Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə146/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   142   143   144   145   146   147   148   149   ...   154

576

Şirin x

anım Kərimbə

yli Şadiman

85. Sevda yolçusu, haqqın elçisi.



86. İtirmə iman, əfv etməz zaman.

87. Aşiqin odu, sevginin dadı.

88. Dünya şəkərdi, dadan nökərdi.

89. Varsa amalın, artar kamalın.

90 Ağlatma gözü, qopartma közü.

91. Ağılın gücü, vaxtın ülgücü.

92. Qoru ürəyi, qursun diləyi.

93. Yetən imana, çatar peymana.

94. Eşqə səcdə et, Yaradana yet.

95. Qırma ürəyi, artar kələyi.

96. Vətən məkanın, yaşam imkanın.

97. Qoru Vətəni, canda bitəni.

98. Kişi bir ərdi, eşqi hünərdi.

99. Cızıqdan çıxma, evini yıxma.

100. Yoldaşın candı, tənə ünvandı. 

101. Can əzab verən, tən ağrı dərən.

102. Sevgi gözəl hissdir, anlamayana pisdir.

103. Ömür duyuqdur, cana yovuqdur.

104. Sürət ver gücə, endirmə heçə.

105. Bəxtə vurulma, sonra darılma.

106. Zalımın adı, söndürər odu.

107. Güldür ürəyi, versin diləyi.

108. Səadət başda, artmayır yaşda.

109. Hicran acıdı, sevgi tacıdı.

110. Əyilmə yada, salsın fəryada.

111. Baxış od salar, ürəyi alar.

112. Vicdana öc ver, ömürə tac ver.

113. Dövran qarışıq, anlayan, aşıq.

114. Allah ağılda, ötməz nağılda.

115. Vicdana sim ver, ürəyə him ver.

116. Sev eşqlə canı, dürüst tut anı.

117. Saatın vaxt ucu, ağladar gücü. 

118. Zaman zalımdı, ölüm-qalımdı.

119.Bitməsə hicran, təndən gedər can.

120. Ömür yaşantı, sonu sarsıntı.

121. Sevgi güldürər, həsrət öldürər.

122. Yaşat amalı, ucalt kamalı.

123. Həyat aynadır, gözü qaynadır.

124. Zülmə üsyan, Allaha həyan.

125. Tanrı içimdə, min bir biçimdə.

126. Yaşat ruhunu, inlət ahını.

127. Çağlat canını, coşdur qanını.




577

    Y

ol gedirik

128. Zülmdən qaçan, qorxunu qucan.



129. Əymə özünü, görmə dizini.

130. Həyat heyrətdi, udsan nemətdi.

131. Zülmə əyilmə, untək üyülmə.

132. Ürəyin halı, bəxt qeylü-qalı.

133. Yaltağın dili, ağladar eli.

134. Yurd candan keçir, ürəyi seçir.

135. Ömür işığı, can yaraşığı.

136. Yadı dinlətmə, qəlbi inlətmə.

137. Sevda bir yoldur, can ona quldur.

138. Tox yeməkdən ölər, ac da acından.

139. Yaşat ruhunu, inlət ahını.

140. Sevgi həyatdı, qəlb oda atdı.

141. Gənclik xətası, qocalıq yası.

142.Ruha inci ol, qəlb sevinci ol.

143. Sevgi ürəkdən, gələr diləkdən.

144. Ağrıya möhtac, daim dərdə ac.

145. Dərdə qul olma, ürəyə salma.

146. Aclar çörəksiz, toxlar ürəksiz.

147. Mənliyi qoru, bitməz bu soru.

148. İş daşdan keçir, təlaşdan keçir.

149. Ağlına söykən, işə dur erkən.

150. Zaman havalı, dillər dualı.

151. Arxalan başa, vur ömrü başa.

152. Zülmə zaman yox, şərə iman yox.

153. İtirmə ağlı, ömürə bağlı.

154. Yaşam işıqdı, ömür qaşıqdı.

155. Zülmə tənə yox, haqqa binə yox.

156. Göz yaşa qəsir, ağrını kəsir.

157. Yaşına uyma, günü boş qoyma.

158. Dünya tə‘nədi, yanan sinədi.

159. Ömür möhləti, etməz hörməti.

160. Hər dildə bəla, getməyir yola.

161. Acgöz doymayır, gözdən qoymayır.

162. Dünya həyatdı, tənbələ çatdı.

163. Dinlət ağrını, desin doğrunu.

164. Şirin dil varmı, ürəyə yarmı?

165. Sevdanın özü, ağladar gözü.

166. Tap şirin dili, dinsin qəlb teli.

167. Qəlbin ocağı, Vətən qucağı.

168. Bu zalım zaman, verməyir aman.

169. İlahi nurdu, ruha qürürdü.

170. Vara hərisin, kim qırar hissin?




578

Şirin x

anım Kərimbə

yli Şadiman

171. Dağ duman verər, göy iman verər.



172. Ömür pilləsi, yaman silləsi.

173. Min murad ata, baş vur həyata.

174. İtməsin güman, var yaxşı-yaman.

175. Zaman keçəri, ömrü biçəri.

176. Çalxat ürəyi, o eşq mələyi.

177. Sındırma qəlbi, o ruhun təbi.

178. Ömür dumandı, ötdü yamandı.

179. İlahi nəzər, insanı bəzər.

180. Doğulan bəşər, niyə gərək şər?

181. İlahi eşqi, bəndənin məşqi.

182. Canın işığı, dilin aşığı.

183. Vicdan əzabı tükədər tabı. 

184. Hicran candadı, sevən andadı.

185. Eşq bir həyatdı, sevəni tutdu.

186. Dərd leysan tökər, ürəklər çəkər.

187. Hicran eşq tacı, sevmək əlacı.

188. Vuruldun batdın, qəlbə dərd qatdın.

189. Hiylə ürəklə, gəzər kələklə.

190. Girmə ağıla, düşmə nağıla.

191. Həyat ışıqdı, qaşıq-qaşıqdı.

192. Ruh sirr yuvası, canda havası.

193. Qürbətə uyan, Vətəndən doyan.

194. İllər imtahan, müəllim cahan.

195. Cana kəc baxan, ömrünü yıxan.

196. Mərifət əhli, imanı bəlli.

197. Möhlət işığı, ömrün aşığı.

198. Allah yaradan, özündən qadan.

199. Hər ömür şamdı, yananda kamdı.

200. Udma zilləti, bitməz illəti.

201. Danma hicranı, ağrıdar canı.

202. Ağıldan qaçma, hislərlə uçma.

 

04-05.07.2015*

 

 203. Ağıldan gələn bəla, Salar insanı dala. 



 

07.05.2016

 

204. Kim hərəkətdə o bərəkətdə. 

 205. Yaxşılıq etmək yaxşı, Gətirməyə göz yaşı.

 

04.06.2016 



579

    Y

ol gedirik



MƏSƏLLƏR

1.Düşmənə öz yerini göstərməsən, 

  

 



o səni öz yerindən edər.

2. Dərdə əyilməsən, dərd səni əyməz.

3. Yaxşılığın əvəzini gözləmə, 

  

 



gözləsən düşərsən qəmə.

 4. Ömür axar sudur, çoxu ondan asidir.

 5. Hər kəsin öz həyatı çapır-keçir ömür atı.

 6. İnsan öz əməlinin bəhrəsin yeyir.

7. Vətənə sahib çıxmasan, o sənə yad baxar. 

8. Dərd – ağac qurdu, adamı içdən yeyər. 

9. Can deyən çox olar, əlac edən az.

10. Möhnət bir gəmi, batırar qəmi. 

11. Sözünü bilməyən, özünü bilməz.

12. Adam ağlından əzab çəkir.

13. İnsan doğulan andan qocalmağa başlayır.

14. Vaxt qapı açır, gün götürüb qaçır. 

15. Eniş düz yoldu, yoxuşa quldu. 

16. Aciz uduzar, yolundan azar.

17. Tez durmaq uğur, gec durmaq ağır.

18. Göz baxar doymaz, nəfsi dinc qoymaz.

19. Qocalar dəri, əridər zəri. 

20. Gecə minnətçi, sabah zinətçi.

21. Ağıl başdandı, ömür yaşdandı. 

22. Can haqdan işıq, tənə yaraşıq.

23. Ömür keçici, gündə bir ucu.

24. Dünya seyirdi, uddun – xeyirdi.

25. Xalq eldən gəlir, söz dildən gəlir. 

26. Vətən – gülüstan, yad girsə – bostan.

27. Hicran can alar, eşq ilə qalar.

28. Hər söz yay kimi, pisi vay kimi.

29. Dərdin qapısı, ürəyin yası.

30. Yaxşılar azdır, pislər dayazdır. 

31. Getmə dərinə, ürək sürünə.

32. Çıxdın enişə, dünya xoş guşə.

33. Ağıl işləsə, uddun nə isə.

34. Can sənə doğma, ahınla boğma.

35. Vicdan işıqdı, qanan aşiqdi.

36. Qazandın sənin, uduzdun çənin.

37. İlhamın közü, ürəyin sözü.

38. Həyat nemətdi, yarı zillətdi.

39. Elmə yetişən, bəxtlə ötüşən. 



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə