Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə8/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

24 


başlandı. Adil İsgəndərov Azərbaycan Akademik Dram Teatrında 

“Şeyx Sənan” faciəsini tamaşaya qoydu. 

1950-ci illərin ikinci yarısında Cavid haqqında yazılmış  mə-

qalələr arasında diqqəti daha çox Əkbər Ağayevin və Əli Sultan-

lının məqalələri cəlb edir. Hər iki müəllifin məqaləsində (məqa-

lələrdə ideoloji baxımdan Hüseyn Cavid haqqında deyilən tənqidi 

mülahizələrə haqq qazandırılsa da) mübahisəli fikirlər vardır. 

Lakin bu, bütövlükdə onların məqalələri üçün səciyyəvi deyildir. 

Bəllidir ki, vaxtilə XX əsr Azərbaycan romantizminin böyük 

nümayəndələri olan Məhəmməd Hadi və Hüseyn Cavid kimi 

klassiklərin qarşısında həddindən artıq tələblər qoyulmuş, onların 

əsərləri romantizmin nəzəriyyəsi və estetik prinsipləri nəzərə 

alınmadan qiymətləndirilmişdir.  Əkbər Ağayev  ədəbi ictimaiy-

yətin diqqətini bu cəhətə yönəldərək yazmışdır: “... indi Hadi və 

Cavid kimi sənətkarlardan imtina etmək yox, onları düzgün 

tədqiq edib öyrənmək və gənc nəslə tanıtdırmaq lazımdır. Ədəbi  

irsimizin sosialist mədəniyyəti xidmətinə vermək işində böyük 

əhəmiyyəti olan bu yolu bizə Kommunist partiyamız, onun XX 

qurultayı  və bu qurultayın böyük teoretik əhəmiyyəti olan tarixi 

qərarları göstərmişdir.”

1

 

Əkbər Ağayevin məqaləsində qoyulan iki mühüm problem 



diqqəti cəlb edir. Birincisi, Hüseyn Cavidin yaradıcılıq yolu və 

əsərləri tamamilə yenidən və  əsaslı surətdə  tədqiq edilib 

öyrənilməlidir.  

İkinci problem isə bədii yaradıcılıqda ziddiyyətin mənşəyi ilə 

ilgəlidir. O, bu barədə yazır: “Hər şeydən əvvəl onu yadda saxla-

maq lazımdır ki, ədəbiyyat tarixində düz bir xətlə, ziddiyyətsiz, 

bütün ömrü boyu bir istiqamətlə irliləyən, yaradıcılıq tərəddüdü 

və  şübhələri keçirməyən böyük bir sənətkar olmamışdır. Nə rus, 

nə Şərq, nə Qərb ədəbiyyatından elə bir şəxsiyyətin adını çəkmək 

                                                 

1

 Əkbər Ağayev. Hüseyn Cavid və onun “Şeyx Sənan”  əsəri, “Ədəbiyyat və 



incəsənət”, 28 oktyabr 1956. Onun ikinci eyni adlı  məqaləsi həmin qəzetin 4 

noyabr tarixində dərc edilmişdir. 




Úàâèäè õàòûðëàðêÿí 

25 


olmaz ki, o belə bir məhdud yolla inkişaf etmiş olsun. Çünki belə 

məhdudluq ümumiyyətlə sənətkar dühasına ziddir...” 

Məsələyə bu yönümdən yanaşan müəllif Cavid yaradıcılığın-

dakı ziddiyyətlərlə əlaqədar yazırdı: “... Cavidin yaradıcılığı ona 

görə ziddiyyətli və ziqzaqlıdır ki, bir tərəfdən onun yetişdiyi və 

yaradıcılığa başladığı dövrün özü ziddiyyətli idi, digər tərəfdən 

Cavidin uşaqlığı  və  gəncliyi müxtəlif, bir-birinə zidd mədəni 

təsirləri özündə birləşdirən bir mühitdə keçmişdir.” 

Görkəmli  ədəbiyyatşünas  Əli Sultanlı dünya ədəbiyyatını, 

dünya  ədəbiyyatını,  Şərq və  Qərb dramaturgiyasını yaxşı bilirdi. 

Bu, ona Hüseyn Cavid dramaturgiyası barəsində yeni və orijinal 

mülahizələr yürütməyə imkan vermişdir.  Əli Sultanlı, eyni za-

manda, Hüseyn Cavid irsinin yeni aspektdə  və metodoloji prin-

siplər  əsasında öyrənilməsinin  əsasıı qoyan alimlərdən biridir. 

Onun məqaləsində qiymətli cəhətlər çoxdur. Ancaq mən onun bir 

neçəsi üzərində dayanmaq istəyirəm. 

Azərbaycan  ədəbiyyatşünaslığının, o cümlədən cavidşünaslı-

ğın, irəlidə göstərdiyimiz kimi, qarşısında duran aktual problem-

lərdən biri Hüseyn Cavidin yaradıcılıq metodu və üslubunun va-

hid elmi konsepsiyasını və metodoloji prinsiplərini işləyib hazır-

lamaqdan ibarətdir. Ədəbiyyat nəzəriyyəçiləri bu sahədə müəyyən 

işlər görsələr də, həll ediləsi məsələlər az deyildir. Bu baxımdan 

Əli Sultanlının nəzəri konsepsiyası diqqəti cəlb edir. Ona görə, 

Hüseyn Cavidin 1920-ci illərə  qədər yazdığı bir sıra  əsərlərdə 

romantizm ilə realizmi birləşir. Dramaturq bəzən romantizmdən 

realizmə keçir. (Bu məsələ H.Zeynallı, A.Şaiq və b. vardır.) 

Əli Sultanlının  ədəbi-nəzəri görüşləri üçün səciyyəvi olan 

cəhətlərdən biri elmi obyektivlik və  təhlil-tədqiq üsulunun oriji-

nallığıdır. O, vaxtilə dramaturq haqqında deyilmiş fikirlərə  tən-

qidi yanaşarkən elmi obyektivlik duyğusunu itirməmiş, mübahi-

səli məsələləri bilavasitə onun əsərlərinə istinad edərək həll et-

məyə çalışmışdır.  Əkrəmi,Peyğəmbəri,  Şair Kirmanini və başqa 

surətləri dramaturqla eyniləşdirən tənqidçilərin və  ədəbiyyatşü-



Úàâèäè õàòûðëàðêÿí 

26 


nasların  əleyhinə getmiş, “Şeyx Sənan”dakı yuxu və teyf məsə-

ləsini dünya dramaturgiyası kontekstində aydınlaşdırmışdır.  

Arifin konkret tarixi və tipik bir obraz olması barəsində  Əli 

Sultanlının fikirləri Abdulla Şaiqinki ilə üst-üstə düşsə də, o, Arif 

surəti haqqında yeni mülahizələr söyləmişdir. Russoizmin XX 

əsrin əvvəllərində Türkiyədə yayıldığını nəzərə alan müəllif belə 

bir fikir irəli sürmüşdür: “Arif russoçudur, dramaturq bu dünya-

görüşünü Türkiyədən gətirmiş, russoçuluqla tolstoyçuluğu Arif 

obrazında birləşdirmişdir.” 

Əli Sultanlı Cavidin inqilabdan qabaq və sovet dövrü yara-

dıcılığını  təhlil və  tədqiq edərək, Azərbaycan tənqidi və  ədəbiy-

yatşünaslığında ən çox mübahisələrə səbəb olan “Peyğəmbər” və 

“Topal Teymur” tarixi dramları üzərində dayanmışdır. Bu, bir 

həqiqətdir ki, Hüseyn Cavidin tarixi dramlarını təhlil edərkən on-

larda təsvir edilmiş epoxanı, dövrün ictimai-siyasi və tarixi hadi-

sələrini, fəlsəfəsini, ictimai fikir axınlarını, tarixi şəxsiyyətlər haq-

qında məlumat və həqiqətləri mükəmməl bilmək lazımdır. Bunsuz 

dramaturqun həmin əsərlərdə irəli sürdüyü konsepsiyaları, fəlsəfi-

estetik problemləri, tarixilik və müasirliyin nədən ibarət olmasını 

bilmək, təhlil etmək və qiymətləndirmək mümkün deyildir.  

Əli Sultanlı Azərbaycan tarixi dramlarının nəzəriyyəsinin iş-

lənib hazırlanmasında müəyyən xidmət göstərmişdir. Onun məqa-

ləsi bu baxımdan və hər şeydən öncə, təhlil və tədqiq prinsipləri-

nə, metodoloji cəhətlərinə görə  əhəmiyyətlidir. O, özündən qa-

baqkı və sonrakı bəzi tənqidçi və ədəbiyyatşünaslardan fərqli ola-

raq,  Şərq və  Qərb islamşünaslarının, sovet və xarici tarixçilərin 

əsərləri ilə yaxından tanış olmuş,  ədəbiyyatşünaslığımızda ilk 

dəfə “Peyğəmbər”i Volterin “Məhəmməd peyğəmbər, yaxud 

fanatizm”, “Topal Teymur”u isə Marlonun “Böyük Teymurləng” 

dramları ilə müqayisəli şəkildə təhlil etməyə və qiymətləndirməyə 

təşəbbüs göstərmişdir. Onun fikrincə, “Maarifçi Volterin əsərində 

tarixi obyektivlik yoxdur. O, müəyyən surətləri öz antiklerikal 

ideyalarının ruporu edərək, tarixi realizmi unutmuşdur.  Əslində, 

senzuradan canını qurtarmaq məqsədilə din başçıları  üşün tipik 




Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə