Yazıya qədərki qaynaqlar. Mixi yazılar və antik ədəbiyyat. "Albaniya tarixi"



Yüklə 1,66 Mb.
səhifə12/23
tarix14.10.2017
ölçüsü1,66 Mb.
#4591
növüYazı
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

Səfəvilərin dövlət quruluşu. Bu dövrdə Azərbaycanın dövlət quruluşu qeyri-məhdud monarxiya idi. Şah mütləq hakimiyyətə malik idi və hakimiyyət irsən keçirdi. Şahın yanında məşvərətçi orqan olan Ali Məclis mühüm məsələlərin, xüsusilə hərbi məsələlərin müzakirə edilməsi üçün çagırılırdı. Şahdan sonra ikinci vəzifəli şəxs olan baş vəzir dövlətin daxili və xarici siyasətinə dair məsələlərin həllində mühüm rol oynayırdı. Ruhani idarəsinə başçısı sayılan sədr vəzifəsi dini və məhkəmə işlərinə, vəqf əmlakına nəzarət edirdi. Əmir-əl-ümarə müharibə dövründə silahlı qüvvələrin baş komandanı vəzifəsini daşıyırdı.

Dövlət inzibati-baxımından 13 bəylərbəyliyə və 4 valiyə bölünmüşdü. Bəylərbəyliklər mahallara bölünmüşdü. Mahalları mahal hakimləri, şəhərləri isə kələntər adlanan məmur idarə edirdi.



Kənd təsərrüfatı və aqrar münasibətlər. Səfəvilər dövründə Azərbaycanın ictimai-iqtisadi və siyasi həyatında mühüm irəliləyişlər olmuşdu. XVI əsrin ilk rübündə daxili feodal müharibələrinin azalması və digər amillər kənd təsərrüfatının, iqtisadiyyatın başqa sahələrinin dirçəliş prosesinə təkan verdi. XVI əsrin sonu-XVII əsrdə də Azərbaycan iqtisadiyyatında kənd təsərrüfatı (əkinçilik və heyvandarlıq) əsas yer tuturdu. Oturaq və yarımoturaq əhali tərəfındən məskunlaşmış torpaqlar feodal sinfınin mülkiyyəti olaraq qalırdı. Ölkədəki su ehtiyatları da feodalların və onların timsalında dövlətin mülkiyyəti idi. Taxıl bitkiləri (buğda və arpa) təqribən Azərbaycanın bütün bölgələrində (Şirvan, Muğan və Aranda, eləcə də cənub vilayətləri olan Ərdəbildə, Xalxalda) əkilib-becərilirdi. Türk səyyahı Övliya Çələbi Təbriz ətrafında 7 buğda növünün becərildiyini xüsusilə qeyd etmişdi.

Bu dövrdə Azərbaycanda çəltik əkinlərinə xüsusi diqqət yetirilirdi. Mənbələr təsdiq edir ki, çəltik ölkənin bir çox bölgələrində əkilib-becərilirdi. Övliya Çələbi Gəncə və Şamaxı ətrafında geniş çəltik tarlalarının mövcudluğu haqqında məlumat vermişdir.

Kənd sakinlərinin ənənəvi məşğuliyyət sahələrindən biri də bağçılıq, bostançılıq olmuşdur. İpəkçilik Şirvanda, Ərəşdə və Şəkidə yayılmışdı. Bu istehsal yerli xammal bazasına əsaslanırdı. Avropada Azərbaycandan ixrac olunmuş xam ipəyin müxtəlif növləri tanınırdı (məsələn, 'Mahmudabad ipəyi", "Şəki ipəyi", "Gəncə ipəyi", "Qəbələ ipəyi" və s.).

Pambıqçılıq Azərbaycanın kənd təsərrüfatında mühüm yer tuturdu. Türk səyyahı Övliya Çələbi göstərir ki, Şirvan, Xoy, Gəncə, Marağa Bakı və Naxçıvan tarlalarında bu qiymətli xammal xeyli miqdarda və 7 növdə becərilməkdə idi. Şirvan, Qarabağ və Təbriz vilayətlərində üzümçülük daha geniş yayılmışdı.

Azərbaycan hələ qədim dövrlərdən əla boyayıcı keyfiyyətlərə malik olan boyaqotu (qızıl boya) bitkisi Şirvanda (xüsusilə bu vilayətin ətraflarında), Arazın cənub sahillərində becərilirdi.

Abşeron ərazisində xeyli miqdarda zəfəran əkilib-becərilirdi ki bundan toxuculuqda, əyiricilik işlərində, qida hazırlanmasında istifadə olunurdu. Bu dövrdə Azərbaycanın kənd təsərrüfatında tütün yeni bitki olmuşdur. Azərbaycana XVI əsrin sonlarında Amerika qitəsindən portuqaliyalılar tərəfındən gətirilmiş, XVII əsrin sonlarında isə Səfəvi dövləti hüdudlarında becərilməyə başlanmışdır. Tütün Azərbaycanın əsasən cənub və cənub-qərb torpaqlarında, xüsusilə Marağada becərilirdi.

Ölkə əkinçiliyində süni suvarma birinci dərəcəli əhəmiyyət kəsb etmiş, əkin sahələrinin məhsuldarlığı əsasən suvarma tədbirlərinin həyata keçirilməsindən asılı olmuşdur. Bu dövrdə Azərbaycanın iqtisadi həyatında heyvandarlıq mühüm yer tuturdu. Heyvandarlıq nəinki daxili bazarın tələbatını ödəyirdi, habelə qonşu ölkələrə xırda və iribuynuzlu mal-qaranın xeyli miqdarda ixrac olunmasını təmin edirdi. Arıçılıq isə əsasən Gəncə və Ərdəbildə inkişaf etmişdi.

XVII əsrin sonlarında Azərbaycanda iqtisadiyyatında tənəzzül yarandı. Bu, Osmanlı-Səfəvi müharibələri və I Şah Abbasın köçürmə siyasəti ilə əlaqədar idi. Əsrin 20-30-cu illərində kənd təsərrüfatının bəzi sahələri nəzərəçarpacaq dərəcədə canlansa da, əvvəlki səviyyəsinə qalxa bilməmişdi. Ölkənin iqtisadiyyatında hökm sürən durğunluq və tənəzzül prosesi çox XVIII əsrə də adlamış və ictimai həyatın bütün əsas sahələrinə mənfi təsirini göstərmişdi. Bu tənəzzül iqtisadiyyata, əsasən xarici ticarət sayəsində dirçəlmiş şəhərlərə daha güclü zərər vurdu.

XVI-XVII əsrlərdə Səfəvilər dövründə torpaq mülkiyyətinin əvvəlki formaları qalmaqda idi (divani, xassə, vəqf və mülk). Bununla yanaşı soyurqalı əvəz etmiş tiyulun inkişafını təmin etməyə cəhd göstərirdilər. Soyurqaldan fərqli olaraq tiyul irsi torpaq sahibliyi forması deyildi, feodalın hərbi, yaxud inzibati xidmət müddətindən asılı idi. Bu torpaqlar başlıca olaraq qızılbaş tayfalarının feodal əyanlarına verilirdi. Soyurqallar isə onlar artıq əvvəlki məzmununu dəyişərək şiə ruhanilərinin və inzibati bürokratiyanın ixtiyarında olan xırda kəndlər, digər yaşayış məntəqələrindən ibarət idi. Bununla yanaşı icma torpaqları (camaat) da mövcud idi.

Torpaq mülkiyyətinə malik olmayan kəndlilər ağır şərtlərlə dövlətdən, mülk sahiblərindən kiçik torpaq sahələri icarə etməli olurdular. Səfəvilər sülaləsinin hökmdarları zəhmətkeşlərin həyat şəraitini yüngülləşdirən əsaslı tədbirlər görmədilər. Lakin dövlətin iqtisadi sisteminin iflasına yol verməmək naminə Səfəvi şahları bəzən vergiləri azaltmalı, hətta ləğv etməli olurdular.

Məhsulun 6/1-dən 3/1-ə qədərini təşkil edən malcəhət (bəhrəçə, dəhyek) torpaqdan istifadə müqabilində kəndlilərdən alınan əsas vergi olmuş, əsasən məhsulla (buğda, çovdar, arpa, ipək və s.) ödənilirdi.

İxracat və şütaqat istilahları ilə adlanan vergi və mükəlləfıyyətlər kəndlilərə hədsiz əziyyət verirdi. Kəndlilər nəinki qoşunu ərzaqla, habelə onun çevik hərəkətdə olan heyvanlarını da ot və ələflə təchiz edirdilər. Məcburi bəxşişlər sistemi də mövcud olmuşdur. Bu bəxşişlər torpaq sahiblərinə, şahın məmurlarına, xidmətçilərinə verilirdi (düşüllük, novruzi, peşkəş, şilan-bəha, eydi və s.). Kəndlilər və köçəri maldarlar otlaqlardan istifadə müqabilində dövlətə çobanbəyi vergisi ödəməli idilər. Dövlətin və feodalların xeyrinə toplanan vergilər, yerinə yetirilməli olan mükəlləfiyyətlər (çərik, tərh, ulaq, ulam, biyar və s.) əhalini müflisləşməyə gətirib çıxarırdı. Ticarətdən və sənətkarlıqdan əldə edilən tamğa şəhər əhalisinin başlıca vergisi olmuşdur. Bu vergi şəhərlərdə sənətkarlığın və ticarətin inkişafı prosesinə əngəl törətdiyindən 1565-ci I ildə tamğa Şah Təhmasibin xüsusi fərmanı ilə ləğv olundu.



Şəhərlər. Sənətkarlıq. Şəhərlərin mülki idarə aparatına, adətən, kələntər rəhbərlik edirdi. Kələntərin müavini naib idi. Şəhərdə və bazarlarda ictimai asayişin təmin olunması darğaya tapşırılmışdı.

Tarixçilər (Xandəmir, Oruc bəy Bayat) Təbrizi "Şərqin paytaxtı", "aləmin məskun olan dörddə bir hissəsinin ən abad şəhəri" kimi qiymətləndirmişlər. XVI əsrdə Cənubi Qafqazda ipək istehsalı və ticarəti əsasən Şamaxı və Ərəş kimi şəhərlərdə inkişaf etmişdi. Cenkinson (“Moskva” ticarət şirkıtinin nümayəndəsi) Şamaxını "gözəl kral şəhəri" adlandırmışdı. XVI əsrin ikinci yarısında burada ingilis "Moskva şirkəti" nin daimi nümayəndəliyi yaradılmışdı.

XVI əsrin ikinci yarısında Culfa şəhəri beynəlxalq ipək ticarətinin iri mərkəzi kimi məşhurlaşmışdı. Culfa tacirləri xam ipəyi Qərbi Avropanın Venesiya, Amsterdam və Marsel kimi mühüm limanlarında, Suriya, Türkiyə və Hindistanda satırdılar.

Naxçıvan, Ordubad, Əylis, Gəncə və Şabran şəhərləri XVI əsrdə nəzərəçarpacaq iqtisadi-ticarət əhəmiyyətinə malik idi. Naxçıvan və Əylis Səfəvi şahlarının xüsusi himayəçiliyi altında olmuşdur.

Toxuculuq məmulatı istehsalı əsasən Təbrizdə və onun ətraf bölgələrində, Şamaxıda və Ərəşdə cəmləşmişdi.

Təbriz, Gəncə, Ərdəbil və Şamaxı metalişləmə sənətinin əsas mərkəzləri idi. Daşkəsəndə və onun ətrafında dəmir filizinin emalı çox məhdud miqyasda olmuşdur. XVII əsrdə Bakıda təxminən 500 min puda qədər neft çıxarılırdı.

Qəbələdə (Qala adlanan ərazidə) XVI-XVII əsrlərə aid müxtəlif saxsı məmulatı qalıqları aşkar edilmişdir. Bakının Qala hissəsində aparılmış arxeoloji qazıntılar nəticəsində bir qismi XVI əsrə aid edilən çoxlu minalanmış saxsı məmulatı tapılmışdır. Şabran ərazisində aparılmış son qazıntılar zamanı xeyli dulusçuluq sobasına, saxsı qaba təsadüf edilmişdir.

XVI əsrin sonu - XVII əsrin əvvəlləri dulusçuluq və şüşə məmulatı istehsalında yeni dövr idi. Bu zaman çini qablar və pəncərə şüçəsi istehsalı genişlənmişdi.

Bu dövrün ornamental xalçaları arasında 1530-cu ildə Ərdəbildə Şeyx Səfı məscidi üçün toxunma və hazırda Nyu-Yorkun Metropoliten muzeyində saxlanılan xalın 1539-cu ildə Təbrizdə yenə həmin məscid üçün toxunmuş və Londonda Viktoriya və Albert muzeyindəki xalını və s. göstərmə olar. "Şeyx Səfı" adı ilə məşhur olan axırıncı xalını 1893-cü ild ingilislər alıb Londona göndərmişdilər.

Ticarət. Azərbaycanın xarici iqtisadi əlaqələri. Pul dövriyyəsi. XVI əsrin ticarət əməliyyatlarında başlıca əmtəə Azərbaycan ipəyi olmuşdur. Azərbaycanda istehsal olunan ipək əsasən xarici ölkələrə ixrac edilirdi. Məhz buna görə də Səfəvilər dövləti ərazisində bu qiymətli xammalın satışına şəriksiz nəzarət uğrunda Venesiya, İngiltərə, Türkiyə və Rusiya tacirləri, şirkətləri arasında rəqabət gedirdi.

Bu dövrdə Azərbaycan Avropa və Asiyanın bir çox ölkələri ilə geniş iqtisadi əlaqələrə malik idi. Azərbaycan şəhərləri əsasən Kiçik Asiyadan və Suriyadan keçən başlıca tranzit yolu ilə Türkiyə, İtaliya şəhərləri, Şərq və Avropa ölkələri ilə ticarət aparırdılar. Azərbaycanın və başqa ölkələrin tacirləri buradan hazır ipək məmulatı, xam ipək, marena, meyvə qurusu, xırdabuynuzlu mal-qara aparırdılar. Təbriz və Şirvan tacirləri bu ticarət əməliyyatlarında xüsusilə böyük rol oynayırdılar. XVI əsrin ikinci yarısında Rusiya-Azərbaycan ticarət əlaqələri əsasən Şamaxı və Bakı vasitəsilə həyata keçirilirdi. Şamaxıdal Moskva tacirlərinin ticarət nümayəndəliyi mövcud idi. Onlar Moskva dövləti ərazisində hazırlanmış sənətkarlıq məmulatlarını burada satır və yerli malları (əsasən xam ipəyi, ipək parçaları) alırdılar.

Gilan tacirləri nefti Bakıdan dəniz vasitəsilə Manqışlaq limanına nəql edir, oradan isə karvan yolu ilə Xivə, Buxara və digər Orta Asiya şəhərlərinə aparırdılar.

XVI əsrdə Azərbaycanın Qərbi Avropa ölkələri ilə də ticarət münasibətləri genişləndi. Bu münasibətlərin inkişafı əsasən Avropa ölkələrində Azərbaycan ipəyinə olan tələbatın artması ilə əlaqədar idi.

1555-ci ildə ingilis ticarət kapitalının nümayəndələri Londonda "Moskva şirkəti" nin əsasını qoydular. Tezliklə Moskva dövlətinin icazəsi ilə ingilis nümayəndələri Rus dövləti ərazisindən keçərək Azərbaycana, İrana və Orta Asiyaya kəşfıyyat səfərləri etməyə başladılar. 1562-ci ildə "Moskva Ģirkəti" təcrübəli kəşfiyyatçı və mahir tacir olan Antoni Cenkinsonu Səfəvi dövləti ərazisinə göndərdi.

Azərbaycanın Şimali və Mərkəzi Avropanın şəhərləri ilə də ticarət münasibətləri vardı. Səfəvilərin tədavülə buraxdırdıqları pul vahidinin adı əvvəllər olduğu kimi qalırdı: qızıl sikkələr dirhəm, gümüş sikkələr isə təngə və dinar adlanırdı. Azərbaycanın Şirvanşahlar dövləti ərazisində xırda ölçülü gümüş sikkələrdən istifadə olunmuşdur. Səfəvi pul sisteminin nominal pul vahidi XVII əsrdə artıq pul dövriyyəsindən kənar olan dinar sayılırdı. Şah I Abbas dövriyyəyə yeni sikkə buraxdırmış və onu öz adı ilə abbası adlandırdı.



Maarif. Elm. XVI əsrin sonu və XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri xalqın mədəni inkişafı prosesinə sarsıdıcı zərbə vurmuşdu. Bir çox məşhur Azərbaycan alimləri əsir alınmış, İstanbula aparılmış, bəziləri isə Qəzvinə və İsfahana köçürülmüşdü. Yalnız XVII əsrin ortalarında Azərbaycanda elm və maaritin inkişafında müəyyən canlanma nəzərə çarpırdı. Gəncə, Təbriz, Şamaxı, Marağa, Ərdəbil şəhərləri bu dövrün mühüm mədəniyyət mərkəzləri kimi tanınmışdı. Bu dövrdə uşaqların təhsili məscidlərin nəzdində, şəxsi evlərdə təşkil edilmiş məktəb və mədrəsələrdə aparılırdı. İlkin mərhələdə uşaqlar ana dilində dərs keçir, yuxarı siniflərdə isə Azərbaycan dilində dərs vəsaiti olmadığı üçün fars və ərəb dilində yazılmış dərsliklərdən istifadə edirdilər.

Bu dövrdə riyaziyyat sahəsində də müəyyən inkişaf nəzərə çarpırdı. Abdulla Şəbüstərizadə riyaziyyata aid bir sıra əsərlərin, o cümlədən "Məaric dər heyət", "Riyazi-rizvan", "Kitabi-meyar" və başqa kitablarının müəllifi idi. Təbrizli Seyid Əhməd Laləvi (1436-1507) məntiq, qrammatika, riyaziyyat və ədəbiyyat sahəsində, təbrizli Mirzə İbrahim riyaziyyat və fəlsəfə üzrə fəaliyyət göstərirdi.

XVI əsrin məşhur Azərbaycan tarixçisi Həsən bəy Rumlu (1530-?) Şah I Təhmasibin sarayında qulluq etmiş, onun yürüşlərinin iştirakçısı olmuşdur. Onun "Əhsən ət-təvarix" ('Tarixlərin ən yaxşısı") əsərinin dövrümüzə qədər gəlib çatmış IX-X cildləri Azərbaycanın və qonşu ölkələrin XV-XVI əsrlər tarixinə həsr olunmuşdur.

Görkəmli Azərbaycan tarixçisi İsgəndər bəy Münsi (1560-1633) gəncliyində Səfəvi hökmdarı Sultan Məhəmməd Xudabəndənin sarayında divan katiblərindən biri olmuş, sonralar Şah I Abbasın tarixçisi olmuşdur. Münşi "Tarixi aləm arayi Abbasi" ("Abbasın dünyanı bəzəyən tarixi") əsərini yazmış, burada dövrün siyasi, ictimai, iqtisadi və mədəni həyatı barədə maraqlı məlumat vermişdir.

Bu dövrdə Azərbaycanda kitabxanaçılıq işi də tərəqqi etmişdi. Təbrizin, Ərdəbilin, Şamaxının, Bakının, Gəncənin, Marağanın kitabxanalarında min nüsxələrlə kitab mövcud idi.

Ədəbiyyat. Səfəvi dövlətinin təşkilindən sonra Azərbaycan dilində şer yazmağa xüsusi əhəmiyyət verilirdi. Şah I İsmayıl Xətayi Azərbaycan xalqının tarixinə həm də istedadlı bir şair kimi daxil olmuşdur. “Xətayi” təxəllüsü ilə yazan şairin ədəbi irsi Azərbaycan dilində yazılmış "Divan"dan, ibrətamiz mənzumələrdən, lirik qoşmalardan, "Nəsihətnamə" adlı məsnəvidən və "Dəhnamə" poemasından ibarətdir.

XVI əsr Azərbaycan ədəbiyyatının inkişafı tarixində Məhəmməd Füzullnin (1494-1556) yaradıcılığı müstəsna yer tutur. O, "Bəngü Badə" poemasının, "Şikayətnamə" əsərinin, dünya ədəbiyyatının gözəl incilərindən biri olan "Leyli və Məcnun" poemasının müəllifidir.

Bu dövrün görkəmli şairlərindən olan Məsihinin (1580-1655) zəngin yaradıcılığından bizə yalnız "Vərqa və Gülşa" poeması, cüzi miqdarda şeirləri gəlib çatmışdır.

XVII əsr ədəbiyyatı tarixində folklor və aşıq poeziyası sahəsində də ümumi yüksəliş prosesi baş vermişdir. Həcm və əhəmiyyət baxımından "Koroğlu" dastanı xalq yaradıcılığının qüdrətli məhsuludur. Bu dastan XVI əsrin son rübü -XVII əsrin başlanğıcında formalaşmışdır. "Şah İsmayıl", "Aşıq Qərib" və "Əsli və Kərəm" dastanları da mühüm əsərlər sırasındadır.

XVI-XVII əsrlər aşıq sənətinin yüksəliş dövrü sayılır. Xalq poeziyasının görkəmli nümayəndəsi olan Abbas Tufarqanlı, Sarı Aşıq Abdulla daha çox tanınırdılar. Onlar ifa etdikləri əsərləri (şeirləri) özləri yazırdılar. "Abbas və Gülgəz" dastanı Aşıq Abbas Tufarqanlının lirik şeirləri əsasında formalaşmışdır.

Memarlıq. XVI əsrin ilk onilliklərinədək Azərbaycan memarlığının aparıcı istiqamətlərindən biri Şirvan-Abşeron məktəbi olmuşdur. Bu memarlıq məktəbinin mühüm abidələri Bakıda, Şamaxıda və Dərbənddə cəmləşmişdi. Şirvanşahlar saray kompleksi (Bakı) bu memarlıq məktəbinin tipik nümunəsidir. XVI əsrin ortalarından başlayaraq (Səfəvilər dövləti daxilən möhkəmləndikdən sonra) ictimai-siyasi fəallıq Azərbaycanın cənub vilayətlərinə keçdi. Bu dönüş memarlığın inkişaf meyillərini müəyyənləşdirdi, Şirvan-Abşeron memarlıq məktəbi aparıcı mövqeyini itirdi.

Şeyx Cəbrayılın Ərdəbil yaxınlığındakı türbəsi, Gəncədəki "İmamzadə" kompleksi, Şeyx Mahmud Şihabəddinin Əhər şəhərində yerləşən türbəsi, Qusar bölgəsinin Həzrə kəndində, 1544-cü ildə tikilmiş Şeyx Cüneyd türbəsi bu dövrün ən iri tikililərinə aiddir. Bu dövrdə həmçinin, çoxsaylı məscidlərin inşası səciyyəvi hal idi. 1606-cı ildə Gəncədə inşa olunan məscid tanınmış alim, memar Bəhaəddinin rəhbərliyi altında tikilmişdir. Səfəvilər dövründə körpü, kəhriz, buzxana, ovdan, hamam və karvansara tikintisi işləri də geniş miqyasda aparılırdı.



X MÖVZU

Azərbaycan xanlıqlar dövründə

Plan

1. Xanlıqların daxili siyasəti. Dövlət quruluşu.

2. Ölkənin dövlət birliyi uğrunda mübarizə.

3. Xanlıqların xarici siyasəti.

4. Qacar basqınlarına qarşı qəhrəmanlıq mübarizəsi.



Ədəbiyyat

1. Azərbaycan tarixi.VII cilddə, III cild,Bakı,1999, səh.404-460.

2. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı,1989,səh.57-59.

3. Əhmədbəy Cavanşir. Qarabağ xanlığlnın 1747-1806-cı illərdə siyasi vəziy yətinə dair. Qarabağnamələr. Bakı 1989, səh.157-174.

4. Kərim Ağa Fateh. Şəki xanlarının müxtəsər tarixi.Bakı.1959.

5. Mirzə Camal Cavanşir. Qarabağ tarixi. Qarabağnamələr. Bakı, 1989. səh. 110-129

6. Axundov N. Qarabağ salnamələri. Bakı,1989. səh 7-214.

7.Dəlili N.Azərbaycanın cənub xanlıqları XVIII əsrin iknci yarısında. Bakı, 1979, səh.29-105.


XVIII əsrin iknci yarısı Azərbaycan tarixinin mühüm dövrlərindən biridir. Özünəməxsus xüsusiyyətləri olan bu dövr müstəqil və yarımmüstəqil dövlət qu-rumlarının –xanlıqların tarixindən ibarətdir. Azərbaycan ərazisində xanlıqlar başlıca olaraq İran hökmranlığı ilə mübarizədə yarandığından onların meydana gəlməsinin sosial-iqtisadi şərtləri ümumi xarakter daşıyırdı. Lakin xanlıqların yaranması formaca bir-birindən fərqlənirdi.

Bu dövrdə Azərbaycanda feodal pərakəndəliyi hökm sürürdü, vahid siyasi və iqtisadi mərkəz yox idi. Təsərrüfatda, iqtisadiyyatda natural təssərüfat üstünlük təşkil edirdi. Ayrı-ayrı xan, sultan, məlik və bəylər öz müstəqilliyini qorumağa çalışır, öz mənafeləri naminə ölkəni pərakəndə vəziyyətdə saxlamaq iatəyirdilər. Belə feodallar eyni zamanda xanlıqları birləşdirərək vahid bir dövlət yaratmaq siyasəti yürüdənlərə qarşı çıxırdılar.

XVIII əsrin ortalarında İranda feodal ara müharibələri genişlənir. Azər-baycanda isə demək olar ki, hər bir şəhər ətrafında müstəqil və yarımmüstəqil feodal dövlətləri-xanlıqlar meydana gəlirdi.

Xanlıqların əmələ gəlməsinin əsas səbəbləri aşağıdakılardan ibarətdir:

-Ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması;

-natural təsərrüfatın hökm sürməsi;

-Ayrı-ayrı feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri;

-mərkəzi hakimiyyətin olmaması.

Azərbaycan ərazisındə ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı illərinə aiddir. Əgər onlardan bəzisi Nadir şahın ölmündən sonra onun yaratdığı dövlətin süqutundan sonra meydana gəlmişdirsə, bəziləri hələ Nadir şahın hökmranlağı dövründə İran əleyhinə mübarizə nəticəsində formalaşmağa başlamıışdı. Xanlıqların bəzisi isə öz başlanğıcını hələ Səfəvilər dövlətinin tərkibində yarımmüstəqil inzibati varlıq kimi mövcud olduğu dövrdən götürür. Məsələn, XVII əsrin sonlarından Quba və Talış xanlıqları yarımmüstəqil formada Səfəvilərin hakimiyyəti dövründə mövcud olmuşdular.

Nadir Şahın ölümündən sonra (1747) isə Azərbaycanda daha müstəqil və siyasi cəhətdən güclü xanlıqlar meydana çıxdı: Araz çayı ilə Kür çayı arasında Qarabağ xanlığı, Zəngəzur sıra dağlarından Araz vadisinə qədər uzanan ərazilərdə Naxçıvan xanlığı, Murovdağ silsiləsindən Kür çayına qədər Gəncə xanlığı, Şirvan düzənliyində isə Şamaxı xanlığı öz varlığını saxlayırdı. Abşeron yarımadasında Bakı xanlığı, Azərbaycanın şimal-şərqində Quba xanlığı, Dərbənd xanlığı, Bakı xanlığından cənuba Salyan xanlığı, Kür ilə Arazın qovuşuğuna bitişmiş torpaqlarda Cavad xanlığı, Xəzərin cənub-qərb sahilində Talış (Lənkəran) xanlığı yaranmışdı. İndiki Ermənistan ərazilərinin şərqində İrəvan xanlığı fəaliyyət göstərirdi.

Azərbaycanın Araz çayından cənuba olan torpaqlarda da xanlıqlar yaranmışdı. və bunlar öz müsdəqillikləri uğrunda İran feodallarına qarşı mübarizə aparır-dılar. Bunlardan Təbriz, Urmiya, Xoy, Qaradağ, Sərab, Marağa, Maku xanlıqlarını göstərə bilərik. Ümumilikdə 18-ə qədər – şimallı-cənublu xanlıq fəaliyyət göstərmişdir.

Bunlardan əlavə daha kiçik ərazilərə malik və əksər vaxtlarda tabeçiliyində olan məliklik və sultanlıqlar da yaranmışdı. Məsələn Qarabağda “xəmsə”adlanan beş məliklik-Vərəndə, Çiləbörd, Gülüstan, Dizaq, Xaçın fəaliyyət göstərirdi və bu məlik-liklərin əksəriyyəti Qarabağ xanlığından asılı idilər.

Qutqaşen, Qəbələ, Ərəş, İlusu sultanlıqları Şəki, xanlığından, Qazax və Şəm-şəddin sultanlıqları bəzi vaxtlarda Gəncə və İrəvan xanlıqlarından asılı vəziyyətdə olurdular.

Adını göstərdiyimiz bu xanlıqlardan bəziləri Azərbaycanın siyasi həyatında əhəmiyyətli rol oynamış, bəziləri isə Azərbaycan torpaqlarının birləşdirilməsi uğrunda uzun müddət mübarizə aparmışlar. Bunlardan Şəki, Qarabağ və Quba xanlıqlarını misal gətirə bilərik. Azərbaycan xanlıqlarında daxili siyasi həyat olduqca mürəkkəb və gərgin idi. Bu və ya digər bölgədə hakimiyyəti ələ keçirən xanlar öz torpaqlarını daha da genişləndirmək uğrunda mübarizə aparırdılar.

Azərbaycan xanlıqlarının xarici siyasət əlaqələri bir tərəfdən ölkə daxilində gedən siyasi proseslərlə, digər tərəfdən isə İran, Türkiyə və Rusiya kimi böyük qonşu dövlətlərin bölgədə yeritdikləri siyasətlə sıx bağlı idi. Uzun müddət Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələrində hakimiyyəti qoruyub saxlamaq və qonşu xanlıqlar hesabına öz torpaqlarını genişləndirmək üçün yardım almaq istəyi üstünlük təşkil edirdi. Rusiya və Türkiyə kimi dövlətlər ayrı- ayrı Azərbaycan xanlarının bu istəyindən bölgənin daxili işlərinə müdaxilə etmək və burada öz mövqelərini möhkəmləndirmək üçün istifadə edirdilər.



Xanlıqlarda dövlət idarə orqanları İran əsarəti dövrünə nisbətən xeyli sadələşdirilmişdi. Geniş məmurlar aparatı əvəzinə indi sabiq şah məmurlarının vəzifələrini yerinə yetirən bəylər və digər yerli feodallar əsas rol oynayırdılar. Xanlıqlarda ali hakimiyyət xanların əlində cəmləşmişdi. Onlar qeyri-məhdud hakimiyyətə malik olub xanlığın bütün daxili və xarici siyasət məsələlərinə tam nəzarət edirdilər. Hər bir xanlığın özünə məxsus dövlət idarə quruluşu və məhkəmə orqanları var idi. Bəzi xanlıqlarda dövlət idarə quruluşu dövlət şurası, inzibati, vergi və hərbi idarələrdən ibarət idi. Qarabağ xanlığında bu idarələrin başında İbrahimxəlil xanın qohumları və yaxın adamları dururdular. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Mahalları naiblər idarə edirdilər. Hər bir naibin ixtiyarında darğalar, yüzbaşılar və kəndxudalar olurdu. Məhkəmə işlərinə şəriət, xan tərəfindən çıxarılan ayrı-ayrı qanunlar və yerli adətlər əsasında baxılırdı. Ən mühüm işlərə xanın özü, digər mülki və cinayət işlərinə isə ruhani hakimlər-qazilar baxırdılar.

Azərbaycan xanlıqlarında əhalinin sosial tərkibi əvvəlki dövrlərdən fərqlənmirdi. Ən yüksək mövqeyi xanlar, onlardan sonra isə sultanlar, bəylər, ağalar və məliklər tuturdular. Qazax və qonşu yerlərdə bəylərlə bərabər hüquqa malik olan feodal torpaq sahibləri ağalar adlanırdı. Ölkə əhalisinin əsas kütləsini bir neçə qrupa bölü- nən kəndlilər təşkil edirdi. Onların əksəriyyəti divan, sahibkar və vəqf torpaqlarında sakin olan rəiyyətlərdən ibarət idi. Onların öz təsərrüfatı və torpaq payı var idi. Kəndlilərin sayca az olan digər qrupu rəncbərlər adlanırdı. Onların öz torpaq payı, alətləri və təsərrüfatı yox idi. Maldarlıq təsərrüfatı ilə məşğul olan yarım köçəri elatlar da kəndli ailəsinə aid idi. Şəhər əhalisi daha çox tacir və sə- nətkarlardan, habelə imtiyazlı təbəqələrin nümayəndələrindən ibarət idi. Ayrı-ayrı şəhərlərdə əhalinin xeyli hissəsini kəndlilər təşkil edirdilər. Torpaq mülkiyyət formalarında da elə bir dəyişiklik baş verməmişdir. Divan, mülk, tiyul, vəqf və camaat torpaqları yenə də qalmaqda davam edirdilər. Lakin divan torpaqları getdikcə daha çox xan hakimiyyətinin əlində cəmləşir, tiyul torpaqları mülk xarakteri alırdı. XVIII əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul rentası üstün yer tuturdu. Lakin rentanın işlə və pulla ödənilən formaları da var idi. Rəiyyətdən alınan əsas vergi malcəhət adlanırdı. Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10 hissəsi ilə 1/3 hissəsi arasında tərəddüd edirdi. Otlaqlardan istifadə əvəzində rəiyyətlərdən əlavə vergi-çöpbaşı alırdılar. Kəndlilər bunlardan əlavə bağbaşı, bayramlıq, toy pulu, at arpası, mirzəyanə, darğalıq və s. vergilər ödəyirdilər. XVIII əsrin ikinci yarısında Azərbaycanın iqtisadi həyatında ümumi durğunluq hökm sürürdü. Bununla belə, yadellilərin zülmündən xilas olmuş kənd təsərrüfatı, sənətkarlıq və ticarətdə bir qədər canlanma nəzərə çarpırdı. Quba, Qarabağ, Şamaxı, Şəki və Gəncə xanlıqlarında əkin- çilik nisbətən yaxşı vəziyyətdə idi. Bütün xanlıqlarda əhali bağçılıq, bostançılıq və arıçılıqla məşğul olurdu. Pambıqçılıq daha çox Şirvan, Gəncə, Qarabağ və Naxçıvan xanlıqlarında yayılımışdı. Dərbənd, Quba və Bakı xanhqlarında qızıl boya və zəfəran becərilirdi. Azərbaycan xanhqlarının iqtisadi həyatında ipəkçilik xüsusi yer tuturdu. İpəkçiliyin əsas mərkəzləri Şamaxı və Şəki xanlıqları idi. Avropa səyyahlarından biri yazırdı ki, hər il «Şirvandan 400 tona qədər ipək ixrac olunur». Bu dövrdə sənətkarlıqda da müəyyən yüksəliş hiss olunurdu. Toxuculuq sənəti xüsusilə geniş yayılmışdı. İstehsal edilən mov, darayi, tafta, zərbaft kimi parçalar xarici ölkələrə də ixrac edilirdi. Quba, Qarabağ və Təbriz öz xalçaları ilə şöhrət qazanmışdılar. Xalq içərisindən çıxmış ustalar bir sıra gözəl məişət avadanlıqları, zərgərlik məmulatları və müxtəlif növ silahlar istehsal edirdilər. Lahıcda mis qablar, tüfəng və xəncər hazırlanırdı. Şəkidə və Gəncədə milli üslubda gözəl şəbəkələr istehsal edilirdi. Bu dövrdə Azərbaycanda təşəkkül tapmış sosial-iqtisadi münasibətlər sənət istehsalına və ticarətin əsas mərkəzləri olan şəhərlərə də ciddi təsir göstərirdi. Əldə olan məlumatlarm təhlili göstərir ki, bəhs edilən dövrdə Azərbaycan şəhərlərinin əksəriyyəti dərin iqtisadi tənəzzül keçirirdi. Bu tənəzzülün daha doğrusu, əsas səbəbi avropa- 158 lıların Hindistana gedən dəniz yollarından daha intensiv istifadə etmələri ilə bağlı idi. Qərblə Şərq ölkələrini birləşdirən tranzit ticarət yolları üzərində yerləşən, iqtisadiyyatı daha çox mal ixracatına köklənən və bunun sayəsində böyük gəlir əldə edən Azərbaycan şəhərləri bütün XVIII əsr ərzində bu üstünlüklərdən məhrum olurdular. Şərq ölkələrində feodal istehsal üsulunun hökmran olaraq qalması fonunda Qərbi Avropada kapitalist istehsalının getdikcə geniş miqyas alması da bu böhranın dərinləşməsində az rol oynamırdı. Şərqin sənətkar emalatxanalarında bəsit üsulla hazırlanan bir sıra sənətkarlıq məhsulları Qərbdə manufaktura və fabriklərdə istehsal edilən daha ucuz və keyfiyyətli eyni məhsullarla rəqabət apara bilmir və nəticədə özlərinin ənənəvi satış bazarlarından məhrum olurdular. Vaxtilə ancaq Şərqin sənətkarlıq mərkəzlərində istehsal olunan və böyük partiyalarla Avropaya ixrac edilən malların bir çoxu artıq bu ölkələrin özlərində istehsal edilərək bu malların ənənəvi istehlakçıları olan ölkələrə, o cümlədən Azərbaycana göndərilirdilər. 1789-1791-ci illərdə Avropa ölkələrindən Azərbaycana çoxlu miqdarda atlas, məxmər, mahud və pambıq parçalar, bəzək və məişət əşyaları gətirilmişdi. Şübhəsiz ki, bu faktlar Azərbaycan şəhərlərinin iqtisadi həyatının əsasını təşkil edən sənət istehsalına mənfi təsir göstərirdi. Xanlıqlar dövründə Azərbaycan şəhərlərinin tənəzzülə uğramasında təbii fəlakətlər, yadelli işğalçıların hücumları və feodal ara müharibələri də az rol oynamışdı. Bütün bunlara baxmayaraq, müstəqil xanlıqların meydana gəlməsinin Azərbaycan şəhərlərinin sosial-iqtisadi həyatına müəyyən müsbət təsirini də göstərmək lazımdır. Ayrı-ayrı xanların iqamətgahalarına çevrilən şəhərlərin hərbi cəhətdən müdafiəsinə daha artıq diqqət verilir, nəticədə belə şəhərlərdə həyat nisbətən təhlükəsiz olurdu. Mövcud siyasi şəraitin mənfi təsirinə baxmayaraq, sənətkarların əsas kütləsi yenə də şəhərlərdə cəmləşmişdi. Əvvəllər olduğu kimi, xanlıqlar dövründə də Azərbaycan şəhərlərinin iqtisadi həyatının əsasını sənətkarlıq, ticarət və kənd tə- sərrüfatı təşkil edirdi. Şəhərlərin iqtisadi həyatının əsas mərkəzi bazarlar idi. Sənətkar emalatxanalarının və ticarət dükanlarının əksə- 159 riyyəti ya bazarlarda, ya da bazarlara bitişik küçələrdə yerləşirdilər. Adətən, böyük şəhərlərdə eyni sənət növü ilə məşğul olan sənətkarlar ayrıca küçələr yaradır, orta və kiçik şəhərlərdə isə qarışıq şəkildə işləyirdilər. XVIII əsrin sonlarında Azərbaycanda olmuş səyyah M.Biberşteyn yazırdı ki, sənətkar dükanları «hər bir şəhərdə onu bir başdan o biri başa qədər kəsən əsas küçələri yaradırlar». Xanlıqlar dövründə Azərbaycan şəhərlərində yaşayan əhalinin sosial tərkibinin tam və dəqiq mənzərini yaratmaq mümkün olmasa da, ayrı-ayrı şəhərlərə aid olan məlumatlar əsasında bu məsələ haqqında müəyyən fikir söyləmək olar. Mənbələrdən birində göstə- rildiyi kimi, şəhər əhalisi Hüquq və vəzifələrinə görə imtiyazlı silkə və vergi ödəyənlərə bölünürdülər. Birinci silkə xanlar, bəylər, məliklər, ağalar, axundlar, mollalar, seyidlər, mirzələr və xan nökərləri, ikinci silkə isə tacirlər, sənətkarlar, əkinçilər, şəhər yoxsulları və başqaları daxil idi. Şəhər əhalisinin ümumi sayına nisbətdə imtiyazlı əhalinin sayı 8-15% təşkil etdiyi müxtəlif şəhərlərdə tacir və sənətkarlar təxminən 35-50%-ə bərabər olurdu.


Yüklə 1,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə