Yəhya 1 Allah K



Yüklə 285,89 Kb.
Pdf görüntüsü
səhifə11/14
tarix23.08.2018
ölçüsü285,89 Kb.
#64025
1   ...   6   7   8   9   10   11   12   13   14

Peterin inkarı barədə peyğəmbərlik 

(Mat. 26:31-35; Mark 14:27-31; Luka 22:31-34) 

 

36



Şimon Peter İsadan soruşdu: «Ya Rəbb, hara gedirsən?» İsa cavab verdi: «Getdiyim 

yerə indi ardımca gələ bilməzsən, amma sonra ardımca gələcəksən».  

37

Peter Ona dedi: 



«Ya Rəbb, niyə indi ardınca gələ bilmərəm? Sənin üçün canımı qurban verərəm».  

38

İsa 



ona dedi: «Mənim üçün canını qurban verərsənmi? Doğrusunu, doğrusunu sənə deyirəm: 

xoruz banlamazdan əvvəl sən Məni üç dəfə inkar edəcəksən.  



Yəhya 14   

İsa Allaha gedən yoldur 

1

Qoy ürəyiniz təlaşa düşməsin. Allaha iman edin, Mənə də iman edin.  



2

Atamın evində 

çoxlu məskən var. Əgər olmasaydı, sizə deyərdim ki, sizin üçün yer hazırlamağa 

gedirəm?  

3

Gedib sizin üçün yer hazırlayandan sonra yenə gəlib sizi Öz yanıma 



götürəcəyəm ki, Mənim olduğum yerdə siz də olasınız.  

4

Gedəcəyim yerə aparan yolu 



tanıyırsınız».  

5

Tomas İsaya dedi: «Ya Rəbb, hara gedəcəyini bilmirik, yolu necə tanıya 



bilərik?»  

6

İsa ona dedi: «Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim 



Atanın yanına gələ bilməz.  

7

Əgər Məni tanısaydınız, Atamı da tanıyardınız. İndidən siz 



Onu tanıyırsınız, Onu görmüsünüz».  

8

Filip Ona dedi: «Ya Rəbb, Atanı bizə göstər, bu 



bizim üçün kifayətdir».  

9

İsa ona dedi: «Xeyli müddətdir ki, Mən sizinləyəm, Məni 



tanımadınmı, Filip? Məni görən, Atanı görmüş olur. Bəs sən niyə “Atanı bizə göstər” 

deyirsən?  

10

Mənim Atada, Atanın da Məndə olduğuna inanmırsanmı? Sizə söylədiyim 



sözləri Özümdən söyləmirəm, Məndə olan Ata Öz işlərini görür.  

11

Mən Atadayam, Ata 



da Məndədir, bu sözümə inanın. Heç olmasa o işlərə görə inanın.  

12

Doğrusunu, 



doğrusunu sizə deyirəm: Mənə iman edən şəxs Mənim etdiyim işləri özü də edəcək, hətta 

bunlardan da artığını edəcək. Çünki Mən Atanın yanına gedirəm  

13

və Mənim adımla hər 



nə diləsəniz, onu edəcəyəm ki, Ata Oğulda izzətlənsin.  

14

Əgər Mənim adımla Məndən 



bir şey diləsəniz, onu edəcəyəm.  

Müqəddəs Ruh barədə və

 

15



Əgər Məni sevirsinizsə, əmrlərimə riayət edəcəksiniz.  

16

Mən də Atadan xahiş 



edəcəyəm və O sizə başqa bir Vəsatətçi göndərəcək ki, daim sizinlə olsun.  

17

O, həqiqət 



Ruhudur. Onu dünya qəbul edə bilməz, çünki Onu nə görür, nə də tanıyır. Sizsə Onu 

tanıyırsınız, çünki sizinlə qalır və daxilinizdə olacaq.  

18

Sizi yetim qoymaram, yanınıza 



gələcəyəm.  

19

Az bir müddətdən sonra dünya daha Məni görməyəcək, amma siz Məni 



görəcəksiniz. Mən yaşadığım üçün siz də yaşayacaqsınız.  

20

O gün biləcəksiniz ki, Mən 



Atamdayam, siz Məndəsiniz və Mən sizdəyəm.  

21

Kim əmrlərimə bağlı qalıb onlara 



riayət edirsə, Məni sevən odur. Məni sevəni Atam sevəcək. Mən də onu sevib Özümü ona 

zahir edəcəyəm».  

22

İskaryot deyil, o biri Yəhuda Ona dedi: «Ya Rəbb, necə olacaq ki, 



Özünü dünyaya deyil, bizə zahir edəcəksən?»  

23

İsa ona cavab verdi: «Kim Məni sevsə, 



sözümə riayət edər, Atam da onu sevər və Biz onun yanına gəlib onunla məskən salarıq. 

 

24



Məni sevməyənsə sözlərimə riayət etməz. Eşitdiyiniz söz Mənim deyil, Məni göndərən 


Atanın sözüdür.  

25

Hələ yanınızda qalarkən sizə bu sözləri söylədim.  



26

Lakin Vəsatətçi – 

Atanın Mənim adımla göndərəcəyi Müqəddəs Ruh hər şeyi sizə öyrədəcək və söylədiyim 

bütün sözləri yadınıza salacaq.  

27

Aranızda sülh qoyub gedirəm, Öz sülhümü sizə 



verirəm. Mən onu sizə dünyanın verdiyi kimi vermirəm. Qoy ürəyiniz təlaşa düşməsin və 

qorxmayın.  

28

Sizə “indi gedirəm, sonra yenə yanınıza gələcəyəm” söylədiyimi eşitdiniz. 



Əgər Məni sevsəydiniz, Atanın yanına gedəcəyimə sevinərdiniz, çünki Ata Məndən 

üstündür.  

29

Bunu indi öncədən sizə söylədim ki, baş verəndə buna inanasınız.  



30

Daha 


sizinlə çox danışmayacağam, çünki bu dünyanın hökmdarı gəlir. Onun Mənim üzərimdə 

heç bir səlahiyyəti yoxdur.  

31

Ancaq dünya bilməlidir ki, Mən Atanı sevirəm və Ata Mənə 



nə əmr etdisə, ona əməl edirəm. İndi isə qalxın buradan gedək.  

Yəhya 15   

Meynə və budaqlar 

1

Mən həqiqi Meynəyəm, Atam da Bağbandır.  



2

Məndə olub bəhrə verməyən hər budağı 

Atam qoparır. Bəhrə verən hər budağı isə budayıb təmizləyir ki, daha çox bəhrə versin. 

 

3



Sizə söylədiyim söz sayəsində siz artıq təmizsiniz.  

4

Məndə qalın, Mən də sizdə qalım. 



Budaq meynədə qalmasa, özündən bəhrə vermədiyi kimi siz də Məndə qalmasanız, bəhrə 

verə bilməzsiniz.  

5

Meynə Mənəm, sizsə budaqlarsınız. Kim Məndə qalsa, Mən də onda 



qalsam, çoxlu bəhrə verər, çünki Mənsiz heç nə edə bilməzsiniz.  

6

Kim Məndə qalmasa, 



budaq kimi kənara atılıb quruyar. Belə budaqlar yığılıb oda atılaraq yanar.  

7

Əgər Məndə 



qalsanız və sözlərim sizdə qalsa, nə istəyirsinizsə, diləyin, sizə veriləcək.  

8

Sizin çoxlu 



bəhrə verərək Mənim şagirdlərim olmağınızla Atam izzətlənir.  

9

Ata Məni sevdiyi kimi 



Mən də sizi sevdim. Mənim məhəbbətimdə qalın.  

10

Əgər əmrlərimə riayət etsəniz, 



Mənim məhəbbətimdə qalacaqsınız, necə ki Mən Atamın əmrlərinə riayət edərək Onun 

məhəbbətində qalıram.  

11

Bu sözləri sizə söylədim ki, sevincim sizdə olsun və sevinciniz 



kamil olsun.  

12

Mənim əmrim belədir: Mən sizi sevdiyim kimi siz də bir-birinizi sevin. 



 

13

Heç kəsin məhəbbəti dostları uğrunda canını qurban verən adamın məhəbbətindən 



üstün ola bilməz.  

14

Əgər sizə əmr etdiyim şeylərə əməl etsəniz, siz Mənim 



dostlarımsınız.  

15

Artıq sizə qul demirəm, çünki qul ağasının nə etdiyini bilmir. Mən sizə 



dost deyirəm, çünki Atamdan eşitdiyim bütün sözləri sizə bildirdim.  

16

Siz Məni 



seçmədiniz, Mən sizi seçib təyin etdim ki, gedib bəhrə verəsiniz və bəhrəniz çox qalsın. 

Beləcə Mənim adımla Atadan nə diləyirsinizsə, O sizə verəcək.  

17

Beləliklə, sizə əmr 



edirəm: bir-birinizi sevin.  

Dünyanın nifrəti 

 

18



Əgər dünya sizə nifrət edərsə, onda yada salın ki, sizdən əvvəl Mənə nifrət edib. 

 

19



Əgər dünyadan olsaydınız, dünya özündən olan sizləri sevərdi. Amma siz dünyadan 

deyilsiniz, Mən sizi dünyadan seçdim, buna görə dünya sizə nifrət edir.  

20

Mənim sizə 



söylədiyim sözü yadınıza salın: “Qul ağasından üstün deyil”. Əgər Məni təqib etdilərsə, 

sizi də təqib edəcəklər, Mənim sözümə riayət etdilərsə, sizin də sözünüzə riayət 

edəcəklər.  

21

Lakin bunların hamısını sizə Mənim adıma görə edəcəklər, çünki Məni 



Göndərəni tanımırlar.  

22

Əgər gəlib onlara söyləməsəydim, günahları olmazdı, amma indi 



günahları üçün bəhanələri yoxdur.  

23

Mənə nifrət edən Atama da nifrət edir.  



24

Əgər 



Yüklə 285,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə