Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə18/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   14   15   16   17   18   19   20   21   ...   154

68

Şirin x

anım Kərimbə

yli Şadiman



ƏSKİ AZƏRBAYCANIN İYİRMİ SƏKKİZ MAYISAN 

Ürəyində dərdləri qubarlanan, bayramım,

Şanlı istiqlal eşqi qamarlanan, bayramım,

İzi-tozu silinib hamarlanan, bayramım,

Bir millətin Tanrıya ucalan ah-vayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

O böyük məmləkətin qazanılan yoluydun,

Əsir, kölə millətin açılmış əl-qoluydun,

Sildilər yaddaşlardan… tarixəsə uluydun,

Dədəm Oğuz bəyinin, sən bozqurd harayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

Yetmiş il dilimizdən aldılar bu kəlməni,

Vətən bayram eylədi yağı eldən gəlməni,

Şeir nədir, xalça da işlədi bu ilməni,

Parçalanmış ölkənin qanlı Araz çayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

Sən ey Məmməd Əminin ən qeyrətli balası,

Azəri türklərinin Dədə Qorqud qalası,

İstiqlal savaşında Vətən haqqı alası,

Aylara rövnəq verən əsrimizin ayısan, 

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

Doğuldun onsəkkizin o daşnak davasında,

Boğuldun imperyanın əjdaha yuvasında,

İyirmi səkkiz aprel – qırmızı havasında,

Topxanası dağılmış, zəncir qırmış ayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

O iyirmi üç fevral xalqa kölə dügünü,

Bizə bayram dedilər, ərlərə bəxşiş günü,

Düşünən beyinlərə yeritdilər süngünü…

Bəxtiqara Cavidin, Müşfiqin haqq payısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

Gəl şəhid olmuşların qanını hifz eylə,

Fəda olanlarının canını hifz eylə,

Əsir Qarabağının anını hifz eylə,

Üçrəngli kəhkəşanın ayparası, ayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

Əldən getmiş Kəlbəcər, Laçın əsir yağıda,

Qız-gəlin nalələri parçalayır dağı da,

Bu savaş meydanını dəli nərən dağıda!




69

    Y

ol gedirik

Sən əzilən millətin ikiyüzillik hayısan,



Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

Yenə də qalxıb daşnak istiqlalı boğmağa,

İmperya hamilədir köləliyi doğmağa,

Yuxulu məmləkəti inək təki sağmağa,

Çox millətli bir yurdun oxdan çıxan yayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

Qolu dibdən vurulmuş Babəkini yad eylə,

Qətrə-qətrə soyulmuş Nəsimini ad eylə,

Dünyaya lərzə salan bir dəli fəryad eylə,

Məzarı bəy otağı şəhidlərin sayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan. 

Təbrizimin gözləri qoy yollardan çəkilsin,

Sərhəd deyilən yerə gül-çiçəklər əkilsin,

Çılğın sevinc yaşları xan Araza tökülsün…

Sən böyük bir millətin o tayı, bu tayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

Bu Şadiman ağlının külünü köz eyləyir,

Könlünün qubarını vərəqlərə söyləyir,

İstiqlalsız bu kölə məmləkəti neyləyir?

Azəri xalqlarının azadlıq sarayısan,

Əski Azərbaycanın İyirmi səkkiz Mayısan.

 

23.05.1993

 PIÇILDAŞAN DEYİLMİ? 

Azərbaycan, parlaq, nurlu gözlərin,

Hər addımda tarix olan izlərin,

Bəd ayaqda bükülməyən dizlərin,

Sinələrdə coşub-daşan deyilmi?

Ürəklərlə pıçıldaşan deyilmi?

Azərbaycan, bahar gəlib elinə,

Al günəşi kəmər elə belinə,

Yenə min bir nəğmə düşsün dilinə,

Qarşı dağlar bir tamaşa deyilmi?

Lalə, nərgiz başdan-başa deyilmi?

Qoy atlansın igidlərin çəməndə,

Al bəzənsin qızlar güllü çəməndə,

Sevgi salsın ürəklərin kəməndə,

Həyat gözəl, ömür şanlı deyilmi?

Zaman bizə istiqanlı deyilmi?



 

07.04.1987 


70

Şirin x

anım Kərimbə

yli Şadiman



BİZİ ÖZÜMÜZƏ QAYTARAN OLA 

 

İçimdə alışan şamdı ürəyim,



Dərdlərin əlindən damdı ürəyim,

Bu necə murazdı, kamdı ürəyim?

Gəlsin Şah İsmayıl, Qacar bu hala,

Bizi özümüzə qaytaran ola.

Ana ətəyində gizlənən oğul,

Addımı gəlintək izlənən oğul,

Külək nə, mehdən də gözlənən oğul,

Doğulduğun evmi qeyrətə qala? 

Bizi özümüzə qaytaran ola.

Kişi at belində, əlində qılınc,

Başının altına qız qoyar balınc,

Utanır gözəllər – Sevda, Gül, Narınc…

Oğul dediyimiz Vətənə bəla,

Bizi özümüzə qaytaran ola.

Donub damarlarda qeyrətin qanı,

Necə miskin edib Azərbaycanı?

Hanı Cavanşirin, Babəkin canı?

Qoymasın bir ana gözləri dola,

Bizi özümüzə qaytaran ola.

Pulsuzlar gedirlər cəbhə xəttinə,

Vətənin yaralı qan sərhəddinə,

Nə oldu oğulun kişi qəddinə?

Ürək necə gedir qeyrətlə yola?

Bizi özümüzə qaytaran ola.

Niyə içimizdə namus əzildi?

Niyə bu Vətəndən belə bezildi?

Hünər kəndirimiz əldən üzüldü,

Allah içimizdən qorxunu ala,

Bizi özümüzə qaytaran ola.

Yağının hələ də vayı olmayıb,

Xain ermənin tayı olmayıb,

Heç kəsə düşməndən dayı olmayıb,

Allah nizamlasın bizi haqq yola,

Bizi özümüzə qaytaran ola.

Şadiman, çoxları qul olub vara,

Vətənin köksünə vurubdu yara,

Çəkilsin satqınlar, xainlər dara,

İblis ürəklilər payıztək sola,




71

    Y

ol gedirik

Yaradan bizi də düz yola sala,



Bizi özümüzə qaytaran ola,

Bizi özümüzə qaytaran ola. 



09.11.1997

 

VƏ TƏN FƏR YA DI 

Ey Və tən yo lun da ca nı ve rən lər,

Mü qəd dəs tor pa ğa ər lər, ərən lər,

Ey qa na şa hid lər, qa nı gö rən lər,

Qan lı köy nə yi ni yur da sə rən lər...

Siz şə hid, biz isə gü nah kar ol duq,

Yurdlar ha ray çək di, ni yə kar ol duq?

Qa ra bağ sız la yır aman için də,

Ya nır el lə ri miz ya man için də,

Oxu muz pas la nıb ka man için də,

Fır la nır bu dün ya za man için də,

Məğ lub tək ta rix də qal dı adı mız,

Bo ğul du si nə də ah-fər ya dı mız.

Ya ğı iş ğa lı nı dərd sa yı rıq biz,

Özü nü ca han da mərd sa yı rıq biz,

O qan lı düş mə ni səd sa yı rıq biz,

Hər dər din əla cın bəd sa yı rıq biz,

Na mus sa va şı na pul, da yı ol maz,

Heç cəngsiz ya ğı nın ah-va yı ol maz.

Vu ruş maq ki şi yə if ti xar, hü nər,

Qı lıncla, qal xan la ya tar, du rar ər,

Dün ya nərd tax ta sı bə şər isə zər,

Tök mə sən dö yüş də əgər qan lı tər,

Tor paq da, na mus da, şə rəf də ba tar,

Və tə nin əbə di ta le yi ya tar.

Bir yur du min ye rə böl mək mi olar?

Bu qa nı tor paq dan sil mək mi olar?

Bu acı dərdlə rə gül mək mi olar?

Bu qəm lə şa ha nə öl mək mi olar?

Bəs dir er mə nin na zı nı öy dük,

Yur dun qı lın cın yox, sa zı nı öy dük.

Hey bəx şiş ver dik cə tor pa ğı mı zı,

Ar tır dıq si nə də qəm da ğı mı zı,

Ər kö yün bəs lə dik biz ya ğı mı zı...

Yad lar dan ax tar dıq da ya ğı mı zı,

Ya xo fu ürək dən qo par ma lı yıq,

Ya dər di mə za ra apar ma lı yıq.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə