Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə21/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   17   18   19   20   21   22   23   24   ...   154

80

Şirin x

anım Kərimbə

yli Şadiman



 



VƏ TƏN Dİ 

Də rə siy lə, or ma nıy la, da şıy la,

Ba ha rıy la, pa yı zıy la, qı şıy la,

İs la na ram axan o göz ya şıy la,

İsi də rəm ürə yi min ba şıy la!

Ha ra yı ma, fər ya dı ma ye tən di.

Can dan əziz, can dan şi rin və tən di.

Ba şım üs tə əsən sə rin ye lim di,

Oca ğım dı, mə ka nım dı, elim di,

Di li, mə nim ötən tu ti di lim di,

Dağ dan aşan, ha ray çə kən se lim di,

Ürə yi min gü şə sin də bi tən di.

Can dan əziz, can dan şi rin və tən di.

Gəz qür bə tin də rə si ni, dü zü nü,

Qə rib lik də kim ta pıb dı özü nü?

Qo par dar lar ürə yi nin kö zü nü,

Öz di lin də de yər sən mi sö zü nü?!...

Adın-sa nın yad el lər də itən di.

Can dan əziz, can dan şi rin və tən di.

Və tən dər di sa ğal ma yan bir ya ra!

Çə kər sə ni qür bət el də dərd da ra,

Sa hib ol san min sər və tə, min va ra,

Qə rib lik də ölən lə rə yurd ha ra?

De mə nis kil, de mə hic ran ötən di.

Can dan əziz, can dan şi rin və tən di.

Ya ğı əl də o yurd, yu va qal ma sın,

Xal qı mı za qoy göz da ğı ol ma sın,

Ürək lər də qey rət eş qi sol ma sın,

Elim de yib, ana lar saç yol ma sın!

Qey rət ilə, na mus ilə yurd tən di.

Can dan əziz, can dan şi rin və tən di.

Şə rəf his si hər bir hissdən baş olub,

Şu şa, La çın zir və lə rə qaş olub,

Əsir dü şüb aləm lə rə faş olub!...

Ni yə bi zim ürə yi miz daş olub?!

Kö kü müz ki, bir bə dən di, bir tən di,

Can dan əziz, can dan şi rin və tən di.

Tor paq eş qi heç çıx ma sın ürək dən,

Azal ma sın, əs kil mə sin di lək dən,

Ya ğı ba şın açıl ma sın kə lək dən,




81

    Y

ol gedirik

Heç bir işin dü zəl mə sin fə lək dən,



Hər cür hiy lə, hər cür fit nə ba tan dı.

Can dan əziz, can dan şi rin və tən di.

Şə rəf qa taq, şöh rət qa taq anı na,

Qoy ca nı mız fə da ol sun ca nı na,

Qur ban olaq şə hi di nin qa nı na!

Yurd mə za rın, yurd anan dı, atan dı,

Can dan əziz, can dan şi rin və tən di. 

 

11-12. 12.1999

 MÜƏLLİM 

Həyat yollarında sönməz çırağsan,

Sənətin ölməzdir sənin, müəllim.

Nurlu gələcəyə böyük dayaqsan,

Məsləkin dönməzdir sənin, müəllim.

Sən öyrətdin bizə özgə dilləri,

İşıqlı günlərə çatdıq əlinlə.

Nura bəxş elədin bu nəsilləri,

İyrənc cəhaləti atdıq əlinlə.

Həyat yollarında çəksən də əzab,

Sənət zirvəsində döndün ulduza.

Ağartsa saçını fikir, iztirab,

Döndü əməllərin ətirli yaza.

Bilik ver müqəddəs ellərimizə,

Vur gözəl dövranı başa, müəllim.

Böyük həyat yolun öyrətdin bizə,

Ürəkdən deyirik yaşa, müəllim.

Biliyin, savadın – uca qalası,

Sən bizə həm ürək, həm də dirəksən.

Vətən torpağının nəcib balası,

O nəcib yoluna daima əhsən.

Əziz bayramında bir nəğmə olan,

Şəninə alqışlar deyək, müəllim.

Həyatın ən şirin neməti olan,

Cansağlıq diləyək sənə, müəllim!

 

15.10.1972



82

Şirin x

anım Kərimbə

yli Şadiman



 



ŞƏHİDLƏR XİYABANI 

Əsarətinə üsyan dünyanın qəm adası,

Nakam olmuş canların şəhid ruhlar odası,

Zəncirləri qırılmış Vətənin qan-qadası,

  

 

Şəhidlər Xiyabanı!



Gözü yaşlı analar saçın yolur ah ilə,

Məmləkət üsyan edir qul olmuş sabah ilə,

Allah necə barışır bu suç, bu günah ilə?…

  

 



Şəhidlər Xiyabanı!

Xonçası qara geymiş igidin yas ocağı,

Cocuğu gözü yaşlı gəlinlərin qucağı,

Əli qanlı cəlladın min illik umacağı…

  

 

Şəhidlər Xiyabanı!



Diləkləri, amacı sinəsində boğulmuş,

Onsəkkizdən bu yana iki dəfə doğulmuş,

Öz halal torpağında, öz qanıyla yoğurmuş,

  

 



Şəhidlər Xiyabanı!

Görməyib səyyarəmiz bu cürə sitəm, zülm,

Lay-divar igidlərin sinəsi dilim-dilim,

İlahidən xəbərsiz yazılmış savaş, ölüm,

  

 

Şəhidlər Xiyabanı!



Gözüyaşlı körpələr ata yoluna baxar,

Rüzgar da qan-qadadan ərzi yandırıb yaxar,

Selmi, sumu bədənlər hər gün qoynuna axar?

  

 



Şəhidlər Xiyabanı!

Sonu olacaq görən bu tökülən qanların?

Şəhidlik ünvanına yazılan cavanların,

Allah hesabın çəksin qoy sonsuz divanların!

  

 

Şəhidlər Xiyabanı!



İçimdə vulkan olan, ərzi tutan acısan,

Yağı gülləsinə tuş sən qardaş, sən bacısan,

Özünü danan xalqın tək mənlik əlacısan,

  

 



Şəhidlər Xiyabanı!

Anaların köksünə dağ basma özü közdü,

Yetər daha məmləkət qanlı işğala dözdü!

Millət qul ola-ola öz canından əl üzdü,

  

 

Şəhidlər Xiyabanı!




83

    Y

ol gedirik

Qərənfili matəmə boyanmış bəy məzarı,



Ağlayır sinələrdə ürəklər zarı-zarı,

Qəbirləri qucaqlar gəlin, ana, qız, qarı,

  

 

Şəhidlər Xiyabanı!



vaxt sona yetəcək, ay Allah, bu müşgüllər?

Lay-lay balam deməkdən qabar çalıbdı dillər…

Ağı deyir ağlayır bağçamızda da güllər…

  

 



Şəhidlər Xiyabanı!

Ey millətin istiqlal dünyasının günəşi,

Məzarlara sığınmış nakam ruhların nəşi,

Min yerə parçalanmış zəncirlərin atəşi-

  

 

Şəhidlər xiyabanı!



Sən nəhirlər ağladan ölkənin qibləgahı,

Qocadan cocuğadək hər evin səcdəgahı,

Dikiləcək min illər fələyə ana ahı…

  

 



Şəhidlər xiyabanı!

Şadiman ölsə bir gün ruhu səcdəyə gələr,

Başdaşından dünyaya ömürlük ah yüksələr,

Məzar-məzar önündə tənim doğulub ölər-

  

 

Şəhidlər Xiyabanı!



  

 

Şəhidlər Xiyabanı!



 

4-5.06.1994

 BƏXTİN AÇILSIN 

İstərəm sənin də bəxtin açılsın,

Üstündən çəkilsin buludlar, Vətən.

Yağının başına dağlar uçulsun,

Getsin yurd-yuvadan fəryadlar, Vətən.

Hər qara gecənin ağ sabahı var,

Səhərin nurları üzündə gülsün.

Bilirəm, içində işğal ahı var,

Gözündə dünyanın sevinci gülsün.

Şadiman ağrından dağlar yaratdı,

Gözüm bulud oldu, ürəyim qəhər.

Özünün dağların üstündən atdı,

Tək sənin varlığın qoy versin bəhər.

 

14.02.2016



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə