Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə25/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   21   22   23   24   25   26   27   28   ...   154

96

Şirin x

anım Kərimbə

yli Şadiman

O gün qan doldurdu fələk çırağa,



Mənim şair babam, mənim şah babam.

O gün çarpışmada qanbir oğuzlar,

O gün söndü günəş, batdı ulduzlar,

O gün od püskürdü qanlı ağızlar,

Mənim şair babam, mənim şah babam.

Çaldırana suçdu oğuz savaşı,

Qırdı qılınclarla qardaş qardaşı,

Niyə Tanrı göydən tökmədi daşı?

Mənim şair babam, mənim şah babam.

Sındı Qorqudumun ruhu bu dağdan,

Partladı Vətənin bağrı fərağdan,

Neçə qanlı dastan doğdu varaqdan?

Mənim şair babam, mənim şah babam.

Qanadın gərdiyin torpaqlar hanı?

Qırmızı çalmalı papaqlar hanı?

Möhürlü, fərmanlı o çağlar hanı?

Mənim şair babam, mənim şah babam.

Əyilib gördüyün ana məmləkət,

Alıbdı başını qara fəlakət,

Yurd içindən keçir neçə sərhəd, səd,

Mənim şair babam, mənim şah babam.

Ruhun lərzə salsın, ayılsın Vətən,

Fərman çıxarmasın hər yoldan ötən,

Qan yaddaşımızda qılıncla bitən,

Mənim şair babam, mənim şah babam.

Ey xəqan Xətai, ey şah Xətai,

Ruhun qovuşdursun bu tay, o tayı,

Qılıncın doğrasın kölə sarayı!

Mənim şair babam, mənim şah babam.

Odlar ölkəsində oddan doğuldu,

Qızın Şirin Xanım dərddə boğuldu,

Yağı savaşında o da oğuldu…!

Mənim şair babam, mənim şah babam.

 

08.12.1991



97

    Y

ol gedirik



DÖ ZƏ BİL Mİ RƏM 

Gö zün də yaş la rın gö yər di dən-dən,

Qal dı dağ la rın da həm du man, həm çən,

Ah, kaş sən dən ay rı ol ma yay dım mən,

Ni yə o yer lər də gə zə bil mi rəm?

Və tən, bu dər di nə dö zə bil mi rəm.

Coş sun içi miz də qey rət ha va sı,

Bit sin di li miz də haq qın du ası,

Qu raq ya ğı la ra bir ölüm ya sı,

Həs rə tin ürə yin üzə bil mi rəm,

Və tən, bu dər di nə dö zə bil mi rəm.

İla hi al ma dı qəlbdən acı mı,

Sal dı ayaq la ra bü sat ta cı mı,

Düş mən əsir et di ana, ba cı mı,

O na mərd ba şı nı üzə bil mi rəm,

Və tən, bu dər di nə dö zə bil mi rəm.

Hiy lə si ya man mış o düş mən lə rin,

Cə za sı bö yük dür əh ri mən lə rin,

Bağ la yaq qa pı sın acı mən lə rin,

Bu dün ya qəm do lu ku zə, bil mi rəm?

Və tən, bu dər di nə dö zə bil mi rəm.

Əsir mə zar lar da ruh lar gi ley li,

O məc nun sev da dan ara lı Ley li,

Dü şüb ya ğı la rın yur du ma mey li,

En mi şəm də rə yə, dü zə, bil mi rəm?

Və tən, bu dər di nə dö zə bil mi rəm.

Da ğıl mış yurdlar da ağ lar ocaq lar,

Qan li ba sı ge yib künclər, bu caq lar,

Qan ilə bo şal dı dol du qu caq lar...

Zü lü mün yu va sın əzə bil mi rəm.

Və tən, bu dər di nə dö zə bil mi rəm.

Ara ya bil mə dik düş mə ni dostdan,

Qal dı ya ğı la ra gül zar, gü lüs tan,

Xır man lar, ot laq lar, bağ-bağ ça, bos tan...

Har dan unut qan lıq bi zə, bil mi rəm?

Və tən, bu dər di nə dö zə bil mi rəm.

Hey Cən gi üs tün də kök lən sin baş lar,

Qu ru sun göz lə ri ba tı ran yaş lar,

Göy dən ya ğış lar yox, qoy yağ sın daş lar!




98

Şirin x

anım Kərimbə

yli Şadiman

Xa inin şah mar dır, gür zə, bil mi rəm?



Və tən, bu dər di nə dö zə bil mi rəm.

Biz ölüb-ge də rik, ne cə ad qa lar?

Ya ki şi lik, mərdlik, ya fər yad qa lar,

Bir lə şə bil mə sək elə yad qa lar,

Si la ha ina nım, sö zə, bil mi rəm?

Və tən, bu dər di nə dö zə bil mi rəm.

Bi zim haq qı mı za kor olub dün ya,

Ya baş dan, bi na dan kar olub dün ya,

Ya ğı lar əlin də xar olub dün ya,

Bu qə mi mis ra ya dü zə bil mi rəm,

Və tən, bu dər di nə dö zə bil mi rəm.

Sən uca mi na rə, mən kön lü ya rə,

Ya ğı dağ lar çə kib üstdən dü ba rə,

Aç dı ğın gül lə ri sax la nü ba rə,

Əsir çə mən lə ri sü zə bil mi rəm,

Və tən, bu dər di nə dö zə bil mi rəm.

Sə nə qur ban de yib Şa di man ca nın,

Sus suz çə mə ni nə tök axan qa nın,

Sa hi bi ol ma yıb qan sız döv ra nın,

Dün ya qı lınc, qal xan, ni zə, bil mi rəm?

Və tən, bu dər di nə dö zə bil mi rəm.

 

03.04.2001

  

 QONŞU, BELƏ QONŞULUĞA 



 AR OLSUN 

Hiylə toru toxuyursan gecələr, 

Şeytan, iblis, şər qulağın kar olsun!

Ağılına ağılsızlıq güc eylər,

Qonşu, belə qonşuluğa ar olsun!

Çörək kəsdin bir süfrədə xeyli vaxt,

Evimizdə əcəb qurdun, yağı, taxt,

Hiylələrlə millət olmaz heç xoşbaxt,

Qonşu, belə qonşuluğa ar olsun!

Torpağımı azaltmağa çalışdın,

Özgə eldə pis duyğuya alışdın,

Yuva qurdun işimizə qarışdın,

Qonşu, belə qonşuluğa ar olsun!



99

    Y

ol gedirik

Köz bağlamış yaraları qanatdın,



Yatanları yuxusundan ayıltdın,

Öz xalqını qan-qırğına sən atdın,

Qonşu, belə qonşuluğa ar olsun!

Ad axtardın özgəsinin adında,

Çox isindin bu torpağın odunda,

Tarixini pis saxladın yadında,

Qonşu, belə qonşuluğa ar olsun!

Musiqimi, mənim deyim, çalmısan,

Özgəsinin tar-kamanın çalmısan,

Adın haydı, yurduma göz salmısan,

Qonşu belə qonşuluğa ar olsun!

Sən xalqsansa özgə yurdda nə gözün,

Barışmağa su qoymayır o üzün,

Ara qatıb, qan salmağa nə sözün?

Qonşu, belə qonşuluğa ar olsun!

Millət deyib, səhər-axşam ağladın,

Albanın da sinəsini dağladın,

Günahsızın qapısını bağladın, 

Qonşu, belə qonşuluğa ar olsun!

Türk şər deyib, gecə-gündüz yazırsan,

Öz xalqına yaman quyu qazırsan,

Düz olmayan yolundan da azırsan,

Qonşu, belə qonşuluğa ar olsun!

Böhtan dedin türk millətin adına,

Gətirmirsən tarixləri yadına,

Dönüb dilin qeybətçil bir qadına,

Qonşu, belə qonşuluğa ar olsun!

Yoxdur, görən, aranızda mərd ata,

İçirtdiyin zəhər suya bal qata,

Millətçilər nə verdi bu həyata?

Qonşu, belə qonşuluğa ar olsun!

Şirin xanım Nigar, Həcər övladı,

Müqəddəsdir ana yurdun pak adı,

Boşa getməz, yağı, bu el fəryadı,

Qonşu, belə qonşuluğa ar olsun!

Qonşu, belə qonşuluğa ar olsun!



 

06.12.1988 


Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə