Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə15/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   11   12   13   14   15   16   17   18   ...   154

57

    Y

ol gedirik

Hər başı ağradır keşməkeşiylə,



İnsanı üzdürər çətin işiylə,

Kəsər ömürləri iti dişiylə,

Özü bəşər kimi saralıb solmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz. 

Suyundan içənlər sağlıq tapmadı,

Kimin ürəyini qəmlə qapmadı?

Həyat bağçasını soyub-çapmadı? 

Canı aparmasa, can qabı dolmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.

Əsiri olanı əsir eyləyir,

Varından, pulundan qəsir eyləyir,

Daşından, başından yesir eyləyir,

Haqqını deyənnən arası olmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.

Uca sarayları uçurtdu-tökdü,

Çox taxtın özülü əbədi çökdü,

Əlinlə tikdirdi, əliylə sökdü,

Fələkdən izinsiz bir təni almaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.

Bəndənin üzünü iki eylədi,

Ömrünü zamanın tükü eylədi,

Bəşəri torpağın yükü eylədi,

Heç zaman qolunu boynuna salmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.

Can deyib yapışma anlardan heç vaxt,

Sənə əbədilik verilmib bu baxt, 

Qırılar öhdənə buraxılan vaxt,

Bədənin canına qələbə çalmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz.

Bulma, ey Şadiman, könlü nəş’ədə,

Fələk canımızı bəslər şüşədə,

Keçirmə ömrünü boş bir guşədə, 

Çağlat ilhamını hey əndişədə, 

Üzülər tənindən duyğusu olmaz,

Bu dünya nə sənə, nə mənə qalmaz 

 

06.01.2003



58

Şirin x

anım Kərimbə

yli Şadiman



NƏ OLDU? 

El malın talayıb yığma bucağa,

Sərvəti künclərdə qalan nə oldu?

Haram-halal bilmib, qatma ocağa,

Sandığı haramla dolan nə oldu?

Ev yıxıb, qapılar bağlayan da var,

Sinələr, ürəklər dağlayan da var,

Bir vaxt güldüyünə ağlayan da var,

Nahaq deyən dildə yalan nə oldu?

Mənsəbin, şöhrətin əlindən tutan,

Arxa kölgəsində yüksəyi tutan,

Malını gücsüzün malına qatan,

Özgənin haqqını alan nə oldu?

Dünya keçməyibdi bir gün vaxtından,

Əli qabarlının qara baxtından,

Çox «mənəm» deyəni salıb taxtından,

Torpağı çəpərə salan nə oldu?

Xeyir-şər bilməyib, şadam, deyənlər,

Elin artığından tapıb yeyənlər,

Sutək axar işin yolun əyənlər,

Qonşunun yasında çalan nə oldu?

Həyat imtahanı çətindən-çətin,

O duyan qəlbidi bəşəriyyətin,

Özgəyə tuşlanan çirkin niyyətin,

Miskin sinəsində solan nə oldu?

Ocaq keçirənin ocağı sönər,

Addımı enişdən yoxuşa dönər,

Hiyləylə ucalan, fitnəylə enər,

«Mənəm» xəyalına dalan nə oldu?

Zaman addımlardan qəsir ucaldıb,

Dünən qaldırdığın, bu gün alçaldıb,

Şüurla ürəyi birgə qocaldıb,

Özgə bostanın yolan nə oldu?

Çox cahangirləri kor eləyibdi,

Haqqın qulağına düz söyləyibdi,

Böhtan danışanın dilin əyibdi,

Sərvətlər üstündə talan nə oldu?




59

    Y

ol gedirik

Dünya düşünəndi, dünya həyalı,



Düzə təbiidir, pisə boyalı,

Çarpışar, döyüşər evin əyalı,

İlantək bir-birin çalan nə oldu?

Ömür edir qananı, qanmayanı da,

Ürəkdən yananı, yanmayanı da,

Addımı ananı, anmayanı da,

Gedənlər getdisə, olan nə oldu?

Dünyanın malını qamarlayanlar,

Sərvətin sandığda tumarlayanlar,

Çirkin niyyətləri hamarlayanlar,

Ac qarın dərdində kalan nə oldu?

Açıq qapıları üzə bağlayan,

Hiyləni, fitnəni gözə bağlayan,

Min bir yalanları sözə bağlayan,

Haqq dili susdurdun, balan nə oldu?

Şadiman, dəryanın sirləri min-min,

Acizdir önündə yüz elm, yüz din,

Sən ki, hər addımda, haqq mənəm, dedin,

Düzlükdən tikdiyin qalan nə oldu?

 

19.11.1987

 

BİZİM DÜNYA ADLI VƏTƏNİMİZ VAR

 

Baxıram hüdudsuz gen ormanlara,

Gümüşü tül geyən asimanlara,

Ağ gəlin libaslı sis-dumanlara,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

Şırıltıyla axan dağ çaylarından,

Qızıl payızlardan, odlu yaylardan,

Əfsanə illərdən, şanlı aylardan,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

Qara çadrasına bürünən gecə,

Layla nəğməsini çaldı indicə,

O zülmət gözəlin bal dili incə, 

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.




60

Şirin x

anım Kərimbə

yli Şadiman

Dolaşar yer üzün ilıq küləklər,



Həyat min-min arzu doğar, bələklər,

Qəlblərdən-qəlblərə gəzər diləklər,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

Bahar, gözəl bahar çadır qurarkən,

Yoluna çıxanı orda yorarkən,

Çiçəyə bürünüb yolda durarkən,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

Dağlar, ulu dağlar qürurla baxar,

Arada-bərədə şimşəklər çaxar,

İrmaqlar ilantək qıvrılıb axar,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

Sığmaz məcrasına gömgöy bulaqlar,

Suyunu göllərin üstə qalaqlar,

Öz bəyaz dumanın yayar yaylaqlar,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

Qarşıdan üzümə gülmüsər Xəzər,

Tufana, şaxtaya, çovğuna dözər,

Mavi dalğalarda bir mahnı gəzər,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

Təbiət ortada toy-mağar çalar,

Baharın evinə özünü salar,

Dünyaya bir şərqi, bir nəğmə dolar,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

Təbiət insanı haqqa səsləyər,

Xeyrin sinəsində vicdan bəsləyər,

Şərin hər işini qəlbdən pisləyər,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

Həyat ümidlərlə baxar sabaha,

Düzlük qapıları bağlı günaha,

Üzün insanlara tutar bir daha,

Qulağımı həzin pıçıltı ovar,

Bizim dünya adlı vətənimiz var.

 

07.02.1987



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə