Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə14/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

42 


irticaçılara kömək etməmişdir. O, Məhəmmədin və Əmir Teymu-

run  şəxsiyyətinə, ağıl və  zəkasına, iradəsinə  rəğbət bəsləmişdir. 

Lakin onların mənfi  əməllərinə, xüsusən insan kəllələrindən 

ehramlar quran, milyonlarla günahsız adamı  qılıncdan keçirən 

Teymurləngin vəhşi hərəkətlərinə nifrət bəsləmişdir. Həmin 

əsərlərdə yazıçı mövqeyi apaydındır. Onlarda, “Şeyx Sənan” və 

“İblis”dən fərqli olaraq, din və kütlə, sülh və müharibə problemi 

daha ciddi şəkildə qoyulmuşdur. 

Məmməd Cəfərlə mübahisəyə girən və ona bəzi iradlar tutan 

Cəfər Cəfərov yazır ki, “Hüseyn Cavid” monoqrafiyasında 

Məhəmmədin və Teymurun idealizə olunması göstərilməmiş, şair 

“ədəbiyyat, sənət başqa, təbliğat başqa”

*

 deyərək müasir həyatdan 



uzaqlaşmış, “Peyğəmbər” və “Topal Teymur”da panislamist və 

pantürkist ideyalara qapılmışdır... 

Dramaturqa aid edilən “ədəbiyyat, sənət başqa, təbliğat 

başqa” sözləri tənqidçi Mustafa Quliyevin bir məqaləsindən 

alınmışdır. Əslində həmin ifadə belədir: “Bəncə ədəbiyyat başqa, 

siyasət başqa, təbliğat daha başqadır.” 

Dramaturq “Peyğəmbər” və “Topal Teymur” tarixi dramla-

rında panislamist və pantürkist ideyalara qapılmamışdır. Cəfərov 

həmin tezisi irəli sürərkən Türkiyədə  çıxan “Yeni Qafqaziyyə” 

jurnalında dramaturq haqqında yazılmış “burjua fikirlərini” 

nəzərdə tutulmuşdur. 

Məqalədə qeyd olunmuşdur: “Cavid dramaturgiyası iyirminci 

illərin  əvvəllərində  və sonra Azərbaycan teatrının repertuarında 

geniş yer tutmamış, yalnız “İblis”lə  təmsil olunmuşdur”, “İyir-

minci illərin  əvvəllərində  ədəbi tənqid dramaturqun əsərlərinə 

tənqidi yanaşa bilməmişdir” və s. Həmin mülahizələr doğru deyil-

dir.  Əslində dramatuqun əsərləri iyirminçi və otuzuncu illərdə 

teatrın  repertuarında geniş yer tutmuş  və yalnız “İblis”lə  təmsil 

olunmamışdır. Həmin illərdə Cavid haqqında yazılmış elə bir 

                                                 

*

 Fikir təhrif edilmişdir. 




Úàâèäè õàòûðëàðêÿí 

43 


məqalənin adını  çəkmək olmaz ki, dramaturq orada bəzən haqlı, 

çox hallarda isə əsassız tənqidə məruz qalmamış olsun... 

Hüseyn Cavid haqqında ehtirasla, yüksək professional səviy-

yədə danışmaq, Cavid romantizminin estetik xüsusiyyətləri və 

prinsiplərinə daha çox diqqət yetirmək, böyük sənətkarın sənət 

dünyasını  dərk etməyə ciddi səy göstərmək, cavidşünaslığı yeni 

fikir və konsepsiyalarla zənginləşdirmək – Məsud  Əlioğlunun 

məqalələri

1

 üçün  səciyyəvidir. Kitaba daxil etdiyimiz məqalədə 



müəllifin sual cümlələrini çox işlətməsi onu daha oxunaqlı edir, 

oxucuların diqqətini müəyyən bir fikir üzərində cəmləşdirir. 

Xəyal nədir? İnsan həyatında onun rolu və əhəmiyyəti nədən 

ibarətdir? Bu kimi suallar, xəyalın fəlsəfi-estetik mahiyyəti ro-

mantik Cavidi çox düşündürmüşdür. Məsud Əlioğlu məqaləsində 

həmin suallara cavab verməyə çalışmış,  şairin xəyal barəsində 

fəlsəfi-estetik konsepsiyasını izah etməyə  səy göstərmişdir: “... 

Onun [Cavidin] fikrincə, bəşəriyyət real varlıqda mövcud olan 

yaramazlıqlardan, rəzalət və ziddiyyətlərdən xilas üçün xəyala 

qapılmışdır.  Şirin xəyallar, sonu görünməyən və  dərk edilməyən 

təxəyyül aləmi dözülməz, soyuq və acı həqiqətləri unutmaq, yad-

dan çıxarmaq üşün yeganə  təsəlli vasitəsidir. Həyata bu cürə 

yanaşmaq isə özü özlüyündə yalnız aldanışlar doğurur...” 

Məsud  Əlioğlu Cavid romantizminin ideya qaynaqlarını 

müəyyənləşdirməyə, fəlsəfi mahiyyətini açmağa təşəbbüs göstər-

miş,  şairin yaradıcılığının ilk illərində dünyanın dərkedilməzliyi 

barəsində  fəlsəfi konsepsiyasını  şərh etmişdir: “Böyük zəkalar, 

dühalar və kamal sahibləri belə, real həyatdakı bu küskünlüyə 

nəhayət verməkdə, mövcud aləmdəki ziddiyyətləri, haqsızlıq və 

zülmü aradan qaldırmaqda xeyli əmək sərf edib baş çatlatmışlarsa 

da, heç bir nəticə hasil edə bilməmişlər. Bu səbəbdən də şairin dili 

ilə deyilsə, büsbütün yorulub sakitləşmişlər. H.Cavidin dünyanın 

dərkedilməzliyi haqqındakı bu fikirləri idealist mahiyyətdə, bir 

                                                 

1

 Şairin həqiqəti axtaran romantik gəncləri, “Azərbaycan gəncləri”, 6 mart 



1963; Səyavuşun faciəsi, “Ədəbiyyat və incəsənət”, 6 aprel 1963 və s. 


Úàâèäè õàòûðëàðêÿí 

44 


qədər də kantçılığa yaxın fikirlər idi. Lakin çox incə  şəkildə

poetik bir ifadə ilə  və lirik üslubda deyilən bu romantik-idealist 

fikirlər, bədbinlikdən bücbütün uzaq idi...” 

Romantik yazıçıların, o cümlədən Cavid yaradıcılığının mər-

kəzində insan, onun daxili aləmi, qəlb dünyası, hiss və həyəcan-

ları, düşüncə və iztirabları durur. Hegelin dediyi kimi, romantik-

lərdə  qəlb dünyası xarici dünya üzərində  qələbə çalır. Məsud 

Əlioğlu bu cəhətdən oxucuların diqqətini görkəmli romantik şai-

rin insan və insanlar arasındakı mənəvi əlaqələrin mahiyyəti haq-

qında düşüncələrinə cəlb edir. Bəs insanlarda belə bir müqəddəs 

hiss, mənəvi birlik, insana əsl insani münasibət nə vaxt yarana 

bilər? “Hüseyn Cavid bəşərdə  məhz insanlıq hissinin,qəlb həya-

tına məxsus incəliklərin əsas yer tutmasını arzulayırdı. İnsanlığın 

ideal dərəcədə  mənalı inkişafı üçünsə  məhəbbəti, böyük insan 

eşqini yüksək tutmağı vacib sayırdı. Sirdaşlıq, mənəvi qardaşlıq 

və könül birliyi yalnız o zaman mümkün olacaqdır ki, insan öz 

ləyaqətini və vüqarını başqalarını alçaltmaq və hörmətdən salmaq 

hesabına yüksəlməsin, əksinə, başqalarının iztirablarını, ürək ağrı-

larını yüngülləşdirmək və aradan qaldırmaq naminə öz varlığını 

əzablara qurban versin...” 

Məsud  Əlioğlu Hüseyn Cavidin ədəbi qəhrəmanları, faciələ-

rində faciəvilik barəsində yeni fikirlər söyləmişdir. Onun  bu 

baxımdan “Şeyx Sənan” və “Peyğəmbər”  əsərlərinin müqayisəli 

təhlili maraqlı görünür. Cavidşünasın fikrincə,  şair həmin dram-

larda dini ideyaları yaymaq, insanları mütləq bir fikrə tabe etmək 

və bütün bunların sayəsində  cəmiyyətdə yaradılmış  xırda və 

çirkin ehtirasları, kin-küdurəti, zülm və haqsızlığı aradan qaldır-

maq fikirlərini təbliğ edir. Bu mənada Sənanın mənəvi təkamü-

lünü, ehkamdan dialektikaya qədər keçdiyi inkişaf yolunu və 

bunun məntiqi nəticəsini göstərən müəllif, “Peyğəmbər” barəsin-

də deyilən yapma mülahizələrə etirazını bildirmişdir: “... 

“Peyğəmbər”ə islamçılıq fikirlərini yayan və bununla da guya din 

birliyi ideyasını müdafiə edən bir əsər kimi yanaşanların əksəriy-

yəti ciddi səhvə yol verirlər. Bu haqda mülahizə yürüdənlər dra-




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə