Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə143/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   139   140   141   142   143   144   145   146   ...   154

564

Şirin x

anım Kərimbə

yli Şadiman

 31. Dünya əbədidir düşünür hamı,



       Allahın əlində dünyanın damı. 

 

 32.Hər surət içində bir heyrət yaşar,



      Heyrətdən bu həyat qaynayıb daşar.

 

 33.Mənliyi qorumaq ömürdən uca,



      İtirdin harayın çatmaz əlaca.

 

 34.İnsan ömrü boyu mərama təşnə,



      Məramsa insanı çəkir dişinə.

 

 35.Xoşbəxtlik anlarla, sevdası sonsuz,



      Kim yaşaya bilər həyatı onsuz? !

 36.Günəşin odundan aya pay düşür,

      Zülmətin könlünə ahı-vay düşür.

 

37. Dağ dilə gələndə qayalar çökür,



      Bağrının naləsin dərəyə tökür.

 

 38.Qartalın zirvəyə uçmağı fərman,



      Sərçənin zirvəyə düşməyi dərman.

 39. Nə kütlə, nə də xalq millət olmayır,

      Millət heç bir əldə alət olmayır.

 40. Məhəbbət ürəyin içində atəş,

      Atəşdən od alıb əbədi günəş.

 41. Yaltaqlıq adamı qatil eyləyir,

      İnsanlıq adını batil eyləyir.

 42. Nəciblik hər kəsə qismət olmayır,

      Hər baş yiyəsində ismət olmayır.

 43. Qənaətsevənə ruzi sel olar,

      İsrafagedənə dönüb yel olar.

 44. Özgənin cibinə dikmə gözünü,

      Çıxarda bilməzsən cibdən özünü.

 45. Dilin ağrısından baş ziyan çəkər,

      Ziyana salmağı eyləyər şakər.

 46. Məzlumun göz yaşı zalıma nəş’ə,

      Göl olsa, kənarın zənn edər guşə.



565

    Y

ol gedirik

47.Yaradan hər başa vermədi ağıl, 



      Ağıldan gələni saydılar nağıl.

 

48.Bəndə öləcəyin hər gün etsə yad,



      Olmaz bəni-bəşər bir-birinə yad.

49.Öylə bir baş yoxdur etməsin xəta,

      Bəs bunu kim edib bəndəyə əta?

 

50.Dağlar əyiləndə düzü incidər,



      Ocaq döyüləndə közü incidər.

51.Gözün gördüyünə ürək amadə,

      Ağıldan ürəyə gəlsə də hədə.

 

52.Haramdan qaçanın günü qaradır,



      Bəs haram yeyənə dünya haradır?…

 

28.10.2006

53.Vətən ululardan qalan xəzinə,

      Qoruya bilməyən vurar dizinə.

 54. Dərindən qorxutma özünü heç vaxt,

      Dayazda burulğan qurur tacı-taxt.

55.Dağı dağ eyləyən olsa da dərə,

      Dağ təki tutulmub adı bir kərə.

56.Ürək edəcəksə ağlına fərman.

      Taleydən gileyli olma heç zaman,

57.Düşüncə sahibi olsan bir qədər,

      Addığın hər addım haqqını ödər.

58. Bir gün ac olanın - tox məqamı var,

      Bir gün var olanın - yox məqamı var.

 

29. 10. 2006 

59. Həyat – yaşamağın dirilik kamı,

      Yandıqca tükənir bu ömür şamı

 .

60. Həqiqi məhəbbət heç vaxt solmayır,

      Əfsus, hər ürəyə o heç dolmayır.

61. Sanma səadəti tutdun əlində,

      O özün ğöstərər hər əməlində



566

Şirin x

anım Kərimbə

yli Şadiman

62. Həyat zaman ilə verib baş-başa,



      Hər insan ömürü ona tamaşa.

63. Hər gün əl açanda dərgaha ahla,

      Qayıdır özünə ahın günahla.

 

31.10.2006

 

64.Həssas adamların qəlbi ağrıyır,



      Bu ağrı ürəyi ahla doğrayır.

 65.Heç kəs öz ağlını sınağa çəkmir,

      Ağlın səhv addımın qınağa çəkmir.

 66.Gətirmə etdiyin səvabı dilə,

      Gətirsən dönəcək bir həzin yelə.

67.Yaxşı adamların ağrısı böyük,

      Atılan addımın doğrusu böyük.

68. Düzlüyü eyləsən şüar özünə,

      Haqq qapısın açar sənin üzünə.

69.Özünə güvənən haqqına fateh,

      Haqqına çatanlar əməli-saleh.

 70. Əlini öyrətmə heç vaxt harama,

      Haramı dadanlar yetməyir kama.

71.Hər doğulan adam insan olmayır, 

      İnsanlıq hər kəsə asan olmayır. 

 

72.Tanrının baratdır cana ilhamı,



      Bu hissə yetməyir, əfsus ki, hamı.

 73.Ürəkdən çıxmayır hicran ağrısı,

      Hicrandan başlayır hər can ağrısı.

74.Etdiyin yaxşılıq Tanrıya əyan,

      Həyat yollarında olacaq həyan.

 

75. Ağıl düşündükcə ürək alışar,



      Bu iki məhfumla bir can yarışar.

76. Doğulan, dünyadan qorxub ağlayır,

      Min bir ağrı ilə könül bağlayır.

 

 



19.08.2008


567

    Y

ol gedirik

77. Beyin Yaradandan bir sirli nağıl,



      Hər kəsə paylanmır bərabər ağıl.

78. Keçmişin bilməyən sabahı qara,

      Qaralar içində ömrə nə çarə?

79. Torpaq, yurd, dil eşqi bələkdən gəlir,

      Vətənin sevdası ürəkdən gəlir.

80. Qovmasan ömrünün önündən çəni,

      Ömrün küləkləri aparar səni.

81. Tanımaq istəsən bacı-qardaşı,

      Gərək ki, olasan bir yol yoldaşı.

82. Ömür uzandıqca günahlar artır,

      Hər günah içində bir şeytan yatır.

 

22.08.2008

83. Taleydən heç zaman gözləmə nicat,

      Yalnız çalışanı istəyir həyat. 

 

84. Ağıldan doğulur canın ağrısı.



      Elə bu ağrı da olur oğrusu.

 

85. Əzabın içindən zəhmət doğulur,



      Zəhmət bətinindən nemət doğulur.

 

86. Duyğudan alışır ürək şam kimi,



      Duyğusuz qəlb özü bir axşam kimi.

 

23.08.2008

87. İllərin zəhməti gəzir üzündə,

      Ey adam, axtarma haqqı özündə.

88. Hiylədən dağılır cahanda nifaq,

      Onun ovsunundan dağılır tifaq.

89. Dünya nərd taxtası bizsə zərlərik, 

      Atılıb düşməkdən ölüb çərlərik.

 

21.09. 2008

90. Dilə İlahidən məhəbbətini,

      Ağrıyla doldurma can səbətini.

 

91.Hər ömrün zamanla vaxt sükanı var,



      Hər canın bədəndə bir dükanı var.


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə