həyat və yaradıcılıq yolu keçən Cavidin ilham pərisi daim hə-

qiqət eşqi ilə qanad çalmış, həqiqət eşqi ilə alovlanıb yanmışdır. 

Həqiqəti axtarıb tapmaq, ona qovuşmaq yollarında bəzən  şübhə-

lər, tərəddüdlər keçirən şairin ilham pərisi bəzən əngin səmalarda, 

tarixin dərinliklərində qanad çalsa da, o, heç bir vaxt öz idealın-

dan – həqiqətdən ayrılmamış, bütün yaradıcılığı boyu onu insan-

lara aşılamağa, həqiqətin çətin yollarını onlarla göstərməyə 

çalışmışdır. 

Bütün böyük sənətkarlar kimi, H.Cavid üçün də  həqiqətin 

ancaq bircə  mənası vardır ki, bu da öz doğma xalqını azad, 

xoşbəxt və mədəni görmək, ana Vətənə xidmət etmək arzusudur. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə