Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə142/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   138   139   140   141   142   143   144   145   ...   154

559

    Y

ol gedirik



 ***



77.Günüm oynamaz,

 Qəlblə qaynamaz,

 Mən bəxti kəmin 

 Başı aynamaz.



 ***

78.Bu həyat balım,

 Daddım pis halım.

 Getməyir yola 

 Mənimlə zalım.



 *** 

79.Can dildən ası,

 Ömrün qəvvası,

 Öz sözü olar

 Bəşərin yası.



 ***

80.İnsan arıdı,

 Yığdı, qarıdı,

 Əzrayıl gəldi -

 Ömrü arıdı.



 

16. 12. 2002

 ***

81.Sinəmdə atəş,

 Yer-göy edir qəş,

 Könlün odundan

 Alıışır günəş



 ***

82.Rəbbin saatı,

 Qurdu həyatı.

 Açmaz tam bizə 

 Bu kainatı…



 ***

83.Həyat sultanım,

 Ömür dastanım.

 Xəzan gələndə 

 Solar bostanım.



 ***

84.Dünya qəm dolu 

 Hər ömür yolu.

 Rəbbi arayır 

 Uzanan qolu.



 ***

85.Həyat – adındı,

 Könül dadındı.

 Qaldın özünün,

 Öldün, yadındı.




560

Şirin x

anım Kərimbə

yli Şadiman



 ***



86.Cahanın ahı,

 Min bir günahı.

 Qanla açıılır 

 Gələn sabahı.



 ***

87.Yaxşı günümüz,

 Xoş düyünümüz.

 Qəmə ki, düşdük,

 Batar ünümüz.



 ***

88.Kim deyər şaddı?

 Qüssəyə yaddı.

 Həyat acısı, 

 Gözdə gurşaddı.



 ***

89.İnsan taleyi,

 Dünyanın neyi.

 Sərxoş fələyin

 Dodaqda meyi.



 ***

 90.Səhər açıldı,

 Günəş saçıldı.

 Göyün üzündən 

 Zülmət qaçıldı.



 ***

91.Can tənə tacdı,

 Rəbbinə bacdı.

 Bədənlər yeyən –

 Bu dünya acdı!…



 ***

92.Bu zalım fələk,

 Ərköyün mələk.

 Ələyir təni,

 Əlində ələk.



 ***

93.Ağlar gözümüz,

 Gülər üzümüz.

 Ya yaxşı, ya pis

 Qalar izimiz.



 ***

94.Bəşər bir yoldu,

 Hər cana koldu.

 Gəldi xəzanı –

 Saraldı, soldu.




561

    Y

ol gedirik



 *** 



95 Zamanın atı,

 Beldə saatı,

 Qovar ömürü,

 Udar həyatı.



 ***

96.Hər tən özünə,

 Yanar közünə.

 Qarışar külü 

 Bu yer üzünə.



 ***

97.Dünya yuvandı,

 Tənə ünvandı.

 Həm ev, həm məzar –

 Əcəb divandı.



 ***

98.Sel dağdan gələr,

 Dərəni bələr.

 Əlində qalıb 

 Bu kol-kos mələr.



 ***

99.Kəsmə amanı,

 Etmə yamanı.

 İlahi verib

 Ömrə zamanı.



 

16.12. 2002

 


562

Şirin x

anım Kərimbə

yli Şadiman



İKİLİKLƏR

1. Duyğudan qopmasa xeyir əməllər,

 Allaha açıla qalacaq əllər…

2. Tale də insananın öz əlindədir,

 İşində, gücündə, əməlindədir.

3. Güclülər həmişə gücsüzü əzir,

 Çünki başlarında şeytandı gəzir.

4. Naqislər əlində ağlayır bəşər,

 Ağlı fəth eləyib əbədi bu şər.

5. Heç kəs yığdığını aparmır gora,

 Bəs nədən ağlımız düşübdü tora?

6. Nadanlar əlində can olub əsir,

 Düzlükdən dəm vuran düzlüyü kəsir.

7. Gecənin qoynundan al səhər doğur,

 Sabah öz ipiylə zülməti boğur.

8. Yerlə yeksan oldu bu dünya min yol,

 Heç tapa bilmədi haqq evinə yol…

9. Allahın ibadət evinə gedən,

 Allahı içində aramır nədən?

10. Sındırma heç kəsin qəlbini nahaq,

 Canı mühakimə eyləyəcək haqq.

11. Ömür ayağımız altında təkər,

 Ağıl dərk eləyər, can ağrı çəkər.

12. Üzünə güləndən qoru özünü,

 Gülüşlə gizlədər, çünki üzünü.

13. Taleyi boşuna buraxsan, əgər,

 Axırda çevrilib başına döyər.

14. Əlacsız qalana yetir əlini,

 Allah özü görür hər əməlini.

15. Hamı qarışdırıb yaxşı-yamanı,

 Heç kəs dərk eləmir axır zamanı. 




563

    Y

ol gedirik

16. Səadət qapını döyməz boş yerə,



 O meyvə deyil ki, tökülsün yerə.

17. Həqiqət çəkilib əzəldən dara,

 Odur ki, xilqətin köksündə yara.

18. Nəfsə əsir olan nəfsinə enir,

 Axırda nəfsinin quluna dönür.

19. Nə qədər şüurda şər qurubdu taxt,

 Dünyanın xilası görünməz heç vaxt.

20. Düşünən başların ağrısı böyük,

 Dünyanın əzabı çiyinində yük.

21. Nədir bəs könlünü günahkar edən?

 Allahın evinə imana gedən?…

22. Həyanı itirən həyadan deyər,

 Həyanın özünü diliylə döyər.

23. Umma namərdlərdən heç zaman vəfa,

 Axırda özünə deyər bivəfa.

24. Şöhrətin əsiri olan hər kəsin,

 Sonunda şöhrət də kəsər nəfəsin.

25. Eşq – Allahdan gələn ilahi sevda,

 Odur ki, həm ruha, həm cana qida.

26. Həqiqət içindən hikmət boylanır,

 Hikmətin özündən nemət boylanır.

27. Kim öz millətinə kəsilsə yağı,

 Axırda özü də görəcək dağı.

28. Özgə havasıyla oynayanların,

 Sonunda özgələr alar canların.

29. Allah dərgahına əl açmaq neçin?

 Bizi yaratmayıb dilənmək üçün!

30. Vətən – hər millətin dunya neməti-

 Millətin özündən aslı hörməti.

 

10.10.2005

 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə