Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə16/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   12   13   14   15   16   17   18   19   ...   154

61

    Y

ol gedirik



DÜNYA ŞEYTAN İÇİNDƏ 

Ərşi-kürşü ram edən,

Acılarla kam edən,

Qəlbə dərdi dam edən,

Bədənlərlə şam edən,

Zalımlar can biçində,

Dünya şeytan içində.

 

Yıxılıb haqq guşəsi,



Kəsir nahaqq tişəsi,

Sınır ürək şüşəsi,

Artır iblis nəş’əsi,  

 

Hamı niyə, neçində?



Dünya şeytan içində.

Yerdən göyə fəryaddı,

Can bədəninə yaddı,

Ağızlarda imdaddı,

Şər hər işdə abaddı,

Bəşər köçə-köçündə

Dünya şeytan içində.

Can üzülür ah ilən,

Vicdanlar günah ilən,

İllətlər sabah ilən,

Beyinlər gah-gah ilən,

Zaman keçə-keçində,

Dünya şeytan içində.

Rəbbim bizi yaratdı,

Canı bədənə atdı,

Vəhləri ağla qatdı,

Ondan kitab ucaltdı,

İmtahanı həyatdı!

Varı olan heçində,

Dünya şeytan içində.

İnsan qocalır niyə?…

Əllər uzanıb göyə,

Başına döyə-döyə,

Əzrayıl gəlir iyə,

Fələk seçə-seçində,

Dünya şeytan içində.

Şadiman, adəm yolu,

Fitnə-feyillə dolu,




62

Şirin x

anım Kərimbə

yli Şadiman

Bağlanıb haqqın qolu,



Zaman bilmir sağ-solu, 

Qanlar içə-içində, 

Dünya şeytan içində.

 

30.10. 2003

 

TUŞ OLMASIN NAKƏSƏ 

Ara qatmaq, ara vurmaq, şər işi,

Hər adama yaxşı olmaq, ər işi, 

Əcəllə də deyib-gülmək, nər işi,

Pislik etmək çətin deyil heç pisə,

Mərd dediyin, tuş olmasın nakəsə.

Çox sinənin bağlı qalar yol-izi,

Duman alar, uzaq görən hər gözü,

Ömrü boyu qatdalayıb diz-dizi,

Ocaq çatan, od-köz üçün döz hisə,

Mərd dediyin, tuş olmasın nakəsə.

Xeyir verməz hər açılan qapılar,

Şər əlində düzün köksü çapılar,

Harda olsa, düzə yağı tapılar,

Dəyirmandan dolu çıxmır çox kisə,

Mərd dediyin, tuş olmasın nakəsə.

Mənəm dedi, çox özündən deyənlər,

Arxasını, kökünü də öyənlər, 

Axar suyu arxa bənddən əyənlər,

Kişi adı yaraşmayır hər kəsə,

Mərd dediyin, tuş olmasın nakəsə.

Ar olmayır ulusunu dananda,

Baş ağrıyır, yaxşı-yaman qananda,

Qəlb dincəlməz ürək odla yananda,

Qızıl parlaq, bəxt ağlamıb güc misə, 

Mərd dediyin, tuş olmasın nakəsə.

Arzularla, məramlarla ucallıq,

Şənliklərdən, toy-bayramdan tac allıq,

Ömür keçər, biz də bir gün qocallıq,

Ay gələnlər, gördümü hər əl əsa? 

Mərd dediyin, tuş olmasın nakəsə.

Yolun üstə çox tərəzi qurular.

Lilli sular düzü görər, durular, 



63

    Y

ol gedirik

Gülzarlıqda gül axtarır arılar,



Bağlı yolu namərd gələr tez kəsə,

Mərd dediyin, tuş olmasın nakəsə.

Ey Şadiman, həyat səni yoxlayır,

Hərzə baxış sinə için oxlayır,

Çox istəklər şər əlində yuxlayır,

Baş sahibi, tufan etmə, el əsə…

Mərd dediyin, tuş olmasın nakəsə.

Mərd dediyin, tuş olmasın nakəsə.



 

25.10.1987

 SƏ LAM OL SUN 

Bu dün ya nın hər üzü nü

Gö rən lə rə sə lam ol sun.

Qat la yan da şər di zi ni

Ərən lə rə sə lam ol sun.

 

Ala za man çə lə yi ni,



Dö yə şə rin di lə yi ni,

Hər na mər din bi lə yi ni

Gə rən lə rə sə lam ol sun.

Heç dön mə yə haqq yo lun dan,

Bu xov dü şə mərd qo lun dan,

Hə qi qə ti öz ko lun dan

Də rən lə rə sə lam ol sun.

 

Dər ya qop maz ma ya ğın dan,



Qəlb dön mə sin daya ğın dan,

Şə ri dar tıb aya ğın dan

Sə rən lə rə sə lam ol sun.

Haqq çı xar da səs-səm ri ni,

Tüt yə edən Rəbb əm ri ni,

Ha lal lıq la öz öm rü nü

Sü rən lə rə sə lam ol sun.

 

19.02.2000



64

Şirin x

anım Kərimbə

yli Şadiman



VƏTƏN

 

 

BAYRAĞIM 

Həsrət ilə xəyallarda alışdığım, yandığım,

Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım,

Vüsalını uyğularda cəfalarla sandığım,

Fırtınalı nəhrlərtək coşub-daşan bayrağım,

O əzablı tale ilə qardaşlaşan bayrağım.

Başın üstən fəlakətlər əsib keçdi yel kimi,

Qabarman da, çəkilmən də dağdan aşan sel kimi,

Taleyin də dərdli imiş bu bəlalı el kimi,

İldırımlar başın üstən çaxıb keçdi, bayrağım,

Bəxt ulduzu göylərindən axıb keçdi, bayrağım.

Yetmiş ildə yağıların əyib bükdü belini,

O əzablı hekayətin yandırdıqca elini,

Bağladılar min bir yerdən qıfıl ilə dilini…

Haqq, ədalət döyülsə də bükülmədi bayrağım,

Millət qanı nahaq yerə tökülmədi, bayrağım.

Ey üç rəngli ay-ulduzum, məhbus eldə doğuldun,

Fitnələrlə, fitvalarla qara əldə boğuldun,

Fəzilətdən, həqiqətdən, istiqlaldan yoğruldun,

Parla şərəf dünyasında al günəştək, bayrağım,

Dol bu təşnə ürəklərə bir atəştək, bayrağım.

Haqsızlığı dolu təki döydün qəfil gəlişlə,

Lənətlədin məhbusluğu bu üsyankar gedişlə,

Yıxıb-sökdün əsarəti sən mərdanə gərdişlə,

Od yurduna Tanrı oldun şövqün ilə, bayrağım,

Ən şiş zirvə yuvan olsun fövqün ilə, bayrağım!

Məmməd Əmin səmasında doğan parlaq planet,

Sən dalğalan nəhr kimi yetmiş illik kama yet,

Aç azadlıq qapısıını, məmləkətə əlac et,

Gəl, bu dərdli yurdumuzda yıx qəfəsi, bayrağım, 

Qoy hayqırsın şimşək təki haqqın səsi, bayrağım.

Yasaq oldun yağı əllə doğulandan dünyada,

Başın üstə kölgələndi yer titrədən qan-qada,

Tanrıdamı gücsüz oldu yetişmədi fəryada? 

Sən idrakıın bəxş etdiyi mükafatsan, bayrağım,

Sinələrdə üsyan edən hekayətsən, bayrağım.




Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə