Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə147/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   143   144   145   146   147   148   149   150   ...   154

580

Şirin x

anım Kərimbə

yli Şadiman

40. Din ibadətin, elm qüdrətin.



41. Sərvətə uyma, gözdən də qoyma.

42. Yaşat özünü, döymə dizini.

43. Birlik eldən, doğmalıq dildən.

44. Qəm sarmaşıqdı, qəlbə aşiqdi.

45. Qəlb ürfan yeri, sevənə diri.

46. Elm zəhmətdən keçir, ağıl şərbətin içir.

47. Dəyər ver qışa, yazı da yaşa. 

48. Savad zəfərin, elm səfərin. 

49. Çıxdın sabaha, əyilmə aha.

50. Şərab sərxoşluq, ömrə naxoşluq.

51. Göz baxar, doymaz, can rahat qoymaz.

52. Ürək cana tac, ağrı ana ac.

53. Elm ucalıq, duymasan aclıq.

54. Allah yaradan, duymasan qadan.

55. Yetdin zirvəyə – son qoyma səyə.

56. Hər günü öyrən, özünə güvən.

57. Əl açma yada, ləkədi ada.

58. Zülmə əyilmə, sonra döyülmə.

59. Xoş Vətən bağı, girməsə yağı. 

60. Ömür şirindi, həyat dirindi. 

61. Zülmə asi ol, haqq təması ol.

62. Mərifət zəfər, qaçmaz bir nəfər.

63. Həyat çox qısa, batırma yasa. 

64. Xoş düş dillərə, layiq ellərə.

65. Coşsa amalın, gülər camalın.

66. Aşiqin gözü, söylər eşq sözü.

67. Çıxdın yarışa, çalış get başa.

68. Hicran ağırdı, yanan bağırdı.

69. Daşın sirri var, içdə dürrü var.

70. Anlar – ilmədi, naxış – bilmədi.

71. Çap zəfər atın, gülsün həyatın.

72. Canına qıyma – məzara uyma. 

73. Can sevda yolu, ömürsə qulu.

74. Hünər – çarpışmaq, zəfər – çalışmaq. 

75. Ağıl söyləyən, könül dinləyən.

76. Tez versən canı, yenisi hanı?

77. Vətən – evindi, atdın – divindi.

78. Ürək bilməcə – unutdun gecə. 

79. Çıx dağ başına, bax sərt qışına.

80. Sözün yarası – üzün qarası. 

81. Ağıl gövhərdi anlamaq dərdi. 

82. Aç könül qatın, çap sevda atın.




581

    Y

ol gedirik

83. Məhəbbət tələ, keçirdir ələ.



84. Hər gələn gülməz, həyatı bilməz. 

85. Elm açardır, qanmaz naçardır.

86. Gülmə özgəyə, bir bax güzgüyə.

87. Çalışmaq çağın, tənbəllik yağın.

88. Çalış təhsil al, ötsün çətin hal.

89. Bilikdən qalma, quyuda qalma.

90. Dərsini oxu, odur şan oxu.

91. Dil acı olsa, düşürər yasa.

92. Mərifət – kitab, hər kəs etmir tab.

93. Əl-ayağın var, hünərə nə var?

94. Canda hünər tap, zirvələrə çap. 

95. Qalxdın sabaha – durma get daha.

96. Bağın neməti, bağban zilləti.

97. Daş atma yada, gedərsən bada.

98. Qaçsan irəli, işlə yor əli. 

99. Zəhmətdən qalma, qulu da olma.

100. Gün gəlsə acı, hünər əlacı.

101. Boşluğa düşmə, şərə ilişmə.

102. Ağla səcdə et, xeyrə doğru get. 

103. Para həyatdı, çoxunu satdı. 

104. Qanana dost ol, qanmaza qəsd ol.

105. Hicran bir yuxu, zəhərli oxu.

106. Aşma həddini, əymə qəddini.

107. Dürüst ömür sür, mükafatı dürr.

108. Əyrilərdən qaç, onlar gözüac.

109. Haram əskilər, halalsa – gülər.

110. Tapsan əlacı, gün keçməz acı.

111. Şərə qul olma, xeyirdən qalma.

112. Sözün düzü, haqqın üzü. 

113. Yoxuş çətindi, çıxan mətindi. 

114. Yaxşılar azdır, hər işi yazdır.

115. Vicdan işığı, haqq yaraşığı.

116. Ucalıq elm – yetmədin zülm.

117. Qışın qarı, yazın barı.

118. Savad – zəhmətdən, gələr idrakdan.

119. Allahı duyan etməz qan-qada.

120. Zirvə ucalıq – ensən viranlıq.

121. Ömür – can tacı, gah şirin, gah acı.

122. Can Yaradanın, uca tut adın.

123. Ağıl gövhərdi, əymədi mərdi.

124. Arxasız adam – budaqsız ağac.

 

 

19. 08. 2014



582

Şirin x

anım Kərimbə

yli Şadiman

 



MÜƏLLİF HAQQINDA

  Şirinxanım  Ağabala  qızı  Kərimbəyli  (ədəbi  təxəllüsü 

ŞADİMAN) 2 sentyabr 1955-ci ildə Siyazən (keçmiş Dəvəçi, 

indiki  Şabran)  bölgəsinin  Tağay  kəndində  anadan  olub. 

Doğulduğu kənddə səkkizillik məktəbi, sonra Siyəzən şəhər 

2  saylı  orta  məktəbi  bitirib.  1973-75-ci  illərdə  Yenikənd 

üzümçülük  sovxozunda  fəhlə,1975-76-ci  illərdə  Volodarski 

adına  tikiş  fabrikında  tikişçi  işləyib.1977-ci  il-də  ADU-nun 

(indiki  BDU)  hazırlıq  şöbəsində  dinləyiçi,  1978-83-cu  illərdə 

Kitabxanaçılıq  (indiki  İnformatika  fakultəsinin  əyani  şöbəsini 

bitirib. 1992-ci ildə Azərbaycan jurnalist Sənətkarlığı İnstitutun 

məzunu  olub.  1984-cu  ildə  Dəvəçi  rayonun  (indiki  Şabran), 

hal-hazırda Siyəzən rayonun inzibatı ərazisi sayılan Gilgilçay 

qəsəbəsində  kitabxana  müdiri  vəzifəsində  çalışıb.  1985-

2007-ci  illərdə  ADNŞ-nın  Mədəngeofizik  idarəsinin  «Neft 

Daşları» geofizik ekspedisiyasında cizgiçi, texnik, mühəndis 

peşələrində çalışıb.

 2007-ci ildən həmin idarədən əmək təqaüdünə çıxıb. Əmək 

fəaliyyəti ilə bərabər bədii yaradıcılığını davam etdirib. Dövrü 

mətbuatın  mətbu  orqanları  olan  «Neft  Daşları»,  «Ədalət», 

«Çənlibel»,  «Azərbaycan  müəllimi»,  «Bütöv  Azərbaycan», 

«Kredo»,  «Mütərcim»,  «Məhsəti»  və  sair  qəzet-jurnallarda 

çap  olunub.  «Məcməüs-şüəra»(Şairlər  məclisi),  «Füzuli» 

ədəbi məclislərin üzvü olub. AYB-nın və CASCFEN(Orta Asiya 

və  Güney  Qafqaz  Söz Azadlığı  Şəbəkəsi)nin  üzvüdür.  Hal-

hazırda ədəbi fəaliyyətlə məşğuldur. «Modern.az», «Yalquzaq.

com», «Davam.az» «Lit.parad», «Dayaq.az» və sair internet 

portallarla  yaradıcılıq  əlaqələri  saxlayır.  «Azpressin»  və 

«Kredo» qəzetinin əməkdaşıdır. Şəxsi saytı aktiv faliyyətdədir.

 

 




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə