Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə10/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   ...   6   7   8   9   10   11   12   13   14

Xalqın inadkarlığı 

İsa bu sözləri söyləyəndən sonra gedib onlardan gizləndi.  

37

Onların qabağında bu qədər 



əlamət göstərdiyi halda yenə Ona iman etmirdilər.  

38

Bunlar ona görə baş verdi ki, 



Yeşaya peyğəmbərin bu sözləri yerinə yetsin: «Ya Rəbb, xəbərimizə kim inandı, 

 

Rəbbin gücü kimə zühur oldu?» 



 

 

39



Onlar iman edə bilmirdilər, ona görə ki Yeşaya başqa yerdə deyib:  

40

«Allah onların 



gözlərini kor etdi 

 

Və ürəklərini kütləşdirdi ki, 



 

Gözləri ilə görməsinlər, 

 

Ürəkləri ilə anlamasınlar 



 

Və Mənə sarı dönməsinlər ki, 

 

Mən onlara şəfa verim». 



 

 

41



Yeşaya İsanın ehtişamını gördüyü üçün bu sözləri deyərək Onun barəsində danışıb. 

 

42



Bununla bərabər, rəhbərlərdən bir çoxu İsaya iman etdi, lakin sinaqoqdan 

qovulmasınlar deyə fariseylərə görə bunu açıq bildirmədilər.  

43

Çünki insanlardan izzət 



qazanmağı Allahdan izzət almaqdan artıq sevdilər.  

44

İsa nida edib dedi: «Mənə iman 



edən Mənə deyil, Məni Göndərənə iman edir.  

45

Məni görən də Məni Göndərəni görür. 



 

46

Mən dünyaya nur olub gəldim ki, Mənə iman edən hər kəs qaranlıqda qalmasın.  



47

Kim 


sözlərimi eşidib onlara riayət etməzsə, Mən onu mühakimə etmərəm, çünki dünyanı 

mühakimə etmək üçün deyil, onu xilas etmək üçün gəldim.  

48

Məni rədd edib sözlərimi 



qəbul etməyəni mühakimə edən bir şey var: bu da Mənim söylədiyim sözdür ki, son 

gündə onu mühakimə edəcək.  

49

Çünki Mən Özümdən söyləmədim, Məni göndərən Ata 



nə deyəcəyim və nə söyləyəcəyim haqqında Mənə əmr verdi.  

50

Mən bilirəm ki, Onun 



əmri əbədi həyatdır. Beləcə Mənim söylədiklərimi Ata Mənə necə dedisə, eləcə də 

söyləyirəm».  



Yəhya 13   

İsa şagirdlərinin ayaqlarını yuyur 

1

Pasxa bayramı ərəfəsi idi. İsa artıq bu dünyadan ayrılıb Atanın yanına gedəcəyi 



məqamın gəldiyini bilirdi. O, dünyada Özünə məxsus olanları həmişə sevmişdi və axıra 

qədər də sevdi.  

2

Axşam yeməyi zamanı iblis artıq Ona xəyanət etmək fikrini Şimon 



İskaryot oğlu Yəhudanın ürəyinə qoymuşdu.  

3

İsa Atanın hər şeyi Onun ixtiyarına 



verdiyini, Allahdan gəldiyini və Allahın yanına qayıdacağını bilirdi.  

4

O, süfrədən qalxıb 



üst paltarını bir yana qoydu və bir dəsmal götürüb belinə bağladı.  

5

Sonra ləyənə su töküb 



şagirdlərin ayaqlarını yumağa və belinə bağladığı dəsmalla silməyə başladı.  

6

İsa Şimon 




Peterə yaxınlaşanda o, İsaya «Ya Rəbb, Sənmi mənim ayaqlarımı yuyacaqsan?» dedi. 

 

7



İsa cavabında ona dedi: «Mənim nə etdiyimi sən indi bilməzsən, amma sonra 

anlayacaqsan».  

8

Peter Ona dedi: «Mənim ayaqlarımı heç vaxt yumayacaqsan!» İsa ona 



cavab verdi: «Əgər səni yumasam, Mənim yanımda yerin olmaz».  

9

Şimon Peter Ona 



dedi: «Ya Rəbb, təkcə ayaqlarımı deyil, əllərimi və başımı da yu».  

10

İsa ona dedi: 



«Çimmiş adam üçün təkcə ayaqlarını yumaq kifayətdir, çünki başdan-başa təmizdir. Siz 

də təmizsiniz, amma hamınız yox».  

11

Çünki Ona kimin xəyanət edəcəyini bilirdi, buna 



görə də «hamınız təmiz deyilsiniz» söylədi.  

12

İsa onların ayaqlarını yuduqdan sonra 



paltarını geyindi və yenə süfrəyə oturaraq onlara dedi: «Mənim sizə nə etdiyimi 

bilirsinizmi?  

13

Siz Məni “Müəllim” və “Rəbb” deyə çağırırsınız və doğru deyirsiniz, 



çünki Mən elə Oyam.  

14

İndi ki Mən Rəbb və Müəllim olduğum halda sizin ayaqlarınızı 



yudum, siz də bir-birinizin ayaqlarını yumalısınız.  

15

Çünki sizə nümunə göstərdim ki, 



Mənim sizə etdiyimi siz də bir-birinizə edəsiniz.  

16

Doğrusunu, doğrusunu sizə deyirəm: 



qul ağasından, elçi də onu göndərəndən üstün deyil.  

17

Əgər bu şeyləri bilib onlara əməl 



edirsinizsə, bəxtiyarsınız.  

18

Hamınız barədə söyləmirəm. Mən Öz seçdiklərimi tanıyıram. 



Amma qoy “çörəyimi yeyən Mənə xəyanət etdi” deyən Müqəddəs Yazı yerinə yetsin. 

 

19



İndi bu şeylər baş verməzdən əvvəl sizə bunları söyləyirəm ki, baş verəndə inanasınız: 

O Mənəm.  

20

Doğrusunu, doğrusunu sizə deyirəm: Mənim göndərdiyim bir nəfəri qəbul 



edən şəxs Məni qəbul edər, Məni qəbul edən də Məni Göndərəni qəbul edər».  

Yəhudanın xəyanəti 

(Mat. 26:20-25; Mark 14:17-21; Luka 22:21-33) 

 

21



İsa bu sözləri söylədikdən sonra ürəyi təlaşa düşdü və şəhadət edib dedi: «Doğrusunu, 

doğrusunu sizə deyirəm: sizlərdən biri Mənə xəyanət edəcək».  

22

Şagirdlər Onun kimin 



barəsində danışdığını bilməyib çaşqınlıq içində qalaraq bir-birlərinə baxırdılar. 

 

23



Şagirdlərindən biri – İsanın sevimli şagirdi Onun köksünə sığınmışdı.  

24

Şimon Peter 



həmin şagirdə işarə etdi ki, kimin barəsində danışdığını Ondan soruşsun.  

25

Həmin şagird 



İsanın sinəsinə əyilərək Ondan soruşdu: «Ya Rəbb, o kimdir?»  

26

İsa cavab verdi: «Bu 



çörək tikəsini batırıb kimə versəm, odur». Tikəni batırıb Şimon İskaryot oğlu Yəhudaya 

verdi.  


27

Yəhuda tikəni alan kimi Şeytan onun içinə girdi. İsa ona «Nə edəcəksənsə, tez 

et!» dedi.  

28

İsanın bunu niyə ona söylədiyini süfrədə oturanların heç biri başa düşmədi. 



 

29

Pul qutusu Yəhudada olduğu üçün bəziləri güman etdi ki, İsa ona «bayrama bizə lazım 



olan şeyləri al» yaxud «yoxsullara bir şey ver» deyir.  

30

Yəhuda tikəni alan kimi dərhal 



bayıra çıxdı. Artıq gecə idi.  

Bir-birinizi sevin 

 

31



O çıxandan sonra İsa dedi: «İndi Bəşər Oğlu izzətləndi və Allah da Onda izzətləndi. 

 

32



İndi ki Allah Onda izzətləndi, Allah da Onu Özündə izzətləndirəcək, tezliklə 

izzətləndirəcək.  

33

Ey övladlarım! Az bir müddət də sizinlə olacağam. Siz Məni 



axtaracaqsınız. Yəhudilərə “Mənim getdiyim yerə siz gələ bilməzsiniz” dediyim kimi 

indi sizə də bunu söyləyirəm.  

34

Sizə yeni bir əmr verirəm: bir-birinizi sevin, Mən sizi 



sevdiyim kimi siz də bir-birinizi sevin.  

35

Əgər bir-birinizə məhəbbətiniz olsa, bütün 



insanlar biləcək ki, siz Mənim şagirdlərimsiniz».  


Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə