Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə10/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

30 


barəsində öz konsepsiyasını irəli sürmüşdür. O, romantik yazıçı-

ların dildə, üslubda və  bədii formada əmələ  gətirmək istədikləri 

təzəliklərdən danışarkən demişdir: “... Məhəmməd Hadi, Abdulla 

Şaiq, Abbas Səhhət və Hüseyn Cavid bu ziddiyyəti [klassik şeirlə 

şifahi xalq şeiri arasında olan ziddiyyəti] dərk etmişdilər. Onlar 

bir sıra başqa məsələlərdə olduğu kimi, xüsusən dil, üslub və 

bədii forma məsələsində yenilik yaratmağa ciddi səy göstərirdilər. 

Lakin onların hərəsinə  məxsus dil, üslub xüsusiyyətləri var idi. 

Bu şairlərin heç biri digərinə bənzəmirdi. Yeni şeir dili və üslubu 

məsələlərinə münasibətlərində də onları bir-birindən fərqləndirən 

prinsipial cəhətlər var idi.” 

Dil və üslub məsələsində  hər romantik yazıçının özünəməx-

susluğunu və  fərdi-tipik xüsusiyyətlərini qeyd edən alimin fik-

rincə, iki üslubda, yəni həm klassik şeir dili və üslubunda, həm də 

şifahi xalq şeiri dilində və üslubunda şeir yazmaq Hüseyn Cavid 

yaradıcılığının birinci dövrü üçün

1

 səciyyəvidir.  



Hüseyn Cavid və Rza Tofiqin klassik şeir üslubu ilə  şifahi 

xalq şeiri üslubuna münasibətdə oxşarlığı nəzərə çarpdıran müəl-

lif belə düşünmüşdür ki, Azərbaycan  şairi yaradıcılığının birinci 

dövründə ciddi siyasi, ictimia-fəlsəfi  şeirlərini klassik üslubda, 

mahnı və şərqilərini şifahi xalq şeiri üslubunda yazmışdır. Hüseyn 

Cavidin özünə  məxsus olan əsl dil və üslub xüsusiyyətləri isə 

1910-cu ildən formalaşmağa başlamışdır. O, şairin  ədəbi dilinin 

və üslubunun biçimlənməsinə  təsir göstərən amilləri qeyd etmiş 

və yazmışdır: “Cavidin özünə  məxsus olan tam orijinal dili şeir 

dili və üslub xüsusiyyətləri “Şeyx Sənan” faciəsi ilə başlayır...” 

Mövzu və janrın yazıçının dil və üslubuna təsiri və bunlar 

arasındakı qarşılıqlı  əlaqə barəsində maraqlı  nəzəri mülahizələr 

irəli sürən Məmməd Cəfər  əruz vəznində yazılmış  “Şeyx 

Sənan”da şairin fars və ərəb tərkiblərindən mümkün qədər uzaq-

laşmasını onun bədii yaradıçılığında mühüm bir hadisə kimi 

                                                 

1

 Məmməd Cəfər Hüseyn Cavid yaradıcılığının birinci dövrü deyərkən 1905-



1909-cu illəri nəzərdə tutmuşdur. 


Úàâèäè õàòûðëàðêÿí 

31 


qiymətləndirmişdir: «“Şeyx Sənan”ın dilində və üslubunda Cavid 

klassik Azərbaycan  şeir dili və üslubu ənənələrini  əsas götür-

müşdür. Lakin o bu dil, üslub ənənələrini sadəcə təqlid etməmiş, 

mümkün qədər onu zənginləşdirməyə, yeniləşdirməyə, müasir-

ləşdirməyə, mənzum dram dilinə uyğunlaşdırmağa çalışmışdır.»

1

 



Hüseyn Cavid Azərbaycan  şeirində  və dramaturgiyasında 

yeni dil və üslub yaradan, mövzuca zənginləşdirən və inkişaf 

etdirən, mənzum faciə janrının  əsasını qoyan görkəmli sənətkar

qüdrətli söz ustasıdır. Onun orijinal yaradıcılığı  və  sənəti 

bütövlükdə Azərbaycan dramaturgiyasının və teatrının inkişafına 

təsir göstərmişdir. Mənzum dram əsərlərində heca və əruz vəzn-

lərinin bədii imkanlarından çox ustalıqla və yaradıcılıqla istifadə 

etmişdir. Bu kimi cəhətləri diqqət mərkəzində saxlayan Məmməd 

Cəfər, Hüseyn Cavidin Azərbaycan ədəbiyyatına xidmətinə yük-

sək qiymət vermişdir. Azərbaycanda sovet hakimiyyətinin qələbə-

sindən sonra dramaturqun dil və üslubunda əmələ gələn dəyişik-

liyi və inkişafı, dilini sadələşdirməyə doğru atdığı addımları müs-

bət bir hal kimi almış və onun ciddi bədii axtarışlarının səmərəli 

nəticəsi hesab etmişdir. Xüsusilə “Azər” dramatik poemasında 

şairin ədəbi-bədii dil sahəsində qazandığı uğurları qabarıq nəzərə 

çarpdırmışdır: «... “Azər” poemasından başlayaraq Cavidin 

sənətində, şeirində, klassik şeir dili və üslubu ilə şifahi xalq şeiri, 

dili, üslubu birləşməyə doğru inkişaf edir və biri digərinə  təsir 

etmək, bir-birinə qovuşmaq yolu ilə təkmilləşirdi...» 

Məmməd Cəfər Hüseyn Cavidin dil və üslubunun yalnız öz 

yaradıcılığı üçün deyil, bütövlükdə Azərbaycan sovet ədəbiyyatı 

üçün əhəmiyyətini qabartmış, onun bədii axtarışları və yaradıcılıq 

təkamülünün dialektikasına nəzər salmış, bəzi tənqidçi və ədəbiy-

yatşünaslar kimi, heca vəznini  əruz vəznini, klassik şeir dili və 

üslubunu  şifahi xalq şeiri dili və üslubuna qarşı qoymamışdır. 

                                                 

1

 Məmməd Cəfər. H.Cavidin sənəti haqqında qeydlər (dil və üslub 



xüsusiyyətləri, bədii təsvir vasitələri), “Azərbaycan”, 1960, № 12, səh. 176. 


Úàâèäè õàòûðëàðêÿí 

32 


Əksinə, onların birinin digərini zənginləşdirməsini, təkmilləşdir-

məsini və yeniləşdirməsini önə çəkmişdir.  

Azərbaycan mənzum dramlarının poetikasının, dil-üslub və 

sənətkarlıq xüsusiyyələrinin nəzəriyyəsini işləyib hazırlamaq 

üçün Hüseyn Cavidin ədəbi irsi zəngin material verir. Heca və 

Azərbaycan əruzunun bütün incəliklərini gözəl bilən, onu təkmil-

ləşdirib inkişaf etdirən Hüseyn Cavidi, eyni zamanda, mənzum 

dramlarımızın poetikasının nəzəriyyəsinin işlənib hazırlanmasına 

zəmin yaratmışdır. Bu cəhətdən onun bütün mənzum dramları, 

xüsusən “Peyğəmbər” mənzum tarixi dramı  ədəbiyyat nəzəriy-

yəçiləri üçün olduqca əhəmiyyətlidir. Dramaturq başqa mənzum 

dramlarından fərqli olaraq “Peyğəmbər”də həm heca, həm də əruz 

vəznindən böyük sənətkarlıqla istifadə etmişdir: «... Cavid həm 

Azərbaycan  əruzu, həm də heca vəznində Azərbaycan dilində 

yüksək dram əsərlərinin yaradılmasının mümkün olduğunu sübut 

etdi.  Əgər “Şeyx Sənan”, “İblis” və xüsusilə “Xəyyam” onun 

Azərbaycan  əruzunda yazılmış  ən mükəmməl  əsərləri idisə, 

“Səyavuş” da heca vəzni sahəsindəki axtarışlarının parlaq bir 

nümunəsi idi.» 

Hüseyn Cavidin poeziyasında və mənzum dramlarında Azər-

baycan  şeirinin, demək olar ki, bütün formalarından və  şəkillə-

rindən istifadə edilmişdir. Xüsusilə Azərbaycan  əruzu və heca 

vəzninin imkanlarından yaradıcılıqla istifadə etmək  şairi  ədəbi 

yeknəsəklikdən uzaqlaşdırmış, onun şeirlərinin estetik təsir gücü-

nü artırmış, sənətinə yeni bədii keyfiyyətlər və orijinallıq gətir-

mişdir. Hüseyn Cavidin ədəbi təcrübəsindən sonralar mənzum 

dram əsərləri yaradan dramaturqlarımız, xüsusilə Səməd Vurğun 

istifadə etmişdir.  

Məmməd Cəfərin Cavidin dil-üslub və  sənətkarlıq məsələ-

lərinə  həsr olunmuş qiymətli məqaləsi  ədəbiyyat nəzəriyyəçiləri 

və cavidşünaslar üçün örnək ola bilər. Böyük dramaturqun anadan 

olmasının yüz illiyini qeyd etdiyimiz bir vaxtda görkəmli alimin 

başladığı işi davam və daha da inkişaf etdirməyə ehtiyac var.  



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə