Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə13/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

39 


1930-cu illərdə onun əsərlərinin tamaşalarına yazılmış  rəylərə 

tənqidi yanaşmış, “Hüseyn Cavid” monoqrafiyasının müəllifi 

Məmməd Cəfərlə polemikaya girmişdir. Cavid dramaturgiyasının 

Azərbaycan teatrı üçün yeniliyi nədə idi? Məqalə müəllifi bu 

suala belə cavab vermişdir: “Cavid dramaturgiyası səhnmiz üçün 

doğrudan da yeni idi. Romantik səpkidə yazılmış Cavid pyesləri 

klassik Azərbaycan dramaturgiyasından xeyli fərqlənirdi; burada 

gündəlik həyatın, məişət səhnələrinin təsvirinə bir o qədər  əhə-

miyyət verilmir, adi həyat və məişət təsvir edildikdə belə, məqsəd 

böyük xarakterlər, qızğın ehtiraslar, kəskiin konfliktlər vasitəsi ilə 

ümumbəşər  əhəmiyyətli fəlsəfi fikirlər təbliğ etməkdir. Buna 

müvafiq olaraq Cavid əsərləri janr, üslub və bədii təsvir vasitələri 

etibarı ilə də Azərbaycan teatrı üçün bir çox cəhətdən yeni idi...” 

Sosialist realizm metodunun estetik və metodoloji prinsip-

lərindən çıxış edən Cəfər Cəfərov Cavid romantizminin Azərbay-

can sovet ədəbiyyatı  və teatrının ilk illəri üçün çox əhəmiyyətli 

olduğunu göstərmişdir. O, sosializm şəraitində Cavid romantiz-

minin yeni keyfiyyətlərlə zənginləşdiyini qeyd etmiş, milli həyat, 

milli məişət və onun bədii ədəbiyyatda təsviri probleminə müna-

sibətini bildirmişdir. Onun rəyincə, sovet teatrının ilk dövrlərində 

romantizm yeni ideyaların, həyata yeni baxışların və kütləvi 

qəhrəmanlıq ruhunun ifadə edilməsində çox faydalı olmuşdur: 

“Cavid romantizmi də, yeni həyatı  təsvir etmədiyi halda, yeni 

cəmiyyət qurmaqda olan Azərbaycan xalqı üçün gərəkli idi və bu 

halda Cavid əsərlərinin əksərən milli həyatdan alınmamasının da 

bir o qədər əhəmiyyəti yox idi, həçənd aydındır ki, biz hamımız 

bu barədə  təəssüf hissi ilə danışır və çox zaman əsəbilik göstə-

rərək Cavidi milli həyatdan az yazdığı üçün məzəmmət edirik. 

Halbuki bu məsələdə bir qədər dözümlü olmalı və nəzərə alınma-

lıdır ki, Azərbaycan teatrının özündə, xüsusən 1905-ci il inqila-

bından sonra Şərq həvəs çox artmışdı...”

1

 



                                                 

1

 Cəfər Cəfərov. Cavid və teatr, “Ədəbiyyat və incəsənət”, 2 mart 1963; Cavid 



teatrı, Əsərləri, 2 cilddə, I cild, Bakı, 1968, səh. 229-254.. 


Úàâèäè õàòûðëàðêÿí 

40 


Ümumiyyətlə, iyirmi-otuzuncu illərdə dramaturqla ədəbi tən-

qid və teatr arasında əlaqələr mürəkkəb, eyni zamanda, maraqlı və 

çoxcəhətli olmuşdur. Buna görədir ki, teatr nəzəriyyəçisi məqa-

ləsində Hüseyn Cavidlə teatr arasındakı  əlaqələrin və münasi-

bətlərin çoxcəhətliliyini “Şeyx Sənan”, “İblis”, “Knyaz” və 

“Səyavuş” faciələrinin tamaşalarının timsalında aydınlaşdırmış-

dır. “İblis” tamaşasına rəy yazan və onu yanlış estetik prinsiplər 

əsasında təhlil edən M.S.Kirmanşahlının mülahizələrini tənqid 

etmiş,  İblis surətinin orijinal yuaradıcısı, böyük istedad sahibi 

Abbas Mirzə  Şərifzadənin sənətkarlılğını yüksək qiymətləndir-

mişdir: «... “İblis”in səhnə tarixində həqiqi İblis obrazı A.M.Şəri-

fzadə tərəfindən yaradılmışdı ki, bu obrazın daxili aləmi ilə zahiri 

görünüşü arasında bir vəhdət var idi; A.M.Şərifzadənin  İblisi nə 

Şərq divi, nə  də  Qərb Mefistofeli deyildi, bədii biçim hissi ilə 

düşünülmüş böyük ümumiləşdirmə qüdrətinə malik obraz idi ki, 

milli tip olaraq bir qədər şərti olsa da, “ibllislik” demonizm key-

fiyyətini tam mənası ilə ifadə edə bilirdi...» 

Hüseyn Cavidin “İblis” faciəsi nəinki Azərbaycan, müsəlman 

Şərqi ədəbiyyatında, bəlkə də dünya demonizm poeziyasında yeni 

ədəbi hadisədir. “İblis” dünya demonizm ədəbiyyatında Hüseyn 

Cavid dühasının qələbəsi və  təntənəsidir. Bu əsər tamaşaya 

qoyulduqdan sonra böyük ədəbi mübahisələrə səbəb oldu. “İblis” 

və onun müəllifini nədə  təqsirləndirmədilər? Müəllifi idealist 

fəlsəfəyə uymaqda, imperialist müharibəsinin mahiyyətini başa 

düşməməkdə, əsərdə bədii təzada geniş yer verməkdə, İblisin axı-

ra qədər kim olmasının aydınlaşmamasında,  Şərq  İblisinə uyğun 

gəlməməsində, nə bilim nədə, nədə?.. Lakin Hüseyn Cavidin 

İblisi dünya ədəbiyyatında yaradılmış  ən maraqlı,  ən parlaq, ən 

orijinal surətlərdən biri olaraq qalır. Zaman keçdikcə o bizə daha 

yaxın, daha doğma olur və  hər bir ədəbi nəsil həmin faciənin 

üzərinə dönə-dönə qayıdacaq. 

Cəfər Cəfərov İblisə min bir don geyindirməyə səy göstərən-

lərə, onu bədii obrazdan naturalist səviyyəyə endirənlərə qarşı 



Úàâèäè õàòûðëàðêÿí 

41 


çıxmış, haqlı olaraq demişdir ki, İblisin fəlsəfi yükünü yalnız 

Hüseyn Cavidin yaratdığı İblis daşıya bilər.  

“Şeyx Sənan”, “İblis”, “Knyaz” və “Səyavuş” tamaşaları 

Cavid teatrı, ümumən milli teatrımız tarixində görkəmli yer tutur. 

Bu tamaşalar faciə aktyorlarının yetişməsinə, daha da püxtələş-

məsinə, bütövlükdə milli səhnə  mədəniyyətimizin yüksəlməsinə 

müsbət təsir göstərmişdir. Azərbaycan sovet dramaturgiyası  və 

teatrının qazandığı nailiyyətlərin böyük bir hissəsi həmin faciə-

lərin tamaşalarilə bağlıdır. Bu səbəbdəndir ki, Cəfər Cəfərov 

həmin tamaşaların  əhəmiyyəti və estetik dəyəri üzərində ayrıca 

dayanmış, tamaşaların  ədəbi tənqidi fikrin canlanmasına təsirini 

göstərmişdir. Əgər “Knyaz” faciəsi müxtəlif fərdi xüsusiyyətlərə, 

bacarıq və istedada, duyuma malik olan aktyorların (Rza Darablı, 

Rza Təhmasib və Abbas Mirzə Şərifzadə - 1930-cu illərdə Knyaz 

rolunu bu üç aktyor oynamışdır) eyni bir bədii vəzifəni həll 

etməsi Azərbaycan sovet teatrı tarixində qiymətli hadisə idisə, 

“Səyavuş”un tamaşası isə teatrımızın inkişafında  əlamətdar 

hadisəydi: “Nəhayət, “Səyavuş” haqqında. Bu tamaşa yalnız 

Cavidin deyil, ümumiyyətlə, teatrın inkişafında çox qiymətli 

hadisə idi. “Səyavuş” gənc Azərbaycan rejissorluğunun

1

 bir 


qələbəsi idi, heç bir tamaşada milli Azərbaycan rejissorluğu bu 

qədər istedadlı şəkildə özünü göstərə bilməmişdi...” 

Məqalədə bəzi mübahisəli və dəqiqləşdirilməsinə ehtiyac olan 

mülahizələr üzərində dayanmaq lazım gəlir. Öncə “Peyğəmbər” 

və “Topal Teymur” tarixi dramları barəsində. Həmin mövzularda 

əsərlər yaratması dramaturqun yaradıcılığında “müəyyən ziddiy-

yətlərin” meydana gəlməsinə  səbəb olmuşdursa da, dramaturq 

                                                 

1

 Əsəri görkəmli Azərbaycan aktyoru və rejissoru İsmayıl Hidayətzadə 



tamaşaya qoymuşdu. Tamaşada Cavid ikinci rejissor kimi çıxış etmişdir. 

Həmin tamaşa həm dramaturqun, həm də Hidayətzadənin qələbəsi idi. İsmayıl 

Hidayətzadə dramaturqun məsləhəti və köməyi ilə Şərq tarixini öyrənmiş, əsəri 

tamaşaya hazırlayarkən qədim İran və Turanın tarixini, məişətini və folklorunu 

öyrənmişdir. Buna görə  də onların hazırladıqları tamaşa bədii cəhətdən 

mükəmməl alınmış və rejissorluğumuz tarixində xüsusi yer tutur. 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə