Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə144/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   140   141   142   143   144   145   146   147   ...   154

568

Şirin x

anım Kərimbə

yli Şadiman

92.Zülmətin qəlbinə sübh yara açır, 



      Sabahın bağrına Rəbb nuru saçır.

93.Ömür yiyəsinə tufan tək əsdi,

      Zamanın qayçısı anları kəsdi.

 94.Hər qara fikirlər ömrün biçini,

      Qəlbdə yer eyləsən yeyər içini.

 95.Nahaqqın ağrısı ədadan gəlir,

      Haqqının doğrusu nidadan gəlir.

 96.Sözün hər gəlişi, gedişi təbdə,

      Onun qıfılının açarı Rəbdə.

97.Ağlın o üzündə divanəlik var,

      Onun səcdəsinə pərvanəlik var.

 98.Ürəyin yarası sözlə bitişmir,

      Ağacın bəhəri vaxtsız yetişmir.

 99.Ürəkdə alışan közə sadiq ol,

      Dildən çıxartdığın sözə sadiq ol.

100.Sanyənin harayı anda partlayar,

      Ağılın cövhəri canda çatlayar.

101.Cana layla çalır tənin beşiyi,

       Qoyma ki, şeytanlar çəkə keşiyi. 

102.Bəlkə yaza bilər şeiri hamı,

       Ancaq Rəbb hamıya vermir ilhamı.

103.Kiminin ağrısı bəbəkdə yatır,

       Kiminin ağrısı ürəkdə yatır.

104.Sahiblik hissiylə ağlını qoru,

       Könül ocağından itməsin qoru.

105.Ağıldan itirmə Vətən eşqini,

       Can necə itirmir o tən eşqini. 

106.Çiçəyin solması fəsildən gəlir,

       Ağılın solması nəsildən gəlir.

107.Vüqarı olanlar yaytək əyilməz,

       Yaxşılıq edilər, dillə deyilməz.



569

    Y

ol gedirik

108.Daxilin paklığı üzə işıqdır,



       Necə ki, bədənə can yaraşıqdır.

109.Ömürdə görərsən həyatın üzün, 

       Pərdətək bürüyüb hər cana özün.

110.Sözlərin dalğası ağızda batır,

       Dalğanın içində dəryalar yatır.

111.Fırtına qopmamış yuxulu olur,

       Çayın lal axması qorxulu olur.

112.Hiyləyə qarışıb şahların başı,

       Dünyanın naləsi çatladır daşı.

113.Səadət eşqiylə coşsa diləklər, 

       Heç zaman çirkaba batmaz ürəklər.

114.Sərvət meyarına salma qazancı,

       Doğurar qarında sağalmaz sancı.

115.Mənbəyi olmayan bulaq çağlamaz,

       «Özü yıxılanlar heç vaxt ağlamaz».

116.Beşikdən məzara yol gedirik biz,

       Haqqın dərgahına qul gedirik biz.

117.Güclü gücsüz əzir ömrü uzunu,

       Tapşırma heç zaman qurda quzunu.

118.Millət ağrımasa Vətən doğulmaz,

       Vətənin sədası içdə boğulmaz.

119.Təb ağıldan gələn ürəyə çeşmə,

       O özü çağlayar, gözünü deşmə.

120.Nə qədər bədəni canı tərk etməz,

       Gözdən həyat eşqi çəkilib getməz.

121.Günü xoş keçənin üzü ağ olar,

       Ömrü qış keçənin qəlbi dağ olar. 

122.Vətənin sevdası qəlbdə aşınmaz, 

       Qürbətə torbayla heç yurd daşınmaz.

123.İlhamın işığın közə bağlama,

       Hər cızma-qaranı sözə bağlama.



570

Şirin x

anım Kərimbə

yli Şadiman

124.Xainin dilinin cəzası böyük,



       Haqqa dönüklərin qəzası böyük.

125.Həyatın işığı çıraqdır ömrə,

       Onun sevdası var Rəbb verən əmrə.

126.Dövrün dəryaları udur cahili,

       Necə ki, dalğalar yuyur sahili.

 

26.09. 2008

127.Dünyada heç kəsdən gözləmə kömək,

       İnsanı qaldırar, endirər əmək.

128.Həyat duyanlara qapısın açar,

       Ömrün sonunadək duymayan naçar. 

 

129.Layiqsiz başına qoyulsa da tac,



       Olar tac ona yox, o, taca möhtac.

 

130.Dilinə gəlmirsə həqiqət adı,



       Gözləmə haqqından sən heç imdadı.

131.Mənliyi olanın qürur zinəti,

       Heç kim götürməsin gərək minnəti,

132.Yoxdur heç bir işdə yolun asanı,

       Ağıl ayaqlara salmaz insanı.

 

133.Zaman vaxt atında ömürü qovar,



       Adamın anlarla səadəti var.

 

134.Doğuldun, qədrini bil hər bir anın,



       Ömür qulu olub müdrik olanın.

135.Dünya Yaradanın həyat naxışı,

       Hərənin bir cürdür ona baxışı.

 

136.Günəş İlahinin ölçü qaşığı,



       Odur ki, hələ də gəlir işığı. 

 

137.Haqqın əlindədir səliqə-səhman,



       Dünyanı boşuna fırlatmır zaman.

 

138.Haqqa tərəzidir alimin gözü,



       Odur ki, dünyanı yaşadır özü.


571

    Y

ol gedirik

139.Dünya öz istisin günəşdən alır,



       Ürək alovunu atəşdən alır.

140.Eşqi ağılında gəzdirən kəsin,

       Ağılı batırar ürəyin səsin.

141.Mehrini kitaba salan uduzmaz,

       Enişdən, yoxuşdan keçəndə azmaz.

142.Hər qəlbə od verir sevgi közündən,

       Kim əzab çəkməyib eşqin üzündən?

143.Ürəyə sitəmdir dilin ağrısı,

       Kim yara görməyib ondan doğrusu?

144.Var-dövlət qulaqdan dincliyi alır,

       Vaxt ötürən zaman, gəncliyi alır.

145.Nə qədər alüdə olsa da zərə,

       Can yükünü çəkir dünyada hərə.

146.Bu dünya bir üzük qaşına bənzər,

       Qaşın parlaqlığı yaşına bənzər.

147.Hər ağıl yiyəsi neçə dərd çəkir?

       Dərdi də dünyada yalnız mərd çəkir.

148.Hər kəsin könlündə həyat işığı,

       Sağ ikən sayılır can yaraşığı.

 

149.Var ilə sayılmaz dostluğa vəfa,



       Onun sınağının ölçüsü cəfa.

150.Ağılın ağrısı başdan başlayır,

       Çox ürək qüsuru yaşdan başlayır.

151. Siz məni qınamın, ey bəni-bəşər,

       Haqdan yazmaramsa qəlbə qan düşər.

152.Vətəndən qeyri mənə qürbətdi,

       Vətənin zəhəri də şərbətdi.

 

12.09.2009

153.Hər kəs öz yerini bilsə, nə yaxşı, 

       Haqq qoyduğu yola gəlsə, nə yaxşı.

 

20.10.2011



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə