Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə145/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   141   142   143   144   145   146   147   148   ...   154

572

Şirin x

anım Kərimbə

yli Şadiman

 154.Həyatın o üzü özünə bağlı,



       Hərdən də çaşdırır közüylə ağlı.

  

28.06.2012

155.Hər kəsin əlinə düşməyir çox pul,

       Düşəndə özünə çoxun edir qul…

156.Vaxtı öldürənlər baxtı öldürür,

       Ömrünü özünə yaman güldürür.

157.Hər ruhun işığı nəfəsdən çıxır,

       İnsan can verəndə qəfəsdən çıxır.

 

158.Səadət hər kəsin başına tacdır,



       İnsan səadətə daima acdır. 

 

159.Dünyaya zəhərdir nadan adamlar,



       Hər cür rəzaləti udan adamlar.

 

160.Həyat düşüncəsi ağıldan keçir,



       Sonra öz suyunu ürəkdən içir.

 

161.Yaşamaq hər kəsə bir imtahandır,



       Onun ağrısını çəkən tək candır.

 

162.Ağılla ürəyin gedir savaşı,



       Bilinmir hansıdı daha çox naşı.

 

163.Ürəyə düşəndə vicdan ağrısı, 



       Çıxarmaq çətindi candan doğrusu. 

 

22.09.2015

 

164.Haqqın dərgahından kömək umanlar,



       Bizim özümüzdən gəlir yamanlar.

 

165.Acgöz adamların gözü doymayır,



       Kimsənin dərdini heç vaxt duymayır.

166.Məzhəb ağrısıyla yanan müsəlmən,

       Bir-birin qırmaqmı Allaha iman?

 

167.Sənin ucbatından əzab çəkir can,



       Ağrıya-acıya tab edən vicdan.

 

168.Səhərin işığı salamdan başlar,



       Kimə şadlıq düşər, kimə göz yaşlar.


573

    Y

ol gedirik

169.Heç kəs bu dünyadan heç nə aparmır,



       Mənliyi olanlar yolun saparmı?

 

170.Bəlkə ləğv edilə cahanda dinlər,



       O zaman yetişə Allaha ünlər…

 171.Qorxağı kim duyar, kim qulaq asar, 

       Önünə çəkilər zülümdən hasar.

172.Dərd ürək qapısın döyər qonaqtək,

       

Bacaran qapıdan qovar qınaqtək.



 

173.Ağıl yükləyəndi, ürəksə çəkən,

       

Bədən başdan-başa ağrıya məkan.



 174.

İnsan xilas edən hipokrat andı,

       Hansı od-ocaqda alışıb yandı?

175.Hər kəs öz ağlının bəhərin görür,

       Boğaz kilidləyən qəhərin görür.

 

176.Haramla yığılan varın dərdi çox, 

       Halalla qurulan evin mərdi çox.

 

177.Özünə tərifi yağdıran xalqın, 



       Tapdıyar hər zaman özgələr haqqın.

 

178.Heç vaxt görünməyir hiylənin üzü,



       Bağlıdır hər zaman bəsirət gözü.

 

179.Qardaşın qardaşa açdığı güllə,



       İşlənir hər zaman bir özgə əllə.

180.Hörmürçək toruna bürünən ağıl, 

       Qurar tor içində özünə nağıl.

181.Əzabı sonsuzdur düşünənlərin,

       Ağrıya bələyir idrak günlərin.

 182.Talan eyləyənlər xalqın malını,

       Sonda görəcəklər acı halını…

183.Nə gəlir insana sözündən gəlir,

       Yaxşı-pis hər kəsə özündən gəlir.

184.Millətin varlığı dövlətə bağlı,

       Dövlətin varlığı millətə bağlı.

 

2016.



574

Şirin x

anım Kərimbə

yli Şadiman



 DEYİMLƏR 

1. Adamın min üzü, dərdin bir üzü.

2. Baş düşünəndi, ürək çalışan.

3. Şəri törədən də adamdı, əridən də.

4. Göz eşq gətirər, ürək bitirər.

5. Dilin şirini – dirildər ölünü.

6. Sevgi hünərdi, yaşadan ərdi…

7. Aşiq ol sevənə, sevməyənə yox.

8. Ağrı candan doğar, bədənə keçər.

9. Bir yaxşılıq, min yamanlıq üyüdər.

10. Dilin zəhəri, verməz bəhəri.

11. Mərd tikəndi, namərd sökən.

12. Qonşunun pisi, gətirər küsü.

13. Hicran acıdı, sevgi tacıdı.

14. Həyat bazardı, duydun azardı.

15. Getmə uzağa, başa dərd yağa.

16. Ağıl əzəldi, duydun düzəldi.

17. Kimsəyə atma, aləmi qatma.

18. Canda mərhəmət, edər xoş niyyət.

19. Dil ahdan keçir, günahdan keçir.

20. Ömür qısadır, sonu yasadır. 

21. Günaha getmə, vicdanı ötmə.

22. Ömrün gərdişi, zəhərli dişi.

23. Ağılı ötmə, hissi tərk etmə.

24. Qəlbin işığı, dərdin aşığı.

25. Günə dəyər ver, ömrə bəhər ver.

26. Dil haqqı öyə, vicdanı öyə.

27. Sevin ki varsan, ruhuna yarsan.

28. Könül qaladı, hicran taladı.

29. Əzabın üzü, ürəkdə közü.

30. Dünya tamaşa, bacarsan yaşa.

31. Aqil tənhadır, ömrü ahdadır. 

32. Bu dünya qəhər, udana zəhər.

33. Həyata naşı, axar göz yaşı.

34. Sevgi bal kimi, min bir hal kimi.

35. Ömür fırtına, minmə sırtına.

36. Gününü sayma, dünyadan doyma.

37. Çalışmaq uğur, şad olmaz fağır.

38. Özünü tanıt, vicdan indi qıt.

39. Sev bu həyatı, çap murad atı.

40. Tale əlində, tez çap belində.

41. Yaşamaq zövqü, artırar şövqü.



575

    Y

ol gedirik

42. Öldürmə günü, batırar ünü.



43. Tələs sabaha, yatmaq çox baha.

44. Həyat uğurdu, çökdün ağırdı.

45. Zalımın sözü qatlayar dizi.

46. Xəyanət tənə, uçurar binə.

47. İtirmə günü, batırar ünü.

48. Ötən zamandı, itdi amandı.

49. Sevgi ürəkdən, keçər ələkdən. 

50. Durmaz çənəsi, bitməz tənəsi.

51. Bu dünya laçın, qapısın açın.

52. Çökmə ağrıya, qəlb aç doğruya.

53. Səadət haqdan, gəlməyir yaddan.

54. Qəlbdəki işıq ömrə yaraşıq.

55. Dilin acısı, ömrün sancısı.

56. Sayğı et eşqə, yaraşmır məşqə.

57. Dilinə bal qat, gözəldir həyat.

58. Ömür keçəri, ağrı içəri.

59. Fələyi sorma, dərinə varma.

60. Hicran həyatdı, qanana çatdı.

61. Yaşat ömrünü, Rəbbin əmrini.

62. Acını burax, ətrafına bax.

63. Sevənin közü, güldürər üzü.

64. Əzimkar olan, udar min bir an.

65. Yaşat qəlbini, oxşa səbrini.

66. Zaman ucada, can var bacada.

67. Eşq bir həyatdı, sevəni tutdu.

68. Yaradan vicdan, unutma bir an.

69. Dünya tərəzi, bitməz mərəzi.

70. Ömür əmanət, istər dəyanət.

71. Eşq ver diləyə, bənzər mələyə.

72. Vəfa şirindi, tutsan dirindi.

73. Gənclik ucalıq, istər xoşqılıq.

74. Sev həyatını, qur büsatını. 

75. Enmə ayağa, dözməzsən dağa.

76. Bu möhlət quşu, gəzər dağ-daşı. 

77. Gələn gedəcək, haqq yolu seçək.

78. Tələs sabaha, can tənə baha.

79. Bişir sözünü, vurma dizini.

80. Ürək vurandı, ağıl qurandı.

81. Paxıl şüvəndi, şərə güvəndi.

82. Gəncliyi qoru, ipəkdi toru.

83. Gün vaxta bağlı, əldə nağılı.

84. Yaltağın dili, gətirər əli.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə