Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə12/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

36 


lığının  əsas pafosu həqiqəti,  əsil bəşəri həqiqəti tərənnümdən 

ibarət olmuş, bütün həyatı boyu bu nəcib bəşəri hissi insanlara 

aşılamaq yolunda qələm çalmışdır.” 

Abbas Zamanov vətənə münasibətdə XX əsrin iki dahi sənət-

karını – realist M.Ə.Sabir və romantik H.Cavidin tutduğu möv-

qeyə münasibətini bildirmiş, “Məsud və Şəfiqə” şeirini, “Maral” 

və  “Şeyda” faciələrini nəzərdən keçirmiş, Cavid romantizminin 

mütərəqqi keyfiyyətlərini aşkara çıxarmışdır. Bizim ədəbiyyat 

tarixində elə hallar olmuşdur ki, Hüseyn Cavid yaradıcılığı bəzən 

Azərbaycan  ədəbiyyatından, xüsusən müasir ədəbiyyatından 

qoparılmış, yazıçının  ədəbiyyatın inkişafındakı xidmətləri unu-

dulmuşdur. Buna görə də Abbas Zamanov aşağıdakı sözləri əbəs 

yerə deməmişdir: “H.Cavidin yaradıcılığı, istər inqilabdan əvvəl

1



istərsə  də sonra, Azərbaycan  ədəbiyyatının romantik qolu kimi 

yaranıb inkişaf etmişdir. Odur ki, Cavid yaradıcılığını Azərbay-

can  ədəbiyyatının ümumi inkişafından ayırmaq yox, əksinə, 

onunla əlaqədar surətdə təhlil etmək, öyrənmək lazımdır.”

2

 

Eyni epoxada yaşamış realist yazıçılarla romantik yazıçılar 



arasında  ədəbi təsir necə olmuşdur? Romantiklər realistlərdən 

necə  bəhrələnmişlər? Bu, müasir Azərbaycan  ədəbiyyatşünasla-

rını maraqlandıran  əsas problemlərdən biridir. Bu barədə Abbas 

Zamanov, Yaşar Qarayev, Arif Hacıyev və başqaları müəyyən 

fikir və konsepsiyalar irəli sürmüşlər. Lakin demək lazımdır ki, 

bu problemin çox halda birtərəfli, yəni yalnız romantiklərin 

realistlərdən “öyrənməsi” istiqamətində araşdırılmasına səy göstə-

rilmişdir. Məncə, bu aktual problem qarşılıqlı şəkildə, başqa söz-

lə, yalnız romantiklərin realistlərdən deyil, realistlərin də roman-

tiklərdən bəhrələnməsi istiqamətində öyrənilsə, daha səmərəli 

nəticələr verə bilər. Bu nöqteyi-nəzərdən Abbas Zamanovun 

mülahizələri diqqəti cəlb edir. İnqilabdan  əvvəl Hüseyn Cavidin 

demokratik cəbhədə dayandığını göstərən müəllifin fikrincə, 

“Ana” və “Maral”ın ümumi pafosu, tənqid istiqaməti Hüseyn 

                                                 

1

 1917-ci il rus inqilabı (əslində çevrilişi). 



2

 Abbas Zamanov. Böyük sənətkar, “Azərbaycan məktəbi”, 1963, № 2, səh. 6.  




Úàâèäè õàòûðëàðêÿí 

37 


Cavidi tənqidi realistlərə yaxınlaşdırırdı. Cavid romantizminin de-

mokratizmi bu əsərlərdə özünü büruzə verirdi. “Təsəttüri-nisvan” 

(qadın azadlığı) məsələsində isə dramaturq realist Azərbaycan 

yazıçılarına yaxınlaşıb, onlarla bir cəbhədə dururdu. 

Zənnimizcə, məqalədə dramaturqun tarixi dəyişəcək qüvvələ-

ri (qəhrəmanları) görə bilməməsini onun “xırda burjua münəvvər-

liyi” ilə izah etmək o qədər də inandırıcı səslənmir. “Qəhrəman-

sızlıq”


1

, əlbəttə, şərti mənada, onun “xırda burjua” yazıçılığından 

(Hüseyn Cavid, ümumiyyətlə, xırda burjua yazıçısı olmayıb, bu 

barədə fikir deyənlər az olmamışdır) deyil, bəlkə romantizmindən 

irəli gəlir. 

Ədəbiyyatşünaslığımızda belə bir fikir mövcuddur: “Hüseyn 

Cavid 1920-1926-cı illərdə yaradıcılıq böhranı  və ideya böhranı 

keçirmişdir.” Vaxtilə, xüsusən altmışıncı illərdə bizim bəzi möh-

təbər alim və tənqidçilərimiz həmin fikri sübut etməyə cəhd gös-

tərmişlər. Səbəb: Dramaturqun müasir həyatdan uzaqlaşması, 

“Azər”in 1920-ci ildən yazılmasına başlanmasının unudulması, 

“Peyğəmbər” və “Topal Teymur” tarixi dramlarının meydana gəl-

məsi... Özlüyündə də görünür ki, bunlar nə yazıçının “yaradıcılıq 

böhranı”, nə “ideya böhranı”, nə  də “məfkurəvi tərəddüd illəri” 

keçirməsinə əsas verir. Əvvəla ona görə ki, həmin konsepsiya el-

mi cəhətdən özünü doğrultmur, ikincisi, bütövlükdə, Hüseyn 

Cavid yaradıcılığı üçün səciyyəvi deyildir. Bizcə, Hüseyn Cavid, 

ümumiyyətlə, “yaradıcılıq böhranı” keçirməmişdir

2

. Məncə, ədə-



biyyatşünaslığımızda həmin məsələnin üzərinə yenidən qayıtma-

ğa, onu dəqiqləşdirməyə ehtiyac vardır. Bizə belə  gəlir ki, iyir-

minci illərdə, ümumiyyətlə, dramaturqun yaradıcılığında bir yeni-

                                                 

1

 Yəni özünə müasir, milli qəhrəmanlar tapa bilməmək. Bu məsələ ayrı-ayrı 



tənqidçi və  ədəbiyyatşünasların məqalələrində qeyd olunsa da, elmi cəhətdən 

əsassız görünür və yanlış fikirlərin əmələ gəlməsinə səbəb olur... 

2

 Azərbaycan dramaturgiyasının estetik problemlərinin görkəmli tədqiqat-



çılardan biri olan Mehdi Məmmədov Hüseyn Cavidin anadan olmasının 95 

illiyi ilə əlaqədar həyata keçirilən tədbirlərdə və xatirə gecəsində çıxış edərək, 

həmin fikrin əleyhinə çıxmış, özünün də səhvə yol verdiyini etiraf etmişdi.  



Úàâèäè õàòûðëàðêÿí 

38 


ləşmə prosesi gedir, onun romantizminin mündərəcəsi deyişir. 

“Azər”də  və “Knyaz”da, həmçinin Hüseyn Cavidin otuzuncu il-

lərdə yazdığı başqa  əsərlərində romantizm realizm ilə qaynayıb 

qovuşur, biri digərini tamamlayır. Sovet quruluşu Hüseyn Cavidin 

ideya inkişafında, dünyagörüşündə elə bir cidd dəyişikliklər əmələ 

gətirmir. Dramaturq yaradıcılıq amalına və metoduna sadiq qalır. 

Cavid teatrı və dramaturgiyasının, onun estetik problemləri və 

prinsiplərinin araşdırılmasında Hənəfi Zeynallı,  Əli Sultanlı, 

Məmməd Cəfər, Mehdi Məmmədov, Məsud Əlioğlu və başqaları 

ilə  bərabər, teatr nəzəriyyəçisi  Cəfər Cəfərovun da xidmətləri 

vardır.  

Cavid teatrı Azərbaycan teatrının ayrılmaz tərkib hissəsidir. 

Cavid teatrı müasir Azərbaycan teatrının və dramaturgiyasının 

formalaşması  və inkişafında müstəsna rol oynamışdır. Həmin 

termini ilk dəfə Azərbaycan teatrşünaslığına gətirənlərdən biri 

İ.Cahangirov olmuşdur. Lakin görkəmli sənətşünas alim Cəfər 

Cəfərov ondan fərqli olaraq Cavid teatrının spesifik xüsusiyyət-

lərini, estetik prinsiplərini müəyyənləşdirmiş, onun nəzəri  əsas-

larını  işləyib hazırlayanlardan biri olmuşdur: «... “Cavid teatrı” 

dedikdə, biz yalnız onun əsərlərinin səhnə tarixini nəzərdə tutmu-

ruq, müəyyən xüsusiyyətlərə, estetik prinsiplərə  əsaslanan bir 

teatr, bir səhnə sənəti, bir səhnə üslubu düşünürük ki, Azərbaycan 

teatrının inkişafında özünə görə mövqeyi olmuşdur.» 

Cəfər Cəfərov məqaləsində sovet hakimiyyətinin ilk illərində 

dramaturqla teatr arasında yaranan “uyğunsuzluqlara” Cavid 

teatrının və üslubunun qavranılmasında qarşıya çıxan çətinliklərə 

və mürəkkəb problemlərə toxunmuş, teatr nəzəriyyəsi və  sənə-

tində yol verilən əyinti və səhvlərin onun əsərlərinin tamaşalarına 

mənfi təsirini qeyd etmişdir: “... teatr özü bir çix halda yanlış nə-

zəriyyələrə uyduğundan, Cavidi də çaşdırmış, onun əsərlərinə 

düzgün açar tapa bilməmiş, Cavid teatrının xüsusiyyətlərini lazı-

mınca mənalandırıb ifadə edə bilməmişdir...” 

Görkəmli teatr nəzəriyyəçisi bəzən yanlış mülahizələr irəli 

sürsə də, Cavid teatrının tədqiqində böyük əmək sərf etmiş, 1920-




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə