Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə16/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

48 


Məmməd Cəfərin,  Əkbər Ağayevin, Abbas Zamanovun, Mirzə 

İbrahimovun, Georgi Lomidzenin, Yaşar Qarayevin, Məsud 

Vəliyevin (Əlioğlunun) və başqalarının fikirlərini  şərh etmiş  və 

haqlı olaraq yazmışdır: “Ədəbi tənqidin “Şeyx Sənan”  əsərinə 

münasibətini izlədikcə Cavid yaradıcılığını, Cavid irsini həssas 

ürəklə, dərin təhlili təfəkkürlə öyrənən və təbliğ edən tənqidçilə-

rimizin və  ədəbiyyatşünaslarımızın böyük səyini, qayğıkeşliyini 

aydın görürük. Bu yolda qızğın mübahisələr, səhvlər də olubdur. 

Lakin bunlar da həqiqətin parlamasına kömək etmiş, Cavid dra-

maturgiyasının yüksək humanist məzmununun fəlsəfi və estetik 

yüksəkliyinin təsdiqinə gətirib çıxarmışdır.”

1

 



Dünya demonizm poeziyasında  İblis bədii surəti, realizm ilə 

romantizmin sintezi olaraq, görkəmli Azərbaycan dramaturqu 

Hüseyn Caviddə yeni bir yüksək səviyyə qalxır. Hüseyn Cavidin 

İblis surəti dünya demonizm ədəbiyyatında  şər qüvvələrin kon-

kret, substantivləşdirilmiş yeni bədii həllidir – gənc cavidşünas 

Timurçin  Əfəndiyevin apardığı araşdırmaların məntiqi nəticəsi 

belədir. 

Şifahi xalq və klassik dünya ədəbiyyatında, dini kitablarda 

İblis surətinə geniş yer verilmişdir. Bu mövzuda neçə-neçə klas-

sik  əsərlər yaradılmış, dürlü-dürlü əfsanə  və  rəvayətlət uydurul-

muşdur. Belə olan tərzdə Cavidin yaratdığı  İblis surəti mifoloji 

İblisdən və dünya ədəbiyyatında yaradılmış  İblis surətlərindən 

nəyilə  fərqlənir? Cavidin bədii qüdrəti və istedadı  nədədir?.. Bu 

və buna bənzər suallar Azərbaycan filosoflarının, tənqidçi və ədə-

biyyatşünaslarının dünənki nəslini də, bugünkü nəslini düşündü-

rür. Mustafa Quliyev, Abdulla Şaiq, Əli Sultanlı, Məmməd Cəfər, 

Mehdi Məmmədov, Məsud  Əlioğlu, Yaşar Qarayev, Əbülfəz 

İbadoğlu və başqaları bu barədə müxtəlif fikirlər və konsepsiyalar 

irəli sürmüşlər. 

                                                 

1

 Zahid  Əkbərov. “Şeyx Sənan” və  ədəbi tənqid, “Azərbaycan”, 1973, № 11, 



səh. 125. 


Úàâèäè õàòûðëàðêÿí 

49 


Hüseyn Cavidin dramaturgiyası Azərbaycan teatrının reper-

tuarında özünə möhkəm yer tutmuşdur. Teatrşünaslarımız, xüsu-

sən Cəfər Cəfərov, Qulam Məmmədli, Mehdi Məmmədov, 

Tamilla Təhmasib və başqaları Cavid teatrının tədqiqində az iş 

görməmişlər. Lakin Qulam Məmmədli başqa teatrşünaslardan 

fərqli olaraq dramaturqun yalnız Azərbaycan səhnəsində deyil, 

ölkəmizin başqa  şəhərlərində  də tamaşaya qoyulduğu  əsərlər 

haqda qiymətli məlumatlar toplamış, beləliklə, onun dramlarının 

səhnə həyatını işıqlandırmaq sahəsində çox faydalı bir iş görmüş-

dür. Qulam Məmmədli araşdırmalarını dramaturqun əsərlərinin 

yalnız həyat yolunu işıqlandırmaqla məhdudlaşdırmamış, onların 

yazılma tarixini də dəqiqləşdirməyə cəhd göstərmişdir. “Maral”ın 

Bağçasaray və Simferapolda, “İblis” və  “Şeyda”nın Aşqabadda 

göstərilməsi və rolların ifaçıları haqda məlumat vermişdir. Öz 

araşdırmaları ilə kifayətlənməyən teatr tarixçisi belə bir qənaətə 

gəlmişdir ki, gələcək tədqiqatlar Hüseyn Cavid dramlarının səhnə 

və yazılma tarixini daha dəqiq izah edəcəkdir.  

Biz bununla ilgəli dramaturqun pyeslərinin yazılma tarixi 

üzərində dayanmaq istəyirik. Deməliyik ki, cavidşünaslıqda  ən 

dolaşıq və izahına ehtiyac olan məsələlərdən biri onun əsərlərinin 

yazılma tarixinin dəqiqləşdirilməsilə bağlıdır. Bu dolaşıqlıq, bir 

tərəfdən, dramaturqun özündən irəli gəlir. Dramaturqun inqilab-

dan qabaq və sovet dövründə  nəşr etdirdiyi kitabların sonunda 

əsərlərinin yazılma tarixinin siyahısı verilmişdir. Həmin siyahı-

larda onun dram əsərlərinin yazılma tarixi göstərilmişdir. Bunu 

nəzərə almadan Hüseyn Cavidin dram əsərlərinin yazılma tarixini 

dürüst müəyyənləşdirmək çətindir. Siyahıların nəşriyyata müəl-

lifin özünün tərtib edib verməsi şübhə doğurmur.  

Görkəmli teatr tarixçisi Qulam Məmmədli Cavidin bəzi 

tədqiqatçılarına haqlı irad tutur ki, “Afət” 1921-ci ildə dövri mət-

buatda hissə-hissə çap olunduğu halda, bəziləri pyesin yazılma 

tarixini 1922-ci ilə aid edirlər. Hüseyn Cavid çiy əsəri çapa ver-

məzdi. Ona görə də “Afət”in yazılma tarixi 1921-ci ildən götürül-

məlidir. Bununla belə, teatr tarixçisinin öz mülahizələrində  də 

müəyyən dolaşıqlıq vardır. Bu, “Şeyda”nın 1910-1911-ci illərdə, 

“Maral”ın 1911-ci ildə, “Şeyx Sənan”ın 1915-ci ildə, “İblis”in 




Úàâèäè õàòûðëàðêÿí 

50 


1919-cu ildə

1

 yazılmasilə  əlaqədardır. 1925-ci ildə  nəşr edilmiş 



“Şeyda” kitabında “Şeyda”nın 1916-cı ildə, “Maral”ın 1912-ci 

ildə, “Şeyx Sənan”ın 1914-cü ildə, “İblis”in 1918-ci ildə  və 

“Afət”in 1921-ci ildə, 1926-cı ildə  nəşr edilmiş  “Şeyx Sənan” 

kitabında “Şeyda”nın 1916-cı ildə, “Maral”ın 1912-ci ildə, “Şeyx 

Sənan”ın 1914-1915-ci illərdə, “İblis”in 1919-cu ildə və “Afət”in 

1921-ci ildə, yenə  həmin ildə  nəşr olunmuş “Topal Teymur” 

kitabında “Şeyda”nın 1916-cı ildə, “Maral”ın 1912-ci ildə, “Şeyx 

Sənan”ın 1914-cü ildə, “İblis”in 1918-ci ildə, “Afət”in isə 1922-ci 

ildə yazılması göstərilmişdir. Dolaşıqlıq göz önündədir. Gələcək-

də həmin məsələnin üzərinə yenidən dönmək lazım gələcəkdir...

2

 

Cavid teatrı milli teatrımızın parlaq səhifələrindən birini təşkil 



edir. Azərbaycan sovet teatrının qazandığı mühüm nailiyyətlərin 

bir qismi Cavid teatrı ilə bağlıdır. 

Azərbaycan teatrı tarixində Cavid teatrını ilk dəfə dövrüləş-

dirən teatrşünaslardan biri Tamilla Təhmasibdir. O, Cavid teat-

rının Azərbaycan teatrı tarixində tutduğu yeri, inkişafında oyna-

dığı rolu nəzərə alaraq onu üç dövrə bölmüşdür: 1920-1926, 

1926-1935, 1956-cı ildən sonrakı dövr. Görkəmli rejissor Mehdi 

Məmmədovun hazırladığı “Xəyyam” tamaşasını yüksək qiymət-

ləndirən teatrşünasın fikrincə, uzun fasilədən sonra həmin tamaşa 

ilə Cavid teatrının yenidən bərpasında irəliyə uğurlu addım atılır; 

“Xəyyam” tamaşası Azərbaycan teatrının qızıl fonduna daxil olur.  

Mehdi Məmmədovun “Xəyyam” tamaşası Cavid teatrının 

estetik prinsiplərinin səhnədə gerçəkləşdirilməsilə, bədii kamilliyi 

və mükəmməlliyilə seçilir. 

“Şeyx Sənan”, “Knyaz”, “Səyavuş” və “Xəyyam” tamaşa-

larına nəzər salan teatrşünas T.Təhmasib 1932-1933-cü il teatr 

mövsümündə  “Şeyx Sənan”ın dörd rejissor tərəfindən tamaşaya 

qoyulmasını Cavid teatrı tarixində maraqlı hadisələrdən biri sayır. 

O, Cavid teatrının müasir problemləri haqda yazır: “... Cavid 

                                                 

1

 Başqa bir yerdə 1918-1919-cu illərdə. 



2

 Ətraflı bax: Qulam Məmmədli, Cavid dramlarının həyat yolu, “Ədəbiyyat və 

incəsənət”, 12 yanvar 1974. 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə