Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə15/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   11   12   13   14   15   16   17   18   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

45 


mın başlıca məfkurəvi-bədii qayəsini, ideya məzmununu olduğu 

kimi  şərh etmədiklərindən, elmi məntiqlə heç cürə uzlaşmayan, 

yanlış və birtərəfli fikirlər söyləmişlər...” 

Məsud Əlioğlu Hənəfi Zeynallı, Əli Sultanlı və başqa tədqi-

qatçılardan sonra “Peyğəmbər” dramı barəsində daha cəsarətli və 

inandırıcı fikirlər söyləmiş,  əsəri yeni nəzərlərlə oxumuş, onun 

bədii-fəlsəfi mahiyyətini açmağa çalışmışdır.  

Görkəmli  şair və filosof Hüseyn Cavidin ədəbi və  fəlsəfi 

irsinin, estetik görüşlərinin öyrənilməsində müasir Azərbaycan 

filoloqları  və filosofları müəyyən iş görmüşlər. Lakin ədəbiy-

yatşünaslarımız, xüsusilə filosoflarımızın qarşısında duran aktual 

problemlərdən biri onun fəlsəfəsinin, fəlsəfi konsepsiyalarının 

daha dərindən tədqiqi ilə ilgəlidir. Cavidin estetik görüşləri, 

fəlsəfi konsepsiyaları Azərbaycan, Yaxın və Orta Şərq, dünya 

fəlsəfi və ictimai fikrilə  sıx bağlıdır. Böyük şair-filosofun  əxlaq, 

tərbiyə, insanlıq, gözəllik, eybəcərlik, mənəvi kamillik, ideallıq və 

sair fəlsəfi-estetik kateqoriyalar haqqında öz baxış  və fikirləri 

vardır. Cavid, bir şair və filosof olaraq, Tofiq Fikrətdən

1

, Zərdüşt 



fəlsəfəsindən, Xəyyamdan, Spenserdən, Con Lokkdan, Jan Jak 

Russodan, Spinozadan, Nitsşedən, Kant və Hegeldən, Tolstoydan, 

Dostoyevskdən, sufizmi fəlsəfəsindən... nə almışdır? Nə üçün o, 

filosoflar arasında daha çox Spinozanı sevirdi? Onun marksist 

fəlsəfəyə münasibəti necə olmuşdur?.. Müasir ədəbiyyatşünaslıq 

və  fəlsəfə elmimizdə bu və bu kimi mürəkkəb sual və aktual 

problemlərin dərindən araşdırılmasına böyük ehtiyac vardır. Bu 

baxımdan filosof İzzət Rüstəmovun məqaləsi maraq doğurur. O, 

Azərbaycan  ədəbiyyatşünaslarının, xüsusən Məmməd Cəfərin 

Hüseyn Cavidin fəlsəfi irsinin tədqiqində  əməyini yüksək 

qiymətləndirmiş  və demişdir: “Cavidə dair fəlsəfi tədqiqlərdə 

digər bir nöqsanı da qeyd etmək lazımdır: böyük şair bir tərəfdən 

idealist kimi qələmə verilir, digər tərəfdən isə görkəmli ateist 

filosof kimi qiymətləndirilir. Buradakı ziddiyyət,  əlbəttə, açıq 

                                                 

1

 Bu haqda H.Zeynallının maraqlı fikirləri vardır. 




Úàâèäè õàòûðëàðêÿí 

46 


şəkildə duyulmaqdadır. Hamıya məlumdur ki, idealizm – dinlə, 

materializm – elmlə, ateist fikirlə  sıx  əməkdaşlıqda və  əlaqədə 

inkişaf etmişdir. Buna görə də Cavid yaradıcılığını hərtərəfli öy-

rənmək, onun fəlsəfi irsinin istiqamətini düzgün qiymətləndirmək 

vaxtı çatmışdır.”

1

 



Burada, hər  şeydən öncə, məsələnin düzgün qoyuluşu və 

aktuallığı diqqəti özünə çəkir. Həqiqətən də səriştəsi olmayanların 

Hüseyn Cavid fəlsəfəsindən söz açması elmi yanlışlıqlara, termin 

qeyri-dəqiqliyinə gətirib çıxarmışdır. 

Cavidin fəlsəfi irsinin öyrənilməsini mürəkkəbləşdirən səbəb-

lərdən biri onun məqalələrinin, xüsusən fəlsəfi məqalələrinin az 

olmasıdır.  Şairin fəlsəfi-estetik görüşlərinin  ədəbi irsi əsasında 

öyrənilməsi isə obyektiv çətinliklər yaradır. Çünki onun fəlsəfi 

dramlarında fəlsəfi fikirlər və konsepsiyalar obrazların dililə ifadə 

olunur. Bu çətinliyi nəzərə alan İzzət Rüstəmov şairin fəlsəfi gö-

rüşlərini inqilabdan qabaq

*

 yazdığı “Həsbi-hal” və “Müharibə və 



ədəbiyyat” məqalələri əsasında şərh etmişdir. Demişdir ki, Cavid 

mürtəce fəlsəfi nəzəriyyələrə və filosoflara münasibətdə çox kəs-

kin idi. Filosof-şairin fikrincə, mütərəqqi nəzəriyyə  və baxışlar, 

təlimlər cəmiyyətin, eyni zamanda, insan mənəviyyatının, idrakın 

inkişafında müsbət rol oynayır, mədəniyyətin çiçəklənməsinə 

təkan verir: “Maraqlıdır ki, Cavid müxtəlif filosof və yazıçılara 

qiymət verərkən  Şərqin hüdudlarından çox kənara çıxır. Bu da 

H.Cavidin zəngin dünyagörüşünə,  əhatəli məlumata malik oldu-

ğunu göstərir. Onun ingilis, italyan, fransız, alman, rus filosof və 

yazıçılarına verdiyi qiymət olduqca maraqlıdır, çünki bu bir tərəf-

dən Cavidin dünya fəlsəfəsi mədəniyyəti ilə yaxından tanış oldu-

ğunu aşkara çıxarır. Digər tərəfdən də məhz hansı filosof və yazı-

çılara hüsn-rəğbətlə yanaşdığını müəyyən etməyə imkan verir...” 

                                                 

1

 İzzət Rüstəmov. Cavidin fəlsəfi irsi, “Ədəbiyyat və incəsənət”, 25 yanvar 



1969. 

*

 1917-ci ildən əvvəl. 




Úàâèäè õàòûðëàðêÿí 

47 


Cavidin görkəmli filosoflardan Spenser, Con Lokk, Jan Jak 

Russo, Kant və başqalarının fəlsəfi və pedaqoji görüşlərinə müna-

sibətini aydınlaşdıran İzzət Rüstəmov belə bir nəticəyə gəlmişdir 

ki, böyük Azərbaycan  şairinin fəlsəfi irsi indiyə  qədər təsəvvür 

edildiyindən daha geniş və zəngindir. Buna görə də onun ictimai-

siyasi, fəlsəfi, bədii-estetik baxışları  gələcək tədqiqatlar, elmi 

axtarışlar üçün yenə də geniş obyekt olaraq qalır.  

1970-ci illərdə Hüseyn Cavid irsinin daha dərindən öyrənil-

məsində  və  təbliğində, haqqında deyilmiş fikirlərin dərinləşdiril-

məsi və  dəqiqləşdirilməsində Azərbaycan tənqidçi və  ədəbiy-

yatşünasları faydalı  işlər görürlər. Görkəmli  şair və dramaturq 

haqqında yüzlərcə  məqalə, bir neçə dissertasiya və monoqrafiya 

yazılıb nəşr olunur. Onun irsinin yeni elmi aspektdə araşdırılma-

sına maraq artır. Məqalələr elmi keyfiyyətinə, professional səviy-

yəsinə  və  əhəhmiyyətinə, qaldırılan problemlərin aktuallığına, 

dramaturq haqqında deyilmiş fikirlərin tənqidi surətdə qavra-

nılması  və  şərhinə görə seçilir. Əgər 1928-ci ildə Mikayıl Rəfili 

tərəfindən irəli sürülmüş “Hüseyn Cavid yaradıcılığında böhran” 

anlayışı sonrakı illərdə, xüsusilə altmışıncı illərdə yenidən ortaya 

atılmış və hətta onun əsaslandırılmasına girişilmişdirsə, yetmişin-

ci illərdə bəzi alimlərimiz həmin fikrin əleyhinə çıxmışlar. Ədəbi 

nəslin dəyişməsi, gənc cavidşünasların yetişməsi isə öz bəhrəsini 

vermişdir. Gənc cavidşünaslar öz sələflərindən və müasirlərindən 

öyrənə-öyrənə, onların yazıb-yaratdıqlarını mənimsəyə-mənimsə-

yə püxtələşmiş, inkişaf etmiş, Cavid irsinin tədqiqində müəyyən 

xidmət göstərmişlər. Bu baxımdan Zahid Əkbərovun, Timurçin 

Əfəndiyevin, Hüseyn İsrafilovun,  Əjdər  İsmayılovun, Tamilla 

Təhmasibin və başqalarının monoqrafiya və  məqalələri diqqəti 

cəlb edir. 

“Şeyx Sənan”ın  ən yaxşı  tədqiqatçılarından biri olan Zahid 



Əkbərov faciənin tənqid və  tədqiq tarixinə  nəzər salmış, Hənəfi 

Zeynallının, Məmmədkazım  Ələkbərlinin, Cəfər Cəfərovun, 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə