ətrafımda duran xalq üçün söylədim ki, Məni Sən göndərdiyinə inansınlar».
43
Bu sözləri
söylədikdən sonra «Lazar, bayıra çıx!» deyə bərkdən qışqırdı.
44
Ölü də bayıra çıxdı.
Onun əl-ayağı sarğılarla və üzü dəsmalla bağlanmışdı. İsa onlara «onu açın və buraxın
getsin» dedi.
45
Onda Məryəmin yanına gələn və İsanın nə etdiyini görən Yəhudilərin bir
çoxu Ona iman etdi.
46
Lakin onlardan bəzisi fariseylərin yanına gedib İsanın nə etdiyini
onlara danışdı.
Fariseylə
rin İ
sanı öldürmə
k niyyə
tlə
ri
(Mat. 26:1-5; Mark 14:1-2; Luka 22:1-2)
47
Onda başçı kahinlər və fariseylər Ali Şuranı toplayıb dedilər: «Nə edək? Bu Adam
çoxlu əlamət göstərir.
48
Əgər Ona mane olmasaq, hamı Ona iman edəcək. Romalılar da
gəlib məbədimizi və millətimizi məhv edəcək».
49
Orada olanlardan biri, həmin il baş
kahin olan Qayafa onlara dedi: «Siz heç nə bilmirsiniz.
50
Başa düşmürsünüz ki, bütün bu
millətin məhv olmağındansa bir Adamın xalq uğrunda ölməsi sizin üçün daha yaxşıdır?»
51
O bu sözləri özündən söyləmədi, lakin o il baş kahin olduğu üçün peyğəmbərlik edib
xəbər verdi ki, İsa bu millətin uğrunda –
52
təkcə millətin uğrunda deyil, Allahın hər
tərəfə səpələnmiş övladlarını bir yerə toplamaq üçün öləcək.
53
Beləcə o gündən etibarən
İsanı öldürməyi qərara aldılar.
54
Buna görə də İsa daha Yəhudilərin arasında açıq
gəzmirdi. Oradan çöllüyə yaxın diyara, Efrayim adlanan şəhərə getdi və şagirdlərlə orada
qaldı.
55
Yəhudilərin Pasxa bayramı yaxınlaşırdı. Çoxlu adam paklanmaq üçün Pasxadan
qabaq kəndlərdən Yerusəlimə getdi.
56
Onlar İsanı axtarırdılar və məbəddə dayanıb bir-
birlərinə deyirdilər: «Necə fikirləşirsiniz? O, bayrama heç gəlməyəcəkmi?»
57
Başçı
kahinlər və fariseylər Onu tutmaq məqsədi ilə «harada olduğunu kim bilirsə, göstərsin»
deyə əmr vermişdilər.
Yə
hya 12
Mə
ryə
min İ
saya hə
diyyə
si
(Mat. 26:6-13; Mark 14:3-9)
1
Pasxadan altı gün əvvəl İsa Bet-Anyaya gəldi. İsanın ölülər arasından diriltdiyi Lazar da
orada idi.
2
Orada İsanın şərəfinə ziyafət verdilər. Marta xidmət edirdi. Lazar da İsa ilə
birgə süfrə arxasında oturanların arasında idi.
3
Məryəm isə bir litra çox qiymətli xalis
nard yağını götürərək İsanın ayaqlarına çəkib onları saçları ilə sildi. Yağın ətri evi
bürüdü.
4
Lakin İsanın şagirdlərindən biri, Ona xəyanət edəcək Yəhuda İskaryot dedi:
5
«Nə üçün bu ətir üç yüz dinara satılıb yoxsullara verilmədi?»
6
Bu sözü yoxsulların
qayğısına qaldığı üçün deyil, oğru olduğuna görə söylədi, çünki özündə olan pul qutusuna
qoyulanların bir hissəsini oğurlayırdı.
7
Onda İsa dedi: «Qadını rahat burax, qoy bunu
Mənim dəfn günüm üçün saxlasın.
8
Çünki yoxsullar həmişə sizin yanınızdadır, Mənsə
həmişə yanınızda olmayacağam».
9
Yəhudilərdən böyük bir kütlə İsanın orada olduğunu
öyrənəndə həm İsaya görə, həm də Onun ölülər arasından diriltdiyi Lazarı görmək üçün
oraya gəldi.
10
Onda başçı kahinlər öz aralarında Lazarı da öldürməyi qərara aldılar.
11
Çünki Lazara görə çoxlu Yəhudi gedib İsaya iman edirdi.
İ
sanın Yerusə
limə
daxil olması
(Mat. 21:1-11; Mark 11:1-11; Luka 19:28-40)
12
Ertəsi gün bayrama gələn böyük kütlə İsanın Yerusəlimə gələcəyini eşidəndə
13
xurma
budaqları götürərək Onu qarşılamağa çıxdı. Onlar «Hosanna!
Rəbbin ismi ilə gələn İsrailin Padşahına alqış olsun!»
deyə qışqırırdı.
14
İsa bir sıpa tapıb belinə mindi. Necə ki yazılıb:
15
«Ey Sion qızı,
qorxma.
Bax Padşahın bir sıpaya minib gəlir».
16
Şagirdləri o zaman bu şeyləri anlamadılar. Lakin İsa izzətlənəndən sonra barəsində
bunun yazıldığını və xalqın Ona nə etdiyini yada saldılar.
17
İsanın Lazarı qəbirdən
çağırıb ölülər arasından diriltdiyi zaman Onun yanında olan camaat buna şahid idi.
18
Xalq İsanın bu əlaməti göstərdiyini eşitmişdi, buna görə də Onu qarşılamağa çıxdı.
19
Bu səbəbdən fariseylər bir-birlərinə dedilər: «Baxın əlinizdən bir iş gəlmir. Artıq aləm
Onun ardınca getdi».
İsa öləcəyini əvvəlcədən bildirir
20
Bayramda Yerusəlimə ibadətə gələnlər arasında bəzi Yunanlar da var idi.
21
Onlar
Qalileyanın Bet-Sayda şəhərindən olan Filipin yanına gəlib «ağa, biz İsanı görmək
istəyirik» deyə ondan xahiş etdilər.
22
Filip gəlib Andreyə söylədi, Andrey və Filip də
birgə gəlib İsaya xəbər verdilər.
23
İsa cavabında dedi: «Bəşər Oğlunun izzətlənmək vaxtı
gəldi.
24
Doğrusunu, doğrusunu sizə deyirəm: əgər bir buğda dənəsi torpağa düşüb
ölmürsə, tək qalır, amma ölürsə, çoxlu məhsul verir.
25
Öz canını sevən kəs onu itirər, bu
dünyada canı üçün qayğı çəkməyənsə onu əbədi həyat üçün qoruyar.
26
Kim Mənə xidmət
etmək istəsə, ardımca gəlsin. Mən harada olacağamsa, Mənim xidmətçim də orada
olacaq. Kim Mənə xidmət etsə, Ata ona hörmət edəcək.
27
İndi ürəyim təlaş keçirir. Nə
deyim? “Ey Ata, Məni bu andan xilas et” deyimmi? Lakin Mən elə bu an üçün gəldim.
28
Ey Ata, Öz adını izzətləndir!» Bunun cavabında göydən «Öz adımı izzətləndirdim,
yenə də izzətləndirəcəyəm» deyə bir səs gəldi.
29
Orada duran xalqın bir qismi «göy
guruldadı» dedi, başqaları isə «Onunla bir mələk danışdı» söylədi.
30
İsa cavab verdi: «Bu
səs Mənim üçün deyil, sizin üçün gəldi.
31
İndi isə bu dünyaya hökm veriləcək və bu
dünyanın hökmdarı bayıra atılacaq.
32
Mən yerdən yuxarı qaldırılsam, bütün insanları
Özümə cəzb edəcəyəm».
33
İsa bu sözü söyləməklə necə bir ölümlə öləcəyinə işarə etdi.
34
Xalq Onun cavabında dedi: «Qanundan eşitdiyimizə görə Məsih əbədi qalacaq. Bəs
Sən niyə “Bəşər Oğlu yuxarı qaldırılmalıdır” deyirsən? Bu Bəşər Oğlu kimdir?»
35
Onda
İsa onlara dedi: «Qısa bir müddət də nur sizin aranızda olacaq. Nurunuz olarkən gəzin ki,
sizi qaranlıq tutmasın. Çünki qaranlıqda gəzən hara getdiyini bilməz.
36
Nurunuz var ikən
nura iman edin ki, nur övladları olasınız».