Yol Gedirik indd



Yüklə 1,89 Mb.
Pdf görüntüsü
səhifə23/154
tarix08.09.2018
ölçüsü1,89 Mb.
#67594
növüYazi
1   ...   19   20   21   22   23   24   25   26   ...   154

88

Şirin x

anım Kərimbə

yli Şadiman



QANLARA BOYANDI BAKI AH İLƏ 



31 mart 1918-ci ildə Bakı erməni

silahlı dəstələri tərəfindən Soyqırımına

məruz qalıb…Və bu heç vaxt ağlımızın 

yaddaş səhifəsindən silinmədi.

Otuz bir mart min doqquz yüz on səkkiz,

Saldın yaddaşlara necə qanlı iz.

Ağladın, hönkürdün diləyimizdən,

Ağrın heç getmədi ürəyimizdən!

Məzarlar dağıldı, qanunlar susdu,

Hər dəhşət beyində min yol qan qusdu.

Kitablar az yazdı bu cinayəti,

Qocalar yaşatdı bu hekayəti.

Yaddaşın gətirib imdadlarına,

Onlar pıçıldadı övladlarına.

Ağıllar hifz etdi qırğını, ahı,

Arxivlər gizlətdi haqdan günahı!

Fəqət unuduldu vaxtın sabahı,

Aldada bilməyib şeytan Allahı!…

 ***

Qanlara boyandı Bakı ah ilə,

Qırğın gecə ilə, sübh-sabah ilə.

Müsəlman olanın bağrı söküldü,

Bütün arvad-uşaq çölə töküldü.

Qanlar su yerinə axdı şəhərdə,

Boğuldu məmləkət acı qəhərdə.

Hər yeri qışqırtı, nalə bürüdü,

Burda insanları ölüm sürüdü.

Heç vaxt yayındırmır şər qibləgahı,

Aldada bilməyir şeytan Allahı.

 ***

Min doqquz yüz on səkkizin sədası,

Otuz biri martla oldu qadası.

Ölənlərin say-hesabı yox idi,

Ermənilər, bolşeviklər çox idi.

Ev-ev gəzir əllərində silahı,

Titrətdilər həm gecəni, sabahı.

Ünsüz göylər göz yaşını axıtdı,

Ölüm, qada Allahı da qorxutdu.

Minlər ilə kişi, qadın qırıldı,

Müsibətdən yerin bağrı yarıldı.

Bu fəlakət erməninin qurumu,

Otuz bir mart-Bakının Soyqırımı!

 ***

Hər həyətdə su quyusu var idi,

Bu quyular meyitlərə dar idi.



89

    Y

ol gedirik

Tökürdülər ölənləri quyuya,



Etdikləri cinayətlər uyuya!

Ermənilər qırdı, çatdı Bakını,

Bircə gündə qana atdı Bakını.

Dalanlardan zarıltılar gəlirdi,

Hər qapıdan inilti yüksəlirdi.

Silahlılar, yaraqlılar at üstə,

Fəryad edib, vay deyənlər can üstə…

İblislərdən qorxusu var divin də,

Müsəlmanlar şəhid oldu evində!

Bu fəlakət erməninin qurumu,

Otuz bir mart-Bakının Soyqırımı!

 ***

Mən necə yazmayım bu qanı axı?

Sonrakı günlərdə Səlyan, Şamaxı,

Batdı qan içində Dəvəçi, Quba,

Doldu şəhidlərlə neçə el, oba.

Sanki məmləkətin bəxt çərxi döndü,

Günahsız ellərin çırağı söndü.

Erməni hiyləsi hər yeri aşdı,

Bütün yurd-yuvanı ölüm dolaşdı.

Uşaqlar atıldı oda, atəşə,

Bu qan yağılara bir iyrənc nəş’ə.

 ***

Osmanlı dözmədi bu müsibətə,

Qəlbindən hayqıran o məhəbbətə,

Yolladı köməyə Nuru Paşanı,

Qardaşın eşqiylə könlü daşanı.

Əskəri qüvvəsi yetdi imdada,

Bu böyük igidlik düşməzmi yada?

Qanı unutmadı millət ağılı,

Tarix dana bilməz qanlı nağılı.

 ***

Çox ağrılar, çox itgilər ötəcək,

Çox yaralar sinələrdə bitəcək.

Şəhidlərin nə köhnəsi, təzəsi,

Heçnə qalmıb səbrimizdən dözəsi.

Keçmişimiz bu günlərə ağlayır,

Bu dəhşətlər yeri, göyü dağlayır.

Bəşər varsa, iblis, şeytan durmada,

Canımıza min bir hiylə qurmada.

Qoy həqiqət beynimizdən itməsin,

Qəlbimizdən çox uzağa getməsin. 

Bu fəlakət ermənin qurumu,

Otuz bir mart-Bakının Soyqırımı! 

 

30.03.2008



90

Şirin x

anım Kərimbə

yli Şadiman



«AZƏRBAYCAN» 



 

 Səməd Vurğunun 

 «Azərbaycan» şe‘rinə 

Məhəbbətin cana dəva,

Sənsiz nədir de su, hava?

Dodağımdan qopan dua,

Can içində sevdalı can,

Azərbaycan, Azərbaycan.

Xəzərinin bağrı coşar,

Fırtınalar aşıb-daşar,

Varlığımız sənlə yaşar,

Ürəyimdə dövr edən qan,

Azərbaycan, Azərbaycan.

Abşeronun küləkləri,

Göllərinin ördəkləri,

Coşdurar eşq ürəkləri,

Qaçaq düşər təndən hicran,

Azərbaycan, Azərbaycan.

Çıraqqalan bir aləmdi,

Duman düşdü, gözü nəmdi,

Sənlə keçən nə xoş dəmdi?

Sehirləşir hər saat, an,

Azərbaycan, Azərbaycan.

Könlünə yar istiqlalın,

Qəlbi oxşar bu cəlalın,

Sona yetsin qeylü-qalın,

 Çatsın kama yurdda hər yan,

 Azərbaycan, Azərbaycan.

Yel atında yal-yəhərin,

Tükənməsin bar-bəhərin,

Ötüb getsin qəm-qəhərin,

Zülmətində parlasın dan,

Azərbaycan, Azərbaycan.

Daim xeyrə olsun yazın,

Ötsün qışın, gəlsin yazın,

Bayrağında Ay-Ulduzun,

Qoy parlasın eşqlə hər an,

Azərbaycan, Azərbaycan.




91

    Y

ol gedirik

Sabahımsan, gözəl Vətən,



Ey ürəkdə, canda bitən,

Varmıdır de, eşqinlə tən?

Deyir sənə yer-göy ay can,

Azərbayan, Azərbaycan.

Bakı, Şirvan, Şəki mələk,

Mil-Muğanın arzu-dilək,

Qarabağın viran ürək,

Düşmənini tutubdu qan,

Azərbaycan, Azərbaycan.

Gözəl Bərdən bir yaraşıq,

Ona baxan olar aşıq,

Eşqindən ver qaşıq-qaşıq,

Tökülübdü Şuşaya qan, 

Azərbaycan, Azərbaycan.

Gözəl Şəki bir şahzadə,

Pak cənnəti salır yadə,

Səndən varmı heç dünyadə?

Bulaqların torpağa can,

Azərbaycan, Azərbaycan.

Oğuzunun meşələri,

Cənnət-məkan guşələri,

Qartalların peşələri-

Zirvələrdən qoparmaq san,

Azərbaycan, Azərbaycan.

Təbrizinə çatmır əlin,

Şux Urmiyan, Ərdəbilin,

Var Borçalı – gözəl elin

Sən bu eşqlə alovlan, yan,

Azərbaycan, Azərbaycan.

Cəbrayılın kəhrizləri,

Kəlbəcərin pak izləri,

Laçınının dağ-düzləri,

Yad əlində olub büryan,

Azərbaycan, Azərbaycan.

Sərvətlərin aşıb-daşır,

Dilə düşür, el dolaşır,

Dostun gülür, yağın çaşır,

Dərd ürəyi edir büryan,

Azərbaycan, Azərbaycan.



Yüklə 1,89 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə